Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,5 Mb.
səhifə3/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   2   3   4   5   6   7   8   9   ...   91
Mead

ÖLÜ DƏ DANIŞARMI?


Bə᾽zi nadanların “ölü də danışarmı?” deməklə şübhə toxumu səpməsi tamamilə əsassızdır. Məsələn, onlar deyirlər: “İnsan öldüyü zaman onun bədəni quru budaq kimi adi cansız materiya hökmündədir, qəbirdə sual-cavab nədir?! Əgər ölünün ağzını bir şeylə doldurub, səhəri gün qəbrini qazıb ağzına baxsaq, görərik ki, ağzından bir zərrə belə çölə çıxmayıb.” (Bu şübhələrə tezliklə cavab veriləcək).

NİTQ, DANIŞIQ DİLƏ MƏXSUS DEYİL


Sadalanan şübhələr axirətdən, yaranış dəsgahından xəbərsizlik, qeybə imanın olmaması nəticəsindədir. Bu təəccüblər mə”lumatın, düşüncənin azlığına bir sübutdur. Bu cür düşünənlər güman edirlər ki, nitq yalnız dilə məxsusdur, ruhların isə nitqi yoxdur. Guya hərəkət təkcə cismə aiddir, ruhlar isə hərəkətdən məhrumdurlar. Halbuki, bu sözü deyənlərin özlərinin hər gecə yatdıqları, yuxuda olduqları zaman nitqləri, danışıqları var; dodaqları tərpənmədiyi halda danışırlar, yanlarında dayanmış adam isə onların səsini eşitmir. Eləcə də, bədənləri yataqda hərəkətsiz olduğu halda, yuxuda hərəkət edir, gəzirlər.

YUXUNUN HİKMƏTİ PEYĞƏMBƏRLƏRİ TƏSDİQ ETMƏKDİR


«İmam Kazim (əleyhissalam) buyurur: “Yaranışın ilk çağlarında bəşəriyyət üçün rö᾽ya (yuxu görmə) yox idi. Sonradan bu xüsusiyyət Allah Tərəfindən verildi. Səbəbi də bu oldu ki, Allah bir peyğəmbəri onun öz dövründəki insanların də᾽vət və hidayəti üçün göndərdi. O peyğəmbər də xalqı Allaha itaət və bəndəçilik etməyə əmr etdi. Ona dedilər: “Əgər biz Allaha pərəstiş etsək, əvəzində nə alacağıq? Bir halda ki, sənin sərvətin bizdən azdır.” O peyğəmbər buyurdu: “Əgər Allaha itaət etsəniz, əvəzi Behişt, günah edib məni dinləməsəniz, yeriniz Cəhənnəm olacaqdır.” Dedilər: “Behişt və Cəhənnəm nədir?” Peyğəmbər hər ikisi barədə şərh verdi. Soruşdular ki, bəs nə vaxt onlara çatacağıq? Buyurdu ki, öldüyünüz zaman. Amma onlar “bizim ölülər çürüyüb torpaq olurlar və onlar üçün sənin vəsf etdiyin şeylərdən heç biri yoxdur”-deməklə, o peyğəmbəri inkar etdilər.
Allah bu adamlar üçün əhlam (yuxu görmə) müəyyən etdi. Yuxuda gördülər ki, yeyirlər, içirlər, hərəkət edirlər, danışırlar, eşidirlər. Elə ki, yuxudan oyandılar, sadalananlardan bir əsər-əlamət görmədilər. Həmin peyğəmbərin yanına gəlib, yuxularını danışdılar. Peyğəmbər buyurdu: “Allah-Taala bu dəlillərlə sizə xəbərdarlığını sona yetirdi. Sizin ruhlarınız belədir. Öldüyünüz vaxt bədənləriniz torpaqda çürüsə də, ruhlarınız Qiyamət gününədək əzabda və ya naz-ne᾽mət içindədir.”

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə