Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


HÜRRÜN TƏRAVƏTLİ CƏSƏDİ VƏ BAŞINDAKI DƏSMAL



Yüklə 1,5 Mb.
səhifə23/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   19   20   21   22   23   24   25   26   ...   91
Mead

HÜRRÜN TƏRAVƏTLİ CƏSƏDİ VƏ BAŞINDAKI DƏSMAL


Mühəddis Cəzairi “Ənvari-nö”maniyyə” kitabında Hürr ibni Yəzidin qəziyyəsini nəql edir: Şah İsmail Səfəvi Kərbəlaya gəldiyi vaxt eşidir ki, (Kərbəlada Yezid qoşunundan üz döndərib İmam Hüseyn Əleyhissalamın yoldaşlarına qoşulan) Hürrə tə”nə edib, onun haqqında pis danışanlar var. Onun Allah-Tərəfindən bağışlanıb, sevimli bəndə olmasını sübut etmək üçün Şah İsmail qəbrin açılmasını əmr edir. Qəbri açıb, cənazənin təravətli qaldığına şahid olurlar. Sanki, yenicə şəhid olmuş Hürrün başında Həzrət Hüseyn (əleyhissalam)-ın dəsmalı bağlanmışdı (Tarixə görə Aşura günü bu dəsmalla İmam Hürrün yarasını bağlamışdı). Şah İsmail bu dəsmalı öz kəfəninə qoymaq üçün açdırır. Qan axdığını görüb, yaranı başqa dəsmalla bağladılar, amma qan dayanmadığından həmin dəsmalla bağlamağa məcbur oldular. Hadisə Hürrün haqqındakı pis fikirləri aradan götürdü. Şah İsmail burada məqbərə tikdirib, xidmətçi tə”yin etdi.

KULEYNİNİN QƏBRİNDƏ SÜDƏMƏR KÖRPƏ


Məşhur “Kafi” kitabının müəllifi Kuleynini qəbri Bağdadda yerləşir. Zalım hakimlərdən biri Kazimeynə ziyarətin qarşısını almaqdan ötrü İmam Kazim (əleyhissalam) qəbrini uçurmaq fikrinə düşür. Qəlbən şiə olan vəzir öz əqidəsini açmamaqla, yolüstü Kuleyninin qəbrini hakimə göstərib, deyir: Gördüyün qəbir İmamın nümayəndələrindən birinin qəbridir. Deyirlər ki, onun cəsədi çürüməyib, təzədir. Gəl, bu sözü yoxla. Əgər doğru çıxsa, İmamımn qəbrinə toxunmağın məsələhət deyil.” Hakim qəbul etdi. Dərhal Kuleyninin qəbrinin açılması əmr olundu. Qəbri açıb cəsədin çürümədiyinə əmin oldular. Ən təəccüblüsü isə cəsədin yanında təravətli südəmər bir körpə cəsəd də vardı. Bu körpənin kimə məxsus olduğu mə”lum deyil. Bildiymiz budur ki, həyat çeşməsinə bağlı olanlar da ondan faydalanarmışlar. Əlbəttə, bütün xeyirlərin mə”dəni Həzrəti Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in ailəsidir. Onların, İmam övladalarının, həqiqi alimərin qəbirlərindəki mö”cüzələr həmən həyatın əsərləridir. Bu səbəbdən də onların cəsədləri çürüməmişdir.
Əksinə, insan əzab, od əhlidirsə, ruhun çəkdiyi əzablar cəsədə də sirayət edər. Abbasilər Əməvilərə qalib gəldikdən sonra onların qəbirlərini xaraba qoydular. Mə”lun Yəzidin qəbri açılanda qəbirdə cəsəd uzunluqda kül xətdən başqa bir şey tapılmadı.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə