Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


ÖLÜMDƏN SONRA İNSANA YETİŞƏCƏK XEYİR İŞLƏR



Yüklə 1,5 Mb.
səhifə26/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   22   23   24   25   26   27   28   29   ...   91
Mead

ÖLÜMDƏN SONRA İNSANA YETİŞƏCƏK XEYİR İŞLƏR


Ölən şəxsin yerinə, onun üçün bu dünyada görülən işlər bərzəx və Qiyamətdə həmin şəxs üçün faydalıdır. Məsələn, bir işin savabını ölənə hədiyyə etmək, borcunu ödəmək, qəza namaz və orucunu, boynunda qalmış vacib həccini yerinə yetirmək, ölən üçün Allah yolunda sədəqə vermək, dua edib bağışlanmasını istəmək və s. Bu barədə Əhli-beyt (əleyhissalam)-dan çoxlu rəvayət gəlib. İstəyənlər “Vəsailüş-şiə” kitabına müraciət edə bilərlər. Xülasə, Allah-Taala ölən üçün işlərin savabını mərhuma çatdırır və bu işi görən adama neçə qat artıq savab mərhəmət edir.

MEYYİT ÜÇÜN HƏDİYYƏLƏR


Həzrət Sadiq (əleyhissalam) buyurur: “Meyyit sıxınıtı və narahatlıqda olduğu zaman, bə᾽zən onun üçün rahatlıq yaranar, ona deyərlər ki, bu rahatlıq dünyada filan şəxsin sənin üçün hədiyyəsinin nəticəsidir.”
Bə᾽zi bəxşişlərin meyyit üçün daha çox savabı olar, “Vəsail” kitabında İmam Sadiq (əleyhissalam)-dan belə rəvayət olub:
Xudavənd Cəbrəilə əmr edər ki, hər birinin əlində Behişt ne᾽məti dolu xonça olan yetmiş min mələklə həmin qəbrə doğru getsinlər və “ey Allahın dostu, salam olsun sənə, bunlar filankəs oğlu filankəsin sənə göndərdiyi hədiyyədir”, desinlər, sonra qəbri nurla dolar...

ÖLÜLƏRİN DİRİLƏRDƏN İSTƏYİ


“Cameül-əxbar” kitabında Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-dan nəql edilmişdir ki, buyurub: “Öz ölənlərinizə hədiyyə göndərin.” Soruşdular ki ölülaərin hədiyyəsi nədir? Buyurdu: -Sədəqə və dua. Hər cümə axşamı mö᾽minlərin ruhları dünya asimanında öz evlərinin müqabilinə gəlib, həzin səslə ağlayıb fəryada edərlər ki, qy mənim əhlim, ey mənim övladlarım, ey atam, ey anam, ey qonşularım, bizə mehribanlıq göstəri, Allah sizə rəhmət etsin, əlimizdə onlardan bizə catan əzab və hesab oldu, xeyri özgələrə çatdı, bizə mehribanlıq göstərin bir dirhəmlə, bir parça çörklə, bir paltarla...”

BƏRZƏX BU DÜNYADAN QEYBDƏDİR


Bə᾽ziləri belə bir sual verə bilərlər ki, bu genişlikdə oülan bərzəx aləmi harada yerləşir.?
Əlbəttə, əqlimiz bunu dərk edə bilməz. Onu deyə bilərik ki, bərzəx bu dünyadan qeybdədir. Bu məsələni anlaağımız üçün rəvayətlərd bir sıra misallar çəkilib. Məsələn, yerdən göyədək bütün dünya bərzəxlə müqayisədə ucsuz-bucaqsız biyabandakı kiçik üzük həlqəsini xatırladır. Dünyada olan insan almadakı qurd, ana bətnindəki uşaq kimidir, yalnız öldüyü zaman azad olur. Doğrudur ki, başqa bir yerə getmir, həmin aləmdə möuddur, amma məhdudiyyətlərdən azad olur. Maddi məfhumlar olan zaman və məkam məhdudiyyətləri onun qarşısından götürülür.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə