Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


GÜNƏŞ ŞÜASININ GÜZGÜDƏ İN”İKASI (ƏKS OLUNMASI)



Yüklə 1,5 Mb.
səhifə29/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   25   26   27   28   29   30   31   32   ...   91
Mead

GÜNƏŞ ŞÜASININ GÜZGÜDƏ İN”İKASI (ƏKS OLUNMASI)


Günəşin şüası başqa yerlərə nisbətən güzgüdə daha çox əks olunur. Ruhun da öz qəbrinə diqəti daha çoxdur.
İllər boyu onunla (bədənlə) iş görüb, onun bərəkətiylə səadətə çatması ruhun qəbrə əlaqəsinə səbəb olacaqdır.
Buradan, “imm hər yerdədir, şərif qəbrinin ziyarətinə getmək nə lazım” deyən şəxsin cavabı mə᾽lum olur: İmamların və din böyüklərinin məzarlaır onların ruhlarıın daha artıq daha artıq diqqət etdiyi, ilahi rəhmətin nazi olduğu, məlaiklərin dolandığı məhəldir. Kamilən faydalanmaq istəyənlər bu mübarək məhəllərdən əl götürməməlidirlər.
Bə᾽zilərində belə bir zəif şübhə görünüb: Əgər ölümdən sonra ruh misali bədən deyilən bir bədənlə əlaqələnirsə, nə üçün həmin bədən ki, günah edib, cəzaya çatmasın? Bu sualın bir neçə cavabı vardır.

BÜTÜN RUHLAR İKİ BƏDƏNƏ MALİKDİR


Məclisi rəhmətliyin buyurduğu kimi, misali bədən maddi deyil ki, ölümdən sonra onu gətirib, ruha deyələr: O bədəndən çıxıb, bu bədənə buyurun. Misali bədən bir lətif (qeyri-maddi) bədəndir ki, ölməzdən əvvəl də həmin şəxslə idi. Hər bir ruh iki bədənə malikdir: Lətif bədən və kəsif, torpaq bədən. Bu iki bədən istər ibadəti, istərsə də savabı birgə ediblər. Amma yuxudakı bütün işləri yol getmək, danışmaq və s. misali bədən icra edir. Bir göz qırpımında Kərbəlaya, Məşhədə gedir, şərqə, qərbə gedir və məhdudiyyəti də yoxdur. Göründüyü kimi misali bədən həmişə şəxslədir. Lakin ölü zamanı misali bədən həmişə şəxslədir. Lakin ölüm zamanı misali bədən cismin bədəndən tam ayrılır.

BÜTÜN HALLARDA CƏZALANAN VƏ FAYDALANAN RUHDUR


İnsanın ruhu ölümdən sonra surət alır. Bu surət dünyəvi surətin eynidir. Yə”ni o, xarici bədənə çevrilmir, yalnız maddi bədənin şəkilini alır. İndi özünüz bilin, istəyirsiniz ona misali bədn deyin, yaxud bərzəx qəlibi adlandırın, ya da ruh deyin. Lakin lətif olduğundan maddi göz onu müşahidə edə bilmir. Ümumiyyətlə, dünyada günah edən də ruhdur, sonradan cəzalanan da (istər misali bədənlə, istərsə də müstəqil) Qiyamətdə isə həmin maddi bədənlə olar.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə