Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


YƏMƏNDƏN NƏCƏFƏ GƏTİRİLƏN CƏNAZƏ



Yüklə 1,5 Mb.
səhifə28/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   24   25   26   27   28   29   30   31   ...   91
Mead

YƏMƏNDƏN NƏCƏFƏ GƏTİRİLƏN CƏNAZƏ


“Mədinətül-məaciz” (mö᾿cüzələr şəhəri) kitabında nəql olunub ki, bir gün Həzrət Əli (əleyhissalam) əshabdan bir dəstəylə birlikdə Kufə darvazasının yanında oturmuşdu. Həzrət nəzər salıb buyrdu: “Mənim gördüklərimi siz də görürsünüzmü.” Ərz etdilər ki, Siz nə görürsünüz, ya Əmirəl-mö᾽minin? Buyurdu: “Dəvə üstündə cənazə gətirən iki adam görürəm. Bura çatmaqlarına üç günlük yol qalıb.” Üç gündən sonra Həzrət (əleyhissalam) və dostları həmin yerdə gözləyərkən uzaqdan bir dəvə göründü. Cilovunu bir şəxs tutan dəvənin üstə cənazə vardı. Bir nəfər də dəvənin arxasınca gəlirdi. Onlar yetişəndə Həzrət (əleyhissalam) soruşdu ki, bu kimin cənazəsidir, siz kimsiniz və haradan gəlirsiniz? Ərz etdilər ki, biz Yəmən əhliyik, cənazə atamızın cənazəsidir, vəsiyyət edib ki, onu Nəcəfdə dəfn edək. Həzrət (əleyhissalam) sual verdi ki, bunun səbəbini atanızdan soruşdunuzmu? Dedilər bəli, atamız deyirdi ki, orada bir şəxs dəfn ediləcək ki, bütün məhşər əhlini əfv etdirə biləcək.
Əli (əleyhissalam) buyurdu: Doğrudur (və iki dəfə təkrar etdi), and olsun Allaha həmin adam mənəm!

EVİNİN ƏTRAFINDAKI ÇƏYİRTKƏLƏRİ MÜDAFİƏ EDƏN ŞƏXS


Mühəddis Qummi “Məfatihül-cinan” kitabında Əli (əleyhissalam) mübarək qəbrinə sığınanların (onun yaxınlığında dəfn olunanların) bəhrələnəcəyini çox gözəl bəyan edib: Təyy tayfasından olan bir ərəf əllərində çuval olan bir dəstə həmtayfasının onun xeyməsinə doğru hərəkət etdiyini gördü. Soruşdu ki, nə olub? Dedilər: Sənin xeymənin ətrafında xeyli çəyirtkə toplanıb, gəldik ki, onları tutaq.
Bunu eşidən ərəb nizəsini ələ alıb, atlandı və dedi: “And olsun Allaha, çəyirtkələr toxunan adamı qətlə yetirəcəyəm. Necə olar ki, bu çəyirtkələr mənim pənahıma sığına, siz də onları tutasınız”? Nəhayət, günəş qalxdı, çəyirtkələr uçub getdilər. Ərəb dedi: “Onlar məndən uzaqlaşdılar, indi özünüz bilərsiniz.”
Bəli, bu ibrətamiz rəvayət təsdiq edir ki, Həzrət Əli (əleyhissalam)-ın pak qəbrinə sığınanlar hökmən faydalanacaqdır.

RUHUN QƏBİRLƏ ƏLAQƏSİ DAHA ÇOXDUR


Mühəddis Cəzairi “Ənvari-nömaniyə”də nəql edir: Soruşa bilərsiniz ki, əgər misali qəlibdə olan ruh Vadiyüs-səlamda olursa, nə üçün qəbir üstünə getmək əmr olunub? Əgər ruhlar qəbirdə deyilsə, öz ziyarətçisini necə başa düşür? Cavab: Həzrət Sadiq (əleyhissalam)-dan rəvayət olunub ki, ruhlar Vadiyüs-səlamda olsalar da, öz qəbirlərinədək məhəlli əhatə edə bilirlər. İmam (əleyhissalam) ruhu günəşə oxşadıb: günəş səmada olsa da, şüaları bütün yeri əhatə edir. Ruhların da elmi, biliyi belədir.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə