Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


BƏRZƏX ALMİ DÜNYANIN MÜHİTİDİR (MÜHİT-ƏHATƏ EDƏN)



Yüklə 1,5 Mb.
səhifə27/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   23   24   25   26   27   28   29   30   ...   91
Mead

BƏRZƏX ALMİ DÜNYANIN MÜHİTİDİR (MÜHİT-ƏHATƏ EDƏN)


Ana bətnindəki körpəyə, çöldə ana bətnindən qat-qat geniş bir aləm olduğu deyilsə, dərk edə bilməz. Biz də ana bətni ilə bərzəx arasında eyni vəziyyətdə olduğumuzdan, bərzəxi anlamırıq.
Qur᾽ani Məcid buyurur: “Sənin üçün nə hazırlandığını kimsə bilmir.” Bəli, biliklərimizi sadiq, doruçu şəxslər xəbər verdiyinə görə, biz də təsdiq edirik.
Bu dünya ana bətində mühit (əhatə edən) olduğu tək, bərzəx də bu dünyaya mühitdir-bundan dəqiq izahat, ifadə yoxdur.

RUHLARIN BİR-BİRLƏRİ İLƏ ÜNSİYYƏTİ VAR


İsbəğ ibni Nəbatə deyir: Mövlam Əmirəl-mö᾽minin Əli (əleyhissalam)-ın Kufə darvazasında səhra ilə üzbəüz durduğunu gördüm. Sanik, kiminləsə danışırdı, amma kimsə görünmürdü. Mən də dayandım, bir az ötdü, yorulub oturdum.
Bir dəfə də durdum, əyləşdim, amma Həzrət Əli (əleyhissalam)-dayanıb söhbət edirdi. Ərz etdim, ya Əli, kiminlə danışırsan? “Söhbətim mö᾽minlərlədir” buyurdu. Soruşdu mö᾽minlərlə? Buyurdu: Bəli, o şəxslər ki, dünyadan getmişdilər, indi buradadırlar. Sual verdim ki, ruhdurlar, yoxsa cism? Buyurdu: “Ruhdurlar. Kaş onların toplanaraq, ünsiyyət saxlayıb, ilahi ne᾽mətlərini necə yad etdiklərini gördəydin!”

VADİYÜS-SƏLAM RUHLARIN YERİDİR


Digər bir hədisə görə istər şərq, istərsə də qərbdə dünyadan kgedən mö᾽minin ruhu (misali qəlibdə) Vadiyüs-Səlamda, Əmirəl-Mö᾽minin Əli (əleyhissalam)-ın yaxınlığında zühur edər. Başqa sözlə, Nəcəfül-Əşrəf (şərif nəcəf şəhəri) uca mələhutun nümayişidir.
Eləcə də, Yəməndə ot bitməyən, quş uçmayan Bərəhut səhrası kafir ruhlarının zühur yeridir.

ELM VƏ ƏMƏLƏ GÖRƏ HƏZRƏT ƏLİ (ƏLEYHİSSALAM)-LA YAXINLIQ


Əli (əleyhissalam)la yaxınlığın əhəmiyyəti haqqında eşitdiklərimiz ruhani yaxınlığa aiddir. Həzrətə yaxınlıq elm və əmələ görədir. İnsanın bircə günahı onu Həzrətdən, həmin günah qədər uzaqlaşdırır. İnsanın ruhunun Əli (əleyhissalam)la olub, cəsədinin Nəcəfdə dəfn olunması böyük səadətdir.
Amma Allah eləməsin ki, kimsənin cəsədi Nəcəfdə, ruhu isə Bərəhutda əzabda olsun. Ruhən qovuşmağa çox sə”y edilməlidir. Əlbəttə, Nəcəfdə dəfn olunmağın da tə”siri böyükdür.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə