50
edilən yeni Azərbaycan Konstitusiyası xalqın iradəsini əks
etdirdi. Ölkədə mövcud olan çoxpartiyalı sistem əsasında
parlament seçkiləri keçirildi.
Milli dəyərlərimizin, ideologiyamızın formalaşdığı həmin
o dövrlərdə Azərbaycan Respublikasının prezidenti Heydər
Əliyev göstərirdi ki, “Milli ideologiyamız tarixi keçmişimizlə,
millətimizin, dövlətimizin bu günü və gələcəyi ilə bağlı
olmalıdır”. Göründüyü kimi ölkə prezidenti xalqın tarixi
keçmişi, milli adət-ənənələri milli mənəvi-dəyərləri ilə bağlı
fikirlər söyləyərkən dini əxlaqi dəyərlərimizin rolunu da qeyd
etmişdir.
Heydər Əliyev 1998-ci il aprelin 8-də Mir Mövsüm
ağanın ziyarətgahında Qurban bayramı münasibətilə qeyd
etmişdi: “İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-
mənəvi dəyərləri, adət və ənənələrimiz – hamısı birlikdə bizim
milli sərvətimizdir... Bizim ənənələrimiz, mənəvi, milli, dini
dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır. Biz,
bizim nəsil, hamımız birlikdə, indi yaşayan insanlar
xoşbəxtdirlər ki, bu günə gəlib çatmışıq. Bizim müstəqil
ölkəmiz, müstəqil dövlətimiz var, biz öz taleyimizin sahibiyik;
dini, mənəvi, milli adət-ənənələrimizi bərpa etmişik”.
Xalqımız sözsüz ki, öz keçmişinə, əxlaqi dəyərlərinə
diqqətlə nəzər yetirməlidir. Bu ənənələrə sadiq qalmaq, bu
yolla irəliyə baxmaq vacib məsələdir. Başqa xalqlara mənsub
olan ənənələri qəbul etmək və onu xalqa zorla qəbul etdirmək
isə əlbəttə ki, başqa əsasda özgələşmək deməkdir.
Mədəniyyətə, milli mənəvi dəyərlərə belə yad münasibət
əlbəttə ki, son dərəcə təhlükəlidir və qəbul edilməzdir. Qeyd
edilməlidir ki, Azərbaycanda da başqa xalqların ənənələrinə
sahib olma, başqa ənənələrin qəbul edilməsi faktları olmuşdur.
Ancaq, onun nəticələri yaddaşlardan tezliklə silindi. Məhz 70
ildə postsovet məkanında bizim xalqın başına gətirilən oyunlar
bunu bir daha sübut edir.
51
Dünyəvi dövlət quruculuğu yolunu seçən prezident
Heydər Əliyev Azərbaycanın inkişaf yolu haqqında öz
fikirlərini söyləmişdir: “Ümumiyyətlə, bilin ki, biz
Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq.
Bu, müstəqil Azərbaycanın gələcək yolunun ana xəttidir. Çünki
bu, xalqımızın gələcəyi üçün ən düzgün və xalqımızı səadətə
aparan ağıllı yoldur. Biz bu yolu seçmişik və bu yolla gedirik”.
Azərbaycan müstəqillik qazandıqdan sonra, milli
özünüdərk problemi millətin ictimai fikrinə, milli-mənəvi
dəyərlərinə müraciət edilməsi yolu ilə həll edilə bilər.
Hazırda milli ideya Avropada və bütün dünyada milli
zəmində problemlər yaradır. Keçmiş Yuqoslaviyada və SSRİ-
də baş qaldırmış separatizm meylləri buna misal ola bilər.
Müstəqillik ərəfəsində Azərbaycanda da milli ideyalar
formalaşmaga başladı. Belə ki, milli birlik, dünyəvilik,
müasirlik, avropalaşma kimi ideyalara əsaslanan milli
dövlətçilik ideologiyası siyasi əhəmiyyət kəsb edir.
Qeyd edilməlidir ki, 70 ildə postsovet məkanında
Azərbaycanda din bütün ictimai siyasi həyatdan ayrılmış,
təzyiqlərə məruz qalmışdır. Buna baxmayaraq din dövlətin
ideologiyasında qorunub saxlana bilmişdir. Sözsüz ki, hazırda
Azərbaycan xalqına qarşı törədilən cinayətkar əməllər – terror
və işğalçılıq siyasətinin təməlində xristian-islam qarşıdurması
durur. Bu da sosial iqtisadi və siyasi problemlərin olduğu
şəraitdə dini ideyaların, dini mənəvi dəyərlərin güclənməsinə
səbəb olur. Azərbaycanın xarici dövlətlərlə öz münasibətlərini
yaxşılaşdırması, xüsusən xarici müsəlman dövlətləri ilə hər cür
mədəni-dini hüquqi əlaqələrini genişləndirməsi islamçılıq
ideyasının təsirini artırır.
Ümumiyyətlə, cəmiyyət öz varlığını tənzimləyərkən
keçmişimizdən ona miras qalmış adət-ənənələrdən imtina edə
bilməz. Adət-ənənələrin, milli-mənəvi dəyərlərin bərpası üçün
münasib şərait əldə edən Azərbaycan xalqı daimi onu
möhkəmləndirmək üçün çalışır.
52
Keçmiş təcrübəyə, mədəniyyətə şüurlu varislik
münasibəti bəsləmək və həmin mənəvi dəyərləri daimi
zənginləşdirmək, varislik ənənələrinə sadiqlik göstərmək
xalqın borcudur. Varislik prosesi əsasında irsən keçən mənəvi
dəyərlər təkcə yenidən dirçəldilmir. O həm də inkişaf etdirilir
və yeni nəsillərin mədəni simasına uyğunlaşdırılmış olur.
Sözsüz ki, bu prosesin müəyyən durğunluq, geriləmə və
eyni ilə sürətli inkişafı baş verir. Onu da nəzərə almaq lazımdır
ki, insanlar təkcə keçmişin müsbət təcrübəsinə deyil, eyni
zamanda artıq dövrünü sona çatdırmış, əhəmiyyətini itirmiş
münasibətlərə, dəyər və ideyalara, vaxtı keçmiş davranış
normalarına malik olur.
Bu gün Azərbaycan müsəlman ölkələri üçün xarakterik
olan, sosial-psixoloji əhəmiyyət kəsb edən varislik mexanizmi
vasitəsi ilə keçmişin gözəl əxlaqi və hüquqi dəyərləri ilə
yanaşı, o dövrün sosial bəlası olan çoxarvadlılıq, müvəqqəti
qeyri- qanuni nikah, qızların kiçik yaşlarından məktəbdən
çıxarılıb ərə verilməsi, dini təəssübkeşlik kimi əməllər də öz
əməli fəaliyyət formasını almağa çalışır. Belə mənfi xarakterli
əməllərin müasir cəmiyyətimizə yol tapmaması üçün mübarizə
aparılmalıdır.
Vaxtı ilə ateist ideologiyaya tabe edilmiş Azərbaycan
xalqı nəhayət, müstəqillik dövründə islam aləmində, islam
mənəvi məkanında qərarlaşdı. Ulu öndərimizin qeyd etdiyi
kimi, indi müstəqil Azərbaycan Respublikası, islama etiqad
edən azərbay-canlılar müsəlman aləminin və ümmətinin tərkib
hissəsidir. Bu da əsrlər boyu yaşamış və bizim üçün böyük
dayaq olan milli, dini, mənəvi ənənələrimizin bərpa və
inkişafının möhkəmlənməsinin təzahürüdür.
Azərbaycan xalqının mənəviyyatına zidd olan, məqbul
əxlaq normaları ilə bir araya sığmayan müxtəlif əyləncə
müəssisələrinin ləğv edilməsi cəmiyyətin mənəvi sağlamlığının
təmin edilməsi məqsədini güdmüşdür. Prezident Heydər Əliyev
haqlı olaraq belə hesab edirdi ki, İslam dini həmişə insanları
Dostları ilə paylaş: |