59
prinsipinin müəyyənləşməsi; iqtisadi hadisələrə vahid ideoloji
sistem kimi mexaniki surətdə müəyyənləşmiş mövqeydən
yanaşılması; respublikamızın iqtisadi suverenliyi istiqamətində
iqtisadi təfəkkürün inkişaf etdirilməməsi; ideoloji məhdudiyyət
üzündən Azərbaycan xalqının iqtisadi təfəkkür tarixi axıradək
araşdırılmamış, başqa ölkələrın iqtisadi təfəkkürü ilə əlaqələrin
məhdudlugundan ibarət olmuşdur.
Göründüyü kimi sovet elm sistemində iqtisadi şüura
ictimai şüurun bir forması olaraq baxılmırdı, dərsliklərdə bir
çox hallarda iqtisadi şüur anlayışından istifadə olunmurdu.
Ancaq, onu qeyd etmək olar ki, artıq son dövrlərdə SSRİ-də
əsərlərdə iqtisadi şüura da ictimai şüurun bir forması kimi
baxılması haqqında mülahizələr vardır. Ancaq bu problem
mübahisəli xarakter daşıyır. Iqtisadi şüura ənənəvi şüur
səviyyəsində baxılmasını inkar edən fikirlər də vardır.
Cəmiyyətin maddi istehsal sahəsi mövcuddursa, onun
inikası olan iqtisadi şüur da mövcuddur. Istehsal, mülkiyyət,
mübadilə, istehlak, maliyyə, verği, bazar və s. münasibətlərin
inikası olan ideyaları ifadə edən iqtisadi təfəkkür həmin
münasibətlər sisteminin tənzimlənməsi üçün normalar
müəyyən edir. İqtisadi təfəkkür insanın nəzəri ideyalar,
baxışlar istehsal edən psixi-mənəvi və yaradıcı-idraki
fəaliyyətin ən yüksək formasıdır.
32
Iqtisadi hüquqi təfəkkür elmi əsaslara söykənmirsə, o
cəmiyyətin maddi həyatına, iqtisadi proseslərə öz təsirini
ğöstərə bilməz.
M. M. Səttarovun qeyd etdiyi kimi intelektual səviyyəsi,
iqtisadi şüuru yüksək olmayan heç bir kəs sözün həqiqi
mənasında müasir istehsalçı kimi fəaliyyət ğöstərə bilməz.
33
32
Cəlilov M.İqsisadi təfəkkür: fəaliyyət və müasirlik.”İqtisadiyyat” qəzeti,
10-17 fevral, 2000-ci il, 7 saylı buraxılış (50).
33
Səttarov M.M. İqtisadi şüur: mahiyyəti, strukturu və cəmiyyətdə rolu.
Bakı .2000, səh.63.
60
Müasir dövrdə Azərbaycanda yeni iqtisadi hüquqi
təfəkkürün xüsusiyyətləri tədqiqat obyekti olmalıdır. İqtisadi
şüurun mahiyyəti və strukturu ilə baglı M.M. Səttərovun
məqalələrinə və müasir dövr üçün iqtisadi təfəkkür probleminə
M.Cəlilov tərəfindən baxılmışdır. Yeni iqtisadi təfəkkür
mövzusuna Ə.F.Abbasovun “Yeniləşən cəmiyyət. Müasir elmi
paradiqma və idarəetmə” əsərində rast ğəlmək olar.
Iqtisadi təfəkkür anlayışına qədim Çin, Yunan və Roma
sosial- siyasi, fəlsəfi fikir tarixində rast gəlmək olar. Ancaq,
iqtisadçı Adam Smittin dövrlərindən etibarən bu anlayış
mühüm elmi kataqoriya kimi işlənməyə başlamışdır. Müəllif
1776-cı ildə yazdıgı “Xalqların sərvətin təbiəti və səbəbləri
haqqında tədqiqlər” əsərində bu anlayışdan istifadə etmiş,
insanların əlbir fəaliyyəti ilə bağlı yeni ideyalar irəli sürmüş,
onların maddi və mənəvi rifahının yaradılması mənbələrini
ğöstərmişdir.
Iqtisadi təfəkkür çəmiyyətin maddi həyatının təşkilində
və təmizlənməsində, ictimai həyatın inkişafında əsas rol
oynayır.
Iqtisadi təfəkkür adamların mümkün variantlarda
secimini müəyyənləşdirir. Bəzən elə düşünmək olar ki, hətta
bəzi adamlar yoxsulluqlarını özləri secmişdir. Ancaq,
yoxsulluq və işsizlik sosial bir bəladır və heç də bu adamların
iradəsindən asılı deyildir.
Con Meynard Keynsin qeyd edir ki, iqtisadi siyasət hazır
tövsiyələrdən ibarət deyildir. Bu hər şeydən əvvəl hazır
təlimdən, nəzəriyyədən daha çox metodlardan, onlara
yeyələnmiş adamların mülahizə və mühakimələrindən
ibarətdir. Bu elə bir təfəkkür sistemidir ki, milyonlarla adam öz
səyləri nəticəsində vahid sənaye cəmiyyəti qururlar. Eln
Devonsa ğörə, iqtisadi təfəkkür elementar qarşılıqlı əlaqələr
61
konsepsiyası olub hər bir kəs tərəfindən müstəqil şəkildə
həyata keçirilə bilər.
34
Iqtisadi təfəkkür cəmiyyətin iqtisadi həyatı haqqında elmi
biliklərin və içtimai istehsalın inkişaf mərhələsinin keyfiyyət
xüsusiyyətlərini, daxili dinamikasını əks etdirən iqtisadi
fikirlərin və təsəvvürlərin məçmusudur. Iqtisadi təfəkkür
ictimai şüurun fəal hissəsi kimi təsərrüfat qərarlarının
hazırlanması və həyata keçirilməsinə yönəldilmiş əməli
fəaliyyət növürür. Iqtisadi təfəkkür təcrübəyə, reallıglara,
iqtisadi həyatın dərindən öyrənilməsinə və təhlilinə əsaslanaraq
yaranır. Hər bir cəmiyyətin konkret inkişaf pilləsinə uygun
olaraq öz spesifikliyi ilə fərqlənən iqtisadi təfəkkürü olur.
35
Bəzi tədqiqatçılar hesab edirlər ki, dünyanı iqtisadçılar
idarə edirlər. Çünki cəmiyyətin maddi həyatının ğedişini onlar
müəyyənləşdirirlər. Bəziləri iqtisadi təfəkkürün insanların
rasional dəyərlərdən qaynaqlandıgını iddia edirlər. Yəni
iqtisadiyyatda mənfəəti artırmaga can atan insanlar sərfəli və
xeyirli olmayan hər şeydən imtina edirlər.
Mülkiyyət hüququ hüquqi təfəkkürün nəticəsi olub hansı
əmlakın kimə məxsus oldugunu hüquqi cəhətdən əsaslandırır
və müdafiə edir. Sabiq Amerika prezidenti R.Reyqan qeyd
edirdi ki, Allah amerikalılar üçün üç böyük sərvət bəxş
etmişdir: ailə, din və xüsusi mülkiyyət hüququ. Bunlardan
birinin olmaması və ya hüquqi əxlaqi ahənğdarlıgının
pozulması
həyatın sabitliyinin pozulmasına
ğətirib
çıxaracaqdır. O cümlədən vətəndaşın maraqlarını təmin edən
əsas vasitələrdən olan mülkiyyət hüququnun qorunması iqtisadi
təfəkkürün mühüm istiqamətlərindən biridir.
Bazar iqtisadi münasibətlərinin formalaşdıgı cəmiyyət
bütövlükdə bazardan ibarət deyildir. Burada bazar iqtisadi
sektoru ilə yanaşı başqa institutlar da fəaliyyət ğöştərir. Iqtisadi
34
Essays in Economics. London, 1961, p. 46.
35
Iqtisadi nəzəriyyə. Bakı ,1993, l hissə, s.12.
Dostları ilə paylaş: |