105
fikrincə bu nəzəriyyə, elmi axtarişların istiqamətini
müəyyənləşdırən ümumi metodoloqiya, həm də ümumi metod
kimi çıxış edir.
Metodologiya, hər hansı konkret elmi tədqiqatın metod
və üsullarını nəzərdə tutur. Ona görə metodoloğiyaya müəyyən
metodlar sistemi kimi baxılır. Metodologiya gerçəkliyin dərk
olunması və dəyişdirilməsi metodları haqqında təlimdir.
Prof. İ.D.Andreyevə görə, “Metodologiya sanki iki
səviyyəni ehtiva edir. Birinci səviyyəni ən ümumi
metodologiya olan dialektik materializm təşkil edir. Konkret
elmlər üçün yalnız nəzərdən keçirilən elm üçün əhəmiyyətli
olan metodologiya vardır. Elmi idrakın bir çox metodları
(məsələn, riyazi metod, modelləşdirmə metodu və s.) əvvəlcə
konkret elmlərdə tətbiq olunmuş və yalnız sonralar ümumi elmi
məna kəsb etməyə başlamişdir”
50
.
Hələ qədim yunan elminin xüsusiyyətlərinə əsaslanan
antik fəlsəfədə çox qiymətli metodoloji ideyalar yaranmışdır.
Qədim yunanların işləyib hazırladıqları metodlar əsasən
deduktiv xarakterli elmlərdə, əsasən riyaziyyatda tətbiq
olunmuşdur. Bu dövrdə Evklidin “Həndəsənin əsasları”nda
aksiomatik metodun kəşfi qədim yunan elminin ən böyük
nailiyyəti oldu. Bu ideya özünün tamamlanmış ifadəsini
Aristotelin sillogizmində tapan deduktiv mülahizələrin əsas
prinsip və qanunları idi. Aristotelə görə, şeylərin dərk
olunması iki yolla sillogizm və induksiya yolu ilə baş verir
51
.
Aristotel idrakın bu yollarını qarşılıqlı əlaqədə görürdü.
XVII əsrin əvvəllərində ingilis alimi F.Bekon və fransız
alimi P.Dekart həqiqətləri kəşf etmək üçün yeni məntiq
yaratmaq qərarına gəldilər. “Metod haqqında mühakimə”
əsərində P.Dekart sillogizmin yeni bilik əldə edilməsi metodu
ola bilməsi haqqında Aristotelin fikrinə qarşı çıxaraq özlərinin
50
И.Д.Андреев. Проблемы логики и методологии познания. Изд.
«Наука», М., 1972, с.291-292.
51
Аристотел. Аналитики. М., 1952, с.168.
106
dörd qaydadan ibarət olan yeni metodlarını yaratdılar. Burada
əsas cəhətlər təhlil , deduksiya və təfəkürün sadədən
mürəkkəbə hərəkətindən ibarət olan sintez bir ideya olaraq irəli
sürülurdü. Sonralar Hegel tərəfindən inkişaf etdirilən və
K.Marks tərəfindən əsaslandırılan bu ideyanı - abstraktdan
konkretə yüksəlmədən ibarət olan bu metod öz mahiyyəti
etibarı ilə riyazi deduksiya olmuşdur. Dekart riyaziyyatı biliyin
yalnız konkret sahəsi deyil, həm də idrakın səmərəli metodu
hesab edirdi
52
. Dekart öz fəaliyyətində riyaziyyatı, yəni
deduksiyanı mütləqləşdirmiş və eyni zamanda induksiyanın da
rolunu qeyd etmişdir.
Elmi idraka çatmaq yolunu təcrübə və deduksiyada ğörən
Dekart induksiyanı həqiqətə çatmaq yolunda qazanılmış
biliklərin yoxlanılması forması hesab etmişdir. Müəllif
gerçəkliyin dərk edilməsində intellektual intiusiyaya da böyük
əhəmiyyət vermişdir.
F.Bekon metod problemini özünün “Yeni orqanon”
əsərində təsdiq etmişdir. İdrakın metodlarını induksiya, təhlil,
müşahidə və eksperimentdə görən müəllif şeylərin obyektiv
qanunauyğunluqlarını və struktur əlaqələrini induksiyada
ğörürdü.
Ümumiyyətlə, induktiv və deduktiv məntiqi prinsiplərin
mühüm fərqi .təkin və ya ümuminin mütləqləşdirilməsindən
ibarətdir. Induktivizm tək olanı, deduktivizm isə ümumi olam
mütləqləşdirir. Əslində isə onlar vəhdətdədirlər, induktiv və
deduktiv əqli nəticələr isə bu vəhdətin müxtəlif inikaslarıdır.
Deduktivizmin nümayəndəsi olan ingilis filosofu
K.Polerə görə eksperimental elmlərdən induksiyanı kənar
etmək, onu deduksiya ilə əvəz etmək lazımdır. Materializmə
görə, elmdə i k i məntiq və i ki metodologiya (induktiv və
deduktiv) deyil, yalnız induktiv-deduktiv məntiq vardır.
52
П.Декарт. Избранные произведения. М., 1958, с.83.
107
Beləliklə, aydın o l u r k i , induksiya, deduksiya ayrı-ayrılıqda
elmi idrakın ümumi universal metodu ola bilmədiyi kimi,
induktivizm və deduktivizim universal metodologiya da
yoxdur.
Alman alimi Leybnits “İnsan zəkası haqqında yeni
təcrübələr” adlı əsərində aksiomatik-deduktiv metodu i n k i ş a f
etdirmişdir. O belə nəticəyə gəlmişdir ki, məntiqi hesablamalar
yalnız kəşf edilmiş həqiqətlərin sübuta yetirilməsi üsulu
olmayıb, həm də yeni həqiqətlərin qazanılması vasitəsidir.
Riyaziyyatın idrak metodu olması haqqında Dekartın ideyasını
inkişaf etdirən Leybnits bir tərəfdən məntiqin riyaziləşdiril-
məsi, digər tərəfdən isə riyaziyyatın məntiqiləşdirilməsi fıkrini
irəli sürmüşdür
53
Fransız materialisti Didro induksiya vasitəsilə həqiqətə
nail olmağın qeyri mümkünlüyü qənaətinə gəlir və elmi
idrakda nəzəri təfəkkürün ümumiləşdirici yolunu yüksək
qiymətləndirirdi. Ancaq, o da Bekon kimi «eksperimental
fəlsəfənin» rassional fəlsəfə üzərində üstünlüyünü irəli
sürürdü
54
.
Obyektiv idealist olan və buna görə də idraka mütləq
ideyanın mahiyyətini dərk etmək üsulu kimi baxan Megel,
metodu ziddiyyətlərin aradan qaldırılması yolu ilə fikrin
mütləq biliyə doğru ğedən dialektik hərəkət olduğunu qeyd
edərək yazırdı: «Metoda biz təbiətini artıq dərk etdiyimiz
anlayışın özünün hərəkəti kimi baxmalıyıq»
55
.
Məşhur rus fizioloqu İ.Pavlovun metoda verdiyi
xarakteristika belədir: «Metod əsas şeydir. Tədqiqatın
keyfiyyəti metoddan, fəaliyyət üsulundan asılıdır. Hətta o
qədər də istedadlı olmayan şəxs yaxşı metod əsasında çox şey
əldə edə bilər. Metod pis olduqda isə ən dahi adam belə
53
А.И.Стяжин. Формирование математической логики. М., 1967, с.225.
54
Д.Дидро. Избранные философские сочинения. М., 1941, с.99-100.
55
Гегель. Сочинения. Том. ВЫ, М., 1939, с.298.
Dostları ilə paylaş: |