108
səmərəsiz işləyəcək, dəyərli və dəqiq məlumatlar əldə edə
bilməyəcəkdir»
56
.
Elmi idrak metoduna əsaslanaraq elmi tədqiqatda düzgün
istiqamət götürmək, vaxta və enerjiyə qənaət etmək yolu ilə
həqiqətə daha rasional .yolla çatmaq olar. Fransız riyaziyyatçısı
Laplas qeyd edirdi ki, müəyyən metoddan istifadə edərək kəşf
etmiş alimin istifadə etdiyi metodu öyrənmək elm üçün heç də
onun kəşfindən az əhəmiyyətli deyildir
57
.
Elmi idrak metodunun seçilməsi tədqiqat obyektinin
xarakterindən asılı olaraq müəyyən edilir. Məsələn, spektral
analiz metodu ancaq şüalandıran cisimlərdə, hibridləşdirmə
metodu ancaq bioloji obyektlərdə tətbiq olunur. Eyni zamanda,
biliyin müəyyən obyektlərinə tətbiq olunan metodlar başqa
elmi bilik obyektlərinə də şamil edilə bilər. Bu mənada elmin
inkişafında iki meyl mövcuddur: elmlərin differensiyası, yəni
elmlərin şaxələnməsi və inteqrasiyası, yəni elmlərin birləşməsi
proseslərindən asılı olaraq metodların bir elm sahəsindən
digərinə tətbiq edilməsi baş verir. Bu mənada kimyəvi
metodların geologiyaya (geokimya), biologiyaya (biokimya),
fiziki metodların riyaziyyata (riyazi fizika), biologiyaya
(biofizika), geologiyaya (geofizika) tətbiqini misal göstərmək
olar.
Metodun tətbiq sahəsinin başqa elm sahələrinə
köçürülmə imkanları eyni zamanda, həm də elmi praktikada
istifadə olunan idrak vasitələrindən asılıdır. Bu vasitələrə hiss
edənləri (mikroskop, teleskop, gücləndiricilər), düşünənləri
(müxtəlif hesablayıcı maşınlar) və təsir edənləri (raketlər, lazer
şüaları) aid etmək olar. Idrak prosesində istifadə olunan
metodların xarakteri idrak vasitələrinin xarakterindən asılıdır.
Məsələn, səma cisimlərinin nisbətən yaxından müşahidəsi
Qalileyin teleskopu kəşf etməsindən sonra mümkün oldu.
56
И.П.Павлов. Лекции по физиологии. М., 1952, с.21.
57
О.М.Сечивица. Методы и формы научного познания. Изд. «Высшая
школа», М., 1972, с.4.
109
T.Pavlova görə ictimai və maddi gerçəklikdə heç bir metod
yoxdur, burada ancaq obyektiv qanunlar vardır. Metodlar
ancaq insanın başında, onların şüurunda və deməli, insanların
şüurlu fəaliyyətində mövcuddur. Buna görə də metod obyektiv
dialektikanın inikası kimi götürülən subyektiv dialektikanın
mühüm kateqoriyalarından biridir
58
. Beləliklə, metod insan
tərəfindən subyektiv məqsədlə yaradılsa da, həmin məqsədin
özü obyektiv amillərlə işləndiyindən insanın fəaliyyət üsulları
yalnız subyektiv momentləri deyil, həm də obyektiv qanunları,
xassələri və münasibətləri də əks etdirir.
Əhatə etdiyi hadisələrin miqyasından asılı olaraq
metodların ümumilik dərəcəsi müxtəlif olur: 1.Konkret
prosesin bütün mərhələlərində tətbiq olunan ən ümumi
dialektik metodlar. 2. Elmi idrak prosesinin bir sıra bilik
sahələrində tətbiq edilən ümumi metodlar. Bura təhlil və sintez,
induksiya və deduksiya, eksperiment və müşahidə, analogiya
və modelləşdirmə və s. daxildir. 3. Ancaq müəyyən bir elmin
hüdudlarında tətbiq olunan xüsusi metodlar, məsələn,
riyaziyyatda - riyazi induksiya metodu, biologiyada -
hibridləşdirmə metodu və s. İdrakın ən ümumi metodu təbiətin,
cəmiyyətin və təfəkkürün tədqiqi üçün eyni dərəcədə ümumi
olan materialist metoddur. Ancaq, dialektik metod nə qədər
ümumi xarakter daşısa da konkret elmlərin xüsusi metodlarını
əvəz edə bilmir.
Təbiət elmləri öz inkişafında təbii elmi biliklər zəminində
meydana çıxan bir sıra fəlsəfi problemlərlə qarşılaşır. Ancaq,
onları təbiət elmlərinin üsul və vasitələri ilə həll etmək
mümkün deyildir. Bunu fizikanın fəlsəfi problemləri misalında
aydınlaşdırmaq olar. Məsələn, əgər fizik hər hansı bir
deferensial tənliyi inteqrallaşdırmağı və onun həllinin fiziki
mənasını aydınlaşdırmağı qarşısına məqsəd qoyursa, bu zaman
58
Т.Павлов. Основное в учении И.П.Павлова в свете диалектического
материализма. М., 1958, с.105.
110
nəzərdən keçirilən problemin fəlsəfi deyil, fıziki-riyazi
xarakterli olması üzündən onun həlli üçün fiziki vasitələr və
riyazi düsturlar kifayət etmədiyindən fəlsəfənin köməyinə
bilavasitə ehtiyac olacaqdır. Fizikanın fəlsəfi problemləri öz
məzmununa görə eyni zamanda fəlsəfi xarakterli olub, bir
tərəfdən fəlsəfi səbəbiyyət, zərurət, qanunauyğunluq məsələləri
ilə, digər tərəfdən isə fəlsəfənin əsas məsələsinin qneseloji
tərəfinin - idrak prosesində obyekt və subyektin münasibəti
məsələsinin aydınlaşdırılması və obyektiv aləmin dərk
olunması problemləri ilə bağlıdır
59
.
Təbiətşünaslıq üçün fəlsəfənin nəzəri-metodoloji
əhəmiyyəti böyükdür. Məsələn, eksperimentlərin birində özünü
hissəcik kimi aparan elektron, digər halda özünü dalğa kimi
aparırdı. Dialektik metoda arxalanaraq fiziklər sübut etdilər ki,
elektronun təbiəti ziddiyyətlidir, o korpuskulyar - dalğa
təbiətlidir.
Qeyd edilməlidir ki, ümumi metodların bir çoxu ən
ümumi metod kimi bütün elmlərdə tətbiq olunur. Təhlil və
sintez, induksiya və deduksiya, tarixi və məntiqi olan ümumi
metodlar dialektik metoddan ayrılıqda deyil, onunla birlikdə
təsir göstərir. Ancaq, dialektik metod təşəkkül tapanadək
(məsələn, təhlil və sintez) bir-birindən ayrılıqda tətbiq
edilmişdir. Onlar bir-birinə qarşı qoyularaq bir-birindən asılı
olmadan tətbiq olunmuşdur. Eyni sözləri elmi idrakın başqa
metodları haqqında da demək olar. Ümumiyyətlə, qeyd
edilməlidir ki, tədqiqat prosesində bütün metodlar vəhdətdə
tətbiq olunmalıdır.
59
Сб. «Философия естествознания», М, Политиздат, 1966, с.21-22.
Dostları ilə paylaş: |