Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə28/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   24   25   26   27   28   29   30   31   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

71



Ingilis  dilinin  Avstraliya  variantında  avstralizmlər  poetik  əsərlərin, 

xüsusilə də, xalq nəğmələri və folklorun əsasını təşkil edir. 

Məlumdur  ki,  dilin  leksik  sisteminin  inkişafına  mühüm  faktorlar 

həlledici  təsir  göstərir.  Bunlara  misal  olaraq  təbii-coğrafi  mühiti,  sosial-

iqtisadi, mədəni və başqa faktorları göstərmək olar. Məsələn, Avstraliyanın 

koloniyalaşmasının  erkən  dövrlərində  yeni,  hələ  tanış  olmayan  əşya  və  ya 

hadisələrin  adlandırılmasına  olan  tələbat  tamamilə  leksik  yenilik  olan 

laughing,  jackass,  kackeroo  və  woolshed  tipli  sözlərin  yaranmasına  gətirib 

çıxarmaya  bilməzdi.  U.Remsonun,  S.Bekerin,  C.Ternerin  və  başqa 

avstraliyaşünasların ingilis dilinin Avstraliya variantında olan bu tipli leksik 

yeniliklərə və həm də AuE-də digər leksik xüsusiyyətlərə həsr olnmuş elmi 

əsərləri  var.  U.Remsonun  tədqiqatlarının  materialları  bu  günümüzdə  də 

müasirdir,ona görə ki, müəllif leksikanın elə elementlərini tədqiq edir ki, bu 

leksik  vahidlər  zamanın  sınağından  keçib  və  avstraliyalıların  ədəbi  dilini 

zənginləşdirib. Buna görə də Remsonun əsəri AuE-nin müasir vəziyyətinin 

öyrənilməsi baxımından böyük maraq doğurur. 

Haqlı  olaraq  Avstraliya  ingiliscəsinin  leksik-semantik  sisteminə  aid 

olan  ümumişlək  sözlərin  Beyker  tərəfindən  özbaşına  bir  kateqoriya 

birləşdirilməsi  tənqid  edən  Remson  özü  də  səhvlərdən  can  qurtara  bilmir. 

U.Remson hərdən elə sözləri avstralizmələr aid edir ki, bu sözlərin AuE-nin 

leksik-semantik tərkibində mənsubiyyəti mübahisəlidir. Misal üçün, “bloke” 

sözünü götürə bilərik. Oksford lüğətinin tərtibçiləri bu sözün eyni dərəcədə 

BE-yə mənsubluğunu bildirirlər. Eyni vəziyyət “hoax” sözünə də aiddir. Bu 

sözün amerikanlıların ədəbi dilində tez-tez işlədilməsi onun təmiz avstralizm 

olmadığını  bildirir.  İngilis  dilinin  Avstraliya  variantına  həsr  olunan  elmi 

əsərlər içərisində bir az sxematik olsa da, dolğunluğu ilə seçilən və S.Beyker 

tərəfindən  yazılan  “The  Australian  Language”  əsərini  qeyd  etmək  yerinə 

düşər.  Ancaq  bu  əsərin  Menkenin  məşhur  “Amerikan  dili”  əsərin  təsiri 

altında  yazıldığı  baxmayaraq,  Beykerin  fikrincə  bu  kitab  AuE  ilə  BE 

arasında  olan  fərqlərin  sübutudur.  O  yazır  ki,  bizdə,  yəni  Avstraliyada  və 

İngiltərədə  əşyalar  bir-birindən  o  dərəcədə  fərqlidir  ki,  adət  etdiyiniz 

sözlərdən  ya  imtina  etməli,  ya  bu  sözləri  başqa  mənalarda  işlətməli,  ya  da 

tamamilə yeni sözlər işlətməli idik. Avstraliya ingiliscəsinin leksikasına həsr 

olunmuş və maraq doğuran, nəzərə çarpan əsərlər arasında C.Ternerin “The 

Language  in  Australia  and  New  Zealand“  (1966)  və  “Good  Australian 

Engilsh”  (1972)  əsərləri  də  var.  Birinci  kitabda  müəllif  Avstrliya  ingilis 

dilinə  müxtəlif  tərəflərdən  yanaşır.  O,  C.Beykerlə  Avstraliya  ingilis  dilinə 

görə mübahisəyə girir, Avstraliya ingilscəsinin tələffüz xüsusiyətlərini analiz 

edir,  sadə  danışıq  diinə  və  slenqlərə  məxsus  leksik  vahidləri  təsvir  edir. 

Terneringilis  dilinin  Avstraliya  variantının  yarandığı  vaxtdan  bu  günədək 

olan inkişafını izləyir. Bu iş bir az sxematik və məhdud misallarla aparılır. 



Filologiya məsələləri, №4, 2017 

 

72



Müəllifin gördüyü işin müsbət tərəfi ondadır ki, o Avstraliya ingiliscəsinin 

leksikasının  semantik  inkişafını  sosial  faktorlara  bağlamağa  səy  göstərir. 

Əsərin “Semantics” adlanan III hissəsi onun bu səpgidə olan tədqiqatlarına 

aiddir. Terner əvəllər A.Mitcell tərəfindən irəli sürülən Avstraliyada dilçilik 

şəraitinin  nitqin  vahid  şəklə  salınması  üçün  unikal  olmasını  bir  daha 

Təsdiqləyir.  Belə  ki,  bütün  ölkə  ərazisində  dialektlər  müşahidə  olunmur, 

sözlərin  işlədilməsində  bölgələrdə  olan  normadan  kənara  çıxmalar  olduqca 

azdır.  Astraliya  ingilicəsində  Avstraliya  elementinin  izahına  və  onun 

Avstraliya  ingiliscəsind  rolunun  əleyhinə  çlıxan  Terner  Avstraliya  dili 

ideyasını qəbul etmir və düzgün bir fikrə gəlir ki, Avstraliya variantı ingilis 

dilinin  təbii-coğrafi,  sosial-mədəni-etnik  və  başqa  faktorların  qarşılıqlı 

əlaqəsinin  qanuni  nəticəsədir  və  bu  nöqteyi-nəzərdən  AuE  müasir  ingilis 

dilinin başqa variantlarından heç nə ilə fərqlənmir. 

 Son onilliklərdə ictimai inkişafın mühüm anlarını nəzərə alıb, müasir 

dilin vəziyyətini və ingilis diinin Avstraliya variantında toplanan avstralizm-

lərin  son  illərin  çapdan  çıxmış  soraq  kitabçalarından  istifadə  etməklə 

aparılmış  analiz  göstərir  ki,  Avstraliya  ingiliscəsindəki  avstralizmlər 

aşağıdakı istiqamətlətrə meyl göstərir: 

1.  Flora və fauna. 

2.  Təbii-coğrafi mühit. 

3.  Ölkə, ştat və şəhər adları . 

4.  Həyat tərzi (insanlar, adətlər, idman). 

5.  Ölkənin daxili hissəsi (üzərindəki tikilərlə). 

6.  Kənd təsərrüfatı (əsasən qoyunçuluq). 

7.  Aboringenlərin xasiyyəti və onların həyat tərzi. 

Ölkənin  adı,  “  köhnə  və  xeyirxah  İngiltərə”  ilə  ənənəvi  etnik  və 

mədəni əlaqələri, Avstraliya ştatlarının şəhərlərinin ad və ləqəbləri bütöv bir 

avstralizmlər  seriyasında  öz  əksini  tapıb.  Qismən  avstralizmə  misal  olaraq 

Commonwealth-i  göstərə  bilərik.  Əgəe  ingilis,  yeni  zelandiyalı,  kanadalı 

üçün  bu  söz  qısaldılmış  Commonweath  -  Millətlərin  Britaniya  birliyi 

anlamındadırsa, avstraliyalı üçün bu söz Avstraliya anlamındadır. Göstərilən 

misalda  Avstraliya  elementi  Commonwealth  sözünün  ancaq  bir  mənasında 

özünü  göstərir.  Avstraliya  ingiliscəsində  göstərilən  leksik  vahidlərin  II 

Dünya  müharibəsindən  sonra  nəzərə  çarpan  dərəcədə  canlanması  maraq 

doğuran faktdır. Çünki bu illərdə Avstraliyaya gələn mühacirlərə və onlarla 

buraya  gələn  Britaniya  adalarının  sakinlərinə  yerli  sakinlərin  ironiya  ilə 

verdikləri  ad-ləqəblərdən  ən  məşhurları  “pommy”  və  “pom  wog”  idi. 

Pommy  (pom)  sözünün  ingilis  dilinin  Avstraliya  variantında  işlənməsinin 

tarixi  və  mənşəyi  məlum  deyil.  Beykerin  fikrincə  bu  söz  keçən  əsrin 

ortalarında  yaranıb  və  işlənməyə  başlayıb.  Onun  fikrincə  pommy  -  jimmy 

(jimmygrant-immigrant)  sözünün  oxşarı  kimi  yaranıb  və  öz  növbəsində 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə