Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə29/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   25   26   27   28   29   30   31   32   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

73



jimmigrant  -  pomangrante  (pommy)  qırmızımtıl  rəngdə  olan  meyvənin 

adıdır.  Yəqin  ki,  avstraliyalıların  təsəvvüründə  ingilislər  sağlam,  qırmızı-

yanaq insanlar kimi canlanırdılar. 

 Obrazlılıq  cəhətdən  maraq  doğuran  sözlər  avstraliyanın  ştatlarının 

xalq  tərəfindən  verilmiş  aşağıdakı  adlardır:  Qərbi  Avstraliya  -  Westraliya, 

Groperland;  Cənubi  Avstraliya  -  The  Wheat  State;  Viktoriya  –  Cabbage 

Garden; Şimal ərazisi- The Top End; Tasmania- Tassieland, Raspberryland, 

Apple İsland. 

 Sözdüzəldici  modeli  nöqteyi  nəzərindən  Sydneysider  -  Sidney 

şəhərinin sakini, sidneyi-sözü maraq doğurur. Ənənəvi qəbul olunmuş (i)an 

affiksindən fərqli olaraq -sider morfem kompleksindən istifadə olunur ki, bu 

da “side”- əsası və “-er” şəkilçisindən ibarətdir. 

 Avstralizmlərin çox geniş və dolğun bir hissəsi beşinci qitənin tibbi-

coğrafi şəraitinin xarakterizə olunmasına aiddir. Bu tematik qrupun ayrı-ayrı 

vahidləri mənaca coğrafi adları, Avstraliya iqliminin xüsusiyyətlərini, günün 

müxtəlif vaxtlarını bildirir. Misal olaraq: Albany doctor – “Olben təbibi” söz 

birləşməsini  götürə  bilərik.  Bu  söz  birəşməsi  Olbendən  əsən  və  sərinlik 

gətirən  dəniz  küləyinə  deyilir.  Ölkənin  Darlinq  çayı  hövzəsindəki  rayon-

lardan  olan  to  tufanına  isə  “Darlinq  shower”  deyirlər.  Ölkənin  şimal-qərb 

hissəsindəolan siklona isə “willy-willy” adı verilmişdir. Coğrafi adları, təbiət 

hadisələrini  bildiren  sözlər  qrupuna  aid  olan  sözlər  müxtəlif  mənşəlidir. 

Məsələn: billabong və gibber – aborigenlərin dilindən götürülmüşdür. 

 Yüzlərlə bitki adlarını bildirən, işlənmə dərəcəsinə və quruluşuna görə 

fərqlənən  və  daha  çox  yayılmış  leksik  vahidlərə  nəzər  salaq.  Qeyd  etmək 

lazımdır  ki,  məhz  fauna  və  flora  adlrını  bildirən  sözlər  ingilis  dilinin 

Avstraliya variantının xüsusiyətlərinin ən əsasıdır, dilçilikdə maraq doğuran 

faktdır  və  bu  adlar  avstraliyalıların  nitqində  geniş  yer  almışdır.  Məsələn: 

“gum”  Britaniya  ingiliscəsindən  fərqli  olaraq  Avstraliya  ingiliscəsində 

“evkalipt” deməkdir. Evkaliptlərin müxtəlifliyi sayəsində uyğun adlar apple 

gum,  blue  gum,  black  gum,  flooded  gum  və  s.  əmələ  gəlmişdir.  Məsələn: 

“blue  gum”  sözü  evkaliptin  oduncağının  mavi  rəngdə  olduğunu  bildirir; 

“flooded  gum”  isə  bataqlıq  evkalipti,  yəni  bu  ağacın  bataqlıqda  bitdiyini 

bildirir.  “Gum”  sözü  ilə  düzələn  ifadələr  də  maraq  doğurur.  Məsələn:  to 

have seen one’s last gumtree – ölüm ayağında olmaq; to ride up gumtree – 

atdan  yısılmaq,  as  a  gumtree  full  of  galahs  –  çox  küt  və  s.  Avstraliya 

ingiliscəsində  geniş  yayılmış  bitki  adlarına  aborigenlərin  dilindən  alınan 

“karri”  –  qərbi  Avstraliyada  yayılan  evkalipt  növü  və  “jarrah”  –  çox 

möhkəm oduncağı olan nəhəng evkalipt daxildir. 

 Avstraliyanın flora adlarını ifadə edən sözləri təhlil edərkən “scrub” 

sözünü  də  qeyd  etmək  lazımdır.  Bu  söz  həm  kol,  kolluq,  həm  də  meşə 

mənasında  işlədilir.  Dildə  bu  sözdən  yaranmış  sözlər  çoxluq  təşkil  edir. 



Filologiya məsələləri, №4, 2017 

 

74



Məsələn:  scrubber  –  kolluqda  sərbəst  otlayan  mal-qara;  scrub  ridder  – 

çoban, naxırçı; scrub-itsh – bəzi kol növlərinin yaratdığı dəri xəstəliyi və s.  

 Avstraliya  heyvanlar  aləmi  ilə  fərqlənir.  Belə  ki,  ölkəni  təmsi  edən 

kangaroo,  lyrebird,  emu,  dingo,  platypus,  echidna,  koala  bütün  dünyada 

məşhurdur.  “Kangaroo”  sözünü  modeli  əsasında  aborigenlərin  dilində  bir 

qrup  söz  yaradılmış  bu  sözlər  sonralar  Avstraliya  ingiliscəsində  alınma 

sözlər  kimi  işlədilməyə  başlanmışdır.  Məsələn:  jackeroo  –  ferma  sahibi; 

jillaroo – sadə kəndli qızı və s. 

 Geniş  bir  qrup  avstralizm  isə  idman  terminalogiyasını  aiddir.  Bu 

sahədə  də  başqa  sahələrdəki  kimi  anoloji  vəziyyət  müşahidə  olunur: 

Birincisi,  avstralizm  arasında  yeni  leksik  vahidlər  –  neologimzlər  deyil, 

ümumingilis leksik vahidlərinin leksik-semantik variantarı və onların məcazi 

mənada  işlədilməsi  üstünlük  təşkil  edir.  İkincisi,  göstərilən  sahəyə 

uyğunlaşdırılmış  məişət  teknikasını  işlədilməsi.  Məsələn,  pig  –  futbolda 

forvard; honeypot – qrup şəklində tramplindən suya tullanmaq; crocodile – 

batan  adama  kömək  etmək.  Üçüncüsü,  bu  sahədə  işlədilən  avstralizmlərin 

əksər  hissəsi  ədəbi  dilin  lüğət  tərkibindən  kənardadır,  sadə  danışıq  dilinə 

aiddir.Müxtəlif  sosial  faktorlardan  asılı  olaraq  onların  dildə  işlədilməsi  də 

müxtəlifdir (yəni, yaş, cins, bilik səviyyəsi və s.) To kiss the croos – nakaut 

almaq (və ya nakauta düşmək) (boksçularda); belly – buster, felly – flopper – 

uğursuz suya tullanma bu kimi sözlərdəndir. 

 Avstraliya  ingiliscəsinin  leksik  xüsusiyyətlərin  nəzər  salmaq  üçün 

avstraliyalıların müasir ədəbi dilində avstralizmlərin rolunu və tutduğu yeri 

təyin etmək üçün leksik-semantik qrupların sistemli analizə müraciət etmək 

lazımdır. İngiis dilinin bu variantında hər hansı vahid leksik qrupun sistemli 

analizinə  diqqəti  cəlb  edərək  Avstraliya  ingiliscəsinin  leksik-semantik 

xüsusiyyətlərini  dəqiqləşdirmək  olar.  Leksikanın  sistemli  xarakteri  bizi 

məcbur  edir  ki,  nəzərdən  keçirilən  hər  bir  leksik  vahidin  sinonimlər 

cərgəsində,  leksik-semantik  qrupda,  Avstraliya  ingiliscəsinin  leksik 

sistemində  Britaniya  ingiliscəsinin  leksik-semantik  sistemi  ilə  müqayisədə 

yerini və rolunu təyin edək. 

Bunun üçün aşağıdakıları aydınlaşdırmaq lazımdır: 

a)  Sözlərin  işlənmə  sferası  (müəyyən  etmək  lazımdır  ki,  söz 

ümumişləkdir,  nəticə  etbibarı  ilə  verilən  anlayışın  dilin  leksik  sistemində 

əsas ifadə vasitəsidir və ya dilin müəyyən olunmuş leksik qatında işlədilir. 

b)  Sözlərin mənaca tipləri və sözlərin mənaca bir-birinə bağlanması. 

c)  Sözlərin  semantik  yaxınlıq  dərəcəsi,  tam  və  ya  qismən  mənaca 

uyğunluğu, mənaca fərqləri və oxşarlığı. 

ç) Göstərilən mənaların ifadəsinin forma və vasitələri. 

 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə