Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə31/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   27   28   29   30   31   32   33   34   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

78



 SƏİDƏ ORUCOVA  

 ADU 


 o.sayka@mail.ru 

 

YUNAN DİLİNDƏN İNGİLİS DİLİNƏ KEÇMİŞ SÖZLƏR 



 

Açar  sözlər  alınma  sözlər,  elm,  terminologiya,  etimologiya,  lüğət  tərkibi, 

şəxs adları, leksik və fonetik xüsusiyyətlər  

Key  words:  borrowings,  science,  terminology,  etimology,  vocabulary, 

personal names, lexical and phonetic features 

Ключевые  слова:  заимственные  слова,  наука,  терминология,  етимо-

логия,  словарный  запас,  личные  имена,  лексические  и  фонетические 

особенности 

 

Dilin inkişafinin mərhələlərindən biri başqa dillərdən alınmış sözlərdir. 



İngilis dilinin inkişafında da başqa dillərdən alınma sözlər böyük yer tutur. 

İngilis xalqının yarandığı ilk gündən ingilis dili ölkənin qədimyerli dillərinin 

və  işğalçıların  dillərinin  hesabına  zənginləşmiş  və  dilin  lüğət  tərkibinin 

yarısından çoxu həmin dillərin materialı əsasında formalaşmışdır. İngilislərin 

əcdadları olmuş german mənşəli anqlo-saksonların ilk əlaqəyə girdikləri xalq 

kelt tayfaları idi. İngilislər ilk alınma sözləri keltlərin dilindən almışlar. Bu 

dildən ingilis dilinin lüğət tərkibinə həm kelt sözləri, həm də keltlərin I-IV 

əsrlərdə işğalçı romanların dilindən aldıqları latın sözləri olmuşdur. Həmin 

latın sözlərinin daxilində isə öz növbəsində yunan mənşəli xeyli söz olmuş 

və bu sözlər ingilis dilindəki yunan mənşəli sözlərin erkən təbəqəsini təşkil 

etmişdir. Daha sonralar ingilis dilinə skandinav və fransız dillərindən xeyli 

miqdarda sözlər daxil olmuşdur. Lakin ingilis dilinin bütün dövrlərində onun 

lüğət tərkibinə xeyli miqdarda yunan sözləri daxil olmuşdur. Yunan mənşəli 

alınma  sözlərin  mənbələri  də  müxtəlifdir.  Onların  bir  hissəsi  latın  dilindən 

alınmış leksik təbəqənin daxilində, başqa bir hissəsi isə XI əsrdə ölkəni etmiş 

normanların  gətirdiyi  fransız  dilindən  alınmışdır.  Yunan  mənşəli  alınma 

sözlərin fərqli cəhəti odur ki, onlar əsasən din və elmlə bağlıdır. Elmin bir 

çox sahələrində, xüsusilə tibb sahəsində yunan mənşəli leksik təbəqə geniş 

təmsil  olunmaqdadır.  İngilis  dilindəki  yunan  mənşəli  alınma  sözlər  eyni 

zamanda  ingilis  dilinin  lüğət  tərkibində  semantik  və  fonetik  dəyişmələrə 

səbəb  olmuş  və  çoxmənalılığın  meydana  gəlməsinə  şərait  yaratmışdır.  Bu 

səbəbdən  də  ingilis  dilində  yunan  mənşəli  leksik  təbəqənin  araşdırılması 

ingilis  dilinin  leksikologiyasında  baş  vermiş  linqvistik  proseslərin 

öyrənilməsi  baxımından  xüsusi  maraq  doğurur.  Məhz  bu  baxımdan  ingilis 

dilində yunan mənşəli alınma sözlərin tədqiqi xeyli aktualdır. Məlum olduğu 

kimi,  german  tayfaları  Britaniyaya  roman  işğalı  başa  çatdıqdan  sonra 




Filologiya məsələləri, №4, 2017 

 

79



gəlmişdilər. Məhz  həmin  dövrdən  başlayaraq ingilis  dilində  latın  və yunan 

mənşəli  klassik  alınma  sözlər  daxil  olmağa  başlamışdır.  Latın  dilindən 

alınma sözlərin bir çoxu yunan mənşəli idi. Məsələn: qədim ingilis dilindəki 

butera  (  butter  )  sözü  latın  dilindəki  butyrum  sözündən  idi,  lakin  eyni 

zamanda  bu  söz  latın  dilinə  yunan  dilindən  keçmiş  sözlərdən  biridir.  VI 

əsrdən  başlayaraq  xristianlığın  yayılması  nəticəsində  qədim  ingilis  dilinə 

klassik alınmaların alınması prosesi xeyli sürətlənmişdir. Xristianlıqla bağlı 

olaraq  ingilis  dilinə  din  və  təhsil  ilə  bağlı  xeyli  alınma  söz  daxil  oldu. 

Xristianlığın yayılması ilə bağlı olaraqyeni anlayışların yarandığı müşahidə 

olunurdu. Bu anlayışları bildirmək üçün latın dilindən alınmış sözlərin də bir 

hissəsi yunan mənşəli idi. Misal üçün, müasir ingilis dilindəki apostle “apos-

tol”,  bishop  “keşiş”,  clerk  “katib”,  devil  “şeytan”,  mass  “kütlə”,  monk 

“keşiş” sözləri latın dilindən alınmış yunan mənşəli sözlər olmuşdur. Onlar 

aşağıdakı  yunan  sözlərindən  alınmışdır:  apostolos,  episcopos,  klericus, 

diabolos və s. Klassik alınmaların ifadə etdikləri obyekt və anlayışlar ölkə 

əhalisi  üçün  yeni  idi  və  həmin  sözlərin  aid  olduğu  obyektlər  məhz  klassik 

dillərdən alınmalar vasitəsilə ifadə edilirdi. Həmin sözlər ingilis dilinə uyğun 

olaraq  xeyli  dəyişirdi.  Məsələn:  apostolus,  episcopus,  candela,  clericus, 

diabolos,  monasterium,  monarchus  sözləri  qədim  ingilis  dilində  apostol, 

biscop, candel, clerec,deofol,mynster, munic kimi tələffüz olunurdu. Yunan 

dilindən ingilis dilinə xeyli miqdarda prefikslər daxil olmuşdur: amphi-, ana-

, apr-, cata-, exo-, en-, hypo-, meta-, sine- və s. Lakin bu prefikslər ancaq 

alınma  sözlərin  tərkibində  işlənir  və  qeyri-məhsuldar  hesab  olunur: 

amphibious,  amphibiology,  anatomy,  anagram,  analysis,  apology,  apostle, 

cataract,  catalogue,  cathedral,  exotic,  hypotenuse,  hyphen,  metaphysics, 

method,  sinecure  və  s.  Kilsə  və  dinlə  bağlı  latın  dilindən  ingilis  dilinə 

alınmış  sözlər  arasında  xeyli  miqdarda  yunan  mənşəli  sözlər  vardır.  Belə 

sözlərin  bəziləri  germanlar  Britaniyaya  gəlməmişdən  əvvəl  yunan  dilindən 

alınmışlar. Ədəbiyyat , mədəniyyət və başqa sahələrlə əlaqədar leksikanın da 

bir  qismi  yunan  dilindən  latın  dili  vasitəsilə  keçmişdir.  İngilis  dilindəki 

yunan  mənşəli  sözlər  assimilyasiya  olunmuş  şəkildə  alınmışdır.  Onların 

böyük  hissəsi  latınlaşmış  yunan  sözləridir.  Lakin  yunan  mənşəli  sözlərin 

latın və ya fransız dili vasitəsilə alındığını çox zaman təyin etmək çətin olur. 

Bu hal əksər hallarda latın ədəbi dilindən alınma son dövrə aid olan alınma 

sözlərə  şamil  edilir.  Bir  çox  hallarda  yunan  mənşəli  sözün  hansı  dildən 

alınmasını  müəyyən  etmək  qətiyyən  mümkün  olmur.  Məsələn:  consist  və 

explore latın dilindəki consistere və explorare və yaxud da fransız dilindəki 

consister  və  explorer  sözlərindənola  bilər.  Conformation,  conflagration  və 

başqa  isimlər  ya  latın  dilindəki  conformation  –  em,  conflagration,  ya  da 

fransız  dilindəki  conformation,  conflagration  sözləri  ilə  bağlı  ola  bilər. 

Affable,  audible,  jovial,  modest,  sublime,  consequent  sözləri  həm  fransız, 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə