Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə39/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   35   36   37   38   39   40   41   42   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

98



Bu şəkilçilər, professor Buludxan Xəlilovun yazdığı kimi: “Fellərdən 

müxtəlif mənalı atributiv  isimlər  və sifətlər əmələ gətirən  şəkilçidir”. Yəni 

onlar Azərbaycan dilində həm düzəltmə isimlərin, həm də düzəltmə sifətlərin 

əmələ gəlməsində iştirak edir. Məsələn, yanğın, basqın kimi sözlər feil kök-

lərindən bu şəkilçilərin köməyi ilə əmələ gələn düzəltmə isimlərdir. Coşqun, 

süzgün  və  s.  kimi  sözlər  isə  feil  köklərindən  yenə  həmin  şəkilçilərin 

qoşulması ilə düzələn sifətlərdir.On yeddinci əsr ədəbi dilimizdə də belə dü-

zəltmə sifətlər vardır. Məsələn: 

  

 

 Qılıcdan itiraq bir xuyi küsgün qanlu yarum var. 



  

 

 



 (Məlik bəy Avci) 

Müasir  dilimizdən  fərqli  olaraq  bu  nümunədə  kar  samitlə  bitən  feil 

kökünə -kün yox, -gün şəkilçisi qoşulmuşdur.  

Hazırda daha çox isim kimi sabitləşmiş daşqın sözünün on yeddinci 

əsr ədəbi dilimizdə sifət kimi işləndiyini də müşahidə edirik. Bu hala Qövsi 

Təbrizinin  şeirlərində  rast  gəldik.  Həm  də  həmin  söz  o  dövrün  dil 

xüsusiyyətlərinə  uyğun  olaraq  iki  variantda  işlənmişdir:  daşqın/daşqun. 

Məsələn: 

Böylə daşqun seyldən təmir umar, viranə bax. 

Nümunələrdə  daşqın  seyl  (sel)  ifadəsi  işlənmişdir  ki,  burada  da 

daşqın sözü məhz düzəltmə sifətdir. XVII əsr ədəbi dilimizdə həmçinin isim-

dən -gin şəkilçisinin köməyi ilə düzələn, indi də dilimizdə işlənən qəmgin 

sifəti də nəzərə çarpır: 

  

 



Yaşlı gözün, qəmgin üzin, aşüftə sözlərün. 

  

 



 

 

(Təsir Təbrizi) 



  

 -aq/-ək şəkilçisi 

 

Bu şəkilçi morfoloji yolla söz yaradıcılığında o qədər də fəal deyil. 



azsaylı  düzəltmə  sifətlərin  yaranmasında  iştirak  edir.  On  yeddinci  əsr 

Azərbaycan ədiblərinin əsərlərində də həmin şəkilçi ilə düzələn sifətlər az-az 

işlənmişdir. Bir nümunə: 

 

Ölür qorxaq kişi yuxusunda ilan görgəc. 



  

 

 



 (Mürtəzaqulu xan Zəfər) 

 

 



 Misradakı qorxaq sifəti qorx- feilindən əmələ gəlmişdir. 

On  yeddinci yüzil ədəbi  dilimizdə  sifət düzəldən  digər şəkilçilər  də 

vardır ki, onlara da az rast gəlinir.  

 -ar, /-ər şəkilçisi 

 



Filologiya məsələləri, №4, 2017 

 

99



Bu  şəkilçi  feil  köklərindən  bəzi  isimlər  yaradır.  Göstərilən  şəkilçi 

müasir dilimizdə də az işlənir. Yanar ürək, doğar qoyun və s. birləşmələrdəki 

sifətlər  bu  qəbildəndir.  On  yeddinci  əsr  şairimiz  Vəhid  Qəzvininin  bir 

beytində işlənmiş uçar quş ifadəsindəki uçar sifəti də buna misaldır. Həmin 

sifət  uç-  feil  kökündən  –ar  şəkilçisinin  köməyi  ilə  əmələ  gəlmişdir:  Uçar 

quşdur, könüldə qanadi. 

 

 -ri şəkilçisi 



 

Müasir  dilimizdə  qeyri-məhsuldar  olan  bu  şəkilçi  də  düzəltmə  sifət 

əmələ gətirir. Aşağıdakı misralarda gördüyümüz əgri (əyri) sifəti də həmin 

şəkilçinin vasitəsi ilə əy- feilindən düzəlmişdir: 

  

 Acıxlı üzi, baxışı əgri, sözü acı. 



  

 (Təsir Təbrizi) 

  

 Çapqınçı əgri baxışı müjgan yarağıdır. 



 (Vaiz Qəzvini) 

 -ma/-mə şəkilçisi 

 

 Müasir  Azərbaycan  dilində  bəzi  sifətlərin  əmələ  gəlməsində  bu 



şəkilçi  iştirak  edir.  Məsələn,  süzmə  qatıq,  seçmə  oyun  və  s.  ifadələrdəki 

sifətlər buna misal ola bilər.  

On  yeddinci  əsr  şairlərinin  əsərlərində  oxşa-  feil  kökünə  –ma  şəkilçisinin 

qoşulması  yolu  ilə  yaranmış  oxşama  düzəltmə  sifətinə  təsadüf  edirik. 

Maraqlıdır ki, bu sifət əsasən sabit bir ifadə tərkibində işlənmişdir: oxşama 

qardaş. 


  

  

 



 Məcnunə yetirsən, söylə, ey badi-səba,  

  

 



 Qövsi dedi: - Ey oxşama qardaşım, gəl. 

  

 



 

 (Qövsi Təbrizi) 

  

 

 Məşuqnəfəs, oxşama qardaşı imiş. 



  

 

 



(Vəhid Qəzvini) 

 

 Görünür ki, oxşama qardaş ifadəsindəki feil o dövrün ədəbi dilində 



ilk növbədə dərd ortağı, həmdərd, eyni dərdli sayıla bilən, məhz bu cəhətdən 

oxşayan,  bənzəyən  qardaş  anlamında  işlənmişdir.  Bu  sifət  dil  tarixi  faktı 

kimi əhəmiyyətlidir. 

 

Ədəbiyyat: 



 

1.  Azərbaycan  ədəbi  dili  tarixi,  dörd  cilddə,  2-ci  cild  (XVII-XVIII  əsrlər). 

Bakı: Şərq-Qərb, 2007 

2. Cəfərov S. A. Azərbaycan dilində söz yaradıcılığı. Bakı: ADU nəşriyyatı, 

1960 

3. Dəmirçizadə Ə. Azərbaycan ədəbi dili tarixi, I hissə. Bakı: Maarif, 1979 




Filologiya məsələləri, №4, 2017 

 

100



4. Hacıyev T.İ. Azərbaycan ədəbi dilinin tarixi, I hissə. Bakı: Elm, 2012 

5. Hüseynzadə M. H. Müasir Azərbaycan dili (morfologiya). Bakı: Maarif, 

1983 

6. Kazımov Q.Ş. Müasir Azərbaycan dili. Morfologiya. Bakı: Nurlan, 2010 



7.  Qiyasbəyli  M.  Azərbaycan  dilində  morfoloji  söz  yaradıcılığı.  Bakı: 

Maarif, 1987 

8.  Məhərrəmova  R.  Azərbaycan  ədəbi  dili  tarixi.  XVII-XVIII  əsrlər.  Bakı: 

Şərq-Qərb, 2007  

9.  Mirzəzadə  H.  Azərbaycan  dilinin  tarixi  morfologiyası.  Bakı: 

Azərtədrisnəşr, 1962 

10.  Tanrıverdi  Ə.V.  Azərbaycan  dilinin  tarixi  qrammatikası.  Bakı:  Elm  və 

təhsil, 2014 

11.  XVII  əsr  Azərbaycan  lirikası  (antologiya),  (tərtibçilər  və  ön  sözün 

müəllifləri P. Kərimov, M.Hüseyni). Bakı: Nurlan, 2008  

12. Qəzvini V. Divan (nəşrə hazırlayanlar P.Kərimov, A.Ramazanov). Bakı: 

Nurlan, 2009 

13.  Məsihi.  Vərqa  və  Gülşa  (tərtib  edəni,  ön  söz  və  şərhlərin  müəllifi 

Ə.Səfərli).Bakı: Şərq-Qərb, 2005 

14. Şamlu M. Divan (tərtibçi və ön sözün müəllifi P.Kərimov). Bakı: Nurlan, 

2006 


15.  Təbrizi  Q.  Seçilmiş  əsərləri  (tərtib  edəni  və  ön  sözün  müəllifi 

P.Kərimov). Bakı: Lider nəşriyyat, 2005 

16.  Təbrizi  T.  Türkcə  şeirlər  (nəşrə  hazırlayan  P.Kərimov)  Bakı:  Nurlan, 

2011 


17.  Təbrizi  S.  Seçilmiş  əsərləri  (tərtibçi,  ön  söz  və  şərhlərin  müəllifi 

B.Azəroğlu).Bakı: Öndər nəşriyyat, 2004 

 

Арзу Аббасова 



Прилагательные в азербайджанском литературном языке xvii века 

 

Резюме 



 

 В  17-ом  веке  словесное  творчество  с  морфологическим  путем 

азербайджанского  литературного  языка  носил  свойственный  ему  осо-

бый характер, где наряду с исторически устоявшимися традиционными 

словами литераторы совершили достойные внимания дела в сфере соз-

дания новых слов, используя возможности родного языка. Этот процесс 

открыто показал себя в лице созданных имя прилагательных. 

В  статье  об  исследовании  вопросов  словесного  творчества  в 

произведениях  таких  известных  мастеров,  как  Саиб  Тебризи,  Гёвси 

Тебризи,  Рукнаддин  Месихи,  Вахид  Газвини,  Муртазагулу  хан  Зафар, 




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə