Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə47/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   43   44   45   46   47   48   49   50   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

119



müqayisə  yaranır.  Məsələn,-Ağzında  “Ayrım  qızı”  deyirsən,  necə 

keçinəcəyik, itlə pişik kimi. (A. Şaiq).  

 “Əşi, o, Nadiri taxtda görüb, Şah Abbası bələkdə” (S. Qədirzadə). 

Yuxarıdakı  misallardan  da  göründüyü  kimi  frazeoloji  vahidlərin 

kommunikativ  funksiyası  ünsiyyət  və  yaxud  məlumat  ötürmə  vasitəsi  kimi 

xidmət etmə bacarığından ibarətdir. Ünsiyyət fikrin qarşılıqlı mübadiləsinə, 

məlumat  isə  oxucunun  və  yaxud  dinləyicinin  əlaqəsi  olmadan  məlumat 

ötürməyə  xidmət  edir.  Frazeoloji  vahidin  kommunikativ  funksiyası  sözlə 

ifadə etmənin mədəni eyniliyidir. Frazeoloji vahidlərin digər bir funksiyası 

nominativ funksiyadır. Nominativ funksiya real aləmdə cisimlərlə əlaqədir, 

buraya müəyyən situasiyalar və həmçinin bu cisimlərin danışıq fəaliyyətində 

frazeoloji adlandırılmaları da daxildir. Dilin leksik sistemindəki boşluqların 

doldurulması  frazeoloji  vahidlərin  nominativ  funksiyasının  səciyyəvi 

xüsusiyyətidir. Bu funksiya frazeoloji vahidlərin böyük əksəriyyətinə xasdır, 

belə  ki,  adətən  onların  leksik  sinonimi  olmur.  Nominativ  funksiya  da  öz 

növbəsində neytral-nominativ və nominativ funksiyaları əhatə edir. Neytral-

nominativ funksiya frazeoloji vahidlərin əsas funksiyasıdır. Ünsiyyətdə belə 

ifadələrin  işlənilməsi  üçün  cismin  təsvir  olunma  faktı  ifadənin  stilistik 

istifadəsindən  daha  vacibdir.  Misal  üçün  brown  paper  ifadəsini  göstərmək 

olar.  Nominativ  funksiya  da  həmçinin  frazeoloji  vahidlərin  mənaca 

ötürülməsini  xarakterizə  edir,  lakin  o,  neytral  deyil,  stilistik  cəhətdən 

vurğulanmış olur. Məsələn, evin sirrini vermək – to tell tales out of school, 

yalançı göz yaşları – crocodile tears və s.Nominativ funksya ilə sıx əlaqədar 

olan  funksiya  onların  dərk  olunmasına  imkan  yaradaraq,  idrakla  vasitələn-

dirilmiş  real  aləmin  cisimlərinin  ictimai  müəyyənləşdirilmiş  inikası  olan 

idrak  funksiyasıdır.  Ictimai  müəyyən  olunma  o  faktla  göstərilir  ki, 

baxmayaraq ki, frazeoloji vahidlərin əsas hissəsi ayrı-ayrı fərdlər tərəfindən 

yaradılmışdır,  bu  fərdlər  cəmiyyətin  üzvüdür  və  onlar  tərəfinədən  idrak 

funksiyasının  həyata  keçirilməsi  yalnız  öncəki  və  yaxud  şüuraltı  biliklər 

əsasında mümkündür. Bütün digər funksiyalar da verilən funksiya daxilində 

həyata  keçirilır.  Idrak  və  nominativ  funksiyalar  kommunikativ  funksiyanın 

hüdudları daxilində reallaşır. Semantik funksiyalara şüurluluq, deiktik, nəticə 

və  s.  funksiyalar  daxildir.  Şüurluluq  funksiyası  arzu  və  istəklərin  ifadəsi 

funksiyasıdır. Məsələn, “wish smb well” ifadəsi bir kəsə ugur, müvəffəqiyyət 

arzulamaq  mənasında  işlənir.  Deiktik  funksiya  bu  və  yaxud  digər  nitq 

situasiyasına uyğun olan, istinad olunan hərəktin və yaxud hadisənin məkan 

və zamanca yerləşməsinin göstəricisindən ibarətdir. Bundan başqa şəxs, yer 

və ya vaxt istinad kimi götürülə bilər. Misal üçün “Time and tide wait for no 

man – Hər aşıqin dövranı var; It is too late to lock the stable door when the 

horse is stolen – Daldan atılan daş topuğa dəyər. Strike while the iron is hot.” 

– Dəmiri isti ikən döyərlər və s. ıfadələri göstərmək olar.  



Filologiya məsələləri, №4, 2017 

 

120



Nəticə funksiyası frazeoloji vahidin ifadə etdiyi hərəkət və ya vəziyyətlə 

nəticələnən  səbəbin  təsvir  olunmasından  ibarətdir.  Məsələn,  “come  a 

cropper”  “müvəffəqiyyətsizliyə  uğramış  bir  insan  haqqında”:  I  wanted  to 

make  money  and  I've  come  an  absolute  cropper  (W.S.  Maugham).  özünü 

güdaza vermək – to break one’s neck; biabır olmaq – to get into a scrape; 

boş çıxmaq – to go to pigs and whistles; əli hər şeydən çıxmaq – to go down 

swinging  və  s.  ifadələri  missal  göstərmək  olar.  Dilin  istənilən  vahidinin, 

eləcə  də,  frazeoloji  vahidlərin  ən  geniş  funksiyası  dil  işarəsinin  müraciət 

olunan  şəxsə  məqsədli  təsiri  olan  praqmatik  funksiyasıdır.  Praqmatik 

müəyyənləşdirilmə  mətndə  istifadə  olunmuş  frazeoloji  vahidlərə  təsir  edən 

istənilən mətnə xasdır və onların mühüm praqmatik potensialından irəli gəlir. 

Frazeoloji  vahidlər  mətnin  və  yaxud  onun  bir  hissəsinin  praqmatik 

müəyyənləşdirilməsini gücləndirir. Bu nöqteyi-nəzərdən praqmatik funksiya 

stilistik,  kumulyativ,  istiqamətləndirici,  qiymətləndirici  və  yekunlaşdırıcı 

funksiyalara  bölünür.  Stilistik  funksiya  ifadəetmənin  neytral  üsulları  ilə 

müqayisədə  cümlənin  ümumi  intellektual  məzmununu  saxlamaqla  stilistik 

effektivliyə  çatmaq  üçün  xüsusi  məqsədyönlü  dil  vasitəsidir.  Nitqdə 

frazeoloji ifadələrin əlavə  məna çalarları stilistik funksiya  vasitəsilə həyata 

keçirilir.  Dildə  yalnız  stilistik  rəngarənglik,  çalarlar  mövcuddur.  Frazeoloji 

vahidlərin müxtəlif söz birləşmələrinin prototipləri ilə müqayisəsi həmçinin 

stilistik çalarları aşkarlamağa yardımçı olur. Funksional-semantik aspektdən 

yanaşaraq  frazeoloji  ifadələrin  ingilis  dili  üçün  də  xarakterik  olan  bir  neçə 

növünü də qeyd etmək olar: a) ekspressiv-təsviri funksiya (pull one's leg – 

ayaqdan  çəkmək;  to  begin  at  the  wrong  end  of  the  ladder  /  to  do  things 

topsy-turvy  –  tərs-məsəb  etmək;  b)  emosional-ekspressiv  funksiya  (damn 

your  eyes!  /  drat  you!  –  başına  daş  düşsün!;  My  foot!  –  buna  bax!;  Is  it 

really?  /  come  off  it!  –  bəs  belə!  Dilin  emotiv  funksiyasi  frazeoloji 

birləşmələrinin  kəmiyyət  və  keyfiyyət  etibarilə  intensivləşdirilmiş  şeir 

mətnlərində  özünü  daha  qabariq  şəkildə  göstərir.  Emotiv  funksiya,  məlum 

olduğu  kimi,  şeir  müəllifi,  onun  subyektiv  aləmi,  şəxsi  baxışları  və  təsvir 

obyektinə  fərdi  baxışlari  ilə  əlaqədar  meydana  çıxır.  Başqa  sözlərlə  desək, 

söz sənətkarinin hiss və emosiyalarının onun nitq predmetinə, təsvir olunan 

əşya və hadisəyə, ondan doğan təəssürata, bədii şəraitin doğurduğu əhvali-

ruhiyyəyə,  şeirin  mövzusuna  müxtəlif  səviyyələrdə  münasibət  şeir nitqində 

emotiv funksiyanin məğzini təşkil edir. Ümumiyyətlə götürsək, bu funksiya 

şeir müəllifinin özü ilə əlaqədardir. 

c) bəzi komponentləri atmaqla nitqin yığcamlığı funksiyası (Don't teach 

your  grandmother  to  suck  eggs!  əvəzinə  Don't  teach  your  grandmother!  – 

Sərçəyə  cib-cib  öyrətməzlər.  Atalar  sözləri  nitqin  lokanikliyi  funksiyasını 

yerinə yetirir. Məsələn, give a dog a bad name and hang him ifadəsi “once 

someone  has  acquired  a  bad  reputation,  it  is  almost  impossible  for  him  to 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə