Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə43/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   39   40   41   42   43   44   45   46   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

109



Bu mənada, dildə müraciət formalarının, nitq etiketlərinin işlənməsi 

xüsusi  əhəmiyyət  daşıyır.  Nitq  etiketləri,  müraciət  formaları  dilin  milli 

keyfiyyətini  əks  etdirən  əsas  əlamətlərdən  biridir.  Azərbaycan  dilində  bu 

vahidlər üslubi imkanlarına görə çoxşaxəli məzmun və funksiya daşıyır. Nitq 

etiketləri  müxtəlif  üslublarda  fərqli  şəkildə  işlənir.  Çünki  hər  sahənin 

özünəməxsus  nitq  üslubu  vardır.  Bu  mənada,  bədii  üslubda  işlənən  nitq 

etiketlərinin araşdırılmasının ayrıca əhəmiyyəti vardır.  

Müraciət  –  rabitəli  nitqin  elementlərindən  biridir  və  məntiqə  uyğun 

olaraq o, bu və ya başqa halda nitq mühiti ilə əlaqədardır. Hər hansı müraciət 

formalarının işlənmə məqamları bir sıra xüsusiyyətlərdən asılıdır: 

1)  Müraciət  edənlə  adresatın  arasında  tanışlığın  (qohumluğun) 

mövcudluğu və ya qeyri-mövcudluğu; 

2) Adresatın yaşı ilə danışanın yaşının nisbəti; 

3) Danışana nisbətən adresatın sosial vəziyyəti

4) Adresatın peşəsi, məşğuliyyəti; 

5) Verilən situasiyada müraciət edənin funksiyası; 

6)  Adresatın  verilmiş  situasiyada  üzə  çıxan  və  ya  əvvəlki 

təcrübələrdən danışana məlum olan şəxsi keyfiyyətləri

7) Emosional təsir obyekti kimi adresatın xüsusiyyətləri (əlamətləri) 

və danışan tərəfindən qiymətləndirilməsi və s. 

Biz  qeyd  etdik  ki,  müraciət  ən  parlaq  etiket  göstəricisidir.  “Etiket 

fransız, etika isə latın sözüdür. Etiket sözü fransız dilində iki mənadadır: a) 

yarlıq, etiket, yazı; b) mərasim. Etika sözü də latın dilində iki mənadadır: a) 

ictimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında 

fəlsəfi  nəzəriyyə;  b)  hər  hansı  sinfin,  cəmiyyətin  və  ictimai  təşkilatların 

əxlaq qaydaları” (1, s. 33). 

Müraciət formalarının seçimindəki çətinlikləri aradan qaldırmaq üçün 

müraciət  olunanın  tanış  və  ya  qeyri-tanış  olduğunu  nəzərə  almaq  lazımdır. 

Çünki biz tanımadığımız insanla daha formal və daha az müddətli ünsiyyətdə 

oluruq.  Məsələn,  Yoldaş,  avtobus  dayanacağı  haradadır?  Siz  növbəti 

dayanacaqda düşəcəksinizmi? Zəhmət olmasa, yer verin və s. 

Qısa söhbət üçün bizə müraciət olunanın fərdi əlamətləri o qədər də 

vacib  deyildir.  Ona  görə  də  biz  çox  zaman  əlaqəyə  girərkən  ən  ümumi 

nəzakətlilik  ifadələri  ilə  məhdudlaşırıq:  «Bağışlayın»,  «Üzr  istəyirəm», 

«İcazənizlə», «Rica edirəm» və s. Təbii ki, burada bir qədər yaşlı, ziyalı bir 

insana  müraciət  olunduğu  göstərilir.  («Xahiş  edirəm»,  «Zəhmət  olmasa», 

«Deyə bilərsinizmi…» və s.). 

Ümumişlək müraciətlərdən müraciət olunanın cins və yaşına görə də 

fərqlənənləri var: məsələn, cavan oğlan!, gözəl qız! və s. 

Ümumişlək  müraciətlərdən  geniş  yayılanları  qohumluq  bildirən 

sözlərdir ki, onlar hətta bəzən tanış olmayan insanlara da müraciət edilərkən 



Filologiya məsələləri, №4, 2017 

 

110



istifadə olunur (qardaş, bacı, xala, dayı, əmi, ana, ata, nənə, baba, oğul, bəz-

ən qoca, ağsaqqal, dost və s.). Məsələn: Nə olar oğlum, qoy gəlsin, gözümüz 

üstündə yeri var (2, s. 73). Ana, görürsən ki, Firəngiz gəlmək istəmir (2, s. 

141). Əmioğlu, neçə gündü burdasan? (2, s. 69).  

Bizə tanış olan adamlara etdiyimiz müraciətləri nəzərdən keçirdikdə 

məlum  olur  ki,  bu  sözlərin  əksəriyyəti  hamı  tərəfindən  qəbul  olunmuş 

qohumluq  bildirən  sözlər  və  xüsusi  adlardır.  Məsələn:  Feyzulla,  atam, 

qardaşım, – deyə sakit və təmkinlə danışmağa çalışdı, – özünə yazığın gəl-

mir, bizə gəlsin (2, s. 29). Axı, Səkinə bacı, siz o qızın yerinə deyilsiz, mən 

sizi təsvir eləməmişəm (2, s. 46).  

Danışıq  dilində  müraciət  formaları  arasında  neqativ  münasibət 

bildirən  ifadələrə  də  rast  gəlinir.  Anarın  “Beşmərtəbəli  evin  altıncı 

mərtəbəsi”  əsərində  obrazlar  arasında  əlaqə  yaratmaq,  ünsiyyəti  davam 

etdirmək  məqsədilə  bu  cür  müraciətlər  işlənmişdir.  Məsələn:  “Dadaş 

müəllim, mən belə şeylərdə yaman vasvasıyam (3, s. 113). Nə var, nə yox, ay 

Muxtar müəllim” (3, s. 293).  

Mehdi  Hüseynin  nəsr  əsərlərində  də  çağırış  məqsədilə  işlədilmiş 

müraciət formalarına rast gəlirik: Məryəm, qızım, içəri nə yaman soyuqdur, 

peçi  niyə  qalamayıbsan?  (4,  s.  125) Ay  Pəri,  ay  Tubu,  boğazım  yırtıldı ki, 

çığırmaqdan (4, s. 36).  

Görkəmli  dramaturqumuz  M.F.Axundzadənin  əsərlərinin  bədii 

dilində  işlənmiş  nitq  etiketləri  özünəməxsusluğu  ilə  fərqlənir.  Yazıçı 

müəyyən  sinfin,  təbəqənin  bədii  surətini  yaradarkən  onu  spesifik  üslubda 

danışdırmış,  hər  bir  surətin  nitqini  onun  öz  həyat  tərzinə,  psixologiyasına, 

mədəni  səviyyəsinə,  ailədə  və  cəmiyyətdə  tutduğu  mövqeyə,  düşdüyü 

şəraitə, söhbət etdiyi, müsahibə apardığı, mübarizə etdiyi adamlara uyğun bir 

tərzdə, təbii və düzgün əks etdirmiş və realist ədəbiyyatın ən mühüm prinsip-

lərindən biri olan dildə tipikləşmə və fərdiləşməni məharətlə göstərmişdir. 

İstər  xalq  danışıq  dilini,  istərsə  də  klassik  yazı  dilini  eyni  dərəcədə 

dərindən  bilən  böyük  dramaturq  dialoqlar  zamanı  müraciətlərdə  etiket 

normalarını  mümkün  qədər  yüksək  səviyyədə  saxlamağa  nail  olmuşdur. 

Ədibin  ilk  komediyaları  olan  “Hekayəti-Molla  İbrahimxəlil  kimyagər”  və 

“Hekayəti-Müsyö  Jordan  həkimi-nəbatat  və  Dərviş  Məstəli  şah  cadükuni-

məşhur” əsərləri bu baxımdan istisna deyildir. “Hekayəti-Molla İbrahimxəlil 

kimyagər”  komediyasının  birinci  məclisində  Hacı  Kərim  zərgər  öz 

həmkəndlilərinə “həzərat” deyə müraciət edir: Həzərat, bilirsiniz ki, mən sizi 

nə işdən ötrü çağırmışam (5, s. 31).  

Həzərat  ərəbcə  həzər  (cənab,  ağa)  sözünün  cəmidir  və  bu  səhnədə 

topluma müraciət edildiyini bildirir (6, s. 4).  

Başqa bir yerdə Hacı Kərim zərgər cənab sözündən istifadə edir və 

bu  müraciət  etiketi  peşə  bildirən  sözün  əvvəlinə  artırılaraq  hörmət  əlaməti 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə