Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə44/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   40   41   42   43   44   45   46   47   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

111



ifadə edir. Hacı Kərim zərgər. Cənab şair, bərfərz ki, bizim hər birimizdə bir 

təqsir  var  ki,  sənətindən  bəhrayəb  olmur,  bəs  sən  niyə  öz  sənətindən 

xoşgüzəran deyilsən? (5, s. 34).  

Əsərin birinci məclisinin əvvəlində Molla İbrahimxəlil öz köməkçisi 

Molla Həmidə sosial statusuna aid vəzifəsini bildirən molla sözü və adı ilə 

müraciət  edir:  Molla  İbrahimxəlil.  Molla  Həmid,  Nuxudan  yola  düşən 

adamlar  Şeyx  Salahın  yazmağına  görə,  gərək  bu  gün  ikinci  çağı  bura 

yetişsinlər (5, s. 35). 

Cavab müraciətində Molla Həmid ağa sözündən istifadə edir ki, bu 

da onların arasındakı sosial asılılıq və böyük-kiçiklik münasibətləri haqqında 

dəqiq məlumat verir: Molla Həmid. Bəli, ağa, dəxi tez (5, s. 35).  

Molla İbrahimxəlil nuxululara öz süni qəzəbini izhar etmək üçün kişi 

müraciətinə  əl  atır.  İksirin  zay  olmaması  üçün  nuxululara  meymunu  yada 

salmamağı  bərk-bərk  tapşırır.  Onlar  əvvəlcə  bu  tapşırığın  asan  olmasına 

sevinirlər. Ancaq az keçməmiş nuxulu Ağa Zaman həkim qorxa-qorxa Molla 

İbrahimxəlilə ağa sözü ilə müraciət edərək deyir:  

“Ağa Zaman həkim. Ağa, bundan başqa çarə yoxdurmu?” (5, s. 42).  

Molla  Həmidin  eyni  sözlə  müraciətindən  fərqli  olaraq,  burada  ağa 

müracəti  asılılıq  münasibəti  deyil,  hörmət  əlaməti  ilə  işlənmişdir  və 

möhtərəm zat mənasına uyğun gəlir.  

Təbii  ki,  öz  hiyləsinin  baş  tutduğunu  görən  Molla  İbrahimxəlil 

əvvəlcə özünü bilməzliyə vurur:  

“Molla İbrahimxəlil. Nədən başqa? 

Ağa Zaman həkim. Meymundan başqa” (5, s. 42).  

Məhz bunu eşitdikdən sonra fırıldaqçı kimyagər qəzəblənərək təhqir 

mənasını ehtiva edən kişi müraciətindən istifadə edir:  

Molla İbrahimxəlil. Kişi, nə danışırsan? Nə söyləyirsən? Vaveyla!  

Ağa  zaman  həkim.  Axı  necə  eləyim,  ağa?  Meymunu  yadımdan 

çıxara bilmirəm (5, s. 41).  

Molla İbrahimxəlil (darılmış və qeyzlənmiş). Kişi, kəs səsini!!! Unut 

fikrindəkini (5, s. 42).  

“Hekayəti-Müsyö  Jordan  həkimi-nəbatat  və  Dərviş  Məstəli  şah 

cadükuni-məşhur”  komediyasının  ilk  məclisində  kiçik  bacı  böyük  bacısına 

ağabacı  deyə  müraciət  edir.  Yuxarıda  nəzərdən  keçirdiyimiz  ağa  mü-

raciətinin iki mənasından fərqli olaraq burada həmin kəlmə məhz böyük bacı 

mənasını ifadə edir: “Gülçöhrə, Ağabacı, niyə ağlayırsan?” (5, s. 45).  

Hövsələsi  tükənmiş  Şərəfnisə  kiçik  bacısına  qadın-qız  üçün  mənfi 

məna daşıyan ləktə sözü ilə müraciət edir:  

“Şərəfnisə xanım (darılaraq onu bərk itələyib). İtil cəhənnəmə, ləktə, 

əl çəkməz, qoymaz işimi tutam” (5, s. 46). 




Filologiya məsələləri, №4, 2017 

 

112



Fars  dilində  “ləkate”  formasında  işlənən  bu  söz  ləçər,  həyasız, 

əxlaqsız qadın mənalarına uyğun gəlir (6, s.4). 

Qeyd  edək  ki,  ağabacı  sözü  danışıq  dilində  həmməhəlli  söz  kimi 

böyük  qardaş,  dayı  və  başqa  qohumların  arvadlarına  hörmət  üçün  verilən 

addır.Şərəfnisə  xanımın  anası  Şəhrəbanu  xanım  qızına  ana-övlad  arasında 

geniş  yayılmış  və  indi  də  istər  şifahi,  istərsə  də  yazılı  nitqdə  işlənən a  qız 

sözü ilə müraciət edir:  

“Şəhrəbanu xanım. A qız, bu uşağı niyə itələyib yıxıbsan?” (5, s. 46).  

Həm  kiçik  bacı  Gülçöhrə,  həm  də  böyük  bacı  Şərəfnisə  Şəhrəbanu 

xanıma “ana” deyə müraciət edirlər:  

“Gülçöhrə.  Ana,  vallah,  yalan  deyir,  heç  yun  daramırdı,  elə  hey 

ağlayırdı. Şərəfnisə xanım. Vallah, ana ağlamırdım. (Gülçöhrədən bir çimdik 

götürüb). A yerə girmiş, mən haçan ağlayırdım?” (5, s. 46). 

Yuxarıda nəzərdən keçirdiyimiz ləktə, eləcə də bu dialoqdakı a yerə 

girmiş müraciətləri onunla maraq doğurur ki, onlar əslində etiketdən kənar 

ifadələrdir və müraciət etiketində yer tuta bilməzlər.  

Əsərdəki  müraciət  etiketlərindən  biri  də  qohumluq  münasibəti 

bildirən  sözlərlə  birlikdə  müraciət  obyektinin  adının  da  çəkilməsidir. 

Şəhrəbanu xanım kiçik qızı Gülçöhrəyə belə müraciət edir:  

“Şəhrəbanu xanım (toxuduğu corabı yerə tullayaraq kiçik qızına üzün 

tutub). A qız, Gülçöhrə, get Şahbazı o biri damdan bura çağır, görüm bu necə 

sözdür” (5, s.47).  

Komediyada  maraq  doğuran  müraciət  etiketlərindən  biri  də  qiyabi 

müraciət  formasıdır.  Belə  ki,  Hatəmxan  ağa  səhnədə  iştirak  etməsə  də, 

Şəhrəbanu xanım onun qarasınca deyinərkən sanki üzünü ona tutub müraciət 

edir:“Şəhrəbanu xanım. Dedim, kişi, Hatəmxan ağa, bu uşaqların toyun tez 

qurtar” (5, s. 47).  

Burada  kişi  sözünün  başqa  bir  məna  çalarını  görürük.  Düzdür, 

Şəhrəbanu  xanımın  müraciətində  də  bir  giley-güzar  var;  amma  Molla 

İbrahimxəlildən  fərqli  olaraq,  burada  qəzəb  və  hiylə  yoxdur.  Başqa  bir 

tərəfdən,  Hatəmxan  ağa,  doğrudan  da  evin  kişisidir  və  xanımın  müraciət 

etiketi məhz bu sözün işlədilməsini tələb edir.  

Şərəfnisə  xanım  Hatəmxan  ağaya  kişi  deyə  müraciət  etdiyi  kimi, 

Hatəmxan ağa da etiketə uyğun olaraq ona arvad deyə müraciət edir:  

“Hatəmxan  ağa  (içəri  girir).  Xeyir  ola,  arvad,  nə  var,  tələsik  məni 

çağırıbsan?” (5, s. 49).  

Şahbaz  bəy  Şərəfnisə  xanıma  qohumluq  əlaqəsinin  ifadəsi  olan 

əmidostu sözü ilə müraciət edir ki, bu da uyğun müraciət etiketinin tələbin-

dən irəli gəlir. Və bu gün də xalq arasında işləkdir:  

Şahbaz bəy. Əmidostu, nə var, xeyir ola? (5, s. 47).  




Filologiya məsələləri, №4, 2017 

 

113



Təbii ki, Şəhrəbanu  xanım da Şahbaz  bəyə  adı  ilə  müraciət edir  və 

etiketə  görə,  həm  də  acıqlı  olduğu  üçün  sosial  titul  bildirən  bəy  sözünü 

işlətməyi lazım bilmir:  

“Şəhrəbanu xanım. Şahbaz, eşidirəm ki, Firəngə, Parijə gedirsən, bu 

necə sözdür?” (5, s. 47) 

Maraq doğruan müraciət etiketlərindən biri də Allaha müraciətdir ki, 

çətin vəziyyətə düşən, özünə çıxış yolu tapa bilməyən Şərəfnisə xanım məhz 

bu vasitəyə əl atır:  

Şərəfnisə xanım (yerindən qalxıb): Bıy, Allah, torpaq başıma, arvad 

nələr danışır! (5, s. 49).  

Hatəmxan  ağa  yaşadığı  dövrün  və  ölkənin  etiketinə  uyğun  olaraq 

qonağı Müsyö Jordana adı ilə deyil, həkim sahib sözləri ilə xitab edir:  

Hatəmxan ağa. Həkim sahib, eşidirəm ki, bizim Şahbazı Firəngistana 

aparırsan, bu necə sözdür? (5, s. 50).  

Müsyö Jordan isə ev sahibinə adı ilə müraciət edir:  

Müsyö  Jordan.  Bəli,  Hatəmxan  ağa,  bu  sözü  mən  özüm  sizə 

deyəcəkdim; çünki heyifdir Şahbaz bəy kimi cavan və zirək və sahibsavad 

oğlan firəng dilini bilməyə (5, s. 50).  

Sonrakı  dialoq  Hatəmxan  ağa  ilə  Şahbaz  bəy  arasında  baş  verir  və 

müraciət tamamilə etiketə uyğundur:  

“Hətəmxan  ağa  (üzünü  Şahbaz  bəyə  tutub).  Şahbaz,  doğrudur  ki, 

Parijə getmək istəyirsən?”  

Şahbaz bəy. Bəli, əmi, əgər sizin rüsxətiniz olsa, Müsyö Jordan ağa 

ilə gedərəm, genə sonra özüm qayıdaram, gələrəm (5, s. 51).  

Görünür,  bu  xəbərdən  həyəcanlanan  Hatəmxan  ağanın  Şahbaz  bəyə 

müraciət formaları daha məhrəm xarakter alaraq balam, əzizim kimi sözlərlə 

ifadə olunur.  

Hatəmxan ağa. Nədən ötrü, balam?  

Şahbaz bəy. Firəng dilini öyrənməyə, əmi! 

Hatəmxan ağa. Firəng dili nəyinə lazımdır, əzizim?  

Şahbaz bəy. Əmi, firəng dili mənə çox lazımdır. 

Hatəmxan  ağa.  Balam,  sən  hələ  uşaqsan,  bu  zadlar  tamam  boşdur. 

İnsana ağıl lazımdır (5, s. 51). 

Hatəmxan ağa Şahbaz bəyə mane olmaq istədikdə o, daha mehriban 

müraciət etiketinə - əmican formasına əl atır:  

“Başına dönüm, əmican, rüxsət verin, Müsyö Jordan ilə gedim, əgər 

mənim xoşbəxt olmağımı istəyirsinizsə, heç vaxt belə fürsət ələ düşməz” (5, s. 

51).  Şərəfnisə  xanımın  dayəsi  Xanpəri  öz  sosial  statusuna  uyğun  olaraq 

Şəhrəbanuya xanım deyə müraciət edir:  

“Xanpəri. Xanım, əlac odur ki, bayaq sənə deyirdim” (5, s. 55).  




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə