Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə46/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   42   43   44   45   46   47   48   49   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

117



SEVİL ƏLİYEVA 

filologiya üzrə fəlsəfə doktoru 

ADNSU 

sevil.aliyeva.72@mail.ru 



 

FRAZEOLOJİ VAHİDLƏR VƏ ONLARIN FUNKSİYALARI 

 

Açar  sözlər:  frazeologiya,  frazeoloji  vahidlər,  kommunikativ,  nominativ, 



funksiya , dil. 

Key words: phraseology, phraseological units, communicative, nominative, 

function, language.  

Ключевые слова: фразеология, фразеологическое выражение, коммун-

икативный, номинативный, функция, язык. 

 

Dilin  lüğət  tərkibi  yalnız  sözlər  deyil,  həmçinin  frazeoloji  vahidlər 



vasitəsi  ilə  də  zənginləşir.  Frazeoloji  vahidlər  elə  söz  qruplarıdır  ki,  onlar 

nitq prosesində yaranmır, onlar dildə hazır ifadələr kimi mövcud olur, xüsusi 

frazeoloji  lüğətlərdə  toplanır.  Sözlər  kimi  frazeoloji  vahidlər  də  yalnız  bir 

məfhumu  ifadə  edir  və  onun  bir  üzvü  kimi  çıxış  edir.  Buna  görə  də  onlar 

dilçilər tərəfindən geniş şəkildə tədqiqata cəlb olunurlar. N. Vəliyeva yazır: 

“Müxtəlif  sistemli  dillərdə  frazeoloji  vahidlərin  linqvistik  təhlili  zamanı 

funksional-kontekstual xüsusiyyətlərini tədqiq edərkən, belə nəticəyə gəldik 

ki, onlar şifahi nitqdə və yazılı konteksdə, ümumxalq danışıq dilində, bədii 

ədəbiyyatda və publisistik yazılarda işlənir”. 

Dilçilər  frazeoloji  vahidləri  motivasiya  olmayan,  nitq  zamanı  yarana 

bilməyən, yalnız dildən hazır şəkildə götürülüb istifadə olunan söz qrupları 

kimi  tərif  etmişlər.  Onların  digər  əsas  xüsusiyyəti  isə  leksik  tərkibinin  və 

qrammatik  quruluşunun  sabitliyidir.  İngilis  dilində  işlənən  red  tape 

(bürokratik  metodlar)  ifadəsində  red  sifətini  digər  bir  sifətlə  əvəz  etmək 

mümkün  deyil,  çünki  bu  ifadə  frazeoloji  vahid  olduğundan  semantik 

cəhətdən motivasiya olunmur, yəni onun mənası frazeoloji vahidi təşkil edən 

ayrı-ayrı  sözlərin  mənasından  müəyyən  olunmur.  Bu  vahidlər  dildə  hazır 

şəkildə  mövcud  olduğundan  onların  leksik  tərkibi  və  qrammatik  quruluşu 

dəyişdirilə bilməz. 

Frazeologiyanın  ən  vacib  məsələlərindən  biri  də  frazeoloji  vahidlərin 

funksiyasıdır. Frazeoloji vahidlər öz başlıca meyarları tərəfindən əvvəlcədən 

təyin  edilmiş  müəyyən  funksiyalara  malikdirlər.  İşlənməsinin  hər  hansı  bir 

halında  bütün  frazeoloji  vahidlərin  bəzi  funksiyaları  sabitdir.  Digər 

funksiyalar  isə  dəyişkəndir,  yalnız  bir  qrup  frazeoloji  vahidlərə  xasdır. 

Məlumdur  ki,  kommunikativ,  idrak  və  nominativ  funksiyalar  frazeoloji 

vahidlərin sabit funksiyalarıdır. 




Filologiya məsələləri, №4, 2017 

 

118



Dilimizdə  elə  frazeologizmlər  vardır  ki,  onlar  kommunikativ  funksiya 

daşıyır, cümlə tiplidir. Belə frazeologizmlərə kommunikativ frazeologizmlər

yaxud cümlə tipli frazeologizmlər də deyilir. Kommunikativ frazeologizmlər 

həm məzmununa, həm də formasına görə cümləyə bərabərdir və bitmiş bir 

fikri,  tam  bir  mənanı  bildirir.  Məsələn,  yağışdan  çıxıb  yağmura  düşdüm; 

canını oda yaxdı; qaz vurub qazan doldurmaq lazımdır və s.  

Frazeoloji vahidlərin kommunikativ funksiyada işlənməsinə ən çox bədii 

ədəbiyyatda  rast  gəlirik.  F.  Məmmədli  qeyd  edir:  “Poeziyada  dil 

təsəvvürlərinin kommunikativ funksiyası mənaların obraz pərdəsi arxasında 

təqdim  olunur.  Öz  estetik  keyfiyyəti  ilə  emosiyalara  xidmət  edən  bədii 

nitqdə  emosional  səciyyə  dilin  struktur  ünsürləri  deyil,  dil  strukturunun 

müxtəlif səviyyələrinə məxsus əlamətlərlə əks olunur. Yəni hissi cəhətin dil 

strukturunda  ifadə  üsulları  bədii  təfəkkürün  dil  yaruslarından  seçib 

götürdüyü poetik vahidlərin adi kommunikativ funksiyasından daha yüksək 

olan estetik dəyər kəsbetmə səviyyəsində özünü göstərir”. 

Poeziyada  frazeoloji  vahidlər  –  zəngin  semantik-üslubi  xüsusiyyətlərlə 

çıxış  edir.  Düşdüyü  kontekstdə  onlar  təsvir  və  tərənnüm  obyektini  təsirli 

poetik  vüsətlə  canlandirir.  B.A.  Larinin  də  qeyd  etdiyi  kimi  məhz  bunun 

nəticəsidir  ki,  bütün  zamanlarda  frazeoloji  birləşmələr  ədəbiyyatşünaslar 

tərəfindən adi leksik vahiddən daha çox obrazlılıq, yüksək ifadəlilik vasitəsi 

kimi dəyərləndirilmişdir. O da xüsusi vurğulanmışdır ki, xalq frazeologiyası 

bu baximdan daha aparıcı mövqelidir.  

Obrazlı  dilin  yaranmasında  frazeoloji  vahidlərin  rolu  az  deyildir. 

Personajların fərdi xüsusiyyətlərini açmaqda, hadisələrin dinamik inkişafını 

çatdırmaqda, dinləyiciyə emosional təsir göstərməkdə, bədii lövhələri yarat-

maqda  və  digər  məqsədlə  frazeoloji  vahidlərdən  məqsədli  şəkildə  istifadə 

olunur.  Bədii  ədəbiyyatda  işlənən  frazeoloji  vahidləri  aşağıdakı  şəkildə 

qruplaşdırmaq olar: 

1)  Poetik müqayisə yaratmaq üçün bədii təsvir vasitəsi kimi frazeoloji 

vahidlərdən istifadə olunur. Iki obyekt qarşılaşdırılır və poetik şəkildə 

müqayisə olunur. Təbii ki, şair və yazıçılar frazeoloji vahidlər vasitəsilə 

poetik müqayisəyə daha çox üstünlük verirlər. Məsələn,  

2)  Bizi atom bombası qorxutmaz zərrə qədər

Atalar yaxşı deyib: “İt hürər, karvan keçər”. (S. Rüstəm) 

2)  Frazeoloji  vahidlər  vasitəsilə  poetik  müqayisə  təzadlı  bir  şəkildə 

yaranır. Tərəflər bir-biri ilə qarşılaşdırılır və bu da təzad yaradır. Məsələn,  

Şahım, balıq başdan qoxar

Qamış kökdən. (A. Şaiq) 

-Bəli, sənin ayağın biləni mənim başım bilmir. (S. Qədirzadə) 

3)  frazeoloji  vahidlər  vasitəsilə  ənənəvi  müqayisə,  bənzətmə  əsasında 

müqayisə,  alleqorik  müqayisə,  epitet  və  yaxud  mübaliğə  əsasında  poetik 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə