Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə54/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   50   51   52   53   54   55   56   57   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

137



                                         LEYLA İBRAHIMLİ           

Bakı Avrasiya Universteti 

ibrahimlileyla20@gmail.com 

 

ADEKVAT TƏRCÜMƏ ZAMANI QARŞIYA ÇIXAN ÇƏTİNLIKLƏR 



 

Açar  sözlər:  Tərcümə,semantik  uyğunluq,tərcümə  üsulları,tərcümə  prose-

sində qarşılaşılan çətinliklər, birbaşa və dolayı yolla tərcümə 

Key  words:  ranslation,semantic  accordance,methods  of  translation,ifficul-

tiesthat faced during the translation process,direct and indirect transation 

Ключевые слова: перевод, семантическое соответствие, методы пере-

ода, трудность перевода, возникающая в процессе прямого и косенного 

перевод 


 

        Tərcümə  özü  son  dərəcə  mürəkkəb  bir  fəaliyyət  prosesidir  .Bu  proses 

zamanı müəyyən əlavələr,ixtisarlar  şərti olaraq meydana gəlsə də tərcüməçi 

bunlardan  kənar  qala  bilmir.Özü  də  bütün  bunlar  leksik,morfoloji,sintaktik 

səviyyədə gedir. 

         İngilis dilindən azərbaycan dilinə tərcümədə qarşıya çıxan çətinliklər-

dən danışarkən,  biz ilk növbədə azərbaycan və ingilis dillərinin qrammatik 

quruluşunda olan fərqlərlə bağli məqamlarida ortaya qoymaliyiq. 

         Tərcümə  zamanı  rast  gəlinən  bu  tip  problemlərdən  biri  də  atalar 

sözlərinin,  frazeloji  birləşmələrin  dilimizə  məna  dəqiqliyi  ilə  tərcüməsidir. 

Məsələn: “Mrs Smith is very blue stocking woman.”- cümləsinin tərcüməsi 

ilk  baxışda  çox  sadə  görünür.  Blue-stocking  sözünün  tərəflərinin  ayrı-

ayrılıqda  tərcüməsi  mavi-corab  deməkdir.  Lakin  həm  qrammatik,  həm  də 

semantik cəhətdən doğru səslənmir. Deməli, blue stocking sözünün düzgün 

tərcüməsini birləşmə şəklində axtarmalıyıq. Və bu zaman bu sözün “ziyalı” 

mənasına rast gəlirik. Deməli cümlənin düzgün tərcüməsi: - Xanım Smit çox 

ziyalı qadındır.”- kimidir. Bəzən isə elə bir cümləyə rast gəlirik ki, cümlənin 

tərkibindəki bütün sözləri bilirik, lakin tərcümədə çətinlik çəkirik. 

  Eyni  cür  səslənən  söz  birləşmələri  də  bəzən  nitqdə  anlaşılmazlığa  səbəb  

olur.Məsələn: My train is coming.(Mənim qatarım gəlir). 

     Look at the clouds it might rain.(Buludlara bax, yağış yağa bilər). 

        Bu cümlələrdəki my train və might rain ifadələri bir-birinə çox oxşayır. 

Lakin  tələffüz  zamanı  biz  fasilə  etmiş  olsaq,  onları  bir-birindən  asanlıqla 

fərqləndirə bilərik. 

          Çoxmənalı sözlər dedikdə sözün əsas mənası və onunla bağlı yaranan 

əlavə mənalı sözlər başa düşülür. Belə sözlərdə az və ya çox dərəcədə əsas 

məna  ilə  bağlılıq  olur. Lakin tərcümə zamanı  sözün  bir  mənasının  əvəzinə 



Filologiya məsələləri, №4, 2017 

 

138



digərinin işlənməsi düzgün deyildir. Məsələn, gift sözünün bir neçə mənası 

var: Mother had never got such a gift – Ana heç vaxt belə hədiyyə almayıb. 

           Adekvatlıq isə elə anlayışdır ki,orjinalın və ya tərcümə olunan mətnin  

qarşılıqlı münasibəti zamanı,tərcümələrin məqsədi həmişə nəzərdə tutulur. 

           Adekvatlıq və adekvat tərcümə terminləri tərcümədə bir proses kimi  

öz  yerini  tapır.Amma  ekivalentlik  və  ekivalent  tərcümə  terminləri  isə 

tərcümədə  ilkin  mətnin  və  tərcümə  edilən  mətnlər  arasındakı  münasibətlər 

nəzərdə tutur.Yeri gəlmişkən, onu da qeyd etmək yerinə düşər ki,adekvatlıq-

dan fərqli olaraq ekvivalentlik nəticəyə əsaəslanır. 

           Ekivalentliklə  adekvatlıq    terminləri  hər  ikis  qanunauyğun  xarakter 

daşıyır,belə ki ekivalentlik anlayışında tərümə olunan mətn ilk mətnə uyğun 

gəldiyi  halda,  adekvat  tərcümədə  tərcümə    bir  prosesi    kimi  verilən 

komunkikativ şərtlərə uyğunlaşır. 

          Bəzən  elə  hallarda  olur  ki,orjinala  tamailə  ekvivalent  olan  tərcümə,-

adekvat  tərcümənin  tələbinə  çox  vaxt  cavab  vermir.  Və  ya  tərsinə,bəzən 

adekvat şəkildə yerinə yetirilən tərcümə və tərcümə edilən mətn tam ekviva-

lentlik münasibətinə əsaslanmır. 

       Adekvatlıq  dəqiqlikdən  ayrılmayan  orjinala  bərabər  olan  və  eyni 

əhəmiyyətə malik olan, nəticə yaradan,qramatik,leksik və frazeoloji,stilistik 

əvəz  yolu  ilə  tərcüməyə  nail  olan  anlayışdır.Əvəzetmə  yolu  ilə  mürtəcim 

faktiki olaraq orjinalın bütün elementlərini çatdıra bilir.Adekavt tərcümənin  

mətləbi özündə uyunluğun və əvəzin istifadə olunmasını birləşdirir.Orjinalın 

bütün elementlərinin verilməsinin mümükün olmamamsı təqdirdə,mürtəcim 

eyni əhəmiyyətə malik olan əvəzlərə müraciət edə bilər.Məhz buna görədə 

tərcümənin sonunda  orjinala yaxın nəticə yaradılır.Mürtəcim orjinala yaxın 

adekvat  tərcümə  işi  yaratmaq  istədikdə  bir  şeyi  unutmamamlıdır 

ki,təcümənin dili qüsursuz  şəkildə düzgün olmalıdır. 

        Tərcümə  zamanı  əsas  diqqət  yetirilməli  məsələlərdən  biridə  budur  ki, 

mürtəcim  tərcümə  zamanı  orjinalda  qrammatik  quruluşunun,frazeoloji 

birləşmələrin  yaxud,stilistik  üslubun  saxlamaq    üçün  tərcümə  olunan  dilin 

normalarının  pozulmamasına  da  diqqət  yetirməlidir.Ama  bəzən  elə  hallar 

olur  ki,  ən  savadlı  tərcüməçi  belə  hərfi  tərcümə  üsulundan  istifadə  edir  və 

nəticə  də  Azərbaycan  dilinin  normasının  pozulmasına  yol  verir.    Məsələn 

belə  bir  misala  baxaq:  “his  plans  had  been  running  so  beautifully,so 

goddamnned beautifully and now she was going to smash them all- “Oğlanın 

arzuları necə də gözəl,intəhasız dərəcədə gözəl çin olurdu, indi isə qız on-

ların  hamsını  alt-üst  etməyə  hazırlaşırdı”.Verilən  misalda  və  onun  tərcü-

məsindən görürük ki, “gözəl” sözü cümlədə iki dəfə işlənib,bu da Azərbay-

can dilinin normasının pozulmasına səbəb olmuşdur.  Tərcümə prososesində 

çətinlik  törədən  amillərdən  biri  də  məhz  atalar  sözləri  ,zərb  məsəllərin  bir 

dildən başqa bir dillərə tərcümə edilməsidir. Çünki bunlar milli xüsusiyyət 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə