Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə62/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   58   59   60   61   62   63   64   65   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

156



Taki söz vardı cəhanda qiblədən, mehrabdan, 

El bilir, aləm bilir o qibləgahımdır mənim. 

Şərmi var insan demaqın, küfrdur allah demaq

Yoxsa istərdim diyəm yarım ilahımdır mənim (K. Mamağanlı) (6, s.88). 

Türk  sistemli  dillər  içərisində  Azərbaycan  dili  akustuk  fonoloji 

baxımdan ən mükəmməl səs sisteminə və zəngin lüğət tərkibinə malik olan 

dillərdən biridir. Bu dil həm sait, həm də samit səslərin spesifikliyi ilə başqa 

türk dillərindən seçilir. VII əsrdən yazı mədəniyyətini ərəb əlifbası ilə həm 

də  bu  dildə  davam  etdirmək  məcburiyyətində  qalan  Azərbaycanın  elm, 

mədəniyyət  xadimləri  tez  bir  zamanda  bu  əlifbanı  mənimsəyərək  öz 

yaradıcılıqlarını ərəb əlifbası ilə milli ana dilində uğurla davam etdirmişlər. 

Bununla da türk dilinin akustik fonoloji xüsusiyyətlərinin qrafikasını tam əks 

etdirməyən  ərəb  əlifbası  ilə  Azərbaycan  dilində  yazılmış  əsərlər  dilimizin 

fonetik  xüsusiyyətlərini  canlı  danışıq  dili  əsasında  mühafizə  etmiş  olsa  da, 

Azərbaycan dilinin mövcud sait və samitlər sisteminin ərəb və fars dillərinin 

orfoqrafik xüsusiyyətlərinə istinadən yazılmış olduğundan dilimizin fonetik 

sistemində mövcud problemləri aradan qaldıra bilmədi.    

Güney Azərbaycanda türk dilində milli təhsil və yazı mədəniyyətinin 

yasaq  edilməsinə  baxmayaraq,  Azərbaycan  –  türk  dili  özünün  bütün  tarixi 

dövrlərində  canlı  ünsiyyət  vasitəsi  olaraq  yaşamış  və  müxtəlif  xalqların 

əlifbalarının təsiri altında belə özünəməxsus qədim milli xüsusiyyətlərini bu 

günədək qoruyub saxlamışdır. Müasir Azərbaycan dili üçün xarakterik olan 

səs  düşümü,  səs  artımı,  yerdəyişmə,  heca  düşümü,  assimliyasiya, 

dissimlyasiya, səslərin qoşalaşması, diftonqların yaranması Naxçıvan qrupu 

şivələrində  olduğu  kimi,  Güney  Azərbaycan  dialektlərində  də  eynilə 

müşahidə  olunmaqdadır.  Naxçıvan  qrupu  şivələrində  olduğu  kimi,  Güney 

Azərbaycan şivələrində də kəmiyyət fərqindən asılı olaraq saitlərin uzun və 

qısa variantları mövcuddur. M.Məmmədli H.Səliminin “Azərbaycan dilinin 

ümumi  fonetikası”  adlı  namizədlik  dissertasiyasında  bir  neçə  sözdə  ilkin 

uzanma  hadisəsinin  baş  verməsi  fikrilə  razılaşmayaraq,  bu  fikrin  heç  bir 

fakta  dayanmadığını  və  türk  dillərində  iki  tip  –  ilkin  uzanma  hadisəsinin 

müasir Azərbaycan  dili və dialektləri üçün  xarakterik  olmadığını  və  bu  dil 

faktına rast gəlmədiyini qeyd edir (7, s.21). Türk dilləri üçün xarakterik olan 

sonrakı uzanma hadisəsi Azərbaycan dilinin digər şivələrində olduğu kimi, 

Güney  Azərbaycan  şivələrində  daha  çox  müşahidə  olunur.  Güney 

Azərbaycan şivələrində olduğu kimi, eynilə Naxçıvan qrupu şivələrində də 

[m,  n,  y,  ğ]  samitlərinin  düşməsi  nəticəsində    müşahidə  olunan  sonrakı 

uzanmanın həm türk sözlərində, həm də ərəb mənşəli sözlərdə özünü göstə-

rir.  Əhərin  Vənabad,  Xuniyə  və  bir  çox  kəndlərində  uzanma  hadisəsi  ge-

dəyin–gedān,  gələyin–gəlān  şəklində  müşahidə  olunur:  boşbö:r,  ba:rıqara, 

bö:k, bə:t (8,  s.13-16). 



Filologiya məsələləri, №4, 2017 

 

157



Naxçıvan  qrupu  şivələri  ilə  Güney  Azərbaycan  dialektlərinin  müqa-

yisəsində elə spesifik səs keçidləri müşahidə olunur ki, Güney Azərbaycanda 

mövcud  bu  səs  keçidlərinin  bir  çoxu  Naxçıvan  qrupu  şivələrində  mövcud 

deyil.  İranın  Fars  əyalətində  Əbiverdi  şivəsində  qeydə  alınmış  bir  sıra  səs 

əvəzlənmələri Naxçıvan qrupu şivələri üçün xarakterik deyil. Əsasən Güney 

Azərbaycanın Əbiverdi şivəsi üçün xarakterik olan ı˃e (dale

sendermaq

yaqşe

qezel

beçaq

qeşlaq

ölü, tek-tök), ü˃i (gin-gün, kismək-küsmək, iz-yüz, tilki-tülkü, sid-süd, diyi-

düyü, iç-üç, isd-ust) ö˃e (geynək-köynək, gezəl-gözəl, dert-dörd, ez-öz, gez-

göz,  sez-söz,  gebək-göbək  (Əbv.),  i˃e  (diri-dire,  pis-pes),  u˃e  (quze-quzu, 

qurre-quru,  boren-burun,  qolenc-qulunc,  qoze-quzu  (Sun.),  (1,  s.39),  u˃i 

(izaq-uzaq)  kimi  sait  səs  keçidlərinin  bir  qismi  Güney  Azərbaycan 

dialektlərinin bir çoxunda əsas fonetik dil faktı kimi özünü göstərsə də bu tip 

əvəzlənmələrə Naxçıvan qrupu şivələrində rast gəlinmir.  

Güney  Azərbaycanın  bəzi  şivələrinə  məxsus  spesifik  fonetik  xüsusiy-

yətlərdən biri də söz ortasında [ö] və sözün sonundakı [u] və [ı] səslərinin [e] 

səsi ilə əvəzlənməsi və söz ortasında [q] səsinin [ğ] səsi yerində işlənməsidir ki, 

bu  fonetik  xüsusiyyət  də  (ö˃e,  u˃e,  ı˃e,  i˃e)  Naxçıvan  qrupu  şivələri  üçün 

xarakterik deyildir: göz – gez, köz – kez, çörək – çerəy, dərə – dire  (Xor., Boç.) 

bağlı–baqle, işıq–işeq, tök–tek, yurd–yert, diri–dire, otur–ote (Coğ.) u˃e; i˃e, 

ü>i,  ğ˃q,  Bulet  ta  gürləməqə  tole  yaqmaz.  Xələc  şire  balmacan  tülki  toqmaz 

(Xəl.) (1, s.79). Gərçi havul (xub) bəlgulüg daağ ki bu tayifə ti yierdə və qaçan 

kuç vierilmiş ya iezləri kuç şamış (etmək) allar bu məntəqəkə kəlmişəllər, amma 

ondıçakı qırağ kuoşaça haayılmış, iezxarlarıya (ixtiyar) buora kəmlədükəllər və 

kuç  vierilmiş  ya  təbid  olmışallar  (1,  s.78).  Güney  Azərbaycanın  Xələc  şivəsi 

üçün spesifik fonetik xüsusiyyətlərdən biri də prototürk dövründən qalan saitlər 

sistemində üçlü – qısa, uzun və diftonqların müşahidə olunmasıdır: on–uon, ev–

höu,  kööz–göz,  yorğan–uorqan,  bura–buora,  arasında–haarısıça,  beş–bieş, 

yətəyuollar–yaşayırlar (Xəl.) (1, s.78), dağ–daağ, dar–daar, daş–daaş, su–suu, 

duz–duuz, beş–beeş, qar–qaar, ayran–eyraan, yaman – iyaaman, ilan – ilaan 

(1, s.40).  

Müqayisəli  dialektoloji  tədqiqatlardan  aydın  olur  ki,  Güney 

Azərbaycanın  bir sıra dialektlərində qeydə alınmış ö˃e, i˃e, u˃e, ı˃e, ü˃i, 

i˃u kimi spesifik səs keçidləri vaxtilə azərbaycanlıların etnogenezində iştirak 

etmiş  və  hazırda  burada  tarixi  adını  yaşadan  qədim  türk  tayfalarının 

etnolinqvistik  xüsusiyyətidir.  Belə  səs  keçidlərindən  Qərbi  Azərbaycan 

ostanın Urmiyə vilayətində əfşar və coğatay şivələrində qeydə alınmış [u] və 

[i]  səslərinin  söz  sonunda  [e]  səsinə  keçidi  (xaloğle,  olubde,  seyidoğle, 

gəlibde)  də  Naxçıvan  qrupu  şivələrində  mövcud  deyildir.  Güney 

Azərbaycandakı mövcud şivələrin bir qismində Azərbaycan dilində olan bəzi 




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə