Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə61/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   57   58   59   60   61   62   63   64   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

154



Mərəndin Küllü (bu kənd hal-hazırda farsca Kondləc adlandırılır) kəndinin 

şivəsi  üçün  xarakterik  xüsusiyyətlərdən  biri  də  g>c,  r>y,  l>d 

əvəzlənməsidir:  görürəm  –  cöyüyəm,  gəlirəm  –  cəliyəm  və  s.  Güney 

Azərbaycanın müxtəlif bölgələri üçün ümumi fonetik xüsusiyyətlərdən olan 

r>y,  r>d,  l>d  əvəzlənmələri  Naxçıvan  qrupu  şivələrində  mövcud  dil  faktı 

olaraq  məhdud  səviyyədə  olsa  da  nəzərə  çarpır:  baydax,    qızdar,  otdar. 

Naxçıvan  qrupu  şivələri  üçün  xarakterik  olmayan,  lakin  Güney 

Azərbaycanın əsasən Zəncan bölgəsinin şivələrində müşahidə edilən maraqlı 

səs  keçidlərindən  biri  də  b˃d˃t  səs  əvəzlənməsidir.  Şimali  Azərbaycan 

dialektlərinin şimal qərb qrupuna aid olan Şəki dialektinin özünəməxsus bu 

fonetik  cəhəti  eynilə  Güney  Azərbaycanın  Mamğan,  Qorgan,  Salmas, 

Şəbüstər,  eyni zamanda  və bu bölgələrin ətrafında olan  kəndlərdə feillərdə 

müşahidə olunur: gəlitdi

biri  Güney  Azərbaycanda  yaşayan  xalaclarin  dilində,  eyni  zamanda 

Mənsurabad bölgəsində rast gəlinən y>d əvəzlənməsidir. Əski şumer dilinin 

qədim  fonetik  xüsusiyyəti  kimi  müşahidə  olunan  y>d  əvəzlənməsi  müasir 

dövrdə  Güney  Azərbaycanda  yaşayan  xalaclarin  dilində  qorunub 

saxlanmışdır.  Güney  Azərbaycanda  yaşayan  xalacların  dilində  rast  gəlinən 

bu  nadir  hadisəni  qədim  türklərin  dil  xüsusiyyəti  kimi  qeyd  edən  Cavad 

Heyət  bu  hadisənin  müasir  türk  dillərindən  olan  Tuva  türkcəsində  də 

qorunduğunu qeyd edir (1, s. 71).  

  Müasir Azərbaycan dili            Xələc türkcəsi               Şumer dili       

ayaq                                    adaq                            adaq 

boy                                      bod                              bod 

qayın                                   qadun                          qadın 

yumruq                               dumruq                         ----- 

iy (qoxu)                             --------                           id 

qıy (qıymaq)                        --------                           kıd  

uyu (yatmaq)                      udu                               udu  

quyruq                                   qudruq (Mans.)         kudruk  (5, s.12-

14). 

Müasir  mərhələdə  Güney  Azərbaycan  və  Naxçıvan  qrupu  şivələrinin 



eyni kökdən qaynaqlanan etnolinqvistik paralellərini daha aydın əks etdirən 

və cənub qrupu üçün xarakterik olan ə>æ (æv), a >ə (əyax, qərə), e>ə (dəyil), 

i>ü (büldür, bülürəm), o>a (Navrız, av, qavırma, qavıt), ö>ə (təvlə, kəfşən, 

bənəfşə, əvlat), q>x (torpax, uzax, üşəx) və başqa bu kimi əvəzlənmələr, eyni 

zamanda  söz  önündə  müşahidə  olunan  [i]  səs  artımı  (istəkan,  İrəşid,  irəm, 

ispanax),  söz  önündə  x>h  (horuz,  hurcun),  indiki  zaman  şəkilçiləri  –ır 

4

(-

ıy//iy//uy//iri//dir;  gəliy,  gediri),  qəti  gələcək  zamanın  –as//əs  (alāssān, 



gedə:ssən) formaları Güney Azərbaycan şivələrinin tarixi regonal linqvistik 

xüsusiyyətlərinin  bir  qismini  təşkil  edirsə,  digər  bir  qismini  isə  Naxçıvan 




Filologiya məsələləri, №4, 2017 

 

155



qrupu  şivələrində  mövcud  bu  paralellərlə  yanaşı,  etnogenetik  və 

etnolinqvistik  amillərə  dayanan  fərqlərdən  ibarətdir.  Güney  Azərbaycanın 

Savə bölgəsində yaşayan şahsevən elatlarının dilinə məxsus u>ı, ı>u (oldı, 

duzdı, yandum, yatmadu, dolı), qaşqay türklərinin dilində mövcud ı>u, i>u 

(ananun,  bağrun,  ağzuna),Əbiverdi  şivəsində  ü>i  (iç<üç,  iz<üz,  sid

düyie (qezel-gözəl, gez-göz, kepəg-köpək, dert-dörd, ez-

öz,  sez-söz,  elmək-ölmək),  u>o,  u>e  (qolaq-qulaq,  qolenc-qulunc, 

qozeə, ı>e (aalte, hane, qarşe, doqsən, batmənharə, sorə hange, 

vurmə, ağləməq, qalsə, olsə, aparməq), xələc şivəsində a>u, ö>i,  a>e,  e>i, 

o>e, ö>e (yirt//tiret-dord, boquz-boğaz, ez-öz, hirkək-erkək, əkke-iki, sarux-

sarı,  işik-eşik  (qapı),  babsu,  kuç-köç,  ərtuq-artıq),  Xorasan  bölgəsi 

şivələrində  o>u,  ı>u,  q>ğ,  d>z,  d>r,  d>y,  y>g  (qunşı,  dudağ,  tuz,  ağuz, 

guraq,o:zun,  dəgirman,  ignə)  kimi  üstünlük  təşkil  edən  səs  keçidləri  daha 

çox  leksik  vahidlərin  tərkibində  bu  fərqləri  daha  aydın  əks  etdirir.  Güney 

Azərbaycan  şivələrinin  tarixi  regional  linqvistik  xüsusiyyətləri,  ümumiy-

yətlə, cənub qrupu şivələri üçün xarakterik olan fonetik və leksik paralellər 

əsasında müəyyən olunsa da, Azərbaycan dilinin Güney şivələrində pratürk 

dövründən  qalan  qədim  oğuz  və  qıpçaq  dilinin  etnogenetik  amillərinə 

əsaslanan spesifik xüsusiyyətlər də mövcuddur.  

Naxçıvan  qrupu  şivələri  üçün  xarakterik  olan  səs  keçidləri  və  səs 

əvəzlənmələri  və  bir  çox  digər  fonetik  xüsusiyyətlər  Güney  Azərbaycan 

dialektlərində  mühafizə  olunmaqla,  bəzən  burada  yazılan  ədəbi  əsərlərin 

dilində  də  dialekt  səviyəsində  mühafizə  olunaraq  eynilə  yazıya  köçürül-

müşdür.  Bunun  başlıca  səbəbi  Güney  Azərbaycanda  yaşayan  Azərbaycan 

türklərinin  milli dildə  təhsil almamasıdır. İranın  rəsmi  dövlət  dili olan  fars 

dilində  təhsil  alan  Azərbaycan  ziyalıları  müasir  Azərbaycan  dilinin  vahid 

orfoqrafik  prinsip  əsasında  formalaşan  Azərbaycan  ədəbi  dilinin  ədəbi 

normalarını  müəyyənləşdirən  qrammatik  qayda  qanunları  bilmədiyi  üçün 

fikir və düşüncələrini canlı danışıq dilində olduğu kimi, tarixi xüsusiyyətləri 

ilə  sözlərin  tələffüz  formasını  eyinilə  ədəbi  əsərlərin  dilində  yazıya 

köçürmüşlər. Bu da Güneydə Azərbaycan dilində yazılan klassik və müasir 

əsərlərdə Azərbaycan dili şivələrinin canlı tarixi etnolinqvistik mənzərəsini 

əks etdirən və qədim türk dilinin tarixi sabitliyini yazılı əsərlərdə mühafizə 

edən  əsas  amillərdən  biridir.  Güneydə  qələmə  alınmış  yazılı  əsərlərdə  bu 

dialekt  faktlarına  görə  müasir  Azərbaycan  ədəbi  dilinin  vahid  orfoqrafik 

qaydalarının pozulması ilə nəticələnmiş olsa da, Güney Azərbaycan, eləcə də 

dilimizin  digər  dialektlərinin  tarixi  etnolinqvistik  baxımından  tədqiqi  üçün 

olduqca  əhəmiyyətlidir.  Güney  Azərbaycanda  yazılı  ədəbi  dil  üçün 

xarakterik  olan  bu  dialekt  xüsusiyyətləri  Saib  Təbrizi,  Qövsi  Təbrizi, 

Məhəmməd  Əmani  kimi  klassiklərlə  yanaşı,  M.Şəhriyar,  K.Mamağanlı, 

Ə.Daşqın kimi müasir yazarların da əsərlərində müşahidə olunmaqdadır.  



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə