Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə58/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   54   55   56   57   58   59   60   61   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

147



LƏMAN ƏLİZADƏ 

BAAU-nun  magistrantı 

Email:alizadeh.laman@gmail.com 

 

REALİLƏR VƏ TƏRCÜMƏ 



 

Açar  sözlər:  Reali,  ekvivalentsiz  leksika,  milli  kolorit,  bədii  tərcümə, 

tərcümə növləri, leksik vahidlər, tərcümə,mədəniyyət,transliterasiya, transk-

ripsiya. 

Ключевые  слова:  Реалия,  безэквивалентная  лексика,  национальный 

колорит,  художественный  перевод,  виды  перевода,  лексические 

единицы, перевод, культура, транслитерация, транскрипция. 

Key  words:  reali,  non-equivalent  lexicon  ,national  colorit, literary  transla-

tion,  types  of  translation,  lexical  units,t  ranslation,culture,  transliteration, 

transcription. 

 

Dünyada  bütün  insanlar  fərqli  olduğu  kimi  mədəniyyətlər  də  bir 



birindən  fərqlənir.  Hər  bir  xalqın  özünəməxsus  adət  ənənəsi  ,  mədəniyyəti 

mövcudddur.  Xalqlar  arasındakı  bu  mədəniyyət  fərqləri  təbii  ki,  onların 

leksikasına da təsir edir. Buna görə də bir dilin leksikasına daxil olan anlayış 

bəzən  digər  dilin  leksikasında  mövcud  olmur.Xalqlar  arasında  din, 

mədəniyyət, dünyagörüşü , siyasi,  coğrafi və s. fərqlər artıqca belə sözlərin 

də  sayı    da  durmadan  artır.  Hər  bir  dilin  lüğət  tərkibinə  istər  tərcümə 

ədəbiyyatı,istərsə də digər vasitələrlə hər hansı bir xalqın mədəniyyəti,adət 

ənənəsi  ilə  bağlı  söz  və  ifadələr  keçir.  Bunlar  da  dilin  lüğət  tərkibini 

zənginləşdirir.    Realilər  adı  altında  öyrənilən  bu  söz  və  ifadələr  eyni 

zamanda  oxucunun  təsəvvürlərini  genişləndirir,  həmin  xalqın  həyatı  ,sosial 

şəraiti,  tarixi,adət  ənənəsi  barədə  konkret  məlumat  verir.  Bu  sözlərin 

əksəriyyəti  olduğu  kimi  yazılır.  Lakin  bəziləri  dilimizin  fonetik  və 

qrammatik qanunauyğunluqlarını qəbul edərək dəyişir. Bəzən isə bu sözlər 

yaxın mənalı sözlərlə əvəz olunur. Tərcüməçi S.Məmmədzаdə  rеаliyаlаrın 

bаşqа аdlаrlа əvəz оlunmаsınа qаrşı çıхır və qеyd еdir ki, bu, bütövlükdə əks 

nəticə vеrər, bir sözlə, охucu оrijinаlа yахınlаşmаq əvəzinə оndаn uzаqlаşа 

bilər.(  2,  193)Realilər  ən  çox  bədii  ədəbiyyatın  tərcüməsi  zamanı  ortaya 

çıxır.  Bunun  da  səbəbi  odur  ki,  bədii  ədəbiyyatda  millilik  və  xəlqiliyin 

tamamlayan  üsullardan  ən  başlıcası  realilərdir.  Belə  sözlərin  tərcüməsi 

tərcüməçidən xüsusi bilik və bacarıq tərzi tələb edir. Tərcüməçi ekvivalenti 

olmayan  bu  leksik  vahidlərin  semantikasına  diqqət  yetirməli  və    müxtəlif 

tərcümə  strategiyaları  vasitəsi  ilə  elə  tərcümə  etməlidir  ki,  əsərin  təsirini 

azaltmasın.  İngilis  tərcümə  nəzəriyyəçisi  Konstans  Uest  yazır:  “Tərcümə 

etmək  məsuliyyətini  üzərinə  götürmüş  şəxs  sanki  borc  aldığı  haqqında 




Filologiya məsələləri, №4, 2017 

 

148



müqavilə  imzalayır,qaytardıqda  borcu  həmin  valyuta  ilə  deyil,həmin 

məbləğdə  qaytarmalıdır  ”.(3,156)Hazırki  dövrdə  yüksək  səviyyəli  tərcümə 

əsərlərinin sayca az olması da məhz tərcümə etmək üçün lazım olan bütün 

istedadları özündə cəmləşdirən tərcüməçilərin çox az olmasıdır. 

Tərcüməçinin  mətn  üzərində  işləyərkən  ənənəvi  olaraq  üzləşdiyi 

çətinliklərdən biri də tərcümə dilində qarşılığı mövcud olmayan ekvivalen-

tsiz  dil  vahidlərinin  verilməsi  və  ya  tərcümə  edilməsidir.  Realilər  də 

ekvivalentsiz sözlərdən biri kimi müəyyən bir xalqın milli koloritiylə bağlı 

yaranan  sözlər  olduğundan  onları  tərcümə  edərkən  bəzi  çətinliklər  yaranır. 

Lakin leksik ekvivalentliyin olmaması heç də tərcümənin qeyri mümkünlüyü 

demək deyil. Çünki mənası olan hər bir şey tərcümə edilə bilər.  

Milli  kolorit  ifadə  edən  bu  sözlərin  tərcüməsi  üçün  müxtəlif  tərcümə 

strategiyalarından  istifadə  olunur.Realilərin  tərcüməsi  ilə  bağlı  yazılmış 

kitablarda  dilçilər  müxtəlif  tərcümə  strategiyalarından  istifadəni  göstərsələr 

də onların demək olar ki, hamısında “transkripsiya” və “transliterasiya” ən 

başlıca tərcümə üsulu kimi verilmişdir. Realilərin tərcüməsi zamanı istifadə 

edilən  üsullar  haqqında  avropa  ,  rus  və  Azərbaycan  dilçilərindən  bir 

neçəsinin fikirlərinə diqqət yetirək. 

A.V.  Federov  realilərin  obyekt  dildə    verilməsinin  dörd  üsulunu 

göstərmişdir:  1.Transliterasiya,  yaxud  transkripsiya,  2.Perifrastik,  təsviri-

dildə  mövcud  olan  elementlərin  köməyi  ilə  verilmiş  realilərin  yeni  və  ya 

mürəkkəb  sözlərlə  verilməsi,  3.Funksiyasına  görə  bir  qədər  realilərə  yaxın 

olan  sözlərin  köməyi  ilə  verilməsi,  4.Hiponimik-  realilərin  tərcüməsinə 

qismən yaxın olan tərcümə(ümumiləşdirilmiş təxmini tərcümə).(1,151) 

S.Vlaxov və S.Florin realilərin bir dildən başqa dilə tərcüməsinin altı 

üsulunu göstərmişdir.(8,439) 

1)  Transkripsiya  -  məxəz  mətndəki  sözün  səslənməsini  hədəf  dildə 

təmin etməkdir 

2) Kalka - Burada kalka üsulu elə yeni sözün yaranması hesab olunur. 

Kalka (üzünü köçürmək, təqlid etmək)  üsulu ilə tərcümə zamanı mənbə dil-

də  olan reali söz, söz  birləşməsi və ya ifadə obyekt  dilə  sözbəsöz tərcümə 

edilir.  Məsələn  ;  washing  machine  -  paltaryuyan  maşın,  skyscraper  –  göy-

dələn, Thanksgiving day – Şükranlıq günü, Shepheard's pie- çoban piroqu, 

brain –drain – beyin axını, Hous of  Common – Ümumilər palatası  və s.  

3) Yeni sözün yaradılması - Tərcümə üsulunun çox istifadə edilən və 

əksər  hallarda  tərcümənin  uğurlu  olmasını  təmin  edən  formalarından  biri 

yeni  s[zwn  yaradılmasıdır  yəni,  neologizmlərin  dilə  daxil  edilməsidir. 

Neologizmin  dilə  daxil  edilməsi  tərcümə  edilən  realinin  məzmun  və 

koloritinin  saxlamasına  xidmət  edirvə  onun  semantikasına  təsir  etmir. 

Həmçinin,  semantik  neologizm  üsulundan  da  istifadəyə    rast  gəlinir. 

Semantik  neologizm  üsulu  vasitəsi  ilə  tərcümə  zamanı  realinin  mənasının 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə