Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə60/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   56   57   58   59   60   61   62   63   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

152



                                                                            Dos. QALİBƏ HACIYEVA 

Naxçıvan Dövlət Universiteti                 

oguz.haciyev@gmail.com 

 

GÜNEY AZƏRBAYCAN DİALEKTLƏRİNİN TARİXİ FONETİK 



XÜSUSİYYƏTLƏRİNİN NAXÇIVAN QRUPU ŞİVƏLƏRİ İLƏ 

MÜQAYİSƏSİ 

 

Açar sözlər: Güney Azərbaycan, dialekt, Haxçıvan şivələri, fonetika, qədim 



türk abidələri, müqayisə. 

Ключевые  слова:  Южный  Азербайджан,  диалект,  Нахичеванских 

говоров, фонетика, древнетюркских памятники, сравнение. 

Key words: South Azerbaijan, dialect, of Nakhchivan group, ancient Turkic 

monuments, comparison. 

 

Güney  Azərbaycanda  şivələrinin  fonetik  xüsusiyyətlərindən  söz 



açarkən, ilk növbədə burada rəsmi dövlət dili olan ərəb əlifbalı fars dilində 

təhsilin  təsirini  nəzərə  almaq  lazımdır.  Azərbaycan  dilinin  akustik  fonoloji 

xüsusiyyətlərini fonoqrafik baxımdan əks etdirməyən ərəb əlifbalı fars dilli 

təhsil  sistemi  Güney  Azərbaycanda  yaşayan  Azərbaycan  türklərinin  dili 

üzərində ciddi təsirini göstərir ki, bu təsir canlı danışıq dili ilə yanaşı, burada 

yaşayan  azərbaycanlıların  yazdığı  əsərlərin  dilində  də  müşahidə  olunur. 

Güney Azərbaycanda dövlət dili olaraq fars dilinin təsiri nə qədər güçlü olsa 

da,  burada  yaşayan  Azərbaycan  türkləri  türk  dilinin  tarisi  fonetik 

xüsusiyyətlərini  həm  ədəbi,  həm  də  canlı  danışıq  dilində  çox  mükəmməl 

şəkildə  mühafizə  edərək  yaşatmaqdadır.  Burada  ana  dilində  təhsilin 

olmaması canlı danışıq dilinə məxsus dialekt faktlarının daha çox mühafizə 

olunması ilə nəticələnmişdir. Azərbaycan dilində [a, ə, e, o] səslərinin fars 

dilinin əlifbasında [ ا ], [ö, o, u] səslərinin [ ؤا] şəklində, [q] səsinin [ﻖ], [ə, e, 

o] səslərinin [ ع], [y] və [i] səsinin [ى] kimi vahid qrafik formada təqdimatı 

Azərbaycan  dilinin  səs  sitemini  fonoqrafik  baxımdan  tam  əks  etdirmə-

diyindən, bəzən bu səslərin fərqli məxrəcdə tələffüz olunması ilə nəticələnir 

ki,  bu  da  Güney  Azərbaycan  dialektlərində  müəyyən  səviyyədə  də  olsa  öz 

təsirini göstərir.  

Azərbaycan  dilinin  dialektlərinin  səs  sistemində  g>ğ  səs  dəyişimi  ilə 

işlədilən  fonemlərdən  biri  fars  dilindəki  [ق  ]  (qaf//ğaf)dır.  [q  (ğ)]  səsi 

dilimizdə  tələffüz  edilən,  lakin  fars  dilinin  əlifba  sistemində  hərfi  işarəsi 

olmayan  [ka]  fonemidir  ki,  bu  fonem  Güney  Azərbaycan  şivələrində  öz 

dialekt  xüsusiyyətini  qoruyub  saxlayır.  XI-XII  əsrlər  Azərbaycan  ədəbi 

dilində  [  ق  ]  hərfi  təkhecalı  sözün  başlanğıcında  gəldiyi  zaman  müasir 

dilimizdə olduğu kimi [q (ğ)] hərfini ifadə etmişdir. Qol,  qul,  qəm,  qor,  



Filologiya məsələləri, №4, 2017 

 

153



qar,  qal kimi adi sözlərin əvvəlində yazılmış [ ق ] hərfi söz ortasında müasir 

dilimizdəki [k] fonemini ifadə edərək [k (ka)] səsini bildirmişdir. İstər ortada, 

istərsə  də  sonda  işlənmiş  [ق  (qa//ka)]  fonemi  Azərbaycan  dilində  geniş 

yayıla bilməmiş və [x (خ)] səsinə çevrilərək oq-ox, yıq-yıx, yoq-yox şəklində 

sabitləşmişdir  ki,  bu  fonetik  xüsusiyyət  Güney  Azərbycan  dialektlərində 

q>ğ>x səs keçidi ilə müxtəlif formda müşhidə olunur: Oxtay, Baqir, haxlı, 

sarsağladi,  yaltağ  (Mam.).  Ərəb  əlifbasında  yazıda  [  ق  ]  kimi  göstərilən 

[q//k] səsinə Güney Azərbaycanda xalac türklərinin dilində (qaq-qarğa, ba-

luq-şəhər,  boqarsaq-bağırsaq,  boquz-boğaz,  oqlan-oğlan,  taq-dağ,  yoqar-

yuxarı  qarqe-qamış;  Oni  bi  hoqcə  yulduzqa  tikəm  mən  –Mən  onu  bir  oxla 

ulduza tikərəm, Xələc şire balamcan tülki toqmaz- Əziz balam, xalac aslanı 

tülkü  doğuzdurmaz  (1,  s.79-80)  olduğu  kimi,  Naxçıvan  qrupu  şivələrində 

(qabırqa, yorqan, yorqa, qarqa, yorqun, dalqa, qısqa), eyni zamanda digər 

türk  dillərində  daha  çox  rast  gəlinir:  kumuk  dilində  aqac  (ağac),  noqay 

dilində kabırqa (qabırğa), kayqı (qayğı). 

Ə.Dəmirçizadə  “Kitabi  Dədə  Qorqud”  dastanlarının  dilini  təhlil 

edərkən ərəb əlifbası ilə yazılmış mənbələrdə [ق] səsinin həm [q(ğ)], həm də 

bu səsin kar qarşılığı olan [q(ka)] səslərini bildirdiyini qeyd edir (2, s.39-62). 

Qarşu yatan qara tağım yıqılubdır, Ozan sənin xəbərin yoq, Nə qazılıq dağı 

aqar  səninƞ  suların,  Aqar  kimi  aqmaz  olsun  (3,  s.62).  H.Mirzəzadə  isə 

“Azərbaycan dilində tarixən [ق] samitinin daha çox [x (خ)], az hallarda isə [ğ 

(غ)] ilə əvəzləndiyini göstərir. Cənub qrupu dialektləri üçün xarakterik olan 

bu  qədim  dil  xüsusiyyəti  Güney  Azərbaycan  dialektlərində  əks  oldunduğu 

kimi,  burada  qələmə  alınmış  yazılı  əsərlərin  də  dilində  olduğu  şəkildə 

qalmaqdadır (4, s.27). Bir çox hallarda Güney Azərbaycan dialektlərində elə 

fonetik  cəhətlərə  təsadüf  olunur  ki,  bu  xüsusiyyətlərə  bəzən  Azərbaycan 

dilinin  digər  dialektlərində,  eləcə  də  türk  dillərinin  bir  qismində  məhdud 

şəkildə  təsadüf  olunsa  da,  Naxçıvan  qrupu  şivələrində  rast  gəlinmir  və 

yaxud,  tam  əksinə  olaraq,  həm  Naxçıvan  qrupu  şivələrində,  həm  də,  digər 

türk dillərində daha aktiv mövqeyi ilə diqqəti cəlb edir. Bu fakt tarixi etnoge-

netik  amillərin  canlı  danışıq  dilində  günümüzə  qədər  qorunduğunu  təsdiq 

edən  qədim  tarixi  dil  faktı  olaraq  ortaya  çıxır.  Lakin  Güney  Azərbaycan 

dialektlərinin  ümumtürkoloji  müstəvidə  müqayisəsi  bəzən  müasir 

Azərbaycan  dilinin  dialekt  və  şivələrində  rast  gəlinməyən  türk  dillərinə  və 

dialektlərinə  məxsus  spesifik  tarixi  dil  faktlarının  aşkarlanması  müşahidə 

olunur.  Fonetik  baxımdan  daha  çox  dilimizin  Naxçıvan  qrupu  şivələri  ilə 

paralel  xüsusiyyətlərə  malik  Güney  Azərbaycan  şivələrində  müxtəlif 

bölgələrin özünəməxsus səs keçidləri məhdud səviyyədə olsa da, spesifikliyi 

ilə diqqəti cəlb edir. Azərbaycan dilinin dialektlərində çox nadir hadisə kimi 

qeyd olunan k

Mərənd  bölgəsinin  şivələrinə  məxsusdur:  timdi



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə