Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə56/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   52   53   54   55   56   57   58   59   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

142



                                                        LALƏ HÜSEYNLİ 

BAAU-nun  magistrantı 

Lalicka_561@mail.ru 

 

İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ NİTQ FEİLLƏRİNİN 



LEKSİK-SEMANTİK XÜSUSİYYƏTLƏRİ 

 

Açar  sözlər:  feil,  leksik-semantik,  nitq  feilləri,  yüksək  tonlu  nitq  felləri, 



ingilis dili, müasir, dilçilik. 

Ключевые слова: глаголы, лексико-семантические, глаголы речи, гла-

голы с высоким тоном, английском языка, современный, языковедение. 

Key words: verb, lexico-semantic, verbs of speech, verbs of speech of high-

pitch tone, the english language, modern, linguistics. 

 

Müasir ingilis dilində feil çox mürəkkəb bir təbiətə malikdir (6, 135-136s.). 



Feillər real həyatda baş verən və ya baş vermiş, verəcək hərəkət, vəziyyət, proses, 

hadisə haqqında müəyyən anlayış əks etdirən nitq hissəsi olduğundan öz mahiyyəti 

etibarilə  dinamika  əks  etdirir.Feilin  ifadə  etdiyi  hərəkət  onu  nitqdə  aparıcı, 

təşkilatlandırıcı  mövqeyə  çıxarır.  Feillər  orijinallığını,  ən  qədim  ünsürlərini  başqa 

nitq  hissələrinə  nisbətən  daha  yaxşı  mühafizə  edib  saxlayır.İngilis  dilçiliyində 

feillərin semantik təsnifatına xeyli sayda tədqiqat işləri həsr edilmişdir (3, s.57). 

H.K.Quliyev  müxtəlifsistemli dillər  olan  ingilis,  Azərbaycan,  alman 

və  rus  dillərinin  materialı  əsasında  araşdırdığı  semantik  təsnifatda  feillərin 

on  bir  semantik  qrupunu  göstərmişdir.  Müəllif  leksik-semantik  qrupların 

tərkibində  həmin  qrupların  yarımqruplara, nimqruplara,  nimnimqruplara  və 

s. ayrıldığını da qeyd etmişdir. Bu qruplar içərisində psixi fəaliyyət bildirən 

feillər  xsusi  qeyd  olunur:    Bu  bölgüyə  daxil  olan  feillər  dörd  yarımqrupa, 

onlar isə öz növbəsində kiçik yarımqruplara bölünür: 1. nitq feilləri: a) yalnız 

danışıq aktını bildirən nitq feilləri. Məsələn: to tell (danışmaq), to converse 

(söhbət etmək) və s.; b) nitqi bu və ya digər cəhətdən səciyyələndirən nitq 

feilləri. Məsələn: to call (çağırmaq), to ask advice (məsləhət almaq) və s.; 2. 

hissi-qavrayış feilləri: a) görmə feilləri. Məsələn: to look (baxmaq) və s.; b) 

eşitmə feilləri. Məsələn: to hear (eşitmək), to listen (qulaq asmaq) və s.; c) 

iybilmə  feilləri.  Məsələn:  to  smell  (iyləmək)  və  s.;  d)  dadbilmə  feilləri. 

Məsələn:  to  taste  (dadına  baxmaq)  və  s.;  3.  təfəkkür  feilləri:  a)  zehni 

fəaliyyəti, təfəkkür prosesini bildirən feillər. Məsələn: to think (fikirləşmək), 

to  invent  (kəşf  etmək)  və  s.;  b)  təfəkkür  aktının  nəticəsini  bildirən  feillər. 

Məsələn:  to  believe  (inanmaq),  to  like  (xoşlamaq)  və  s.;  4.  idrak  feilləri. 

Məsələn: to recognize (tanımaq), to know (bilmək) və s. (8, 24-27). 

Nitq prosesi ilə bağlı olan feillərə nitq feilləri deyilir və kəmiyyətcə 

az olsa da, dilçilikdə tez-tez işlənir. Dmitriyev və digər dilçilər rus dilində 

nitq  feillərini  üç  qrupa  bölmüşdür:  1)  öz  adı  ilə  “nə  deyilir”  düsturunu  öz 



Filologiya məsələləri, №4, 2017 

 

143



məzmununda əks etdirən nitq feilləri; 2) öz adı ilə “necə deyilir” düsturunu 

danışanın öz xarakter və üsulunda əks etdirilən nitq feilləri; 3) nitq feilləri 

əvəzinə məcazi mənanı ifadə edən feillər (4, s.117). 

H.K.Quliyev  nitq  feillərini  yalnız  iki  yarımqrupda  təsnif  edir:  1) 

yalnız  danışıq  aktını  bildirən  nitq  feilləri,  məsələn:  to  say  (demək),  to  tell 

(demək,  söyləmək),  to  speak  (söyləmək),  to  talk  (danışmaq),  to  converse 

(danışmaq), to begin to speak (dillənmək), to start speaking (dillənmək), to 

inquire  (soruşmaq);  2)  nitqi  bu  və  ya  digər  cəhətdən  səciyyələndirən  nitq 

feilləri,  məsələn:  to  repeat  (təkrarlamaq),  to  reiterate  (təkrarlamaq),  to  call 

(çağırmaq,  səsləmək,  haylamaq),  to  keep  silence/  silent  (susmaq),  to  seek 

advice  (gənəşmək),  to  ask  advice  (məsləhətləşmək),  to  talk  things  over 

(məsləhət almaq). Türk dilində nitq feilləri iki yarımqrupa bölünür: əsas nitq 

feilləri  və  diferensir  mənalı  nitq  feilləri.  Əsas  mənalı  nitq  feilləri,  əsasən, 

xalis nitq prosesini bildirən feillərdir. Diferensir mənalı nitq feilləri isə nitq 

feillərinin  əksəriyyətini  təşkil  edir  və  “bir  qrupu  nitqin  xarakterini  və  ya 

üsulunu,  digər  bir  hissəsi  isə  söyləmin  formasını  vurğulayaraq  nitqin 

obyektini bildirir” (8, s.34). 

Nitq  feilləri  nitq  prosesinin  müxtəlif  xüsusiyyətlərini  göstərir.  Ona 

görə də aşağıdakı qruplara bölünür: 

a) Nitq feilləri danışıq prosesinin yüksək və ya alçaq tonda olmasını 

bildirməsinə görə iki yerə ayrılır: 1) yüksək tonlu nitq feilləri; 2) alçaq tonlu 

nitq feilləri. Müəyyən qrup nitq felləri yüksək dinamikliyi ilə, yüksək tonla 

icra  olunmaları  ilə  fərqlənir.  Yüksək  tonlu  nitq  felləri  əsasən  nitqdəki 

gərginliyi,  bəzən  də  hadisələrin  müxtəlif  situasiya  və  ya  şəraitdə  gərgin 

dinamikasından  xəbər  verir.  Bir  çox  hallarda  belə  fellər  danışanın  hiss  və 

həyəcanının ifadəçisi kimi də çıxış edir. Bu tip nitq fellərinin Azərbaycan və 

ingilis dillərində leksik-semantik xüsusiyyətlərinin təhlili həmin fellərin hər 

iki  dildə  oxşar  və  fərqli  cəhətlərini  müəyyənləşdirmək  baxımından 

əhəmiyyət daşıyır. İngilis dilində yüksək tonlu nitq feillərinə aşağıdakı feillər 

aiddir:  

 

To bellow- öküz səsi kimi uca, dərin və boğuq səs çıxarmaq (10, s. 



34).  Sadə  quruluşlu  bu  qaydalı  felin  ingilis  dili  lüğətlərində  (9,  s.128) 

aşağıdakı mənaları verilir: 

1. Böyürmək, qışqırmaq, bağırmaq; to bellow like a bull - buğa kimi 

böyürmək;  to  bellow  (out)  with  pain  -  ağrıdan  qışqırmaq,  bağırmaq;  to 

bellow  (out)  with  excitement  -  həyacandan  qışqırmaq,  bağırmaq;  The  bull 

bellowed - Öküz böyürdü. 

2.  Gurlamaq,  uğuldamaq;  The  wind  bellowed  in  the  night  -  Külək 

gecə uğuldayırdı. 

3. Oxumaq (mahnı), bərkdən və acıqlı qışqırmaq; The music was so 

loud  that  we  had  to  bellow  at  each  -  other  to  be  heard  -  Musiqi  elə  uca 




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə