Filologiya
məsələləri, №4, 2017
73
jimmigrant - pomangrante (pommy) qırmızımtıl rəngdə olan meyvənin
adıdır. Yəqin ki, avstraliyalıların təsəvvüründə ingilislər sağlam, qırmızı-
yanaq insanlar kimi canlanırdılar.
Obrazlılıq cəhətdən maraq doğuran sözlər avstraliyanın ştatlarının
xalq tərəfindən verilmiş aşağıdakı adlardır: Qərbi Avstraliya - Westraliya,
Groperland; Cənubi Avstraliya - The Wheat State; Viktoriya – Cabbage
Garden; Şimal ərazisi- The Top End; Tasmania- Tassieland, Raspberryland,
Apple İsland.
Sözdüzəldici modeli nöqteyi nəzərindən Sydneysider - Sidney
şəhərinin sakini, sidneyi-sözü maraq doğurur. Ənənəvi qəbul olunmuş (i)an
affiksindən fərqli olaraq -sider morfem kompleksindən istifadə olunur ki, bu
da “side”- əsası və “-er” şəkilçisindən ibarətdir.
Avstralizmlərin çox geniş və dolğun bir hissəsi beşinci qitənin tibbi-
coğrafi şəraitinin xarakterizə olunmasına aiddir. Bu tematik qrupun ayrı-ayrı
vahidləri mənaca coğrafi adları, Avstraliya iqliminin xüsusiyyətlərini, günün
müxtəlif vaxtlarını bildirir. Misal olaraq: Albany doctor – “Olben təbibi” söz
birləşməsini götürə bilərik. Bu söz birəşməsi Olbendən əsən və sərinlik
gətirən dəniz küləyinə deyilir. Ölkənin Darlinq çayı hövzəsindəki rayon-
lardan olan to tufanına isə “Darlinq shower” deyirlər. Ölkənin şimal-qərb
hissəsindəolan siklona isə “willy-willy” adı verilmişdir. Coğrafi adları, təbiət
hadisələrini bildiren sözlər qrupuna aid olan sözlər müxtəlif mənşəlidir.
Məsələn: billabong və gibber – aborigenlərin dilindən götürülmüşdür.
Yüzlərlə bitki adlarını bildirən, işlənmə dərəcəsinə və quruluşuna görə
fərqlənən və daha çox yayılmış leksik vahidlərə nəzər salaq. Qeyd etmək
lazımdır ki, məhz fauna və flora adlrını bildirən sözlər ingilis dilinin
Avstraliya variantının xüsusiyətlərinin ən əsasıdır, dilçilikdə maraq doğuran
faktdır və bu adlar avstraliyalıların nitqində geniş yer almışdır. Məsələn:
“gum” Britaniya ingiliscəsindən fərqli olaraq Avstraliya ingiliscəsində
“evkalipt” deməkdir. Evkaliptlərin müxtəlifliyi sayəsində uyğun adlar apple
gum, blue gum, black gum, flooded gum və s. əmələ gəlmişdir. Məsələn:
“blue gum” sözü evkaliptin oduncağının mavi rəngdə olduğunu bildirir;
“flooded gum” isə bataqlıq evkalipti, yəni bu ağacın bataqlıqda bitdiyini
bildirir. “Gum” sözü ilə düzələn ifadələr də maraq doğurur. Məsələn: to
have seen one’s last gumtree – ölüm ayağında olmaq; to ride up gumtree –
atdan yısılmaq, as a gumtree full of galahs – çox küt və s. Avstraliya
ingiliscəsində geniş yayılmış bitki adlarına aborigenlərin dilindən alınan
“karri” – qərbi Avstraliyada yayılan evkalipt növü və “jarrah” – çox
möhkəm oduncağı olan nəhəng evkalipt daxildir.
Avstraliyanın flora adlarını ifadə edən sözləri təhlil edərkən “scrub”
sözünü də qeyd etmək lazımdır. Bu söz həm kol, kolluq, həm də meşə
mənasında işlədilir. Dildə bu sözdən yaranmış sözlər çoxluq təşkil edir.
Filologiya məsələləri, №4, 2017
74
Məsələn: scrubber – kolluqda sərbəst otlayan mal-qara; scrub ridder –
çoban, naxırçı; scrub-itsh – bəzi kol növlərinin yaratdığı dəri xəstəliyi və s.
Avstraliya heyvanlar aləmi ilə fərqlənir. Belə ki, ölkəni təmsi edən
kangaroo, lyrebird, emu, dingo, platypus, echidna, koala bütün dünyada
məşhurdur. “Kangaroo” sözünü modeli əsasında aborigenlərin dilində bir
qrup söz yaradılmış bu sözlər sonralar Avstraliya ingiliscəsində alınma
sözlər kimi işlədilməyə başlanmışdır. Məsələn: jackeroo – ferma sahibi;
jillaroo – sadə kəndli qızı və s.
Geniş bir qrup avstralizm isə idman terminalogiyasını aiddir. Bu
sahədə də başqa sahələrdəki kimi anoloji vəziyyət müşahidə olunur:
Birincisi, avstralizm arasında yeni leksik vahidlər – neologimzlər deyil,
ümumingilis leksik vahidlərinin leksik-semantik variantarı və onların məcazi
mənada işlədilməsi üstünlük təşkil edir. İkincisi, göstərilən sahəyə
uyğunlaşdırılmış məişət teknikasını işlədilməsi. Məsələn, pig – futbolda
forvard; honeypot – qrup şəklində tramplindən suya tullanmaq; crocodile –
batan adama kömək etmək. Üçüncüsü, bu sahədə işlədilən avstralizmlərin
əksər hissəsi ədəbi dilin lüğət tərkibindən kənardadır, sadə danışıq dilinə
aiddir.Müxtəlif sosial faktorlardan asılı olaraq onların dildə işlədilməsi də
müxtəlifdir (yəni, yaş, cins, bilik səviyyəsi və s.) To kiss the croos – nakaut
almaq (və ya nakauta düşmək) (boksçularda); belly – buster, felly – flopper –
uğursuz suya tullanma bu kimi sözlərdəndir.
Avstraliya ingiliscəsinin leksik xüsusiyyətlərin nəzər salmaq üçün
avstraliyalıların müasir ədəbi dilində avstralizmlərin rolunu və tutduğu yeri
təyin etmək üçün leksik-semantik qrupların sistemli analizə müraciət etmək
lazımdır. İngiis dilinin bu variantında hər hansı vahid leksik qrupun sistemli
analizinə diqqəti cəlb edərək Avstraliya ingiliscəsinin leksik-semantik
xüsusiyyətlərini dəqiqləşdirmək olar. Leksikanın sistemli xarakteri bizi
məcbur edir ki, nəzərdən keçirilən hər bir leksik vahidin sinonimlər
cərgəsində, leksik-semantik qrupda, Avstraliya ingiliscəsinin leksik
sistemində Britaniya ingiliscəsinin leksik-semantik sistemi ilə müqayisədə
yerini və rolunu təyin edək.
Bunun üçün aşağıdakıları aydınlaşdırmaq lazımdır:
a) Sözlərin işlənmə sferası (müəyyən etmək lazımdır ki, söz
ümumişləkdir, nəticə etbibarı ilə verilən anlayışın dilin leksik sistemində
əsas ifadə vasitəsidir və ya dilin müəyyən olunmuş leksik qatında işlədilir.
b) Sözlərin mənaca tipləri və sözlərin mənaca bir-birinə bağlanması.
c) Sözlərin semantik yaxınlıq dərəcəsi, tam və ya qismən mənaca
uyğunluğu, mənaca fərqləri və oxşarlığı.
ç) Göstərilən mənaların ifadəsinin forma və vasitələri.