Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi
Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 6
Ətraf
mühitin təsviri
Noyabr 2013-cü il
Yekun
variant
6/13
Şəkil 6.3 ŞD2 İnfrastruktur Layihəsinin ƏMSSTQ sənədində qiymətləndirildiyi kimi ŞD2
Eİİ-nin əhatə dairəsi
6.4.2 Hidrologiya
Terminal ətrafındakı ərazinin hidrologiyası aşağıdakılardan ibarət bir sıra suyığıcı ərazilər
(Şəkil 6.4-ə istinad edin) daxilindəki yeri səbəbindən mürəkkəb xarakter daşıyır:
Şahqaya suyığıcı əraziləri (Şahqaya vadisi və onun qərb qolları);
Şimal və qərb perimetri boyunca yerləşən suyığıcı ərazilər;
Terminalla
dəmir yolu arasında yağış zamanı yaranan sel sularını saxlama
sahələri;
Qaraquş dağının aşağıdakılardan ibarət suyığıcı əraziləri:
o
Qərbi Qaraquş yamacları və şimal şərq perimetri boyunca yerləşən kanal;
o
Mərkəzi Qaraquş yamacları və vadinin Ümid qəsəbəsi ərazisindəki çıxışı; və
o
Qaraquş dağının şərq yamacları və zibilliklərdən Sahil qəsəbəsinə doğru drenaj
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 6
Ətraf mühitin təsviri
Noyabr 2013-cü il
Yekun variant
6/14
Şəkil 6.4 Terminal ətrafında drenaj suları üçün əsas suyığıcı ərazilər
© Water Resource Associates Ltd. 1:50000 miqyası ilə sovet kartoqrafiyası əsasında, HTA-nın (Hidroloji Tədqiqatlar
Assosiasiyası) məlumatları əlavə olunmaqla
Terminalın (və ŞD2 Genişləndirmə sahəsinin) yaxınlığındakı təsir zonası/su yığılma zonası
üçüncü tərəfə aid boru kəməri dəhlizi boyunca cənub-şərq istiqamətində alçaq səviyyədə
yerləşən ərazilərin daxil olduğu 135km
2
sahəni əhatə edir. Suyığıcı ərazi dəmir yolunun
torpaq tökümünün və sahilyanı şosenin daxilindən kəsib keçən iki çıxışa malikdir:
Səngəçal qəsəbəsinə yaxın cənub istiqamətində magistral yolun altında B6 suötürücü
borusu və dəmir yolunun altında “B4” körpüsü; və
Səngəçal qəsəbəsi və hazırkı terminala giriş yolu arasında yarı yolda
magistral yolun
altında B9 suötürücü borusu və dəmir yolunun altında “B3” körpüsü.
Əsas sahilboyu dəmiryolu qalağından yuxarıda axın sahəsinin 78 %-ni Şahqaya vadisinin
sututucusu təmin edir. Vadinin əksər hissəsi Şahqaya təpələrindəki karxanalardan terminal
ərazisinin şimalına yönəlmiş əsas yükdaşıma yolu boyu keçir. Terminaldan cənubdakı
bataqlığa daxil olan suyun qalan hissəsi mövcud terminalın şimalındakı sututuculardan gəlir.
Şəkil 6.5-də 100 illik daşqın hadisəsi üçün köməkçi su toplama sahələrinin hər bir qrupundan
alınan cəmi su axınlarının həcminin nisbəti göstərilir.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 6
Ətraf mühitin təsviri
Noyabr 2013-cü il
Yekun variant
6/15
Şəkil 6.5 Köməkçi sutoplama sahələrinin 100 illik daşqın həcmində nisbi payı
Mənbə: Water Resource Associates (2011)
Terminaldan cənubda Xəzər dənizinə axan iki əsas daşqın sularının tutarı vardır:
RES1
(Şahqaya sutoplayıcı sahəsi ) - Bu sahədən axınlara iki kanal ilə nəzarət edilir:
yeni giriş yolunun altındakı təklif edilən B8 düzbucaq suötürücü borular və dəmir
yolunun B4 körpüsü. Bu sahədə yığılan həcmin -15 m ODS-də 0,751 milyon kubmetr
olması ehtimal edilir.
RES2
(mərkəzi sutoplayıcı sahə) - Daşqın sularını saxlamaq üçün mərkəzdəki sahə iri
daşqınzəiflədici göl rolunu oynayır. Üçüncü tərəfə məxsus boru kəməri
dəhlizi və
əlaqədar borular, xəndəklər və bəndlər qismən maneə rolunu oynasalar da, onlar
sutoplayıcı sahəyə daxil olan su axının səpələnməsi və cəmlənməsinə səbəb olur,
həmçinin terminaldan və perimetr boyunca çəkilmiş kanallardan gələn axınları da “C9”
və “XS34” sahələrindəki Şahqaya vadisindən suyun daşma marşrutlarının şimal
istiqaməti boyunca istiqamətləndirir. Bu sahədə toplanan su həcminin -17 m ODS-də
1,848 milyon kubmetr olması hesablanmışdır.
Hidroloji model ŞD2 İnfrastruktur Layihəsinin ƏMSSTQ daxilində qiymətləndirilmiş Eİİ-ni (yəni
6.4.1 Bölməsində təsvir
edilmiş işləri, eləcə də Şimal və Cənub yaşayış düşərgələri və
qurğular yerləşən sahələrdəki strukturlar da daxil olmaqla) və ŞD2 Layihəsinin bir hissəsini
təşkil edən layihənin qurudakı elementlərini (bundan sonra ŞD2 terminalının genişləndirilməsi
adlanacaq) nəzərə almaqla hazırlanmışdır. Həm normal axın şəraitləri, həm də iri daşqın
hadisəsi (100 ildə bir dəfə)
nəzərdən keçirilmişdir.
6
ŞD2 terminalın genişləndirilməsi ilə bağlı
işlərin daşqın rejiminə aşağıdakı dəyişiklikləri edəcəyi aşkar edilmişdir:
Normal
axın şəraitləri - axan suların artması nəticəsində Şahqaya vadisinə əlavə suyun
axması baş verəcək. Şahqaya vadisinə axan cəmi axın sahəsi ilə müqayisədə axın
sahəsində 1%-dən az dəyişiklik baş verəcək.
İri daşqın hadisəsi - daşqın suları terminaldan cənuba, yeni giriş yolundan şərqə doğru
yerləşən daşqın sularının üstünlük verilən saxlama yerinə yönəldiləcək (RES2). Yeni
giriş yolundan şərqə doğru axın azaldılacaq. Axının
istiqamətinin dəyişdirilməsi
terminaldan cənubdakı sahədə şərqə doğru daşqın riskini azaldacaq, lakin iri daşqın
hadisəsinin təsirinə məruz qalan ümumi sahəni artıracaq.
6
SD2 Infrastructure Project ESIA (2012).
Şahqaya vadisi
Axın suyığıcı sahəsi S7
Axın suyığıcı sahəsi S8
SEK-na drenaj (nw1 + nw2)
NPC-yə drenaj (q9 + q91)
Qaraquş (q9 +q81 + q82)
Terminal (Faza 1)
ŞD2 genişləndirmə sahəsi;
RES1 – tam axın
RES2 – tam axın
Ş
ərti işarələr