Microsoft Word 06 Env Description Final az



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə7/44
tarix11.04.2018
ölçüsü5,07 Kb.
#36904
1   2   3   4   5   6   7   8   9   10   ...   44

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/13
Şəkil 6.3 ŞD2 İnfrastruktur Layihəsinin ƏMSSTQ sənədində qiymətləndirildiyi kimi ŞD2 
Eİİ-nin əhatə dairəsi 
 
 
 
6.4.2 Hidrologiya 
 
Terminal  ətrafındakı  ərazinin hidrologiyası  aşağıdakılardan ibarət bir sıra suyığıcı  ərazilər 
(Şəkil 6.4-ə istinad edin) daxilindəki yeri səbəbindən mürəkkəb xarakter daşıyır: 
 
 
Şahqaya suyığıcı əraziləri (Şahqaya vadisi və onun qərb qolları); 
 
Şimal və qərb perimetri boyunca yerləşən suyığıcı ərazilər; 
 Terminalla 
dəmir yolu arasında yağış zamanı yaranan sel sularını saxlama sahələri
 Qaraquş dağının aşağıdakılardan ibarət suyığıcı əraziləri: 
o
 
Qərbi Qaraquş yamacları və şimal şərq perimetri boyunca yerləşən kanal; 
o
 
Mərkəzi Qaraquş yamacları və vadinin Ümid qəsəbəsi ərazisindəki çıxışı; və 
o
 Qaraquş dağının şərq yamacları və zibilliklərdən Sahil qəsəbəsinə doğru drenaj 
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/14
Şəkil 6.4 Terminal ətrafında drenaj suları üçün əsas suyığıcı ərazilər 
 
 
© Water Resource Associates Ltd. 1:50000 miqyası ilə sovet kartoqrafiyası əsasında, HTA-nın (Hidroloji Tədqiqatlar 
Assosiasiyası) məlumatları əlavə olunmaqla 
 
Terminalın (və  ŞD2 Genişləndirmə sahəsinin) yaxınlığındakı  təsir zonası/su yığılma zonası 
üçüncü tərəfə aid boru kəməri dəhlizi boyunca cənub-şərq istiqamətində alçaq səviyyədə 
yerləşən  ərazilərin daxil olduğu 135km
2
 sahəni  əhatə edir. Suyığıcı  ərazi dəmir yolunun 
torpaq tökümünün və sahilyanı şosenin daxilindən kəsib keçən iki çıxışa malikdir: 
 
 
Səngəçal qəsəbəsinə yaxın cənub istiqamətində magistral yolun altında B6 suötürücü 
borusu və dəmir yolunun altında “B4” körpüsü; və 
 
Səngəçal qəsəbəsi və hazırkı terminala giriş yolu arasında yarı yolda magistral yolun 
altında B9 suötürücü borusu və dəmir yolunun altında “B3” körpüsü.  
 
Əsas sahilboyu dəmiryolu qalağından yuxarıda axın sahəsinin 78 %-ni Şahqaya vadisinin 
sututucusu təmin edir. Vadinin əksər hissəsi  Şahqaya təpələrindəki karxanalardan terminal 
ərazisinin  şimalına yönəlmiş  əsas yükdaşıma yolu boyu keçir. Terminaldan cənubdakı 
bataqlığa daxil olan suyun qalan hissəsi mövcud terminalın şimalındakı sututuculardan gəlir. 
Şəkil 6.5-də 100 illik daşqın hadisəsi üçün köməkçi su toplama sahələrinin hər bir qrupundan 
alınan cəmi su axınlarının həcminin nisbəti göstərilir. 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/15
 
Şəkil 6.5 Köməkçi sutoplama sahələrinin 100 illik daşqın həcmində nisbi payı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mənbə: Water Resource Associates (2011) 
 
Terminaldan cənubda Xəzər dənizinə axan iki əsas daşqın sularının tutarı vardır: 
 
 RES1 
(Şahqaya sutoplayıcı sahəsi ) - Bu sahədən axınlara iki kanal ilə nəzarət edilir: 
yeni giriş yolunun altındakı  təklif edilən B8 düzbucaq suötürücü borular və  dəmir 
yolunun B4 körpüsü. Bu sahədə yığılan həcmin  -15 m ODS-də 0,751 milyon kubmetr 
olması ehtimal edilir. 
 RES2 
(mərkəzi sutoplayıcı sahə) - Daşqın sularını saxlamaq üçün mərkəzdəki sahə iri 
daşqınzəiflədici göl rolunu oynayır. Üçüncü tərəfə  məxsus boru kəməri dəhlizi və 
əlaqədar borular, xəndəklər və  bəndlər qismən maneə rolunu oynasalar da, onlar 
sutoplayıcı sahəyə daxil olan su axının səpələnməsi və  cəmlənməsinə  səbəb olur, 
həmçinin terminaldan və perimetr boyunca çəkilmiş kanallardan gələn axınları da “C9” 
və “XS34” sahələrindəki  Şahqaya vadisindən suyun daşma marşrutlarının  şimal 
istiqaməti boyunca istiqamətləndirir. Bu sahədə toplanan su həcminin -17 m ODS-də 
1,848 milyon kubmetr olması hesablanmışdır. 
 
Hidroloji model ŞD2 İnfrastruktur Layihəsinin ƏMSSTQ daxilində qiymətləndirilmiş Eİİ-ni (yəni 
6.4.1 Bölməsində  təsvir edilmiş  işləri, eləcə  də  Şimal və  Cənub yaşayış düşərgələri və 
qurğular yerləşən sahələrdəki strukturlar da daxil olmaqla) və  ŞD2 Layihəsinin bir hissəsini 
təşkil edən layihənin qurudakı elementlərini (bundan sonra ŞD2 terminalının genişləndirilməsi 
adlanacaq) nəzərə almaqla hazırlanmışdır. Həm normal axın  şəraitləri, həm də iri daşqın 
hadisəsi (100 ildə bir dəfə)
 
nəzərdən keçirilmişdir.
6
 ŞD2 terminalın genişləndirilməsi ilə bağlı 
işlərin daşqın rejiminə aşağıdakı dəyişiklikləri edəcəyi aşkar edilmişdir: 
 
 Normal 
axın şəraitləri - axan suların artması nəticəsində Şahqaya vadisinə əlavə suyun 
axması baş verəcək.  Şahqaya vadisinə axan cəmi axın sahəsi ilə müqayisədə axın 
sahəsində 1%-dən az dəyişiklik baş verəcək. 
 
İri daşqın hadisəsi - daşqın suları terminaldan cənuba, yeni giriş yolundan şərqə doğru 
yerləşən daşqın sularının üstünlük verilən saxlama yerinə yönəldiləcək (RES2). Yeni 
giriş yolundan şərqə doğru axın azaldılacaq. Axının istiqamətinin dəyişdirilməsi 
terminaldan cənubdakı sahədə  şərqə doğru daşqın riskini azaldacaq, lakin iri daşqın 
hadisəsinin təsirinə məruz qalan ümumi sahəni artıracaq. 
 
                                                      
6
 SD2 Infrastructure Project ESIA (2012).
 
Şahqaya vadisi 
 
Axın suyığıcı sahəsi S7
 
Axın suyığıcı sahəsi S8
 
SEK-na drenaj (nw1 + nw2)
 
NPC-yə drenaj (q9 + q91)
 
Qaraquş (q9 +q81 + q82)
 
Terminal (Faza 1)
 
ŞD2 genişləndirmə sahəsi;
 
RES1 – tam axın
 
RES2 – tam axın
 
Şərti işarələr


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə