Microsoft Word 06 Env Description Final az



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə6/44
tarix11.04.2018
ölçüsü5,07 Kb.
#36904
1   2   3   4   5   6   7   8   9   ...   44

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/11
daha isti aylarında torpaq qızdıqca quruda daha güclü küləyə çevrilir. Regionun meteoroloji 
dinamikaları ilə müşayiət olunan bu termal təsir  əvvəlcədən gözlənilmə ehtimalı az olan güclü 
küləklər ilə nəticələnə bilir. 
 
Şəkil 6.2-də 2007-ci ildə Bakı hava limanında qeydə alınmış  məlumatlar  əsasında tərtib 
edilmiş küləklər gülü (diaqramı) göstərilir.
4
 Üstünlük təşkil edən külək istiqaməti şimal küləyi 
olmaqla, ilin təxminən 15%-ni əhatə edir Şimal - şimal-qərb və  şimal - şimal-şərq küləkləri 
təxminən küləklərin 10-12%-ni təşkil edir. Küləyin sürəti, adətən, 0.5 m/s-dən 12 m/s-dək 
dəyişir, sürəti saniyədə 8 metrdən çox olan küləklər isə təxminən 30% təşkil edir. 
 
Şəkil 6.2 İllik külək gülü (Bakı Hava limanı), 2007 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
6.4 Qurudakı ətraf mühit 
 
6.4.1 Parametrlər 
 
Təxminən 5.5 km
2
  ərazini  əhatə edən Səngəçal terminalı  cənub-şərqə  və  Xəzər dənizinə 
doğru az meylli düzənlikdə yerləşir. Terminal sahəsi orta dəniz səviyyəsindən (ODS) 
təxminən 15 – 20 metr aşağıda yerləşir (Xəzər dənizinin orta səviyyəsi ODS-dən 27 – 28 metr 
aşağıdır). Terminalın  şimalına və  şimal-şərqinə doğru bir sıra dik təpələr mövcuddur və 
onların hündürlüyü şimala doğru getdikcə artır və 300 metrdən yüksəyə çatır, sonuncu dəfə 
2000-ci ildə püskürmüş iri palçıq vulkanı olan Qaraquş dağının  ətrafındakı  təpələrin 
hündürlüyü isə 400 metr təşkil edir. Ən yaxınlıqdakı  təpələr  şimal-qərb tərəfdə yerləşir və 
onların orta hündürlüyü ODS-dən 70 – 85 metr yüksəkdir. 
 
Terminalın yaxınlığında dörd əsas yaşayış  məntəqəsi vardır (Şəkil 6.1) və onlardan ən 
böyüyü təxminən 2.5km cənubda yerləşən Səngəçal qəsəbəsidir. Ümid yaşayış  məntəqəsi 
terminalın cənub-şərqində, terminaldan 1 km-dən az məsafədə,  Əzimkənd və Massiv 3 isə 
təxminən 2.7 km aralıda yerləşir.  
 
Ümid və Səngəçal qəsəbələri Xəzər dənizinin sahilyanı zolağına paralel uzanan dörd hərəkət 
zolağına malik bərk örtüklü yol olan Bakı-Salyan magistral yolunun kənarındadır. Magistral yol 
ilə terminal arasında magistral yola paralel dik ərazi boyunca (yer səthindən 2 – 4 m hündür) 
                                                      
4
 Anemometr (küləkölçən cihaz) yer səviyyəsindən 10m yüksəkdə yerləşir.
 
 
 
 
 

 

 

 
1.5
 
 
 

 
3.1
 
 
 
10 
5.1 
16 
8.2 
(dəniz mili)
 
(m/s) 
Küləyin sürəti
 
0°  10° 
20° 
30° 
40° 
50° 
60° 
70° 
80° 
90° 
100° 
110° 
120° 
130° 
140° 
150° 
160° 
170° 
180° 
190° 
 
200° 
 
210° 
 
220° 
230° 
 
240° 
 
250° 
 
260° 
 
270° 
 
280° 
 
290° 
 
300° 
 
310° 
 
320° 
330° 
 
340° 
 
350° 
 
300 
600 
900 
1200 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/12
dəmir yolu uzanır. Dəmir yolu və terminal arasında üçüncü tərəfə  məxsus boru kəməri 
dəhlizində magistral yola paralel çoxsaylı yerüstü və yeraltı boru kəmərləri (neft, su və qaz 
boru kəmərləri) də keçir.  
 
Yaxınlıqda yerləşən digər sənaye müəssisələrinə terminalla Səngəçal qəsəbəsi arasında 
yerləşən və 2008-ci ilin sonundan istismara verilmiş dövlətə  məxsus elektrik stansiyası 
daxildir. Səngəçal Elektrik Stansiyası qazın yandırılması ilə işə düşən generatorlardan istifadə 
edərək elektrik enerjisi hasil etmək üçün layihələşdirilmişdir və həmçinin bu elektrik stansiya 
alternativ olaraq mazutdan da istifadə edə bilir. 
 
Terminalın yaxınlığındakı su axınlarına aşağıdakılar daxildir: 
 
 
Şahqaya vadisi – Terminalın şimalında yerləşən Şahqaya təpələrindən axaraq terminal 
ərazisinin qərbindən keçir və Xəzər dənizinə axır; və 
 
Ümid vadisi – terminaldan şərqdə yerləşir 
 
Bataqlıq sahə terminalla Bakı-Salyan magistral yolu arasında yerləşir. 
 
Terminalı mümkün daşqınlardan qorumaq üçün onun şimal, qərb və  şərq perimetrlərinin 
ətrafında drenaj kanalı çəkilmişdir. Kanal yağış zamanı yaranan sel sularını terminal ilə Xəzər 
dənizi arasında mövcud olan təbii axın xətlərinə - selovlara yönəldir.  
 
Bakı-Salyan magistral yolu ilə Xəzər dənizinin sahil xətti arasındakı sahilyanı zona əhəng daşı 
laylarından və  dəniz çöküntülərindən ibarət platformadan formalaşmışdır. Quruya yönəlmiş 
yamac qum götürmək məqsədilə qazılıb çıxarılmışdır. Dənizə  tərəf meylli yamacdakı 
əhəngdaşı platforması suyun kənarına enir, buradakı kiçik sahələrdə xırda materiallar çıxır. 
 
ŞD2 Erkən  İnfrastruktur  İşlərinə (Eİİ) Terminalın  ŞD2 Layihəsi üçün genişləndirilməsində 
lazım olan tikinti işləri daxildir və onlar hazırda yerinə yetirilir . 
 
Ehtimal edilir ki, Əsas ŞD2 layihəsi tikinti işləri podratçısına təhvil verilənə qədər aşağıdakı Eİİ 
fəaliyyətləri başa çatdırılmalıdır: 
 
 
ŞD2 genişləndirmə sahəsində ərazinin təmizlənməsi və hamarlanması; 
 Yeni 
giriş-çıxış yolunun tikintisi 
 Daşqından mühafizə səddinin tikintisi; və 
 Daşqından mühafizə  səddi ilə ªD2 Geniºləndirilmə sahəsi arasında yağış suları üçün 
drenajın tikilməsi 
 
Bu fəaliyyətlərlə bağlı  təsirlər bundan əvvəl  ŞD2  İnfrastruktur Layihəsinin  ƏMSSTQ 
sənədində qiymətləndirilmiºdir.
5
 Şəkil 6.3-də ŞD2 üzrə Eİİ-nin əhatə dairəsi qiymətləndirildiyi 
kimi göstərilir. 
 
Yuxarıda qeyd edilmiş  işlərə  əlavə olaraq, daşqından mühafizə  səddi və  ŞD2 
Genişləndirilməsi sahəsi arasındakı  ərazinin  əksəriyyəti Eİİ  işləri zamanı dağıdıla bilər, 
burada tikinti düşərgəsi və tikinti binaları üçün sahələrin təmizlənməsi və hamarlanması 
gözlənilir. 
 
                                                      
5
 ŞD2 İnfrastruktur layihəsi üçün ƏMSSTQ (2012)
 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə