Microsoft Word 06 Env Description Final az



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə14/44
tarix11.04.2018
ölçüsü5,07 Kb.
#36904
1   ...   10   11   12   13   14   15   16   17   ...   44

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/29
Terminaldan cənubda üstünlük təşkil edən təbii mühitlər aşağıda təsvir edilmişdir (Şəkil 6.9-a 
istinad edin). 
 
Səhra/yarımsəhra - Bu təbii yaşayış mühitinə müxtəlif elementlər, o cümlədən aşağıdakılar 
daxildir: 
 
 Açılmış lil/çılpaq torpaq; 
 
Şibyə və yosun bitkiləri olan lil (mikrobiotik qat); 
 Çoxillik 
kolların kasıb örtüyü (səhra bitkiləri); və 
 Ot 
və illik növlərin bağlı örtüyü ilə çoxillik kol yamaqları (yarımsəhra bitkiləri). 
 
Terminalın yaxınlığında bitən bitki növləri arasında çoxillik kiçik kollar (Salsola nodulosa, 
Salsola dendroides, Suaeda dendroides, Salsola ericoides və Artemisia lerchiana), o 
cümlədən onların sahilyanı zona növləri və otluq yerlərlə əlaqədar digər kollar üstünlük təşkil 
edir. Mövcud olan nümunələrdən heç biri Azərbaycanın “Qırmızı kitab”ına (AzQKB) daxil olan 
və ya IUCN-in həssas/təhlükə altında olan növ kimi təyin etdiyi səhra/yarımsəhra bitkilərinə 
aid deyildir. Tədqiqat göstərdi ki, terminalın yaxınlığında səhra yaşayış mühitləri əsas etibarilə 
otlaq sahələri kimi çox istifadə edilir.  
 
Bataqlıq - iri bataqlıq sahə terminaldan cənubda yerləşir. Bataqlıq sahələrinin,  əsasən, 
efemeral su hövzələri, o cümlədən  Şahqaya vadisi, həmçinin digər səthlərindən axınlar 
tərəfindən qidalanması və Bakı Su Kanalı Departamentinin Səngəçal Su nasosu stansiyasının 
borularında axan suyun da əlavə olması hesab olunur. Bataqlıqda məskunlaşma sahələrinin 
mövcud flora və faunanın qeydiyyatının aparıldığı tədqiqat 2002, (AÇG Faza 1 ƏMSSTQ-də 
hesabat verildiyi kimi
8
) 2010 və 2011-ci illərdə yerinə yetirilmişdir.  
 
Ümumiyyətlə, bataqlıqların təbii mühitlərin qarışığından ibarət olması ehtimal edilir, bura Bakı-
Salyan şosesinin, qonşu dəmiryol xəttinin və dəmiryol xətti ilə terminal arasında boru kəməri 
dəhlizinin tikintisindən sonra yaranmışdır. Bataqlıqlar suyun axmasının çətin olması və suyun 
bəzi topoqrafik çöküntülərdə  yığılıb qalması ilə  əlaqədar yüksək dərəcəli gilləşməyə  məruz 
qalır (Bölmə 6.4.4-ə istinad edin). Topoqrafiyada dəyişkənlik bataqlıqların sərhədlərini və rast 
gəlinən bitki növlərini müəyyən edir. 
 
Bataqlıq ərazilərdə səth sularından asılı əsas yaşayış mühitləri bataqlığın Səngəçala ən yaxın 
olan sahəsi boyu, üçüncü tərəf boru kəməri dəhlizində  və daha dərin suların olduğu digər 
ərazilərdə bitən yüksək qamışlıq (Phragmites australis) sahələridir. Nisbətən dayaz daimi 
sularda su qamışı (Typha angustifolia) kolluqları, eləcə  də  dəniz qamışının (Juncus 
maritimus) və  nəhəng qamışın (Bolboschoenus maritimus) üstünlük təşkil etdiyi böyük 
bataqlıq zonalar gözə dəyir. Bataqlıq ərazilərin kənarlarında, adətən ,yulğun (Tamarix meyeri) 
və  dəvətikanı (Alhagi pseudoalhagi) kollarına, həmçinin  şoranot koloniyaları (Salicornia 
europaea) ilə örtülmüş palçıqlı yastı ərazilərə rast gəlinir. 
 
Bataqlıqlarda rast gəlinən əlavə məskunlaşma sahələrinə yulğun (Tamarix meyeri) kollarının 
və alçaq boylu otların (məs. Poa bulbosa) və  dənli bitki növlərinin daxil olduğu tabaşir 
düzənliyinə oxşar bitki örtüyünü dəstəkləyən yastı landşaftlı vadi kanalları daxildir. Daimi su 
hövzələri həmçinin müəyyən ərazilərdə rast gəlinir və Charophytes (çoxhüceyrəli su yosunu) 
və su qaymaq-çiçəyi (Ranunculus sp.) kimi daimi su tələb edən bitkilər vardır.  
 
Həssaslıq 
 
Bu günə kimi quruda başa çatdırılmış monitorinqlər (2006 və 2011-ci illər arasında
2
)  əsas 
diqqəti mövcud flora növlərində  və bitki örtüyündə baş verən potensial dəyişikliklərə  və 
meyllərə vermişdir.  
 
Səhra/yarımsəhra  bitki örtüyü qruplaşmasına gəldikdə, vaxt keçdikcə onların paylanmasında 
və ya ümumi vəziyyətində nəzərəçarpacaq heç bir dəyişiklik müşahidə edilməmişdir. Dağılmış 
torpaqlarda təbii bərpanın səviyyəsi aşağıdır, yalnız yağışdan sonra müvəqqəti səth sularının 
müşahidə edildiyi sahələrdə bitki örtüyü daha tez bərpa olunur. 
                                                      
8
 AÇG Faza 1 ƏMSSTQ (2002)
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/30
 
Tədqiqatlar terminalın  ətrafındakı  ərazi daxilində bitki örtüyündə  dəyişiklik baş verdiyini 
göstərir. Ümumiyyətlə, bitki örtüyünün əhatə dairəsinin artması müşahidə edilir və ölçülə bilən 
mikrobiotik qatın sayının azalması baş verir. Mikrobiotik qatın bolluğunun azalma səbəbi 
məlum deyil, lakin o, ot örtüyünün artması  nəticəsində qatın müşahidəsinin çətinləşməsi ilə 
əlaqədar ola bilər. 
 
Tədqiqatın aparıldığı müddət  ərzində yağış sularının istiqamətinin dəyişdirilməsi və 
tikinti/digər fəaliyyətlərin aparılması nəticəsində terminalın qonşuluğunda bitki örtüyündə bəzi 
tənəzzül müşahidə edilmişdir. 
 
Fiziki fəaliyyətlər, məsələn, torpaq işləri istisna olmaqla, terminalda aparılan  əməliyyatların 
terminaldan cənubdakı  təbii yaşayış mühitində  hər hansı bir dəyişikliyə  səbəb olması 
müşahidə edilməmişdir. Bundan əlavə, bataqlıq  ərazilərdəki çirklənmiş sahələrin 
müşahidəsindən (Bölmə 6.4.4.2-yə istinad edin) bataqlıq sahələrinə  nəzərəçarpacaq mənfi 
təsirin dəymədiyi aşkar olunur. 
 
Terminalın yaxınlığında qeyri-adi təbii yaşayış mühitləri aşkar edilməmişdir: 
 
6.4.5.2 Flora 
 
AzQK daxil edilmiş, yaxud IUCN tərəfindən həssas/təhlükə altında olan növlər kimi qəbul 
edilən növlər bundan əvvəl 2004-cü ildə quruda aparılmış  tədqiqatlarda qeydə alınmışdır, o 
cümlədən:  
 
 
Ferula persica (AzQK) - quru iqlimdə bitən, adətən, daha zəif təbii yaşayış mühitlərində 
rast gəlinən çətirli yovşan ailəsinə aid çoxillik ot bitkisi; 
 
Cladochaeta candidissima (IUCN, qeyri-müəyyən) - sahilyanı qumlarda, çınqıllı 
yerlərdə, quru çay yataqlarında və düzənliklərdə rast gəlinir; 
 
Glycyrrhisa glabra (AzQK) - (Avropa biyanı) quru təbii yaşayış mühitlərində 
kol/yarımkollar; 
 Nitraria 
schoberii 
(AzQK) - çoxillik ağac kollar; və 
 
Ammochloa palaestina (AzQK) - qumlu, quru sahələrdə rast gəlinir. 
 
Terminalın yaxınlığında aşağıdakı iki növ qeydə alınmışdır: 
 
 
Astragalus bakuensis (AzQK) - kolliq/yarımkolluq sahilyanı sahələr 2001-ci il ilkin 
hesabat tədqiqatında və 2006-cı ilə boru kəmərinin quruya çıxma sahəsinin monitorinqi 
hesabatında qeydə alınmışdır; və 
 
Iris acutiloba (AzQK) - quru, qumlu təbii yaşayış mühitləri 2001-ci ildə aparılmış ilkin 
hesabat tədqiqatında və bitki örtüyünün 2005, 2008 və 2009-cu illər tədqiqatlarında 
qeydə alınmışdır. 2009 və 2011-ci il tədqiqatları bu növləri Terminalda şimal-şərqdə 
yerləşən SS1-2 monitorinq sahəsində qeydə almışdır.  
 
Yuxarıda verilmiş növlərin heç biri 2011-ci ildə terminaldan cənubda aparılmış EMP 
çərçivəsində bitki örtüyü tədqiqatları zamanı qeydə alınmamışdı. Bu növlərin koloniyalarının 
həmin tarixdən bəri bu sahə daxilində yayılması həddindən artıq qeyri-mümkün sayılır. 
 
Həssaslıq 
 
Bundan əvvəlki tədqiqatların nəticələri regional sahə daxilində AzQK və ya IUCN siyahılarına 
daxil edilmiş bitki növlərinin olmasını göstərsə də, ən son 2011-ci il məlumatı bu növlərin heç 
birinin terminaldan cənubda yerləşmədiyini  əks etdirir. Buna görə  də yerli bitki örtüyü sahə 
üçün tipik olan bitki növləri üçün səciyyəvidir və nə nadir, nə də təhlükə altında deyil  
 
6.4.5.3 Fauna 
 
Terminalın yaxınlığında quru və bataqlıq ərazilərin tədqiqatları 2001 və 2011-ci illər arasında 
aparılmışdır. 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə