Microsoft Word 06 Env Description Final az



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə22/44
tarix11.04.2018
ölçüsü5,07 Kb.
#36904
1   ...   18   19   20   21   22   23   24   25   ...   44

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/47
Cədvəl 6.19 2010 və 2011-ci illər üçün həssas reseptorlarda səs-küy üzrə sorğunun 
nəticələri 
 
Bənd 
Yer 
Reseptor 
2010 
2011 
Ölçülmüş ətraf 
mühit səs-küy 
həddi (gündüz)  
dB LAeq 
Ölçülmüş ətraf 
mühit səs-küy 
həddi (gecə)  
dB LAeq 
Ölçülmüş ətraf 
mühit səs-küy 
həddi (gündüz)  
dB LAeq 
Ölçülmüş ətraf 
mühit səs-küy 
həddi (gecə) dB 
LAeq 
Həssas reseptorlar
 
R1 3-cü 
Massiv 
Az mərtəbəli 
yaşayış evləri 
44 – 56 
46 – 48 
50 - 53 
39 - 51 
R2 Səngəçal 
Az  və çoxmərtəbəli 
yaşayış evləri 
48 – 66 
46 – 59 
62 - 70 
52 - 53 
R3 Ümid 
Qərb 
Az mərtəbəli 
yaşayış evləri 
48 – 66 
49 – 53 
49 - 58 
45 - 55 
R5 
Səngəçal 
dəmiryolu 
keçidi 
Mağazalar və 
azmərtəbəli yaşayış 
evləri 
62 – 69 
49 – 59 
55 - 63 

R8 
Əzimkənd 
Azmərtəbəli yaşayış 
evləri 


43 - 50 
39 - 49 
A3 
Magistral 
yoldan  
şimalda 
Magistral yoldan 
təxminən 50 m 
şimalda bir ev 
- - 69 * 
Qeydlər: 
*Bu yerdə gecə vaxtı səs-küy ölçmələri aparılmamışdır. 
- Bu yerdə səs-küy ölçülməmişdir. 
 
2010 və 2011-ci illərdə tədqiqat zamanı qeydə alınmış gündüz vaxtı səs-küy səviyyəsi Bakı-
Salyan  şosesi və  Səngəçal Elektrik Stansiyası ilə  əlaqədar olan səs ilə  səciyyələnirdi. 
Səngəçal qəsəbəsində yerli yollardan istifadə ilə bağlı  nəqliyyatın səs-küyü ancaq bir yerdə 
(R2) qeydə alınmış nəticələrə təsir etdi. 2010 və ya 2011-ci illərdə gündüz vaxtı tədqiq edilmiş 
yerlərin heç birində terminaldakı əməliyyatlardan yaranan səs-küy qeydə alınmamışdır.
 
 
2011-ci ildə gecə vaxtı aparılan tədqiqatlarda  Əzimkənddə  və Ümid qəsəbəsinin qərbində 
terminal  əməliyyatlarından yaranan səs-küy qeyd edildi. Əlavə olaraq, Səngəçal və 
Əzimkənd/Massiv 3 qəsəbəsində  Səngəçal Elektrik Stansiyası ilə  əlaqədar olaraq davamlı 
aşağı tezlikli səs-küy qeydə alınmışdır. Gecə vaxtı Bakı-Salyan magistral avtomobil yolunda 
nəqliyyatın yaratdığı səs-küy bütün 2010 və 2011-ci il monitorinq sahələrində eşidilmişdir. 
 
2010 və 2011-ci il tədqiqatları üçün hər iki məlumat toplusu qeydə alınmış dB göstəricilərinin 
geniş diapazona malik olduğunu göstərir ki, bu da yol nəqliyyatı  səs-küyünün təsir etdiyi 
tədqiqatlar üçün adi haldır. R1 – R5 nöqtələrində gündüz və gecə vaxtları qeydə alınmış səs-
küy səviyyələrinin diapazonu ilə müqayisə etsək, 2010 və 2011-ci il tədqiqatlarında qeyd 
edilmiş səs-küy səviyyələri bir o qədər fərqli deyil. 
 
Həssaslıq 
 
Yerli icmalarda səs-küy mühiti, ümumiyyətlə, gecələr ən sakit səviyyədə olur və ən aşağı səs-
küy səviyyələri isə müvafiq qaydada Əzimkənddə qeydə alınıb. Gündüz və gecə vaxtı 
aparılan monitorinq müddətləri  ərzində  nəqliyyat axınının səs-küyü (Bakı-Salyan magistral 
yolu ilə bağlı) bütün sahələrdə  eşidilirdi və  nəticədə magistral yola ən yaxın  ərazilərdə 
(məsələn: R2 və A3) əhəmiyyətli səs-küy səviyyələrinə  səbəb olurdu. Səngəçal Elektrik 
Stansiyasından gələn səs-küy R2, R5 və A1 reseptorları üçün çox əhəmiyyətli idi. Tədqiqat 
zamanı qeydə alınmış digər səs-küy mənbələrinə vertolyotlar, heyvanların səsi və  bəzən 
buradan keçən inşaat avtomobillərinin səs-küyü daxildir. Mövcud terminaldan gələn səs-küy 
sorğu müddətində heç bir reseptorda üstünlük təşkil etməmişdir. 
 
Yaşayış sahələri əməliyyat səsinə ən həssas olan reseptorlardır. BMK tərəfindən hazırlanmış 
təlimat gündüz və gücə vaxtı müvafiq olaraq 45dB və 55dB (LAeq) yaşayış reseptorlarında 
səs səviyyəsi üzrə  məhdudiyyətlər müəyyənləşdirmişdir. Hazırkı terminal əməliyyatları ilə 
əlaqədar olan mövcud səs səviyyəsini müəyyən etmək üçün sorğu və səs modelləşdirilməsi 
aparılmışdır (Əlavə 11D-də təsvir edildiyi kimi). Bu, terminal əməliyyatların ilə əlaqədar olan 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/48
hazırkı  səs səviyyəsinin (adi iş  şəraitində) Səngəçalda təxminən 43dB, Əzimkənd/3-cü 
Massivdə 39dB və Ümiddə (LAeq kimi ölçülmüş) 43dB olduğunu təsdiqləmişdir, ki, buda ən 
sərt gecə səsi səviyyəsi məhdudiyyətindən aşağıdır 45 дB (LAeq). 
 
6.5 Sahilyanı zonadakı ətraf mühit 
 
6.5.1 Parametrlər 
 
Bakı-Salyan magistral avtomobil yolu ilə Xəzər dənizinin sahil xətti arasındakı sahilyanı zona 
əhəng daşı laylarından və dəniz çöküntülərindən ibarət platformadan təşkil edilmişdir. Quruya 
yönəlmiş yamac qum götürmək məqsədilə qazılıb çıxarılmışdır. Dənizə tərəf meyilli  yamacda 
suyun kənarına enən xırda materiallar çıxan kiçik əraziləri olan əhəngdaşı platforması 
mövcuddur. 
 
6.5.2 Sahilyanı zonanın təbii yaşayış mühiti 
 
6.5.1 Bölməsində qeyd edildiyi kimi, bu sahə  əvvəllər qazılmışdır, sahilyanı zonada ŞD2 
infrastruktur ərazisinin pozulmuş torpaqlarında olduğuna oxşar səhra bitkilərinə rast gəlinir və 
onların arasında seyrək  Salsola nodulosa kolları üstünlük təşkil edir. Dənizə meyilli  
əhəngdaşı platformada, həmçinin, Salsola nodulosanın digər növləri də bitir, buraya Suaeda
Artemesia və Armeriaorts da daxildir. Əvvəlki AÇG/ŞD boru kəmərlərinin quraşdırıldığı sahə 
səyyar bitkilər sayəsində  bərpa olunmuşdur. 2007 və 2010-cu ildə aparılmış  tədqiqatların 
nəticələri göstərir ki, bu işlər uğurlu olmuş və 2010-cu ildə 57 %-ə qədər ərazi çoxillik bitkilərlə 
örtülmüşdür. 
 
Həssaslıq 
 
Bu günə  qədər başa çatdırılmış  tədqiqatlar göstərir ki, bərpa işlərindən sonra 2001-2006-cı 
illərdə aparılmış boru kəməri işləri zamanı dağılmaya məruz qalmış sahilyanı  təbii mühit 
əvvəlki vəziyyətinə qayıdır. Burada nadir və ya təhlükə altında olan növlər yoxdur və buradakı 
quş növləri terminalın yaxınlığında olan sahə üçün tipik növlərdir. 
 
6.5.3 Sahilyanı zonadakı quşlar 
 
Regional səviyyədə Xəzər dənizinin sahilyanı zonası ornitoloji əhəmiyyətə malik bir ərazi kimi 
müəyyənləşdirilmişdir, çünki bu zona həm beynəlxalq, həm də milli miqyasda əhəmiyyətli 
sayda köçəri və  qışlayan quşlar üçün əlverişli  şərait yaradır. Yerli və beynəlxalq səviyyədə 
mühüm hesab edilən quş növlərinə sahilyanı zolaqda tez-tez rast gəlmək memkündür. 
Azərbaycanın sahilyanı zolağında yerləşən vacib ornitoloji sahələr aşağıda Cədvəl 6.20-da 
sadalanmış və Diaqram 6.18-də göstərilmişdir. 
 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə