Microsoft Word 06 Env Description Final az



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə19/44
tarix11.04.2018
ölçüsü5,07 Kb.
#36904
1   ...   15   16   17   18   19   20   21   22   ...   44

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/40
 
Şəkil 6.13 2008-2011-ci illər üçün orta illik SO
2
 konsentrasiyası 
 
 
 
Tədqiqatın nəticəsi göstərdi ki, SO
2
 üçün orta illik hava keyfiyyəti standartı 2008-2011-ci illər 
monitorinq dövrü ərzində müşahidə məntəqələrinin heç birində artıq olmamışdır 
19

 
2009 və 2010-cu illərdə avtomatik müşahidə  məntəqəsində (AAQ23 nöqtəsində yerləşir) 
qeydə alınmış bir saatlıq orta konsentrasiya göstəricisi BMK, ÜST və Aİ-nin  ətraf mühitdəki 
havanın keyfiyyəti üzrə 24 saatlıq müvafiq standartını – 125 
q/m
3
 göstəricisini aşmır. 
 
Şəkil 6.3 göstərir ki, orta illik SO
2
 konsentrasiyası fon əraziləri ilə müqayisədə reseptor və 
terminal ərazilərində nisbətən yüksəkdir, lakin fərq çox azdır. Bütün ərazilər üçün (Səngəçal  
istisna olmaqla) 2008-ci ildə SO
2
 konsentrasiyası pik nöqtəsində olsa da, 2009-cu ildə aşağı 
düşməyə başladı. Bunun səbəbi aydın deyil. 2008-ci ildə Ümid və Əzimkənd/Massiv3 yaşayış 
məntəqələrində qeydə alınmış SO
2
 konsentrasiyalarının yüksək olması üçün heç bir səbəb 
yoxdur. 2008-ci ildən 2011-ci ilədək illik SO
2
  səviyyələrində ümumi kiçik artım olduğu halda 
monitorinq müddətləri  ərzində  bir sıra  ərazilərdən anormal yüksək nəticələr qeydə alınıb.   
Bu, hərəkət edən yerli mənbələrin (başqa sözlə, nəqliyyat vasitələrinin) müşahidə 
məntəqələrinə yaxınlaşması  nəticəsində baş verə bilər. SO

səviyyələrində daha çox 
Səngəçal reseptorlarında hiss olunan az miqdarda artım (təxminən 3-5 
q/m
3
) 2008-ci ildən 
fəaliyyətə başlamış Səngəçal Elektrik Stansiyası ilə əlaqədar ola bilər. 
                                                      
19
 BMK, ÜST və Aİ ətraf SO
2
 standartları ortalama 24 saat, bir saat və 10 dəqiqə müddətində yaradılır. İllik ortalama 
nəzarət məlumatının bu standartlar ilə müqayisə edilməsi uyğun deyildir. 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/41
 
 
6.4.6.3 Benzol 
və UÜK konsentrasiyaları 
 
UÜK özündə bir sıra üzvi komponentləri, o cümlədən benzolu ehtiva edir.    
 
2008 və 2011-ci illər arasında fon, terminal və reseptor əraziləri üzrə orta illik benzol 
konsentrasiyası Şəkil 6.14-də verilib. Şəkildə həmçinin Səngəçal qəsəbəsi, Əzimkənd/Massiv 
3 və Ümid yaşayış məntəqələrində qeydə alınmış orta konsentrasiya göstərilir. 
 
Şəkil 6.14 2008-2011-ci illərdə benzolun orta illik konsentrasiyası 
 
 
 
 
Tədqiqatın nəticələri göstərir ki, ölçülmüş orta benzol konsentrasiyası 2008 və 2011-ci il fon 
sahələrində Ümumdünya Səhiyyə Təşkilatı və Avropa İttifaqının qəbul etdiyi havanın keyfiyyət 
standartlarını  aşmır. Terminal ərazisində benzol konsentrasiyası 2008 və 2010-cu ilin 
standartlarına uyğun gəlsə  də, 2009 və 2011-ci illərdə standartlardan azca artıq olmuşdur. 
Reseptor ərazisində ölçülmüş konsentrasiyalar 2009 və 2010-cu illərdə benzol üzrə havanın 
keyfiyyət standartlarını keçir, lakin hər iki ildə  Səngəçaldakı AAQ7 müşahidə  məntəqəsində 
qeydə alınmış yüksək göstəricilər ilə istisna hallar olmuşdur. Ümumilikdə, illər arasında açıq-
aşkar tendensiya yoxdur.   
 
Əzimkənd, Massiv 3 və Ümid yaşayış məntəqələrində benzol konsentrasiyası fon sahələrdə 
qeydə alınmış  nəticələrə çox yaxındır. Səngəçal terminalı üçün əldə edilmiş  nəticələr UÜK  
konsentrasiyası kontekstində aşağıda müzakirə edilir. 
 
Şəkil 6.15 2008-dən 2011-ci ilə kimi illik orta ümumi UÜK konsentrasiyasını əks etdirir. 
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/42
Şəkil 6.15 2008-2011 UÜK üzrə illik orta konsentrasiya 
 
 
 
Əldə edilmiş nəticələr eyni müddət ərzində müşahidə edilmiş benzol konsentrasiyaları  üçün 
2010-cu ildə AAQ7 müşahidə  məntəqəsində qeyri-adı yüksək göstəricilər də daxil olmaqla 
eyni mənzərəni əks etdirir. AAQ7 müşahidə məntəqəsində davamlı olaraq qeyd edilən yüksək 
konsentrasiyalar göstərir ki, yerli emissiya mənbəyi buradakı benzol və UÜK nəticələrinə təsir 
edir.  
 
2008-ci ildə, Milli Fizika Laboratoriyasına (MFL) BP tərəfindən Səngəçal terminalı  və onun 
ətrafında hava keyfiyyətinin monitorinqi və modelləşdirməsi işinə baxış keçirmək həvalə 
edilmişdir. Bu baxış  əsasında bir sıra tövsiyələr verilmişdir ki, buraya benzol və UÜK-a 
nəzarət etmək üçün istifadə edilmiş genişlənən borular daxilində hopdurucunu dəyişmək də 
daxil idi. Tövsiyələrin 2009-cu ildə  həyata keçirilməsi 2008-2009-cu illər arasında UÜK və 
benzol konsentrasiyasının ümumi artıma səbəb ola bilərdi.  
 
Yuxarıda qeyd edildiyi kimi, 2010-cu ildə terminal sərhədi boyu və terminalın ətrafındakı dörd 
icmada qoxunun qiymətləndirilməsi aparılmışdı (Şəkil 6.11-ə istinad edin). Əsas qeyd edilmiş 
qoxular terminalın şimal-şərqində yerləşən lay suyu nohurlarından gələn qatranlı, neftli qoxu 
idi. Bu qoxunun lay suyu toplanılan nohurların  ətrafında güclü (T1, T2 və T3 nöqtələri), 
Səngəçal qəsəbəsində (C3 nöqtəsi) isə azacıq hiss edilən (şimal-şərq küləyi əsəndə) olması 
qeyd edilmişdi. C2 nöqtəsində yaxınlıqdakı fermer təsərrüfatları ilə  əlaqədar qoxular qeydə 
alınmışdır. Lay sularının toplandığı nohurlarından buxarlanan hissəciklər terminaldan küləyin 
istiqaməti boyunca ərazidə benzol və UÜK göstəricilərinin artmasına əsas səbəb ola bilir.  
 
6.4.6.4 PM
10
 konsentrasiyası 
 
2009 və 2010-cu illər üçün ölçülmüş PM
10 
konsentrasiyaları  Cədvəl 6.17-də verilmişdir. 
Nəticələr avtomatik müşahidə məntəqəsindən əldə edilmişdir (yer AAQ23). 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə