Microsoft Word 06 Env Description Final az



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə27/44
tarix11.04.2018
ölçüsü5,07 Kb.
#36904
1   ...   23   24   25   26   27   28   29   30   ...   44

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/58
 
Şəkil 6.20 Sənqəçəl körfəzində balıqların monitorinqi əraziləri  
 
 
2008-ci ildə tutulan 11 balıq növünün cəmi edildi və 2009-cu ildə 10 balıq növü bir-bir 
sayılaraq müəyyən edildi. Qum koryuşkası, qızıl balıq fəsiləsindən kiçik balıq (Atherina boyeri 
caspia) və xulbalığı  (Neogobius sp) Sənqəçəl körfəzində yaz və payız vaxtı aparılan 
tədqiqatlarda  ən bol olan balıq növləridir. Kefal balığı  (Liza saliens Risso) və  Xəzər çömçə 
balığı (Rutilus rutilus kurensis) payız vaxtı aparılan tədqiqatlarda ən bol olan balıq növləridir. 
Fəsilə görə balıq sayında nəzərəçarpan fərq müşahidə edildi: yazda tutulan balığın sayı 
payızda tutulan balığın sayından üç dəfə çox oldu.  Cədvəl 6.23 2008 və 2009-cu illərdə 
aparılan tədqiqat zamanı toplanan müxtəlif balıq növünün sayını göstərir. 
 
Cədvəl 6.23 Sənqəçəl körfəzində 2008 və 2009-cu illərdə aparılan tədqiqat zamanı 
toplanan balıq növü 
 
Balıq Növləri 
Növlərə görə cəm 
Oktyabr 2008 
May 2008 
Kilkə 
18 11 
Xəzər çömçə balığı 
50 5 
Kütüm – Rutilus frisii kutum (Kamensky) 
4 2 
İlan balığı 
1 7 
Thornback (Gasterosteus aculeatus Linnaeus) 
65 4 
Needlefish (Syngnathus nigrolineatus caspius Eichwald) 
13 3 
Kefal (Liza saliens Risso) 
60 17 
Sandsmelt (Atherina boyeri caspia (Eichwald)) 
121 1,081 
Gobies (Neogobius sp) 
64 112 
Ümumi 396 
1,242 
 
Tutulan balıqların içərisində qum koryuşkası, qızıl balıq fəsiləsindən kiçik balıq (Atherina 
boyeri caspia) və  xul balığının (Neogobius sp) ticarət əhəmiyyəti olmasa da, mövcud kilkə
Xəzər çömçə balığı, kütüm, xəşəm və kefal balığının ticarət əhəmiyyəti vardır. Həmçinin nərə 
balığı, qızıl balıq və  yırtıcı herrinqlər kimi qiymətli ticarət balıqlarının qidasının bir hissəsini 
qum koryuşkası, qızıl balıq fəsiləsindən kiçik balıq və  xul balığı təşkil edir. 
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/59
Sənqəçal körfəzində daimi sakin olan qum koryuşkası, qızıl balıq fəsiləsindən kiçik balıq və  
xul balığının sağlamlığının terminaldan axan çirkli suyun təsiri ilə  əlaqədar vəziyyətini 
öyrənmək və çirklənmə  səviyyəsini müşahidə etmək üçün yoxlama aparılmışdır. Hər bir 
məntəqədə  təhlil üçün 15 qum koryuşkası, qızıl balıq fəsiləsindən kiçik balıq və xul balığı 
götürülmüşdür. Onlar aşağıdakı göstəricilər üzrə təhlil edilmişdir: 
 
 
Standart fiziki və bioloji ölçülər (çəki, uzunluq, qara ciyər – somatik və qonadosomatik 
indeks); 
 Öddə PAK metabolitləri; 
 Qara 
ciyər toxumasında metal konsentrasiyaları; 
 Qan 
hüceyrələrində mikronüvə testi; 
 Qara 
ciyər və qəlsəmə toxumasının histopatoloji təhlili; və 
 
Əzələ toxumasında sitoxrom P-450. 
 
Ümumiyyətlə, nəticələr göstərmişdir ki, tədqiqat aparılan  ərazidə balıqların vəziyyəti 
qənaətbəxşdir, buna baxmayaraq aşağıda göstərilən bəzi təmayüllər müəyyən edilmişdir. 
 
Xəzər suitisi (Phoca caspica) Xəzər dənizi hövzəsində  məskunlaşmış yeganə  dəniz 
məməlisidir və sözügedən sahə üçün endemik növdür. “Darvin təşəbbüsü” layihəsi 
çərçivəsində  Xəzərin  şimal hissəsində aparılmış aerofotoçəkiliş  nəticəsində müəyyən 
olunmuşdur ki, ötən onillikdə  Xəzər dənizindəki suitilərin sayı  təqribən 400000-dən 111000-
dək azalmışdır. 2008-ci ildə Xəzər suitisi IUCN-nin qırmızı kitabında 'Nəsli kəsilmək təhlükəsi 
altında olan' növ siyahısına salınmışdır. Hazırda suitilərin Xəzər dənizinin Azərbaycan 
sektorunda çoxalması barədə heç bir məlumat yoxdur və  Səngəçal körfəzi daxilində  də 
suitilər qeydə alınmamışdır. 
 
Həssaslıq 
 
Xəzər aterinası  və xul balığının təhlili nəticəsində 2005-ci ilin eyni tədqiqatı ilə müqayisədə 
aşağıdakı fərqlər aşkar edilmişdir. 
 
 Fiziki 
ölçmələr böyük fərdlərin payızdan fərqli olaraq yazda mövcudluğunu göstərmişdir 
və balıqların yetkinliyi 6,5 dəfə artıq olmuş, hepato-somatik göstəricilər isə 
(heyvanlarda enerji ehtiyatlarının göstəricisini təmin edir) yazda, demək olar ki, iki dəfə 
artıq olmuşdur. Yazda dişilər sayına görə üstünlük təşkil etmişdir; 
 2005-ci 
ilin 
səviyyələri ilə müqayisə edildikdə yaz və payız tədqiqatlarında naftalin 
yüksək səviyyədə qeydə alınmışdır. 
 
Yazda metal mikroelementlərinin konsentrasiyası payızda qeydə alındığından aşağı 
olmuşdur və 2005-ci illə müqayisədə civə  və qurğuşun tərkibində artımın olması  və 
xrom və konsentrasiyalarında azalma olması müəyyən edilmişdir; və 
 Qaraciyər və qəlsəmələrin histopatoloji analizi ümumilikdə toxumanın normal morfoloji 
quruluşunun olmasını göstərmişdir. 
 
Səngəçal körfəzində mövcud olan balıqlar aprel ayından avqust ayına qədər davam edən 
kürütökmə mövsümündə xüsusilə həssas olmuşdur. 
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/60
6.7 Dənizdəki ətraf mühit 
 
6.7.1 Batimetriya 
və fiziki okeanoqrafiya 
 
Xəzər dənizi Yer üzündə təqribən 371000 km
2
 sahəsi olan ən böyük qapalı su hövzəsidir. Bu 
dənizə saysız-hesabsız çayların suları tökülür ki, onlardan ən böyüyü şimal tərəfdəki Volqa 
çayıdır. Dəniz üç hövzədən: Şimali, Mərkəzi və Cənubi hövzədən ibarətdir. Şimal hövzəsi ən 
kiçik hövzədir (dənizin səthinin ümumi sahəsinin təxminən 25 %-i), lakin çox dayazdır. 
Mərkəzi və Cənubi hövzələr oxşar səth sahəsinə malikdir, lakin Cənubi hövzə daha dərindir 
və demək olar ki, Mərkəzi hövzənin su tutumundan iki dəfə artıq su həcminə malikdir. Qeydə 
alınmış  ən böyük dərinlik Cənubi Xəzər hövzəsində yerləşir və onun dərinliyi 1000 metrdən 
çoxdur. 
 
ŞD Müqavilə Sahəsi Xəzərin Mərkəzi hövzəsində yerləşir və  şelf kənarından (və ya dik 
yamacdan) və maili ərazidən ibarətdir. Dik yamac (qaldırılmış vəziyyətdə olan antiklinal və ya 
qılıc) Müqavilə Sahəsini  şimal-qərbdən cənub-şərqə doğru ayırır (Şəkil 6.21-ə istinad edin). 
Maili ərazinin dərinliyi dəyişir, şimal-şərqdə təxminən 60 m olmaqla minimal hədd təşkil edir, 
cənub-şərqdə isə suyun dərinliyi maksimuma –700 m-ə qədər çatır. 
 
Şəkil 6.21 ŞD Müqavilə Sahəsində maili ərazilər və əsas palçıq vulkanı yerləri 
23 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                      
23
 Yekun dörd quyunun yeri hələ ki, təsdiqlənməyib. Onların yeri əlavə quyunun hasilatı və səthi haqqında məlumat 
əldə olunduğu zaman müəyyən ediləcəkdir. 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə