Microsoft Word 06 Env Description Final az



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə25/44
tarix11.04.2018
ölçüsü5,07 Kb.
#36904
1   ...   21   22   23   24   25   26   27   28   ...   44

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/53
təxminən 2 km aralıda daha dərin sularda (6-7m) ensiz dəniz otu zolağı müəyyən edilmişdir. 
Xırda dənəli yumşaq palçıqlı  və lilli sahələrdə  və ya açıq süxurlarda dəniz  otu  bitmirdi.   
Tədqiqatın nəticələri onu deməyə  əsas verir ki, Səngəçalda torpaqaltı qatlardan heç biri 
Zostera noltii kökünün inkişafına imkan vermir.    
 
2008-ci ildə aparılmış  tədqiqat Səngəçal buxtasında 2006-cı ildə aparılmış  tədqiqatdan bəri 
dəniz otunun artmasını, yosun sahələrinin isə azalmasını müəyyən etmişdir. 
 
Bir neçə növ makroyosun müəyyən edilmişdir, o cümlədən altı növ qırmızı yosun. 
Makroyosunların çoxu çılpaq süxurlar, balıqqulağıları, dəniz qozası və ilbiz qabıqları kimi bərk 
yer qatları üzərində aşkar edilmişdir. 
 
Həssaslıq 
 
Nadir və ya yox olmaq təhlükəsi ilə üzləşməyən dəniz otu və yosun növləri Səngəçal 
buxtasının hər yerində mövcuddur. Əldə edilən göstəricilərə  əsasən, dəniz otu sahələri 
stabildir və ya genişlənməkdədir. Dəniz otunun gücünü bu fakt göstərir ki, 20-ci əsrin sonunda 
dənizin səviyyəsi qalxmazdan əvvəl quru dərə olmuş sahələr indi ən sıx ot sahəsidir.   
Xüsusilə Körfəz daxilində  əvvəlki boru kəmərinin quraşdırma işləri ilə  əlaqədar heç bir 
əhəmiyyətli təsirlər müəyyən edilməmişdir. 
 
6.6.3 Sahilyanı ərazinin bioloji, fiziki və kimyəvi xüsusiyyətləri 
 
Səngəçal körfəzi ərazisində ətraf mühitlə bağlı tədqiqatlar 1996, 2000, 2003, 2006, 2008 və 
ən son 2010 və 2011-ci illərdə aparılmışdır. Tədqiqatın məqsədi Səngəçal körfəzində çöküntü 
kimyası, fiziki xassələr, makrobentik fauna və plankton haqqında məlumat verməkdir. 2010 və 
2011-ci il monitorinq proqramına daxil edilmiş quyuların yerləri Şəkil 6.19-də verilmişdir. 1-57 
məntəqələri (2008 və 2010) hazırda ACG/ŞD boru kəməri dəhlizləri və cənub tərəfdə Azpetrol 
terminalı tərəfindən tutulmuş körfəz ərazisinin əhatə olunmasını təmin edir. 2011-ci il tədqiqatı 
növbəti şimal ərzini əhatə edirdi, buranın ŞD layihəsi üçün təklif edilən boru kəməri dəhlizləri 
ərazisi olacağı ehtimal edilir; bu tədqiqata 2010-cu il tədqiqatından 1-10 və 37-41 məntəqələri 
daxil idi, eləcə də 63-69 saylı məntəqələr silsiləsi də əlavə edildi. 
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/54
 
Şəkil 6.19 Səngəçal körfəzindəki çöküntü nümunələri olan yerlər.  2010 və 2011-ci illər 
 
 
6.6.3.1 Bentik 
onurğasızlar 
 
Səngəçal körfəzində 2008-ci ildə aparılmış bentik onurğasızların tədqiqatı zamanı 57 
toplanmış nümunədən cəmi 39 makrobentik taksonlar qeydə alındı. Bunlara altı çoxqıllı 
takson, altı sərt tüklü takson, bir kurripedia taksonu, bir kumaki taksonu, 15 yanüzən takson, 
bir onayaqlı xərçəng, üç  qarınayaqlı və üç ikitaylı mollyusk taksonları daxildir. Müqavilələrdə 
2010-cu il tədqiqatında 17 takson qeydə alınmışdı; əsas fərq 2010-cu ildə qarınayaqlıların və 
kumakinin, və demək olar ki, yanüzən taksonların olmaması idi. 2010-cu il göstəriciləri 2006-
cı il tədqiqatında qeyd olunan göstəricilərə oxşar idi və buna görə  də  nəticələr Səngəçal 
körfəzi bentoslarının dəyişkən təbiətini təsvir edir. 
 
Taksonik qruplara əlavə olaraq Demospangi növlərinin Metschnikowia tuberculata tuberculata 
bakteriyaları, onurğasız tipli bryozan növləri  Conopeum seurati  və hidrozon növləri 
Bouganvilleia megas qeydə alınmışdı. Səngəçal körfəzinin  şərq və  şimal-şərq tərəfindəki 
məntəqələrdə növlərin yüksək sayı aşkar edilmişdir. 
 
Göstərilmiş qaydada çoxqıllı  və altı sərt tüklülər 14% və 9% hesablanarkən, ümumi bolluğun 
71%-ni təmsil edən 46070 ikitaylı molyusklar fərdlərin ümumi bolluğu ilə 2008-ci ilin ən çox 
taksonomik qrupları idi. İkitaylı molyuskların bolluğu  ən çox körfəzin  şərq və  şimal-şərq 
tərəfində  və  ən az körfəzin qərbində idi. 2010-cu ildə ikitaylı molyusklar bolluğun 23 %-ni 
təşkil edərkən, göstərilən halda çoxqıllı və altı sərt tüklülər ümumi bolluğun 48% və 18% təşkil 
edirdi. 
 
2008-ci ildə 15 yanüzən növ qeydə alınmışdı. Yalnız bir məntəqədə 10 növün olması ilə 
ümumilikdə bolluq və görünmə çox aşağı  səviyyədə idi. Kardiofilus baeri ən çox bol olan 
böyrü üstə üzən növlərdir və 9 məntəqədə ümumilikdə  cəmi 340 fərd təmsil edilirdi. 
Ümumilikdə yanüzənlər körfəzin  şərq tərəfində  və sahilin 500-100 m daxilində olan 
məntəqələrdə kiçik qruplar şəklində təmsil edilirdi. 2010-cu ildə cəmi 100 fərddən ibarət olan 
yalnız üç böyrü üstə üzən takson qrupu qeydə alınmışdı. 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/55
 
2008-ci ildə yalnız bir kumaki növü (Pterocuma pectinata - qanadı ilə döllənən daraqşəkilli 
canlı) bir fərdlə qeydə alınmışdı. 2008-ci ildə 12 məntəqələrdə cəmi üç növü və  ən çox bol 
olan və geniş yayılan  Caspiohydrobia gemmata böyrəkliləri kimi qeydə alınan qarınayaqlılar 
təmsil edilirdi. 2010-cu ildə isə heç bir kumaki və qarınayaqlı qeydə alınmamışdı. 
 
2011-ci ildə aparılmış tədqiqat 
 
2011-ci ildə aparılmış  tədqiatın məqsədi standart monitorinq sahəsini genişləndirərək təklif 
edilən  ŞD2 magistral boru kəməri dəhlizini  əhatə etmək idi. Cəmi 43 məntəqədən nümunə 
götürüldü, bunlardan 15-i 2008 və 2010-cu illərdə istifadə edilən standart tədqiqat nümunəsi 
üçün ümumi idi: bu məntəqələrin daxil edilməsi 2010 və 2011-ci illər arasında iri təbii 
dəyişiklikləri müəyyən etmək üçün əsas yaradır.  Əlavə 28 məntəqə standart məntəqələrin 
şimal və şərqində yerləşirdi;  bu məntəqələr arasında müqayisə  və 16 standart məntəqənin 
təklif edilən ŞD2 magistral boru kəməri dəhlizi və yaradılmış monitorinq sahəsi arasında hər 
hansı bir zəruri ekoloji fərqin olub-olmamasını müəyyən etmək üçün əsas verirdi. 
 
2011-ci il tədqiqatı ilə 2008 və 2010-cu ildə aparılmış tədqiqat nəticələri arasında ortaq rəqəm 
olaraq 27 takson qeydə alınmışdı. 2010-cu ilə nisbətən geniş sayda amfipod və  
qarınayaqlılar (müvafiq olaraq doqquz və dörd) taksonları var idi, lakin kumaki tamamilə yox 
idi. Hər taksonomik qrupa yalnız az sayda məntəqələrdə  və  aşağı bolluqda təsadüf edilirdi. 
Tədqiqat  ərazisində 15 ”başlanğıc” məntəqədə ümumi bolluğun 15% və 28%; “yeni” 
məntəqələrdə isə ümumi bolluğun 45 %-i ilə çoxqıllı qurdlar üstünlük təşkil edirdi. İkitaylı 
molyusklar bolluğun 35% və 45 %-ni və oliqayetalar bolluğun 14% və 10 %-ni təşkil edirdi. İki 
qrup məntəqələr arasında ümumi icma tərkibində əsaslı və yaxud sistematik fərqlər mövcud 
deyildi. 2010-cu ildə aparılmış  tədqiqatın nəticələri ilə müqayisə bolluğun ümumi artımına 
işarə edir. Çoxqıllıl qurdlar üstünlük təşkil edərkən ikitaylı molyuskların uyğun bolluğu artmış 
və oliqayitilərin uyğun bolluğu azalmışdı. 
 
Nəticələr göstərir ki, ŞD2 layihəsi üçün təklif edilən magistral boru Kəməri dəhlizinin  
yerləşdiyi körfəz ərazisi bioloji baxımdan əsas körfəz sahəsinə oxşardır. Heç bir yeni takson 
qeydə alınmamışdır və  ŞD2 layihəsi üçün təklif edilən magistral boru kəməri dəhlizi sahəsi 
arasındakı  məntəqələrdə müxtəliflik  əsas tədqiqat sahəsində ardıcıl müşahidə edilən 
müxtəlifliyə oxşar idi. 2008, 2010 və 2011-ci il tədqiqatları qarınayaqlılar və amfipodların 
sayında nəzərə çarpan dəyişmələr ilə müvəqqəti dəyişkənliyin aydın göstəricisini təqdim edir. 
Amfipodlar və qarınayaqlılar  ərazinin ümumi növlər zənginliyinə  təsir edirlər, onlara az-az 
hallarda və  aşağı bolluqda təsadüf edilir və buna görə  də onların icma funksiyasının 
əhəmiyyət kəsb edən tərkibi təşkil etməsi ehtimal edilmir. 
 
Həssaslıq 
 
Bentik icmalarını  əsasən çoxqıllılar, oliqayetilər və ikitaylı molyusklar təşkil edirlər; bioloji 
kütlələrin əksəriyyəti invaziv və yaxud çoxqıllılar və ikitaylı molyusklar növləri tərəfindən təşkil 
olunur. Bir-birinin ardınca aparılan tədqiqatlar arasındakı üstünlük təşkil edən canlılarda 
dəyişikliklər olsa da, burada daimi tendensiya yoxdur. Kumaki, amfipod və qarınayaqlılar 
(bunların hamısı  dəniz çöküntülərində tez-tez rast gəlinəndirlər) bir neçə  məntəqələrdə 
vaxtaşırı və aşağı sayda olur, lakin bu taksonlar icmanın uyğun komponentləri kimi və yaxud 
icma funksiyasına əhəmiyyətli şəkildə yardım göstərmək üçün kifayət qədər bolluqda ortaya 
çıxmırlar.   
 
Baxmayaraq ki, bentik icma strukturu bir neçə ardıcıl tədqiqat ərzində kiçik ümumi dəyişiklik 
və yaxud dəyişikliyə meyil göstərir, tədqiqatlar arasında ayrı-ayrı məntəqələrdə dəyişikliklərin 
bir neçə daimi göstəricisi vardır. Bu, körfəzin təbiətinin dinamik olmasının təzahürüdür; bura 
dayaz su mühitidir, bu mühit daxilində tufandan əmələ  gələn dalğa körfəzdə çöküntünün 
vaxtaşırı yenidən yayılmasına  şərait yaradır, həmçinin qonşuluqdakı sahil ərazisindən 
vaxtaşırı çöküntü gətirir. Belə dayaz sulu ərazilər canlı toplumları ardıcıl fiziki dağılmaya 
alışdıqları üçün əsasən möhkəm olur. Makrobentik toplumda münasib dözümlü halqavarı 
qurdlar və ikitaylı molyusklar üstünlük təşkil edir; bu taksonların çirklənməyə qarşı çox həssas 
olduqları ehtimal edilir və onlar icmanın kiçik və ardıcıl olmayan mövcud hissəsidirlər. 
 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə