Microsoft Word 06 Env Description Final az



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə21/44
tarix11.04.2018
ölçüsü5,07 Kb.
#36904
1   ...   17   18   19   20   21   22   23   24   ...   44

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/45
(həmin zaman icra edilməkdə olan SD2 ilkin infrastruktur işləri ilə) tozun çökmə sürəti  orta 0-
12% orta SMƏ arasında dəyişir. Reseptor sahəsində çöküntü tozun səviyyəsi, ümumən, 
yüksəkdir və 0-20% arasında dəyişir. Lakin bununla belə, toz istiqamətinin monitorinqi 
göstərdi ki, tozların  əksər hissəsi SD2 ilkin infrastruktur işləri aparılan  ərazi istiqamətindən 
deyil, digər mənbələrdən yaranır. Bu günə kimi aparılmış monitorinqə  əsasən, reseptor 
sahəsində qeydə alınmış üfürülə bilən tozun səviyyəsi SD2 ilkin infrastruktur işlərinin birbaşa 
nəticəsi olması ehtimal edilmir.   
 
2011-ci il tədqiqatlarına oxşar olaraq 2012-ci il tədqiqatları göstərdi ki, istiqamətlə  əlaqəli 
tozlar  şimaldan  əmələ  gəlir və güclü şimal küləyi ilə açıq səthlərdən olan (xüsusilə, bitki 
bitməyən yerli torpaqlardan) yayılmalarla əlaqəli ola bilər. Küləyin sürəti ilə tozun əhatə etdiyi 
ərazi arasında, eləcə  də küləyin sürəti, temperaturu, yağıntı  və atmosferdə tozun 
konsentrasiyası arasında uyğunluğun olması güman olunur. Orta güclü küləklərin ardınca 
gələn uzun müddətli quru küləklərdən sonra tozun səviyyəsi ən yüksək olub. 
 
Həssaslıq 
 
2006-cı ildən bəri terminalın yaxınlığındakı  ərazilərdə havanın keyfiyyət konsentrasiyalarına 
müntəzəm olaraq nəzarət edilmişdir və 2009 və 2011-ci il tədqiqatlarının nəticələri yuxarıda 
verilmişdir. Tədqiqat yerləri və üsulları müxtəlif olsa da, əvvəlki nəticələri 2009 və 2010-cu 
illərdə alınmış  nəticələrlə müqayisə etmək mümkündür. Məsələn, 2007-ci ildə terminal 
planlaşdırılmış  şəkildə dayandırıldığı müddətdə alınmış anomal nəticələr istisna olmaqla, 
AAQ07 nöqtəsində NO
X
 nəticələri 11 ilə 13 µq/m
3
 arasında dəyişib. 
 
Eyni ərazidə SO
2
 konsentrasiyasının nəticələri 1,6 µq/m
3
 (2007-ci ildə) ilə 7,6 µq/m
3
 (2009-cu 
ildə) arasında dəyişirdi. Havanın keyfiyyətinin pisləşməsinə  səbəb olacaq hər hansı  əlamət 
mövcud deyil. 
 
PM
10
 istisna olmaqla (yuxarıda müzakirə edilmişdir), havanın keyfiyyətinə dair göstəricilər 
məqbul həddən aşağıdır. SO
2
 səviyyəsində yüngül dəyişiklər 2008-2009-cu illərdə, Səngəçal 
Elektrik Stansiyası istismara verildikdən sonra Səngəçal sahəsində  aşkar edilib. Lakin bu 
dəyişiklər havanın ümumi keyfiyyəti ilə müqayisədə elə də böyük deyil. Monitorinqi aparılmış 
bütün nümunələr üçün spesifik tədqiqatlar zamanı bir sıra yüksək rəqəmlər qeydə alınıb. 
Ehtimal edilir ki, yerli amillər, məsələn, tozun yaranması  və külək  şəraiti yerli havanın 
keyfiyyətinə terminalda və  Səngəçal Elektrik Stansiyasında aparılan  əməliyyatlardan daha 
çox təsir edir. Havanın ümumi keyfiyyəti terminalda istismar əməliyyatları aparıldığı müddət 
ərzində nisbətən stabil olaraq qalıb. 
 
Tozun monitorinqinin nəticələrinə görə, terminal yaxınlığında toz, əsasən, açıq sahələrdən 
küləyin şimala doğru əsməsinə görə qalxır və eləcə də yerli yararsız yol səthlərinin təsiri ilə 
yaranır. Toplanmış toz və ya torpaq nümunələrində metalın yüksək konsentrasiyası qeydə 
alınmayıb və qeydə alınmış tozun səviyyəsi yarımsəhra şəraitin səviyyəsinə uyğundur.  
 
6.4.7 Səs-küy 
 
AÇG və  ŞD üzrə bundan əvvəl hazırlanmış  ƏMSSTQ sənədlərini tamamlamaq məqsədilə 
ətraf mühitdəki səs-küyün monitorinq araşdırmaları aparılaraq başa çatdırılmışdır. 2010 və 
2011-ci illərdə müntəzəm tədqiqatlar aparılıb
20
. 2010-cu ildə aparılmış səs-küy üzrə tədqiqat 
Əzimkənd, Massiv 3, Sənçəçal və Ümid yaşayış  məntəqələri yaxınlığında və ya onların 
daxilində yerləşən 5 yeri (R1 – R5) əhatə etmişdir. Cədvəl 6.18 həssas reseptorlarda və Bakı-
Salyan magistral yoluna yaxın sahələrdə gündüz və gecə vaxtı  səs-küyün qeydə alınmış 
səviyyələrini (LAek kimi) təqdim edir (LA10 kimi ölçülmüş). 
 
                                                      
20
 Sorğular həmçinin 2012-ci ildə  ŞD2 Eİİ zamanı başa çatdırılmışdır. Buraya tikinti ərazisinin  əməliyyatlarının 
vaxtaşırı təsiri daxildir Beləliklə, onlar ilkin şərtləri təmsil etmir və onlar haqqında burada hesabat verilmir. 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/46
 
Şəkil 6.17 Səs-küyün tədqiq olunduğu yerlər, 2010 və 2011 
 
 
Cədvəl 6.18 həssas reseptorlarda gündüz və gecə vaxtı  səs-küyün qeydə alınmış 
səviyyələrini (LAek
21
 kimi) təqdim edir.  
 
Ölçmələr 2010-cu ilin may və 2011-ci ilin mart aylarında aparılmışdır. Hər bir tədqiqat zamanı 
hava şəraiti yaxşı idi və şimal küləkləri üstünlük təşkil edirdi. Küləyin sürəti 5m/saniyədən artıq 
olan hallarda əldə edilmiş monitorinq nəticələri istisna edilmişdir, çünki belə şəraitdə küləyin 
səsi ölçmə nəticələrinə təsir edir. 
 
Səs-küyün mənbəyini qeyd etmək və hər bir yerdə üstünlük təşkil edən mənbələri müəyyən 
etmək üçün tədqiqatların  əvvəlindən sonuna qədər müşahidələr aparılmışdır.  Əldə edilmiş 
əməliyyat göstəriciləri təsdiq etmişdir ki, terminal normal şəraitdə  fəaliyyət göstərir (yəni 
terminalda fövqəladə hal zamanı  məşəldə yandırma və ya digər anormal səs-küy yaradan 
əməliyyatlar aparılmamışdı). 
 
                                                      
21
 Bütün potensial mənbələr daxil olmaqla ətraf mühitin akustik fonunun ortalama səviyyəsi (məs. Terminal, Səngəçal 
Elektrik Stansiyası, nəqliyyat, heyvanlar) 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə