Microsoft Word 06 Env Description Final az



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə18/44
tarix11.04.2018
ölçüsü5,07 Kb.
#36904
1   ...   14   15   16   17   18   19   20   21   ...   44

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/37
Yuvalayan quşlar qəfil, gözlənilməz və yüksək səsə qarşı daha həssasdırlar. Buna 
baxmayaraq, araşdırmalar nəticəsində məlum olub ki, quşlar tez-tez antropogen səs-küyə, o 
cümlədən tikinti işlərinin aparılması zamanı yaranan səs-küyə alışıblar və bu səbəbdən də 
səs-küyün quşların davranışları  və yuva salma prosesinə heç bir təsiri yoxdur.
10
 Bununla 
bərabər, səs-küyün quşların yuva salmasına təsiri də qeydə alınıb.      Terminalın  ətrafında 
aparılmış  tədqiqatların nəticəsində  məlum olub ki, uzun müddət quş növlərinin zənginliyi və 
sayında kiçik dəyişiklər mövcuddur və belə  təxmin edilir ki, yuvalayan quşlar terminaldan, 
Səngəçal elektrik stansiyasından, eləcə də avtomobil yollarından, o cümlədən sahədəki digər 
sənaye işlərindən  gələn sənaye xarakterli səslərə alışacaq. 
 
6.4.6 Havanın keyfiyyəti 
 
Ətrafdakı havanın keyfiyyətinin monitorinqi terminalın  ətraf  ərazilərində 1997-ci ildən - 
terminalda  İNL fəaliyyətləri başlanandan bəri həyata keçirilməkdədir. Aparılmış monitorinq 
tədqiqatları  ərzində monitorinq aparılan yerlər, qeydə alınan parametrlər və istifadə edilmiş 
analitik metodologiya müxtəlif olmuşdur. Hava keyfiyyətinin ən son monitorinq tədqiqatı 2008, 
2009, 2010 və 2011-cu illərdə  həyata keçirilmişdir. Hər bir tədqiqat üçün passiv yuyulma 
borusundan istifadə edərək NO
2
, SO
X
, və Uçucu Üzvü Birləşmələrin (UÜK) monitorinqi 
aparılmışdır. 2009-cu ilin fevral – may və 2010-cu ilin
† 
may – dekabr ayları arasında bir 
avtomatik monitorinq stansiyasında (stansiya AAQ23) real vaxt rejimində saatlıq monitorinq 
göstəriciləri də toplanılmışdır.
11
 
 
2008-2011-ci illərdə monitorinq stansiyalarında ölçülmüş konsentrasiyalar qruplaşdırılıb və o 
zaman üçün potensial yerli mənbələr və üstünlük təşkil edən külək istiqaməti ilə bağlı 
çirkləndirici konsentrasiyaların təhlilini aparmaq üçün nəzərdə tutulub. Həmin üç qrupa 
aşağıdakilər daxildir:  
 
 
Ümumi fon: Terminalda küləyin əksinə doğru sahələr və əsas mənbələr (məs: Elektrik 
stansiyası və Avtomagistral) 
 Terminal: 
Terminal 
ətrafındakı sahələr və SD2 layihəsinə aid genişlənmə  ərazisi. 
Terminalda küləyin əksi  istiqamətində: və 
 Reseptorlar: 
Yerli icma daxilindəki  ərazilər. Məs: Səngəçal,  Əzimkənd / Massiv 3 və 
Ümid 
 
Şəkil 6.11-də havanın keyfiyyəti və qoxu tədqiqatlarının aparılması üçün istifadə edilmiş 
müşahidə məntəqələrinin yeri göstərilir.  
 
                                                      
10
 Melissa Anne Lackey, (2009), Avian Response to Road Construction Noise with Emphasis on the Endangered 
Golden-Cheeked Warbler.
 
11
 Monitorinq stansiyasında elektrik təchizatının kəsilməsi daha ətraflı məlumatın toplanmasına mane oldu
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/38
 
Şəkil 6.11 Ətrafdakı havanın keyfiyyəti (2008 və 2011) və qoxunun müşahidə olunduğu 
yerlər (2010)  
 
Bütün monitorinq məntəqələri üçün ölçülmüş məlumatlar Əlavə 6.A-da verilib. Ətraf havanın 
keyfiyyətinin ölçülmüş göstəriciləri BMK-nın
12
 (Beynəlxalq Maliyyə Korporasiyası), Dünya 
Bankının
13
 və Ümumdünya Səhiyyə Təşkilatının normativlər
14
 (ÜST)  üzrə, benzol göstəriciləri 
isə Avropa İttifaqının normativlər 
15
 
16
 
17
 üzrə qiymətləndirilmişdir 
 
2010-cu ildə  həmçinin Böyük Britaniya Ətraf mühitin mühafizəsi agentliyinin təlimatlarının 
18
 
tövsiyələri ilə “qoxu testi” metodu əsasında qoxunun monitorinqi aparılıb.  Şəkil 6.11-də 
konservasiya edilmiş quyu göstərilmişdir. 
 
6.4.6.1 NO
2
 konsentrasiyası 
 
Fon, terminal və reseptor sahələri üçün orta illik NO
2
 konsentrasiyası  Şəkil 6.12-də  verilib.   
Şəkildə, həmçinin, Səngəçal qəsəbəsi, Əzimkənd / Massiv 3 və Ümid yaşayış məntəqələrində 
qeydə alınmış orta konsentrasiya göstərilir. 
                                                      
12
 BMK Ekolojİ Sağlamlıq və  Təhlükəsizlik Qaydaları (EST),Ümumi EST Qaydaları,  Ətraf Mühit, Havaya Buraxılan 
Emissiyalar və Ətraf Havanın Keyfiyyəti (2007).  
13
 Dünya Bankının Çirklənmə, Mühafizə və Qadağalar üzrə Təlimatı (1998). 
14
 Ümumdünya Səhiyyə Təşkilatının Təlimatları (1999). 
15
 Avropa İttifaqının Təlimatları (2005) 
16
 Uçucu üzvi birləşmələrin ümumi miqdarı üçün normativlər mövcud olmamışdır. 
17
  Ənənəvi olaraq Azərbaycanda NO
2
  və PM
10
 üzrə fon konsentrasiyası  həmçinin konkret 24 saat və 1 saat 
standartları ilə qiymətləndirilmişdir. Bu standartlar BMK, ÜST və  Aİ  təlimatlarındakı  dəyərlər kimi insanların 
sağlamlığına  əsaslanan eyni meyarlardan istifadə edilərək ortaya çıxmamış  və  həmin standartlar geniş  şəkildə 
tanınmamışdır. 
18
 Dezodorasiya nəzarəti ayrıca olaraq 2010 havanın keyfiyyətinə nəzarət daxilində həyata keçirilmiş və EMP-in bir 
hissəsini təşkil etməmişdir. 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/39
 
Şəkil 6.12 2008-2011-ci illər üzrə orta illik NO
2
 konsentrasiyası 
 
 
 
Tədqiqatın nəticələri göstərdi ki, NO
2
  üçün orta illik ətraf mühit havasının keyfiyyət standartı 
monitorinq aparılmış sahələrin heç birində artıq deyil. Konsentrasiyalar illik orta standart 
göstəricinin 6%-i ilə 48%-i arasında dəyişir.  Ən yüksək konsentrasiya 2010-cu ildə AAQ13 
müşahidə məntəqəsində (terminaldan külək istiqamətinə) qeydə alınıb: 19 
q/m
3
.
  
 
2009 və 2010-cu illərdə avtomatik müşahidə  məntəqəsində (AAQ23 nöqtəsində yerləşir) 
qeydə alınmış bir saatlıq orta konsentrasiya göstəricisi BMK, ÜST və Aİ-nin  ətraf mühitdəki 
havanın keyfiyyəti üzrə müvafiq bir saatlıq standartını - 200 
q/m
3
 göstəricisini aşmır.  
Avtomat müşahidə məntəqəsi 2011-ci ildə fəaliyyət göstərmirdi.  
Şəkil 6.12 göstərir ki, ən yüksək NO
2
 konsentrasiyaları reseptor və terminalın monitorinqi 
aparılan  ərazilərdə qeydə alınıb. Spesifik reseptorlara gəldikdə, Səngəçal  ərazisində 
konsentrasiya ən yüksək,  Əzimkənd / Massiv 3 yaşayış məntəqələrində isə ən az olub. Lakin 
əldə edilmiş  nəticələr göstərir ki, müşahidə edilmiş konsentrasiyalar arasında  əhəmiyyətli 
dərəcədə fərq yoxdur (fərq 8 
q/m
3
-dən artıq deyil). AAQ6 və AAQ13 məntəqələrində yüksək 
konsentrasiya qeydə alınıb (Terminaldan külək istiqamətinə). Lakin AAQ7 və AAQ22-də oxşar 
yüksək nəticələr qeydə alınıb ki, bu da yaxınlıqdakı avtomagistral və/ya naməlum yerli 
mənbələrin nəticələri ola bilər. Əldə edilmiş nəticələr həmin zaman üçün hər hansı əhəmiyyətli 
dəyişiklik olduğunu göstərmir və bu o deməkdir ki, 2008 və 2011-ci illərdə NO
2
 
konsentrasiyası stabil olaraq qalmışdır. 
 
6.4.6.2 SO
2
 konsentrasiyası   
 
2008 və 2011-ci illər arasında qeydə alınmış fon, terminal və reseptor sahələri üçün orta SO
2
 
konsentrasiyası  Şəkil 6.12-də göstərilib.  Şəkildə  həmçinin Səngəçal qəsəbəsi, 
Əzimkənd/Massiv3 və Ümid yaşayış  məntəqələrində qeydə alınmış orta konsentrasiya 
göstərilir. 
 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə