Microsoft Word 06 Env Description Final az



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə26/44
tarix11.04.2018
ölçüsü5,07 Kb.
#36904
1   ...   22   23   24   25   26   27   28   29   ...   44

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/56
6.6.3.2 Plankton 
 
Fitoplankton və zooplanktonların xassələri 2008, 2010 və 2011-ci illərin ən son tamamlanmış 
tədqiqatlarında qeydə alınmışdılar. Bu tədqiqatların nəticələri aşağıdakı kimi təsvir edilir. 
 
Fitoplanktonun - 2008-ci ildə cəmi 40 taksonu qeydə alınmışdı, bunların da 22-si yosunlar ( - 
Bacillariophyta  - çubuqşəkillilər), yeddisi dinofaytlar (Dinophyta), 10-u mavi-yaşıl yosunlar 
(Cyanophyta - fotosintez bakteriyalar qrupu) və biri yaşıl yosun (Chlorophita) idi. Yosunların 
22 növünün Chaetoceros,  Coscinodiscus  və  Nitzschia  ilə yosunların  ən fərqlisi,  
Thalassionema nitzschioides Gru bitkisi ən çox bol olan taksonlar kimi 11 nəsil ilə təmsil edilir. 
Bunu Bacillariophyta, Cyanophytes (18%), Dinophytes (7%) və Chlorophyta (1%) izləyərək 
ümumi fitoplankton biolluğunun 74 %-ni təşkil edir. 2010 və 2011-ci ildə uyğun olaraq lakin 
taksonomik qruplar arasında eyni nisbətdə paylanmaqla 27 və 32 takson qeydə alınmışdı. 
 
Zooplankton – 2008-ci ildə aparılmış  Səngəçal körfəzini tədqiqatı zamanı tapılan 
nümunələrdə üç fərqli zooplankton qeydə alınmışdır; iki xərçəngkimilər/otyeyən böcək Acartia 
tonsa  və  Eurytemora   kiçik və ctenophores Mnemiopsis leidyi. Körpə çoxqıllılar və 
molyuskların (Copepoda, Cirripedia, Polychaete, və Mollusca) ilkin həyat mərhələsində olan 
növləri də həmçinin müşahidə edilirdi. 
 
2008-ci ildə qeydə alınan zooplankton icması bolluğa və növlərin zənginliyinə görə az idi və  
invaziv növlərə  (Acartia tonsa və  Mnemiopsis leidyi) görə üstünlük təşkil edirdi. Ümumilikdə 
plankton üç invaziv növə görə üstünlük təşkil edirdi: Pseudosolenia calcar-avis (fitoplankton 
biokütləsinin  əsas təmsilçisi),  Acartia tonsa (zooplankton biokütləsinin  əsas təmsilçisi) və 
Mnemiopsis leydii (zooplanktonların əsas düşməni). Bu üç növün hamısı, ehtimala görə, ötən 
bir neçə onillik ərzində Xəzər dənizinə daxil olan ticarət gəmilərinin ballast suyunun tərkibində 
gətirilmişdir. 
 
2010-cu  ildə Acartia, Eurytemora  və  Mnemiopsis yenidən üstünlük təşkil etdi, lakin aşağı 
bolluqda, həmçinin üç təbii kladoseran taksonları vardı. 2011-ci ildə ümumi təsir eyni idi, lakin 
yalnız bir kladoseran növü var idi. Cyclopid copepod Halicyclops ilk dəfə 2000-ci ildən bəri 
qeydə alınmışdı  və  Estinostoma-nın iki növü ilk dəfə qeydə alınmışdı. Bəzi nümunələrdə 
həmçinin ikitaylı molyusklar və çoxqıllılar qeydə alınmışdı. 
 
Həssaslıq 
 
Səngəçal körfəzində planktonun invaziv növləri üstünlük təşkil edir. 2008-ci ildə aparılmış 
tədqiqatın nəticələrinə görə 2006-cı ildən bəri  Acartia tonsa  və  Mnemiopsis leidyi-nin 
zooplankton icması təxminən səkkiz dəfə bolluqla artmışdır. 2010-cu il tədqiqatının nəticələri 
bu invaziv taksonların davamlı şəkildə üstünlük təşkil etdiyini göstərir. 
 
6.6.3.3 Sahil 
yaxınlığında dənizdibi çöküntülərin fiziki və kimyəvi tərkibi  
 
Sahil yaxınlığında dənizdibi çöküntülərin fiziki və kimyəvi tərkibi 1996, 2000, 2003, 2006, 2008 
və 2010-cu illərdə ardıcıl tamamlanmış tədqiqatlar zamanı tədqiq edilmişdir və ŞD2 layihəsi 
üçün təklif edilmiş magistral boru kəməri dəhlizi ilə əlaqədar sahəni əhatə etmək məqsədilə 
2011-ci ildə  əlavə  tədqiqat həyata keçirilmişdir. Nəticələr göstərir ki, sahil yaxınlığında 
çöküntü silsiləsinin fiziki tərkibi çox xırda dənəvər lildən və iri qumdan ibarətdir, nümunələrin 
əksəriyyəti az, və yaxud hədsiz dərəcədə az növlü çöküntü olduğunu göstərir.  İri dənəvər 
çöküntü sınmış balıqqulağı materialının üst hissəsindən  əmələ  gəlmişdir. Çöküntü dərinliyi 
artdıqca lil və gil tərkibinin azalması və bununla əlaqədar karbonat tərkibinin artması baş verir. 
 
2011-ci il tədqiqatının nəticələri göstərir ki, ŞD2 layihəsi üçün təklif edilmiş magistral boru 
kəməri dəhlizi körfəzin qalan çöküntü strukturuna çox oxşardır. Orta ölçülü hissəciyin diametri 
“köhnə” (1996-2010) məntəqə nümunələrində 204, “yeni” (2011) məntəqə nümunələrində isə 
194 idi; ümumi tədqiqatın orta görsəticisi isə 204 mq idi. Bütün digər fiziki parametrlər üçün 
yekun statistika məntəqələrin iki qrupu arasında bərabər oxşarlıqda idi. 
 
Sahil yaxınlığındakı çöküntülər üzrə kimyəvi analizlərin nəticəsi göstərir ki, HMQ və ÜKM 
konsentrasiyaları  Səngəçal körfəzi daxilindəki nümunə  ərazilərinin  əksəriyyətində uyğun 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/57
şəkildə aşağıdır. Yüksək konsentrasiyalar körfəzin şərqində sahil xəttindən təxminən 1,5 km 
məsafədə yerləşən nümunələrdən  əldə edilmişdir, buna baxmayaraq HMQ və ÜKM 
konsentrasiyaları arasındakı  əlaqə davamlı deyildir. 2011-ci il tədqiqatının nəticələri ÜKM 
silsiləsinin 17-mq-dan 101 mq-a qədər orta hesabla 65 mq olduğunu göstərdi. Silsilə və orta 
hesab qiymətləri “köhnə” və “yeni” nümunələr arasında oxşardırlar. Silsilənin 2010-cu ildə 
müşahidə edilən silsiləyə oxşar olduğu halda, 2010-cu ilin orta hesabı nəzərəçarpacaq qədər 
aşağı – 17.9mq idi. Buna baxmayaraq 2011-ci ildə yenidən baş çəkilən 15 “köhnə” məntəqə 
ücün orta göstərici 51mq/q idi; bu əvvəlki müşahidələri təsdiq edir, yəni körfəzdə 
karbohidrogen konsentrasiyaları  aşağı olsa da,  körfəzin  şimal və  şərq  ərazilərində yüksək 
konsentrasiyalara doğru meyillilik vardır. 
 
2006 və 2008-ci illərdə çöküntü nümunələri üzərində    ağır metallar üçün aparılan analiz ən 
yüksək konsentrasiyaların körfəzin qərbində qeydə alınması ilə göstəricilərin xülasəsi  
arasında ardıcıllığı göstərir. Buna baxmayaraq, çöküntü daxilində barium və civə 
konsentrasiyası körfəzin şərqindəki konsentrasiyalardan çox yüksəkdir. 2011-ci il tədqiqatında 
bütün metallar üçün silsilə  və median qiymətləri “köhnə” və “yeni” məntəqələr ilə eynidir və 
ümumiyyətlə, 2010-cu il tədqiqatının nəticələrinə oxşardır. Barium, dəmir və manqan 
konsentrasiyaları 2011-ci ildə 2010-cu ildəkinə nisbətən aşağı idi, 2006-2011 cil müddətində 
ümumi meylin bu metalların aşağı konsentrasiyalarına doğru  olduğunu göstərir. 2011-ci il 
tədqiqatında kadmium konsentrasiyaları 2010-cu ildəkinə nisbətən aşağı idi (müvafiq olaraq 
orta hesabla 0.206mq/q və 0.36mq/q) və 2011-ci il rəqəmləri 2008-ci ildə qeyd olunan 
rəqəmlərə yaxındır. 2008 və 2010-cu illər arasında olan kadmium konsentrasiyalarında 
nəzərəçarpan artım 2010-cu ilin tədqiqat hesabatında qeyd olunmuşdur; o vaxt bunun aydın 
izahı yox idi, lakin aydındır ki, kadmium konsentrasiyalarında daimi və ardıcıl artma meyli 
mövcud deyil.  
 
Həssaslıq 
 
ŞD2 layihəsi üçün təklif edilmiş magistral boru kəməri dəhlizinin ərazisindəki çöküntü tərkibi 
körfəzin  əvvəlcə  tədqiqat aparılmış sahəsinə yaxın olan çöküntü tərkibinə oxşardır. 
Çöküntülər qum silsiləsindən tutmuş gil silsiləsinə qədər dəyişkən tərkiblidir və karbohidrogen 
və yaxud metal çirklənməsinin əhəmiyyətli şəkildə dəlili mövcud deyildir.  
 
6.6.4 Sahil 
yaxınlığında balıq və məməli heyvanlar 
 
EMP-nin tərkib hissəsi kimi Səngəçəl körfəzində balığın mövcud olmasını müəyyənləşdirmək, 
çirklənmə  səviyyələri və balıq toplusunun sağlamlığı haqqında məlumat  əldə etmək üçün 
balıqların ardıcıl monitorinqi keçirildi. Ən son tədqiqat 2008 və 2009-cu illərdə 
tamamlanmışdır. Balıqlar çimərlik tralından (kisə  şəklində balıq toru) istifadə edilərək üç 
ərazidən toplandı. (Şəkil 6.20)  
 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə