Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi
Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 6
Ətraf
mühitin təsviri
Noyabr 2013-cü il
Yekun variant
6/74
Xul balıqları Xəzər dənizindəki növlərinin sayına görə siyənək balığından sonra ikinci
yerdədir; onlar dənizin bütün regionlarında mövcuddur, əsasən, dayaz ərazilərdə (yazda və
yayda olduqları yerdə suyun dərinliyi 30-70 m-ə çatır, qış aylarında daha dərinliklərə köçürlər)
yaşayırlar. Ov məqsədi daşıyan balıqtutma qeydlərinə əsasən,
kilkə Xəzərdə və Xəzərə
tökülən çay deltalarında mövcud olan ən bol balıq növüdür (biokütlə baxımından) və Xəzər
dənizində ümumi balıq ovunun 75 %-ini təşkil edir. Kilkədən sonra Xəzərdə ən çox ovlanan
nərə balıqlarıdır. (Daha ətraflı məlumat üçün Əlavə 6C-yə istinad edin).
Həssaslıq
Balıq növləri üçün mövsümi aktivlik Cədvəl 6.28-də göstərilir. Ərazidə balalayan balıq
növlərinə xul balığı, kilkə və kefal balığı kimi burada daimi yaşayan balıqlar daxildir. Xul
balıqları aprel və iyul ayları arasında, kefal balığı iyun və sentyabr ayları arasında çoxalır,
kilkə isə yanvar və noyabr ayları arasında çoxalır.
ŞD Müqavilə Sahəsində həyata keçirilmiş əvvəlki qazma fəaliyyətləri zamanı qazma
işlərindən meydana çıxan atqılar məhdud müddətdə və ölçüdə bulanıq şleyfləri yaradmışdır.
Balıq növlərinin bu şleyflərdən uzaqlaşacağı gözlənilir.
Cədvəl 6.28-də qeyd edildiyi kimi, balıq növlərinin çoxu üzmə qovuğuna malikdir. Üzmə
qovuğu üzgəclilər sinfinin əksər sümüklü balıqlarında qeydə alınan hava dolu kisədir. Üzmə
qovuğu qaldırma qüvvəsini təmin edən üzgəc, ağciyər və səs yaradan orqan rolunu
oynamaqla çoxsaylı müxtəlif funksiyaları yerinə yetirir.
Bundan başqa, üzmə qovuğu sualtı
səsin gücləndirilməsi vasitəsilə balıq növlərinin eşitmə qabiliyyətini gücləndirə bilər. Ona görə
də üzmə qovuğu olan balıqlar həmin orqanın olmadığı balıqlardan fərqli olaraq səsə daha çox
həssas olmağa meyllidir. Nəticədə, belə balıq növlərinin üzmə qovuğu olmayan balıqlardan
daha çox sualtı səsə həssas olmaq potensialı var.
Cədvəl 6.28-də üzmə qovuğu olan balıq növləri həm də “yox olmaq təhlükəsi altında olan” və
ya “yox olmaq təhlükəsinə yaxın olan” növlər kimi təsnifləndirilir. Belə balıqlara nərə balığının
bütün növləri, Xəzər qızıl balığı və Xəzər ilanbalığı daxildir.
6.7.2.5 Xəzər suitisi
Xəzər suitisi (Phoca Caspica) Xəzər dənizi üçün endemik növdür və 2008-ci ilin oktyabr
ayından etibarən IUCN “Qırmızı siyahı”sına ‘Yox olma təhlükəsi altında olan’ canlı kimi daxil
edilmişdir.
30
Xəzər suitisinin populyasiyası 20-ci əsrin əvvəllərindən bəri 90 %-dən çox
azalmışdır və azalmaqda da davam edir və buna səbəb isə ovlanma, təbii yaşayış mühitinin
korlanması (invaziv növlərin gətirilməsi ilə),
xəstəlik, sənayenin inkişafı, çirklənmə və torlardan
istifadə etməklə aparılan balıqtutma əməliyyatları olduğu hesab edilir. Vaxtilə Xəzər suitilərinin
populyasiyasının bir milyondan artıq olduğu hesablanmışdı. 2005-ci ildə hesablamalara
əsasən, ümumi populyasiya təxminən 111000 təşkil edirdi
31
. Qazaxıstan ərazisindəki qış
buzlaq ərazisində (Xəzər suitiləri üçün başlıca yuvalıq yerlər) Xəzər suiti balalarının sayına
dair sonradan aparılmış tədqiqatlara əsasən məlum olmuşdur ki, balavermə sayının azalması
nəticəsində populyasiyada əlavə azalmalar mövcuddur
323334
.
Xəzər dənizi boyunca Xəzər suitilərinin paylanması miqrasiya xüsusiyyətləri ilə müəyyən
olunur. Miqrasiya marşrutları Şəkil 6.27-də əks etdirilib. Onlar, adətən, yay aylarını Mərkəzi və
Cənubi Xəzər hövzəsində keçirir və payız aylarında (oktyabr - dekabr)
isə şimal-şərqə
istiqamətində miqrasiya edirlər. Dişilər tipik olaraq qış mövsümünün əvvəllərində (yanvar
ayının ortasından fevral ayının sonunadək) Şimali Xəzər hövzəsindəki buzlu yuvalıq
sahələrdə bala verirlər, suitilərin balaları isə təxminən mart ayının sonlarında suya girirlər.
30
www.iucnredlist.org/apps/redlist/details/41669/0
31
Xəzər Hövzəsi üzrə Beynəlxalq Sorğu (2005). Xəzər hövzəsinin Qazax suları 2005 qış buz sahəsi üzrə əhali sayı
və sıxlıq paylaşdırılması (
Phoca caspica).
32
Xəzər Hövzəsi üzrə Beynəlxalq Sorğu (2008). Xəzər hövzəsi üzrə sorğunun 2007-ci il üzrə Yekun Hesabatı
33
Harkonen, T, Jussi, M., Baimukanov, M., Bignert, A, Dmitrieva, L., Kasimbekov, Y., Verevkin, M., Wilson, S. və
Goodman, S. J. Xəzər Hövzəsinin (Phoca caspica) İnsan təsirlərinə münasibətdə kərpic istehsalı və təkrar
istehsalının paylaşdırılması. Ambio Vol. 37, No. 5, 356-361.
34
Ən son araşdırma üzrə hesabatlar Xəzər hövzəsinin ümumi əhali üzrə qiymətləndirmələrini təqdim etmir və onların
əhalisi üzrə qiymətləndirmələri yalnız kərpic istehsalına əsaslandırır.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 6
Ətraf mühitin təsviri
Noyabr 2013-cü il
Yekun variant
6/75
Cənuba doğru miqrasiya aprel – may aylarında başlayır. Qeyd etmək lazımdır ki, Xəzər suitisi
illik olaraq bütün Xəzər boyunca miqrasiya edən transsərhəd növlərdəndir. Buna görə də bu
növlərin ilin müxtəlif vaxtlarında Azərbaycan sularından istifadə etdiklərinə baxmayaraq,
müstəsna olaraq yalnız Azərbaycana məxsus olan populyasiya mövcud deyil. Həm cütləşmə
dövrünün, həm də miqrasiya dövrünün vaxtı hava şərtlərindən asılı olaraq bir aya qədər
dəyişə bilər.
2009-cu ildə suitilərin monitorinqi üzrə aparılmış tədqiqatların təhlili (Əlavə 6D-yə istinad edin)
göstərir ki, Xəzər dənizinin Azərbaycan sektoruna gələn suiti populyasiyasına
təxminən
10000 – 15000 fərd daxildir. Yaz mövsümündə Abşeron arxipelaqı adalarının ətrafında
suitilərin maksimum dərəcədə toplaşması müşahidə olunur. Onların bu regiondakı sayının
minimum 5000 fərddən ibarət olduğu hesablanıb.
35
Yaz-yay-payız mövsümləri ərzində
Yalama sahillərindən tutmuş Lənkəran sahillərinə qədər olan sahil xətti boyunca, həmçinin,
kiçik 24 suitidən ibarət qrupları da müşahidə edilmişdir. Krılovdan əldə olunan məlumatlar
göstərirdi ki, 20-ci əsrin sonlarında Xəzər dənizindəki yataqlarda və açıq dəniz sahəsində
təxminən 10-15000 fərd suiti qalmışdır.
36
Müqavilə Sahəsində suitilərin fəallığının ən
yüksək
olduğu vaxtın yaz aylarına təsadüf edəcəyi gözlənilir, belə ki, bu zaman İran sularına doğru
cənub istiqamətində 4000-dək suiti miqrasiya edə bilər. Payız aylarında şimala miqrasiya
zamanı suitilərin sayının nisbətən daha az (1000 – 2000 fərd) olacağı və onların təkbaşına,
yaxud kiçik dəstələrlə hərəkət edəcəyi gözlənilir. Yay aylarında az sayda suiti olacağı
(təxminən 500) və qış aylarında isə bu rəqəmin çox kiçik olacağı gözlənilir.
Xəzər suitilərinin qida rejiminə dair (xüsusən də məkan və zaman göstəriciləri ilə bağlı olaraq)
məlumat azdır. Hazırda suitilərin qida rasionuna dair ən son əhatəli məlumatlar mövcud deyil,
lakin buna baxmayaraq, 1995-ci ildə aparılmış ədəbiyyat icmalı göstərir ki, ümumi suiti
populyasiyasının böyük faizi pelagik (dərin sularda üzən) balıq növləri ilə zəngin ərazilərdə
qidalanmaq üçün may və iyun ayları arasında mərkəzi və Cənubi
Xəzər hövzəsinə miqrasiya
edir.
37
Yayın sonu və payız mövsümünün əvvəlləri, bir çox suitilər dərin sularda qidalanmaq
üçün açıq dənizə doğru hərəkət edir ki, buraya ªD Müqavilə Sahəsi də daxildir. Hesab edilir ki,
onlar burada sentyabr ayına qədər qidalanır, sonra isə onların əksəriyyəti şimala doğru
miqrasiya edir. Suitilər siyənək və kilkə kimi vətəgə əhəmiyyətli növlər ilə qidalandıqlarına
baxmayaraq, əldə bunu təsdiqləyəcək mövcud məlumatlar (kəmiyyət göstəriciləri) azdır.
35
Darvin Təşəbbüsünün bir hissəsi olaraq toplanmış dərc edilməmiş məlumat – 2010-cu ilin yayında
dərc edilməsi
nəzərdə tutulub.
36
Krılov İ.V.(1990), Hazırki ekoloji şəraitdə resurs və Xəzər Hövzəsinin səmərəli istifadəsi, s. 78-98. Giriş: Xəzər
Hövzəsinin bioloji və ekologiyasının bəzi aspektləri, VNIRO, Moskva, 1990. 100k
37
ABƏŞ (1995). Ətraf-mühitin İlkin Araşdırılması üzrə Ədəbiyyata Baxış, 1995, Woodward Clyde International.