Microsoft Word 06 Env Description Final az



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə36/44
tarix11.04.2018
ölçüsü5,07 Kb.
#36904
1   ...   32   33   34   35   36   37   38   39   ...   44

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/79
 
Şəkil 6.28 ŞD2 layihəsi üçün nəzərdə tutulan sualtı magistral boru kəmərinin 
marşrutunun yaxınlığında tədqiqat nümunələrinin götürüldüyü ərazilər 
 
 
 
6.8.1.1 Dənizdibi çöküntülərin fiziki və kimyəvi tərkibi 
 
Çöküntülərin fiziki xüsusiyyətləri 
 
2010-cu ildə aparılmış  tədqiqat göstərmişdir ki, sahilə yaxın  ərazilərdə, 14 və 15 saylı 
məntəqələrdə (13-15 m su dərinliyində) (Şəkil 6.28) olan çöküntülər yüksək karbonat tərkibi 
və aşağı lil-gil və üzvi tərkibə malik olmaqla iri fraksiyalı dənəvər lildən ibarətdir. Açıq dənizdə 
16-19 m dərinliklərdə yerləşən 11 və 13 saylı məntəqələrdə çöküntülər yüksək lil-gil və üzvi və 
aşağı karbonat tərkibli narın lil kimi təsnifləndirilir. 12 və 13 saylı məntəqələrdən götürülmüş 
çöküntü nümunələri Müqavilə Sahəsinin  şimal-qərb hissəsində 20 və 22 saylı regional 
məntəqələrdəki çöküntülərə oxşar olmuşdur (Cədvəl 6.32). Nəzərdə tutulan ŞD Bravo (ŞDB) 
platforma kompleksinin yaxınlığında boru kəməri marşrutunun çöküntüləri fərqlidir (26 və 27 
saylı regional məntəqələr). Bu çöküntülər yüksək karbonat tərkibi və  aşağı üzvi və lil-gil 
tərkibinə malik olmaqla orta fraksiyadan narın fraksiyayadək dəyişən qumdan ibarətdir. 
 
Cədvəl 6.32 Çöküntülərin fiziki xüsusiyyətləri,  ŞD üzrə regional tədqiqat məntəqələri, 
2009 
 
Parametr 
Məntəqə nömrəsi
20 
22
25
26
27 
Orta diametr μm 9 


231 
60 

karbonat 
27 25 25 63 43 
% üzvi maddələr 5.4 
7.3 
6 2.9 
4.6 

Lil/Gil 
95 99 99 38 60 
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/80
Karbohidrogen konsentrasiyaları 
 
ŞD Müqavilə Sahəsi daxilində  və  ŞD2 layihəsi üçün nəzərdə tutulan sualtı magistral boru 
kəmərinin marşrutu boyunca çöküntülərdə karbohidrogen konsentrasiyası ilə bağlı məlumatlar 
2000, 2006, 2008 və 2010-cu illərdə həyata keçirilmiş boru kəməri tədqiqatları və 2009-cu ildə 
həyata keçirilmiş ŞD Müqavilə Sahəsinin regional tədqiqatından əldə edilmişdir.  
 
AÇG boru kəmərinin bütün məntəqələri sahilyanı  şelfdə, dərinliyi 20 m-dən az olan sularda 
yerləşir. Sahildən uzaqlaşdıqca karbohidrogen konsentrasiyaları (Cədvəl 6.33) azalır (15-11 
saylı boru kəməri tədqiqat stansiyalarından), lakin müəyyən vaxt dəyişkənliyi nümayiş etdirir. 
Tədqiqatların əhatə etdiyi on illik dövrdə suyun dayaz olduğu bu məntəqələrdə karbohidrogen 
konsentrasiyalarında ümumi azalma qeydə alınmışdır, buna baxmayaraq 14 və 15 saylı 
məntəqələrdə konsentrasiyalar 2000-ci ildən fərqli olaraq 2006-cı ildə daha yüksək olmuşdur. 
2008 və 2010-cu ildə  həyata keçirilmiş  tədqiqatların nəticələrində 11, 12 və 13 saylı 
məntəqələrdə aparılmış müşahidələrlə daha çox uyğun olan çox aşağı konsentrasiyalar 
haqqında məlumat verilib. 
 
Cədvəl 6.33 AÇG boru kəməri üzrə çöküntülərin tədqiqatının aparıldığı  məntəqələrdə 
karbohidrogen konsentrasiyaları, 2002, 2006, 2008 və 2010-cu illər 
 
Stansiya nömrəsi 
ÜKM (µq/q)
2000 
2006
2008
2010 
11 453 
296 
107 
69 
12 440 
435 
153 
123 
13 552 
364 
149 
250 
14 465 
709 
202 
215 
15 431 
1,175 
250 
206 
 
ŞD Müqavilə Sahəsində  ŞD2 layihəsi üçün nəzərdə tutulan sualtı magistral boru kəmərinin 
marşrutu daxilində çöküntülərin karbohidrogen konsentrasiyaları  26 və 27 saylı məntəqələrdə 
20-37 µq/q-dan sahilə yaxın olan nisbətən dayaz sulu məntəqələrdə 140-294 µq/q-a qədər 
dəyişir (Cədvəl 6.34-ə istinad edin). Sahilə yaxın  ərazilərdə konsentrasiyaların daha yüksək 
olması qismən sahildə yerləşən çirklənmə mənbələrinə yaxınlıq, qismən də bu məntəqələrdə 
olan çöküntülərin yüksək nisbətdə lil və gil tərkibinə malik olmasına görədir, ona görə də bu 
çöküntülər  ŞDB platforma kompleksinin yerləşdiyi  ərazinin yaxınlığında olan iri fraksiyalı 
çöküntülərdən daha çox üzvi birləşmələri udur. 
 
Cədvəl 6.34 ŞD2 layihəsi üçün nəzərdə tutulan sualtı magistral boru kəməri dəhlizində 
karbohidrogen konsentrasiyaları, 2009 
 
Stansiya nömrəsi 
ÜKM (µq /q)
20 148 
22 294 
23 145 
25 160 
26 20 
27 37 
 
Ağır metal konsentrasiyaları  
 
Çöküntüdə metal mikroelementlərinin səviyyələri AÇG sualtı boru kəmərinin marşrutu 
boyunca olan çöküntülərin fiziki xüsusiyyətləri ilə eyni ümumi xüsusiyyətlərə malikdir. Boru 
kəmərinin marşrutu boyunca arsen konsentrasiyaları bir qədər dəyişik olmuş  və bütün 
məntəqələrdə  Xəzər dənizi çöküntülərinin fon səviyyələri ilə xarakterik olmuşdur.  Şelf 
marşrutu boyunca bir neçə metal (mis, sink, xrom, kadmium və dəmir) konsentrasiyalarının bir 
qədər yüksəldiyi, daha sonra 14 və 15 saylı  məntəqələrdə yenidən azaldığı arsenlə oxşar 
meyllilik nümayiş etdirmişdir.  
 
Qurğuşun üçün xüsusiyyətlər digər metallardan fərqlənmişdir, burada konsentrasiyalar tipik 
dəniz səviyyələrindən, demək olar ki, xətti qradiyenti davam etdirmiş  və sahilə doğru 
azalmışdır.  


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə