Microsoft Word 06 Env Description Final az



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə38/44
tarix11.04.2018
ölçüsü5,07 Kb.
#36904
1   ...   34   35   36   37   38   39   40   41   ...   44

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/84
6.8.2.2 Dənizdibi çöküntülərinin bioloji xüsusiyyətləri 
 
Cədvəl 6.39-da ŞDB platforma kompleksinin yerləşdiyi  ərazinin bioloji xüsusiyyətlərinin 
xülasəsi verilir, və bu xüsusiyyətlər  ŞDA sahəsində ardıcıl tədqiqatlarda müəyyən edilmiş 
xüsusiyyətlərlə müqayisə edilir. 2011-ci ildə  ŞDB platforma kompleksinin yerində aparılmış 
tədqiqatda ümumi bioloji müxtəliflik yüksək olmuş, ümumilikdə 94 takson qeydə alınmışdır. 
Lakin bu taksonların  əksəriyyəti nadir hallarda təzahür etmiş  və  aşağı bolluq səviyyəsində 
mövcud olmuşdur. Ümumi bolluğun 90 %-i yalnız bu taksonların üçdə birindən təşkil olunmuş 
və ümumilikdə bolluğun 60 %-dən çoxu yanüzənlərin iki növündən (Corophium və 
Gammarus) ibarət olmuşdur. Halqalı qurdların ümumi sayı ümumi bolluğun təxminən 10 %-ni 
təşkil etdiyi halda, heç bir fərd növü bolluğun 4 %-dən artığını təşkil etməmişdir. Yanüzənlərin 
yüksək dominantlığı ilə müşayiət olunan yüksək müxtəliflik səviyyəsi dəniz dibinin təbii 
mühitini əks etdirir ki, bu da daha hərəkətli orqanizmlər tərəfindən səmərəli istifadə oluna bilən 
müxtəlif təbii mühiti təmin edir, eyni zamanda, digər növlərin daha geniş spektri üçün də 
yaşayış məskəni təmin edir. 
 
Cədvəl 6.39-də ŞDB platforma kompleksinin yerləşdiyi ərazidə olan bentosun tərkibinə görə 
ŞDA sahəsindəki bentosla oxşar olması göstərilir. Yuxarıda qeyd edildiyi kimi, çöküntülərin 
tərkibi və kimyəvi xüsusiyyəti də, həmçinin, iki sahədə oxşardır. 
 
Cədvəl 6.39 ŞDA  ərazisindəki tədqiqatlar (2001-2009) və  ŞDB platforma kompleksinin 
yerləşəcəyi  ərazidəki tədqiqat (2011) arasında növlərin zənginliyinin və 
ümumi bolluğunun müqayisəsi 
 
 
ŞDA
ŞDB 
  
2001
2005
2007
2009 
2011 
Çoxqıllıların növləri 
6 8 10 8 

Çoxqıllıların fərdləri 
20,324 38,280 26,614  19293  9,210 
Azqıllıların növləri 
6 6 4 3 

Azqıllıların fərdləri 
5,594 5,407 3,429  3540  4,907 
Bığayaqlılar (Balanus) 
48 1,797 
2,253 4427 3,350 
Kumların növləri 
10 11 15 10  7 
Kumların fərdləri 
2,256 4,750 5,287  1033  4,550 
Yanüzənlərin növləri 
32 31 38 35  38 
Yanüzənlərin fərdləri 
12,616 44,047 36,811  36037  44157 
 
6.8.3 WF 
ərazisi 
 
WF (Qərb cinahı) ərazisi suyun təxminən 163 m dərinliyində, 26 və 30 saylı regional tədqiqat 
məntəqələrinin, demək olar ki, ortasında yerləşir (Şəkil 6.29-a istinad edin). 
 
6.8.3.1 Dənizdibi çöküntülərin fiziki və kimyəvi tərkibi 
 
Çöküntülərin fiziki xüsusiyyətləri 
 
26-cı  və 30-cu məntəqə bir-birindən çox fərqli çöküntü xüsusiyyətlərinə malikdir; 26-cı 
məntəqədəki çöküntü iri dənəlidir (2007-ci ildə orta hissəciyin diametri 439
m), 30-cu 
məntəqədəki çöküntülər isə çox narındır (2007-ci ildə orta hissəciyin diametri 6
m).   
 
WF  ərazisinin yerləşdiyi sahə nisbətən iri fraksiyalı çöküntülərin mərkəzi sahəsinin cənub 
hüdudlarına təsadüf edir və o, bu zonadakı regional məntəqələrin dərinlik diapazonu daxilində 
yerləşir (92-250m). 2009-cu ildə WF ərazisinin yaxınlığında yerləşən ümumilikdə 29 
məntəqədən çöküntü nümunələri götürülmüşdür (tədqiqat sahəsinin yeri üçün Şəkil 6.28-ə 
istinad edin). Çöküntülər  əsas etibarilə narın fraksiyadan orta fraksiyayadək dəyişən lildən 
ibarət idi və onların ümumi xüsusiyyətləri Cədvəl 6.40-da göstərildiyi kimi idi. 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/85
 
Cədvəl 6.40 Çöküntülərin orta fiziki xüsusiyyətləri – WF ərazisi (2009) 
 
 
Orta Diametr μm 
% karbonat 
% üzvi 
maddələr 
% Lil/Gil 
% Lil 
% Gil 
Min 7  19 2.16 
25 

17 
Maks. 109 
41  7.18 96 
41 
60 
Aralıq 19 
27  3.63 66 
23 
41 
Orta 26 
27 3.89 
66 
25 
41 
 
Ümumilikdə çöküntülər tədqiqat  ərazisinin  şimal-qərb tərəfində iri fraksiyalılığa, tədqiqat 
sahəsinin cənub-şərq tərəfində isə narın fraksiyalılığa meyillidir (Şəkil 6.30-a istinad edin). 
 
Karbohidrogen konsentrasiyaları 
 
WF sahəsi  Şəkil 6.22-də göstərilmiş  ərazi daxilində yerləşir ki, burada olan çöküntülərdəki 
karbohidrogen konsentrasiyalarının da zaman keçdikdə müvafiq qaydada azaldığı müşahidə 
edilir. 
 
Məntəqələrin  əksəriyyətində ÜKM çöküntü konsentrasiyaları orta konsentrasiya 11
q/q 
olmaqla aşağı  və ya çox aşağı olmuşdur. Yalnız 20-ci və 26-cı  məntəqələrdə  tədqiqat 
ərazisinin müvafiq olaraq cənub və ən şərq uclarında  nisbətən yüksək konsentrasiyalar (247-
323
q/q) müşahidə olunmuşdur (Şəkil 6.30-a istinad edin). Bu ili məntəqə istisna olmaqla 
ÜKM konsentrasiyaları 2,6 ilə 49
q/q arasında dəyişmişdir. PAK konsentrasiyaları ÜKM 
konsentrasiyalarına mütənasib idi, bütün komponentlər güclü dərəcədə  aşınmaya məruz 
qalmışdı  və  hər hansı komponentin yenicə daxil olmasını göstərən heç bir əlamət mövcud 
deyildi. WF ərazisindəki tədqiqat sahəsi boyunca çöküntülərin diametr ölçülərinin ÜKM ilə 
müqayisəsi göstərir ki, ümumiyyətlə, ən az karbohidrogen konsentrasiyaları nisbətən daha iri 
fraksiyalı çöküntülər ilə əlaqəli olmuşdur. 
 
Ağır metal konsentrasiyaları 
 
Cədvəl 6.41-da çöküntülərdəki ağır metal konsentrasiyalarının statistik xülasəsi təqdim 
olunur. Məntəqələr arasında ümumi fərqlilik az olmuşdur (dəyişkənlik əmsalı 6 və 36%-lik orta 
göstəricilər arasındadır) və bu dəyişkənlik xüsusən də barium və manqan üçün az idi. Lakin 
dəyişkənliyin az olmasına baxmayaraq, əksər metallar üçün konsentrasiyaların paylanılmasını 
fərqləndirən xüsusiyyət mövcud idi; bu xüsusiyyət  Şəkil 6.30-da dəmir üçün göstərilir, lakin 
həmçinin xrom, mis, civə, qurğuşun və sink üçün də çox oxşardır. Karbohidrogenlərdə olduğu 
kimi, ağır metal konsentrasiyalarında da daha kiçik fraksiya ölçüsünə  və yüksək lil-gil 
miqdarına malik çöküntülərdə konsentrasiyaların nisbətən yüksək olmasına meyillilik var. 
Barium, manqan və kadmium üçün konkret paylanma xüsusiyyəti mövcud olmamışdır.  
 
Cədvəl 6.41 WF-a aid ərazidəki çöküntülərdə  ağır metal konsentrasiyalarının statistik 
xülasəsi (
q/g) 
 
  
As 
Ba 
HNO
3
 
Ba 
Fusion 
Cd 
Cr 
Cu 
Hg 
Fe 
Mn 
Pb 
Zn 
Min 
4.4 
232 
386 
0.06 32.9 10.7 0.01 16,500 453  5.6 38.6 
Maks. 28.1 416  646 0.18 
97.6 
35 0.12 39,500 698 24.3 
96.9 
Aralıq 
18 
326 
482  0.13 57 19.1 0.05 25,300 526 15.6 61.5 
Orta 17.8 
325 489 
0.13 
59.7 
21.2 0.05 26,371 525 15.9 63.4 
St Dev 
5.2 
37 
59 
0.03 
15.9 
6.8 0.02 5,434  34  3.5 14.7 
% DƏ  29  11 
12  20 27 32  36  21 
6  22 23 
 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə