Microsoft Word 06 Env Description Final az



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə40/44
tarix11.04.2018
ölçüsü5,07 Kb.
#36904
1   ...   36   37   38   39   40   41   42   43   44

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/88
6.8.4 NF 
ərazisi 
 
2008-ci ildə NF (Şimal cinahı)  ərazisində bentik tədqiqat aparılmışdır və bu tədqiqatın bir 
hissəsi kimi 66 m-dən 80 m-dək dəyişən su dərinliklərində yerləşən ümumilikdə 23 
məntəqədən nümunələr götürülmüşdür(Şəkil 6.29-a istinad edin). 
 
6.8.4.1 Dənizdibi çöküntülərin fiziki və kimyəvi tərkibi 
 
Çöküntülərin fiziki xüsusiyyətləri 
 
Çöküntü hissəciklərinin orta diametri 5 µm-dən 1613 µm-dək dəyişir və median və ümumi orta 
diametr göstəriciləri müvafiq qaydada 148µm və 276µm təşkil edir. Əksər məntəqələrdə 
çöküntü narın fraksiyadan iri fraksiyaya qədər dəyişən qum kimi təsnif olunur. Müqavilə 
Sahəsinin əksər hissəsi üçün xarakterik olan narın lil yalnız iki məntəqədə qeydə alındı. NF 
sahəsindəki çöküntülərin  ŞDA platformasının  ətrafındakı  ərazidə rast gəlinən, nisbətən iri 
dənəli çöküntülər ilə müqayisədə oxşar olduğu müşahidə edilir. 
 
Karbohidrogen konsentrasiyaları  
 
Çöküntülərin ümumi karbohidrogen konsentrasiyaları 10-dan 460 μq/q -1-dək dəyişlirdi və 
onun median və orta konsentrasiya göstəriciləri müvafiq qaydada 33 və 67 μq/q -1 təşkil 
edirdi. Yüksək konsentrasiyalar yalnız narın fraksiyalı lilin mövcud olduğu iki məntəqədə 
müşahidə edildi; bu məntəqələr istisna olmaqla, ümumi karbohidrogen konsentrasiyaları vahid 
şəkildə  aşağı  səviyyədədir və 12-65 μq/q -1 diapazonu daxilində idi. PAK konsentrasiyaları 
ümumi karbohidrogen konsentrasiyaları ilə  sıx  şəkildə korrelyasiya edildi. Bütün 
nümunələrdəki karbohidrogen ağır dərəcədə aşınmışdı ki, bu da tədqiqat sahəsi daxilinə heç 
bir yeni materialların daxil olmadığını göstərirdi 
 
Ağır metal konsentrasiyaları 
 
Çöküntülərin ağır metal konsentrasiyaları  Cədvəl 6.44-də xülasə  şəklində  təqdim olunur. 
Aşağı dəyişkənlik əmsalı (% DƏ və yaxud orta göstəricinin faizi qismində standart qiymətdən 
kənaraçıxma) göstərir ki, tədqiqat sahəsi boyunca kiçik sistematik dəyişkənlik mövcuddur. Bir 
qayda olaraq, nümunələrin götürülməsi və təhlil dəyişkənliyi ilə bağlı olan DƏ 15 – 20% təşkil 
edir. Ona görə  də bundan aşağı olan göstəricilər bunu göstərir ki, faktiki dəyişkənlik 
metodologiyanın dəqiqliklə ölçə biləcəyi göstəricidən aşağıdır. Konsentrasiyalar regional 
tədqiqat məntəqələrində müşahidə edilmiş konsentrasiyalara oxşar idi və ya onlardan daha az 
idi. 
 
Cədvəl 6.44 NF ərazisindəki çöküntülərdə  ağır metal konsentrasiyalarının (Ug.G-1) 
statistik xülasəsi, 2008 
 
Yerləşmə 
As 
Ba 
HNO3 
Ba 
Fusion 
Cd 
Cr 
Cu 
Hg 
Fe 
Mn 
Pb 
Zn 
Min 6.6 
280 
335 
0.05 
54.3 
21.3 0.14 28,750 519 12.3  66.1 
Maks. 18.5 
495 
550 
0.102 
81.7 
31.2 0.23 40,350 673 20.6 102.3 
Aralıq 11.2 
330 
410 
0.066 
65 
23.5 0.18 33,050 557 13.6  76.4 
Orta 11.5 
359 
431 
0.069 
65.2 
24.3 0.18 33,224 572 14.4  78.1 
St. 
kənaraçıxma 

72 
66 
0.015  7  2.6 0.03 2,929  44  2.1  8.5 
%CV 26 
20 
15 
22 
11 
11 
17 


14 
11 
 
6.8.4.2 Dənizdibi çöküntülərin bioloji xüsusiyyətləri 
 
23 məntəqədən götürülmüş nümunələrdə ümumilikdə 98 makrobentik takson aşkar edildi və 
hər məntəqəyə 43 və 64 arasında takson düşürdü (narın lilli çöküntülər olan iki məntəqə 
istisna olmaqla). Hər böyük qrup üzrə takson sayı və hər qrup üzrə ümumi bolluq göstəricisi 
Cədvəl 6.45-də xülasə  şəklində göstərilib. Bu, onu göstərir ki, yanüzənlər (xüsusən də 
Corophoum növü) həm növ zənginliyi, həm də bolluq üzrə üstünlük təşkil edir. NF ərazisində 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/89
növlərin zənginliyi 2007-ci ildə aparılmış regional tədqiqat zamanı müşahidə edilən 
göstəricilərə nisbətən ümumilikdə xeyli yüksəkdir; və bu, ŞDA platformasının sahəsində 
müşahidə edilmiş ardıcıl yüksək zənginlik göstəricisi üzrə analojidir. Ona görə  də, tədqiqat 
nəticələri  əvvəlki müşahidələri təsdiqləyir, belə ki, ŞD Müqavilə Sahəsinin mərkəzi 
zonasındakı iri fraksiyalı çöküntülər müvafiq şəkildə ŞD Müqavilə Sahəsinin qalan hissəsinə 
nisbətən bentik toplumun daha müxtəlif və daha bol olmasını təsdiqləyir. 
 
Cədvəl 6.45 NF ərazisindəki tədqiqatda (2008) növlərin zənginliyinin və ümumi 
bolluğunun xülasəsi 
 
Sinif/Sıra 
Növlərin sayı 
Bolluq 
Kirpikciklilər 1 

Nematodlar 1 
1,643 
Çoxqıllılar 7 
9,160 
Azqıllılar 4 
7,827 
Zəlilər 1 
13 
Bığayaqlılar 1 
26,940 
Balıqqulağılı xərçənglər 1 
37 
Mizidlər 1 
30 
Kumlar 10 
6,793 
Yanüzənlər 47 
53,709 
Bərabərayaqlılar 1 

Həşərat 1 
167 
İkitaylı molyusklar 
11 
6,683 
Qarınayaqlılar 11 
337 
 
Ümumilikdə, NF ərazisi çöküntülərin strukturu, kimyəvi və bioloji tərkibi nöqteyi-nəzərindən 
ŞDA platformasının sahəsinə oxşardır. Müqavilə Sahəsinin  əks hissəsi ilə müqayisədə bu 
sahələrdə aşağı karbohidrogen və ağır metal səviyyələrinə malik nisbətən daha iri fraksiyalı 
çöküntülər mövcuddur; və bu çöküntülər daha zəngin və daha çox bolluğa malik bentik bioloji 
topluma malikdir. 
 
6.8.5 WS 
ərazisi 
 
WS (Cənub-Qərb) manifoldunun sahəsi ŞD Müqavilə Sahəsi daxilində ən cənubda yerləşən 
sahədir və  dənizin 407-420 m dərinliyində yerləşir. Aşağıda verilmiş WS sahəsi üçün ətraf 
mühitlə bağlı fon göstəriciləri 2005-ci ildə SDX4 quyu sahəsində, 2011-ci ildə isə WS 
sahəsində aparılmış tədqiqatlar əsasında əldə edilmişdir. SDX4 sahəsinin tədqiqatı da 2008-
ci ildə aparılıb. Lakin 2008-ci il tədqiqatlarının nəticələri çöküntülərin tərkibi, kimyəvi və bioloji 
amillər nöqteyi-nəzərindən 2005-ci ildə keçirilən tədqiqatın nəticələri ilə çox oxşar olduğundan 
buraya daxil edilməyib. Bu o deməkdir ki, bu sahədə fon şərtləri nisbətən stabildir və bu günə 
kimi qazma işlərinin ətraf mühitə hər hansı təsiri barədə heç bir sübut-dəlil yoxdur. Şəkil 6.29 
2011-ci il tədqiqatları üçün nümunə sahələrini əks etdirir. 
 
6.8.5.1 Dənizdibi çöküntülərin fiziki və kimyəvi tərkibi 
 
Çöküntülərin fiziki xüsusiyyətləri 
 
2005-ci ildə SDX4 geoloji kəşfiyyat quyusu sahəsi üçün aparılmış bentik tədqiqat 5 nümunə 
məntəqədən ibarət idi. Bütün nümunələrdəki çöküntülər xırda qrunt kimi təsnif edilir və 
tədqiqat ərazisi boyunca orta zərrəcik ölçüsündə (5-10 µm) və lil-gil tərkibində (>99.9%)  kiçik 
variasiyalar var  
 
2011-ci il fon tədqiqatı daha geniş idi və üçkünclü cədvəldə 19 məntəqəni əhatə edirdi. Bütün 
məntəqələrdəki çöküntülər orta zərrəcik diametri 5-6 µm arasında dəyişən, karbon tərkibi 22-
25%, üzvü tərkibi 7-9%, lil-gil tərkibi isə 99.9-100% olan narın qrunt kimi təsnif edilib. WS 
sahəsi ətrafındakı çöküntülər bu səbəbdən də tərkibinə görə həmcinsdirlər.  


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə