Microsoft Word 06 Env Description Final az



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə11/44
tarix11.04.2018
ölçüsü5,07 Kb.
#36904
1   ...   7   8   9   10   11   12   13   14   ...   44

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/23
olan cəmi bir neçə nəticə bu metallarla, metalloidlərlə və ya təhlil edilmiş BTEK elementləri ilə 
nəzərəçarpacaq çirklənməni göstərmir. Bununla belə,  ŞD2 kondensat çəninə yaxın (lakin 
ondan xaricdə)  ərazidə nümunələr NMÜK, PAK və BTEK orta dərəcədə artmış 
konsentrasiyasını göstərmişdir. Belə hesab olunur ki, bu,  texnoloji suyun saxlanıldığı  
qonşuluqdakı gölməçədən uzun müddət sızma nəticəsində baş vermişdir. Bunu nəzərə 
alaraq,  ŞD2 kondensat çəni  ərazisi daxilində qrunt sularında  əvvəldən qalma lokallaşmış 
karbohidrogen çirklənməsi mövcud ola bilər 
 
Həssaslıq 
 
Qrunt suları ancaq ŞD2 boru kəmərinin təklif olunan dəhlizi və quruya çıxma sahəsi və ŞD2 
kondensat çəni  ərazisində  aşkar edilmişdir.  ŞD2 üzrə  təklif edilən boru kəməri dəhlizində 
qrunt sularının sahilyanı mühit üçün səciyyəvi olması ehtimal edilir. Aşkar edilmiş qrunt 
sularının Xəzər dənizi ilə hidravlik əlaqəsinin olması mümkün hesab olunur. 
 
ŞD2 kondensat çəni  ərazisinin yaxınlığında və  əvvəllər üçüncü tərəflərin atqılarının təsirinə 
məruz qalmış bataqlıq sahələrində lokal şəkildə orta səviyyədə karbohidrogen çirklənməsi 
mövcud ola bilər. Paylanma geoloji şəraitlərlə məhdudlaşsa da, fiziki dağıntı nəticəsində yerini 
dəyişə bilər. 
 
Qrunt sularının yerli icma tərəfindən istehlak və ya sənaye məqsədləri üçün istifadəsi 
məqsədlə  çıxarılması  və istifadəsi faktı mövcud deyil, ona görə  də bu suların  əhəmiyyəti 
məhduddur. Bununla belə, o, bataqlıq sahələrin və  səth suyu hövzələrinin yeraltı 
qidalanmasını təmin edə bilər. 
 
6.4.4.2 Səth suları 
 
Bu bölmədə xüsusi olaraq ŞD2 layihəsinin quruda olan əraziləri daxilində və onun ətrafında 
mövcud olan su hövzələri, eləcə də daimi və müvəqqəti bataqlıqlarla əlaqədar suyun kimyəvi 
keyfiyyəti və çöküntülər müzakirə edilir.  
 
Yerində aparılmış tədqiqat 
 
Nümunə götürmə tədqiqatlarına əlavə olaraq, müəyyən vaxt ərzində toplanmış vizual dəlillər 
çirklənmənin mənbələrinə və paylanmasına, o cümlədən hər hansı dəyişikliyinə dair məlumat 
verir. 
 
Bataqlıq sahələri daxilində  və bataqlıqdan aşağıda yerləşən səth suyu hövzələrində 
lokallaşmış karbohidrogen çirklənməsi bundan əvvəl müşahidə edilmişdi, lakin hərtərəfli 
tədqiqat 2011-ci ilin iyun ayında aparılmışdır. Bu zaman yerində hərtərəfli tədqiqat aparıldı və 
həmin tədqiqat zamanı karbohidrogenlə çirklənmənin bir sıra gizli sahələri aşkar və qeyd 
edildi. Bunların hamısı neftin üçüncü tərəf mənbələrindən dağılması ilə bağlıdır. Belə hesab 
olunur ki, çirklənmənin  əksəriyyəti RES1 sahəsində böyük dağılmadan yaranıb (Şəkil 6.4-ə 
istinad edin), bu dağılma səth suyunun axını ilə RES2 sahəsindən keçərək B3 sahəsində 
hövzənin mənsəbində  yığılmışdır. Digər lokallaşdırılmış dağıntılar üçüncü tərəfə aid boru 
kəmərlərinin yaxınlığında müşahidə edilmişdi, lakin davamlı sızmalar görünməmişdir.  
 
Araşdırma məqsədi ilə növbəti baxış  və nümunələrin götürülməsi tapşırığı 2012-ci ilin aprel 
ayında yerinə yetirilmişdir. Bu zaman, 2011-ci ilin iyun ayından bəri çirkləndiricilərin 
yayılmasındakı  dəyişikliklər yoxlanılmış  və bura,  mövcud terminalın cənub istiqamətində 
üçüncü tərəfə aid boru kəməri dəhlizindəki daimi və müvəqqəti   (mövsümi) bataqlıqlaşmış 
ərazilər daxil olmuşdur. 2011-ci ilin iyun ayında və 2012-ci ilin aprel ayında ciddi çirkləndiyi 
müşahidə olunan ərazilər Şəkil 6.8-də göstərilir.  
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/24
Şəkil 6.8 Bataqlıq nümunələrinin yerləşməsi və çirklənməsi üzrə müşahidələr, 2011 və 
2012-ci illər 
 
2012-ci ilin aprel ayında da 2011-ci ilin uyun ayında olduğu kimi Səngəçal Elektrik 
Stansiyasının şərqi sərhədinə bitişik bataqlıq sahədə havanın təsirinə məruz qalmış sərbəst 
fazlı neft çirklənməsi aşkar edildi. Bu çirklənmə bataqlıq axını ilə  şərqə  və  cənuba doğru 
yayılaraq novların girişində, sıx qamışlıq sahələrin  ətrafında toplanmış  və çöküntülərə ilişib 
qalmışdır, bəzi yerlərdə belə çirklənmiş çöküntülərin üstü təmiz, yeni gətirilmiş çöküntülərlə 
örtülmüşdür. Hövzənin daha aşağı hissələrindən alınmış nümunələrdə nəzərəçarpacaq qalıq 
çirklənmə izi aşkar edilmədi. 
 
2012-ci ilin aprel ayında üçüncü tərəfə aid boru kəməri dəhlizinin  şimal hissəsi daxilində 
ayrıca, gizli sərbəst neft çirklənməsi aşkar edilmişdi ki, bunun qonşuluqdakı üçüncü tərəfə aid 
boru kəmərindən dağılması  nəticəsində yaranması  təxmin olunur. Sahə, tədqiqat zamanı 
nisbətən quru idi, lakin qalıq su gölməçələri qalmışdı ki, bu da ərazinin uzun müddətli yağışlar 
zamanı su ilə basılmasına işarədir. 
 
Kimyəvi göstəricilər 
 
Aydınlıq üçün vizual müşahidələr əsasında kimyəvi göstəricilər daimi və müvəqqəti bataqlıq 
sahəsindən toplanan nümunələrə  və  ŞD2 layihəsinin quruda olan sahələrində ümumi su 
hövzələrindən toplanan nümunələrə bölünmüşdü. Nümunələrin götürülmə yerləri Şəkil 6.8-də 
verilmişdir 
 
Ümumi səth suyu hövzələrindən alınmış nümunələrin təhlil nəticələri Cədvəl 6.7 və 6.8-də 
verilmişdir. Bu nümunələrdə duzluluq səviyyəsi aşağıdır və potensial qeyri-üzvi 
çirkləndiricilərin zəif konsentrasiyası və BOD
5
 müşahidə olunur. ŞD2 layihəsi dəhlizi daxilində 
2006-cı ildə WS2 sahəsindən  əldə edilmiş nümunələrdə yüksək NMÜK konsentrasiyaları 
qeyd edildi, 2008-ci il nümunələrində isə belə konsentrasiya yox idi; eyni zamanda 2010-cu 
ilin noyabrında WS6 sahəsindən  əldə edilmiş nümunələrdə yüksək NMÜK konsentrasiyaları 
qeyd edildi, 2008-ci ildə  və ya 2010-cu ilin iyul ayında toplanmış nümunələrdə isə belə 
konsentrasiya müşahidə edilməmişdi. 
 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə