Microsoft Word 06 Env Description Final az



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə13/44
tarix11.04.2018
ölçüsü5,07 Kb.
#36904
1   ...   9   10   11   12   13   14   15   16   ...   44

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/27
Cədvəl 6.11 Bataqlıq çöküntülərinin sıza biləcək çirkləndirici konsentrasiyası üzrə 
analizindən əldə edilmiş göstəricilərin xülasəsi, 2012 
 
Parametr 
Vahid 
Gözlə görünməyən 
çirklənmə sahələri 
Ciddi çirklənmiş sahələr 
Min
Orta
Maks.
Min
Orta 
Maks.
Arsen 
mq/kq  0.0002 0.0056 0.0184 0.0003 0.0007 0.0010 
Kadmium 
mq/kq  0.0001 0.0004 0.0007 0.0000 0.0000 0.0001 
Xrom 
mq/kq  0.0000 0.0012 0.0025 0.0001 0.0004 0.0008 
Mis 
mq/kq  0.0010 0.0058 0.0150 0.0009 0.0026 0.0060 
Qurğuşun 
mq/kq  <0.0002 <0.0002 <0.0002 <0.0002 <0.0002 <0.0002 
Civə 
mq/kq  0.0003 0.0073 0.0199 0.0007 0.0021 0.0038 
Sink 
mq/kq  0.0000 0.0003 0.0007 0.0000 0.0001 0.0002 
Üzvi analitlər 
CNK (yay) 
mq/kq 
<1.67 
<1.67 <1.67 <1.67 <1.67 <1.67 
PAK (yay) 
mq/kq 
<0.016 
<0.016 
<0.016 <0.016 <0.016 <0.016 
Benzol 
mq/kq  <0.004 <0.004 <0.004 <0.004 <0.004 <0.004 
Toluol 
mq/kq  <0.003 <0.003 <0.003 <0.003 <0.003 <0.003 
Etilbenzol mq/kq 
<0.002 
<0.002 
<0.002 <0.002 <0.002 <0.002 
Ksilon (cəmi) 
mq/kq  <0.008 <0.008 <0.008 <0.008 <0.008 <0.008 
Fenollar mq/kq 
<0.01 
<0.01 
<0.01 <0.01 <0.01 <0.01 
Orta kəmiyyətlər analitik AeL-n yuxarıda olan bütün məlumat nöqtələrinin orta riyazi qiymətidir  
Qalın yazılmış dəyərlər tətbiq olan limit dəyərlərindən yüksəkdirlər - Əlavə 6E istinad edin 
 
2011-ci il iyun və 2012-ci il aprel aylarında aparılmış vizual müşahidələr üçüncü tərəfə aid  
karbohidrogen dağılmalarının daimi və müvəqqəti bataqlıq sahələrində, o cümlədən ŞD2 boru 
kəməri üçün tövsiyə edilən dəhliz daxilində baş verdiyini nümayiş etdirdi. Bu, bataqlığın səth 
suların və  əlaqədar çöküntülərin sərbəst neft çirklənməsi ilə  nəticələnib və  bəzi sahələrdə 
təmiz çöküntülərin altında neftlə çirklənmiş yerlər aşkar edilmişdir. Sərbəst neft səth suyu 
axını ilə paylansa da, keçiriciliyi aşağı olan torpaq şəraiti digər yolla miqrasiyanı 
məhdudlaşdıracaq. 
 
Kimyəvi göstəricilərə əsasən, sərbəst fazlı neftin olduğu sahələrdən kənarda bataqlığın səth 
sularında aşkar edilməyən, yaxud çox cüzi konsentrasiyada karbohidrogen elementləri (o 
cümlədən PAK və BTEK) var (Cədvəl 6.9).  
  
Çöküntülərdə metal və metalloid konsentrasiyaları neftlə çirklənmiş sahələrlə çirklənməmiş 
sahələr arasında fərqlənmirdi (Cədvəl 6.10) və ŞD2 Layihənin quru ərazilərindən götürülmüş 
torpağın göstəricilərinə uyğun idi (Cədvəl 6.3). Gözlə görünən çirklənmə sahələrindən xaric 
olan yerlərdən götürülmüş nümunələrdə üzvi çirklənmə çox aşağı idi. Bütün çöküntülər, hətta 
ciddi neft çirklənməsi olduqda belə  qələvi elementlərinin çox aşağı konsentrasiyasının 
olduğunu nümayiş etdirir (Cədvəl 6.11). 
 
Təklif edilən  ŞD2 boru kəməri dəhlizi 2011-ci ilin iyun ayında müşahidə edilmiş çirklənmə 
sahəsinin şərq ucuna keçsə də, 2012-ci ilin aprel ayında bu sahəni yenidən gəzən zaman heç 
bir nəzərəçarpacaq qalıq çirklənmə  aşkar edilməmişdi və S7 torpaq nümunəsi (Şəkil 6.8-ə 
istinad edin) ancaq zəif hərəkətli karbohidrogenlərin qalıq konsentrasiyasının olduğunu 
göstərirdi. Buna görə də həmin səciyyəvi sahələrdə çirklənmənin üçüncü tərəfə aid təmizləmə 
fəaliyyətləri ilə və/yaxud təbii zəifləmə nəticəsində aradan qaldırılması hesab olunur. 
 
ŞD2 layihəsinin bataqlıq sahələri ilə əlaqədar olan quru ərazilərində dayaz yeraltı torpaqlarda 
keçmiş karbohidrogen çirklənməsinin naməlum lokallaşmış sahələrinin ola bilməsi 
mümkündür. 
 
Həssaslıq 
 
2011 və 2012-ci illərdə aparılmış, çöküntü və  səth sularından alınmış nümunələrlə 
dəstəklənən yerində  tədqiqatlar keçmişdə üçüncü tərəfə aid çirklənmə  nəticəsində daimi və 
müvəqqəti bataqlıq sahələrində sərbəst fazlı neftin daxil olduğu nəzərəçarpacaq çirklənməyə 
rast gəlindiyini göstərdi. Bunların geniş yayılmadığına baxmayaraq, yüksək axın şəraitlərində 
yerdəyişmə edəcəyi dəlilləri mövcuddur və bu çirklənmə fiziki dağılma vasitəsilə  səth suyu 
axınları boyu hərəkət edə bilər. 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/28
 
Bataqlıq sahələrinin  əhəmiyyəti böyük deyil, ancaq yerli mal-qara üçün bəzən otlaq kimi 
istifadə edilir. Bataqlıqda məskunlaşma sahələrinin, mövcud flora və faunanın ekoloji dəyəri 
aşağıdakı 6.4.5 Bölməsində müzakirə edilmişdir. 
 
6.4.5 Quruda 
ekologiya 
 
2001-ci ildən bəri terminalın yaxınlığında bir sıra təbii yaşayış mühitlərinin tədqiqi aparılmışdır. 
Tədqiqatlarda istifadə edilən üsullar, monitorinq yerləri və  tədqiqata daxil edilmiş növlər 
fərqlidir. 2006-cı ildən bəri ekosistem göstəricilərindən istifadə edərək baş verən dəyişikliyi 
müəyyən etmək məqsədilə terminalı  əhatə edən quru ərazilərdə yazda və payızda bitkilər 
tədqiq edilmişdir.  
 
Bu bölmədə terminalın yerləşdiyi və ŞD2 layihə işlərinin təsirinə məruz qala biləcək sahənin 
ekologiyasının icmalı verilir və sonra diqqət terminaldan cənubda yerləşən təklif edilən  ŞD2 
boru kəməri dəhlizinə və ŞD2 boru kəmərinin quruya çıxmış hissəsinə yönəldilir. 
 
6.4.5.1 Təbii yaşayış mühitləri 
 
Dağılmış torpaq sahələri terminaldan cənubda (buraya təklif edilən ŞD2 boru kəməri dəhlizi 
və kəmərin dənizdən quruya çıxdığı ərazi daxildir) olan ərazidə üstünlük təşkil edir və buraya 
səhra/yarımsəhra və bataqlıq ərazilərin təbii mühitləri daxildir (Şəkil 6.9-a istinad edin) 
 
Şəkil 6.9 Terminalın ətrafında bitki aləmi növlərinin (məskunlaşma) təxmini yayılması,  
 
2009 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
2005 və 2006-cı illərdə terminal yaxınlığındakı qazılmış sahələr quru ərazilərin monitorinqinə 
daxil edilmişdir. Tədqiqatlar zamanı keçmiş müddət  ərzində bu ərazidə bitkilərin yenidən 
bitməsi dərəcəsini müəyyən etmək üçün araşdırma da aparılmışdı. Göstərildiyi kimi, bitkilərin 
təkrar bitməsi bundan əvvəl səth suyu gölməçələrinin toplandığı yerlərdə  və bu yaxınlarda 
ağır mexanizmlərin istifadə edildiyi və mexanizmlərin torpaqda qoyduğu çökəklərdə yağış 
sularının toplandığı ərazilərdə baş vermişdir. 
 
Tədqiqat göstərdi ki, təbii bərpa sürəti, adətən, aşağı səviyyədə idi, bəzi yerlərdə isə yox idi. 
2011-ci ilin may ayında aparılmış müşahidələr göstərdi ki, qazılmış/çılpaq torpaq sahələrində 
təbii bərpa sürəti zəif olmuş, bu sahələr nadir Salsola nodulosa və Poa bulbosa bitkiləri ilə 
örtülmüşdür. 
 
Key: 
 
A - Landscape change 
due to anthropogenic 
activities/ disturbed 
ground 
 
C - Coastal vegetation 
 
CM – Chal-Meadow 
 
D - Desert/ semi 
desert 
 
DM – Desert mountain 
 
R - Reed beds/ 
Wetland 
 
R/C – Disturbed 
Ground 
 
DM 
DM 
Şərti işarələr: 
 
– Antropogen 
fəaliyyətlər/torpağın 
dağıdılması ilə bağlı 
landşaftda baş vermiş 
dəyişikliklər 
 
– Sahil bitki örtüyü 
 
CM – Qamış bitən 
bataqlıq 
 
– Səhra/yarımsəhra 
 
DM – Boz dağlar 
 
– Qamışlıq/ bataqlıq 
 
R / C - Dağıdılmış 
torpaq 
 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə