Microsoft Word 06 Env Description Final az



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə8/44
tarix11.04.2018
ölçüsü5,07 Kb.
#36904
1   ...   4   5   6   7   8   9   10   11   ...   44

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/16
 
Həssaslıq 
 
Terminal ətrafında daşqınlara məruz qalan əsas həssas reseptorlar aşağıdakılardır: 
 
 
Səngəçal qəsəbəsi; 
 
Səngəçal elektrik stansiyası; 
 Karvansara
7
 
 
Dəmir yolu; və 
 Bakı-Salyan magistral yolu 
 
Terminalın  ŞD2 layihəsi ilə  əlaqədar genişləndirilməsi üçün tamamlanmış hidroloji model 
göstərdi ki, Səngəçal qəsəbəsi və Səngəçal elektrik stansiyası daşqın riskinə az məruz qalır 
və terminalın  ŞD2 layihəsi ilə  əlaqədar genişləndirilməsi bu reseptorların heç birinin daşqın 
riskinə təsir etməyəcək. Karvansara daşqın riski olan ərazidə yerləşir. Modelləşdirmə göstərdi 
ki, terminalın ŞD2 layihəsi ilə əlaqədar genişləndirilməsi nəticəsində normal axın şəraitlərində 
daşqın riskində heç bir dəyişiklik baş verəcəyi proqnozlaşdırılmasa da, terminaldakı 
genişləndirmə  işləri ilə bağlı iri daşqın hadisəsində daşqın səviyyəsinin 2 mm artacağı 
gözlənilir. Mövcud şəraitlər altında modelləşdirmə göstərdi ki, dəmir yolunun və şosenin ayrı-
ayrı hissələri hazırda iri daşqın hallarında subasma riskinə  məruz qalacaq. Bununla belə, 
modelləşdirmə göstərdi ki, terminalın ŞD2 layihəsi ilə əlaqədar genişləndirilməsi bu ərazilərdə 
mövcud daşqın riskinin mümkünlüyünü, yaxud kəskinliyini artırmayacaq. Ümumiyyətlə,  əsas 
reseptorlarda daşqın riskinin terminalın ŞD2 layihəsi ilə əlaqədar genişləndirilməsi işlərindən 
sonra ya cüzi şəkildə azalacağı, ya da əsasən dəyişməz qalacağı göstərilmişdir.   
 
6.4.3 Geologiya 
və torpaq 
 
6.4.3.1 Geoloji 
parametrlər 
 
Bu bölmə əsas diqqəti ŞD2 layihəsinə aid üç quru ərazisində, daha doğrusu, terminalın ŞD2 
genişləndirmə sahəsi; ŞD2 boru kəməri dəhlizi və boruların dənizdən quruya çıxma sahəsi; və 
ŞD2 kondensat çənləri sahəsində mövcud olan geoloji və torpaq şəraitlərinə yönəldir (Şəkil 
6.6-a istinad edin). 
 
Geoloji tədqiqatlar göstərdi ki, səthi geologiya bu ərazilərdə  və ümumiyyətlə, Abşeron 
Qrupunun müxtəlif dərədəcə havanın təsirinə məruz qalmış səthi çöküntülərdən ibarət daha 
geniş qonşu ərazilərində nisbətən stabildir (2, 3 və 4 Blokları adlandırılmışdır).  
 
 
 
                                                      
7
 Dövlət tərəfindən qorunan abidə.
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/17
Şəkil 6.6 Torpaq və qrunt sularının monitorinqi sahələri 
 
 
Aşağıdakı geoloji ardıcıllıqlara Şəkil 6.6-da göstərilən geoloji kəşfiyyat quyuları daxilində rast 
gəlinmişdi (geoloji şəraitlər üçün Şəkil 6.7-yə istinad edin) 
 
 
Şimalda aşağı keçiriciliyə malik allüvial və palçıq vulkanı çöküntüləri (Blok 1) torpaq 
səthində mövcuddur, onlar 2 Blokunun gilli çöküntülərinin üstündə, onlar isə öz 
növbəsində alçaq keçiriciliyə malik 3 Bloku çöküntülərinin üstündə yerləşir. Bu 
ardıcıllığa ŞD2 genişlənmə ərazisi, ŞD2 kondensat çəni ərazisi və ŞD2 boru kəmərinin 
təklif olunan dəhlizi daxilində rast gəlinir. 
 Daha 
cənubda, Xəzər dənizinə doğru, adətən, sahilyanı çöküntülərin (Blok C2) nazik 
qatı mövcuddur Bunlar əsasən qumlu gildən və balıqqulağı və çınqılın daxil olduğu gilli 
qumdan ibarətdir, lakin ona narın çöküntülər də daxil ola bilər. Blok C2, adətən, Blok 2 
çöküntülərinin üstündə yerləşir, lakin Blok 2 səthdə üstü açıq  şəkildədir və sahilyanı 
çöküntülər eroziyaya uğramışdır. Cənub  şərqi küncdə vulkan mənşəli Blok 1 
çöküntüləri Blok C2 altında qalır. Bu şəraitlər  ŞD2 boru kəmərinin təklif olunan 
dəhlizinin mərkəzi hissəsində rast gəlinir; və 
 
Xəzər dənizinin lap yaxınlığında səthi çöküntülər mövcud deyildir və ana süxurların 
geologiyasında Blok 4 qatı  (əhəng daşı  və alevritlər) üstünlük təşkil edir. Bu şəraitlər 
ŞD2 boru kəmərinin təklif olunan quruya çıxma hissəsində rast gəlinir. 
 
Buna görə  də  ŞD2 layihəsinə aid boru kəmərinin quruya çıxması istisna olmaqla, ŞD2 
layihəsinin quruda olan əraziləri daxilində dayaz geologiyada nadir ensiz linzaşəkilli 
çöküntülər və ya daha yüksək keçiriciliyə malik materialların yerləşdiyi aşağı keçiriciliyə malik 
çöküntülər üstünlük təşkil edir. Regional dəlillər göstərir ki, bu aşağı keçiriciliyə malik laylar ən 
azı 50 m dərinliyə  qədər davam edir, lakin ŞD2 Layihəsinə aid ərazilərdə  və onun 
yaxınlığında aparılmış qazma işləri bu layların ancaq 20 m dərinliyə  qədər davam etdiyini 
göstərir. Torpağın bu xüsusiyyətləri ona gətirib çıxarır ki, torpaq və yer altındakı  hər hansı 
mövcud qrunt suları səthə yaxın çirklənmələrə qarşı az həssaslıq göstərir.  


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/18
Şəkil 6.7 Terminalın yaxınlığında yerüstü geoloji şərtlər 
 
 
6.4.3.2 Torpağın keyfiyyəti 
 
ŞD2 Layihəsinin qurudakı əraziləri daxilində və lap qonşuluqda yerləşən sahələrdə torpağın 
tədqiqatı ilə bağlı monitorinq yerləri  Şəkil 6.6.-da göstərilmişdir. Tədqiqatlardan  əldə edilmiş 
qeyri-üzvi və üzvi tərkibə dair məlumat müvafiq olaraq 6.3 və 6.4 Cədvəllərində toplanmışdır. 
 
Cədvəl 6.3 ŞD2 Layihəsinin qurudakı əraziləri daxilində və qonşuluqda torpağın tərkibi 
- qeyri-üzvi tərkib və ümumi təhlili 
Analit 
Vahid 
Boru kəmərinin quruya 
çıxma hissəsi və dəhliz 
ŞD2 Kondensat çəni 
ŞD2 Genişləndirmə 
sahəsi 
Min 
Orta 
Maks. 
Min 
Orta 
Maks. 
Min 
Orta 
Maks. 
Alüminium mq/kq 3900  19312 34700 18100 23984 31500 14500 22305 28800 
Arsen mq/kq 
0.21 10 19.3 5.7  10 18.7 6.1  12 20.2 
Barium mq/kq 
54.8 218 1200 130 162 192 80.9 186 578 
Kadmium mq/kq 
0.14 0.46 1.40 0.06 0.18 0.71 0.16 0.44 0.68 
Xrom mq/kq 
7.6  31 61.6 22.2 48 65.9 19.2 33  107 
Mis mq/kq 
4.5  24 40.7 18.6 31 42.3 21  29 54.9 
Dəmir mq/kq 
28900 28900 28900  ME 
ME 
ME  30100 36867 50800 
Civə mq/kq 
0.010 0.038 0.090  0.03  0.05 0.08 0.02 0.05 0.12 
Manqan mq/kq 
385 685 1850 559 697 862 454 756 7895 
Nikel mq/kq 
6.4  27 44.8 19.8 31 38.5 22.1 28 44.8 
Qurğuşun mq/kq 4.2  13  113 9.7  13 17.3 9.7  12 23.4 
Litium mq/kq 
9.1  37 55.7 39.2 46 54.4 28.3 47  470 
Tallium mq/kq 
10.4 12 15.6 
7.8 10 14 10.1 12 13 
Vanadium mq/kq 13.2 53  102 40.5 60 78.7 42.8 56 79.4 
Sink mq/kq 
12.6 55 89.5 53.4 67 83.5 45.5 61  113 
CÜK mq/kq 
<1000 3259 30400 1850 2739 4530 1150 2289 6580 
ME = Müəyyən edilməyib 
Orta kəmiyyətlər aşkar edilmənin analitik limitindən (AeL) yuxarıda olan bütün məlumat nöqtələrinin orta riyazi 
qiymətidir  
Qalın yazılmış dəyərlər tətbiq olan limit dəyərlərindən yüksəkdirlər - Əlavə 6E istinad edin 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə