Microsoft Word 06 Env Description Final az



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə5/44
tarix11.04.2018
ölçüsü5,07 Kb.
#36904
1   2   3   4   5   6   7   8   9   ...   44

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/8
Tarix 
Tədqiqatın adı 
Tədqiqatın 
S/S 
2008 Səngəçal körfəzinmdə çöküntü və plankton tədqiqatları CS 
020 
2008 Azərbaycanda Səngəçal körfəzində dəniz otunun xəritəsi CS 
021 
2008 Səngəçal körfəzində balıqların monitorinqi 
CS 022 
2009 Səngəçal körfəzində balıqların monitorinqi 
CS 023 
2010 
Səngəçal Körfəzində ətraf mühitin tədqiqatı CS 
024 
Dənizdə tədqiqatlar - ŞD Müqavilə sahəsi 
1998 
ŞD Müqavilə sahəsində dəniz dibinin ilkin tədqiqatı MS 
001 
2000 
ŞDX-1 quyusunda qazma işlərindən sonra dəniz dibinin tədqiqatı MS 
002 
2001 
Şahdəniz Mərhələ 1 Platforması və ilkin tədqiqatları MS 
003 
2001 
ŞD Müqavilə sahəsində boru kəməri boyu dəniz dibinin tədqiqatı MS 
004 
2001 
ŞD Alfa platforması ərazisində ilkin vəziyyət üzrə bentik tədqiqat MS 
005 
2002 
ŞDX-3 qazmadan sonra quyunun monitorinqi üzrə tədqiqat MS 
006 
2005 
ŞDX-4 ilkin vəziyyət üzrə bentik tədqiqat MS 
007 
2005, 
2007 
ŞD Alfa platformasında bentik tədqiqat 
MS 008 
MS 009 
2005, 
2007 
ŞD Müqavilə sahəsində regional suyun keyfiyyətinin/planktonun tədqiqatı 
MS 010 
MS 011 
2006 
ŞDX-5 ilkin vəziyyət üzrə bentik tədqiqat MS 
012 
2008 
ŞDX-6 (ŞQ1) ilkin vəziyyət üzrə bentik tədqiqat MS 
013 
2008 
Şahdəniz regional mühitin tədqiqatı MS 
014 
2009 
WF1 ilkin vəziyyətin tədqiqatı MS 
015 
2009 
Şahdəniz regional mühitin tədqiqatı üzrə hesabat, 2009 
MS 016 
2011 
Şahdəniz Mərhələ 2 Cənub-şərqi manifold yerinin ətrafında mühitin tədqiqatı MS 
017 
2011 
ŞD2 Bravo Platforması kompleksi ətrafında ətraf mühitin tədqiqatı - hesabat 
hazırlanmaqdadır 
MS 018 
2011 
ŞD2 Şimal-şərqi manifold sahəsinin ətrafında ətraf mühitin tədqiqatı - hesabat 
hazırlanmaqdadır 
MS 019 
2011 
ŞD2 Cənub-qərbi manifold sahəsinin ətrafında ətraf mühitin tədqiqatı - hesabat 
hazırlanmaqdadır 
MS 020 
Dəniz sahəsinin tədqiqatı - boru kəməri 
2006 
AÇG Boru kəmərinin quraşdırılmasından sonra tədqiqat MS021 
2008 
AÇG Boru kəmərinin tədqiqatı MS022 
2010 
AÇG Boru kəmərinin tədqiqatı MS023 
 
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6: 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/9 
Şəkil 6.1 ŞD2 Layihəsi ilə əlaqədar quruda və dənizdəki əsas sahələr 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/10
6.3 Fiziki 
mühit 
 
6.3.1 Seysmiklik 
 
Avrasiya kontinental şelfinin bir hissəsi olan Xəzər regionu Ərəbistan və Hindistan kontinental 
şelfləri ilə toqquşan tava sərhədinə malikdir. Bu, şimala doğru uzanan Avrasiya ilə cənubdakı 
sahilləri formalaşdıran Afrika və Hindistan arasında yerləşən okeanın (Tetis) parçalanmasına 
gətirib çıxarmışdır. Alp, Qafqaz və Qaraqorum/Himalay sıra dağları bu qədim okeanda və 
okeanın  ətrafında qabarma süxurlarından təşkil olunub. Platformaların bir-birinə doğru 
hərəkəti, adətən, nisbətən daha yüksək seysmik fəallıqla  əlaqədardır, zəlzələlər və vulkanik 
proseslər ilə müşayiət olunur 
 
Cənubi Xəzər ərazisi Rusiya platformasının bir hissəsi kimi Skif mikro-platformasına, Turan, 
İran və Kiçik Qafqaz platformalarına və eləcə də Cənubi Xəzər mikro-platformasına aid edilir. 
Cari neotektonik (ən son) proseslər Xəzərdə bu platformaların bir-birinə doğru ildə 1.8 sm 
hərəkətinə  gətirib çıxarır.
3
 Platformaların bir-birinə doğru hərəkəti, ümumiyyətlə, nisbətən 
daha yüksək seysmik fəallıqla  əlaqədardır. 1842-ci ildən bəri Azərbaycanda Rixter cədvəli 
üzrə 6.0 baldan yuxarı beş zəlzələ baş vermişdir, bunlardan ən sonuncusu 25 noyabr 2000-ci 
ildə baş verdi və episentri Bakıdan  şərq,  şimal-şərqə doğru 30 km məsafədə yerləşən bu 
zəlzələnin gücü 6.5 bal təşkil etmişdir. 
 
6.3.2  İqlim 
 
1977-ci ildən 2000-ci ilədək olan iqlimə dair məlumatlar (küləyə və yağıntılara dair məlumatlar 
istisna olmaqla) Səngəçaldan təxminən 25 km cənubda yerləşən Ələt ərazisindəki meteoroloji 
stansiyadan əldə edilmişdir.  
 
6.3.2.1 Temperatur 
 
Quruda yerləşən Səngəçal  ərazisi 14,4 dərəcə Selsi (°C) illik orta temperatura malik isti
yarımsəhra çöllük kimi təsnif olunur. 1977-2000-ci illər arasındakı müddət ərzində iyul ayı ilin 
ən isti ayı olmuşdur, 23 illik orta temperatur göstəricisi 26,4°C təşkil etmişdir Yanvar isə ilin ən 
soyuq ayıdır, orta temperatur göstəricisi 0°C-dir. Ən kəskin temperatur göstəriciləri -16°C və 
+41°C təşkil etməklə, tarixən müvafiq olaraq yanvar və iyul aylarında qeydə alınmışdır.  
 
6.3.2.2 Yağıntılar 
 
Qurudakı Səngəçal ərazisi Azərbaycanda ən quraq yerlərdən biridir. Yağıntılara dair məlumat 
Ələt, Bakı və Maştağadan toplanılmışdır. 1992 – 2006-cı illər arasında Bakıda illik yağıntının 
orta göstəricisi 263 mm təşkil etmişdir. 2002 – 2006-cı illər arasında Bakıda ən yüksək aylıq 
yağıntı 184 mm təşkil etmişdir. Oktyabr – fevral ayları yağmurlu aylar hesab olunub, ayda orta 
hesabla 41 – 79 mm yağıntı baş verir; iyul – avqust ayları isə daha quraq aylar hesab 
olunmaqla bu aylarda orta hesabla ayda 1 – 5 mm yağıntı düşür. 
 
Cədvəl 6.2 2002-2006-cı illərdə Bakı meteoroloji stansiyasından alınmış yağıntının aylıq orta 
göstəricisini əks etdirir. 
 
Cədvəl 6.2 Orta aylıq yağıntı göstəriciləri (Bakı) 2002 – 2006-cı illər 
 
 


M  A  M 
İ 
İ 


O  N 

Orta aylıq yağıntı (mm) 
41 43 25 31 20 10  5  1  24 46 46 79 
 
6.3.2.3 Külək 
 
Səngəçal körfəzindəki külək rejiminin yerli isti hava axınları ilə  hərəkətə  gətirilən küləklər 
sistemindən ibarət olduğu qəbul edilsə də, o, bütövlüklə Abşeron yarımadasındakı külək rejiminə 
uyğundur. Yerli sistemin təsirləri ən çox dənizdə buxta daxilində özünü büruzə verməklə səhərin 
erkən saatlarında zəif küləyin (1m/s - 2m/s) əsməsi ilə  nəticələnir və sonra isə dayanır və ilin 
                                                      
3
 Karabanov, Geologiya İnstitutu, şəxsi şərh.
 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə