Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi
Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 6
Ətraf
mühitin təsviri
Noyabr 2013-cü il
Yekun variant
6/4
Cədvəl 6.41 WF-a aid ərazidəki çöküntülərdə ağır metal konsentrasiyalarının statistik xülasəsi
(
q/q) .................................................................................................................. 85
Cədvəl 6.42 ŞDA sahəsindəki tədqiqatlar (2001-2007) və WF sahəsindəki tədqiqat (2009)
arasında növlərin zənginliyinin və ümumi bolluğunun müqayisəsi .................... 87
Cədvəl 6.43 ŞD üzrə dörd regional tədqiqat məntəqəsi və WF ərazisi arasında növlərin
zənginliyinin və orta bolluğunun müqayisəsi ...................................................... 87
Cədvəl 6.44 NF ərazisindəki çöküntülərdə ağır metal konsentrasiyalarının (Ug.G-1) statistik
xülasəsi, 2008 .................................................................................................... 88
Cədvəl 6.45 NF ərazisindəki tədqiqatda (2008) növlərin zənginliyinin
və ümumi bolluğunun
xülasəsi .............................................................................................................. 89
Cədvəl 6.46 WS karbohidrogen nümunələrinin götürülməsi üzrə nəticələr, 2005 və 2011 ... 90
Cədvəl 6.47 WS ərazisindəki çöküntülərdə ağır metal konsentrasiyalarının statistik xülasəsi. .
...........................................................................................................................
91
Cədvəl 6.48 WS1 sahəsindəki tədqiqatda (2005) növlərin zənginliyinin və ümumi bolluğunun
xülasəsi .............................................................................................................. 91
Cədvəl 6.49 ES ərazisindəki çöküntülərdə ağır metal konsentrasiyalarının statistik xülasəsi92
Cədvəl 6.50 2007, 2010, 2011-ci illər ES ərazisi üzrə karbohidrogen nümunələrinin
götürülməsinin nəticələri .................................................................................... 93
Cədvəl 6.51 ES ərazisindəki çöküntülərdə ağır metal konsentrasiyalarının statistik xülasəsi93
Cədvəl 6.52 ŞDX5 quyu ərazisində qeydə alınmış taksonlar, hər m
2
.................................... 94
Cədvəl 6.53 2010-cu ildə ŞDX5 qazmasından sonra aparılan tədqiqat zamanı qeydə alınmış
taksonlar hər m
2
................................................................................................. 94
Cədvəl 6.54 2011-ci ildə ES ərazsisinin ilkin vəziyyətin tədqiqatında qeydə alınmış taksonlar
........................................................................................................................... 94
Cədvəl 6.55 EN ərazsinin çöküntülərin fiziki xüsusiyyətlərinin xülasəsi (2011) ..................... 95
Cədvəl 6.56 EN ərazisində karbohidrogen konsentrasiyalarının xülasəsi ........................... 95
Cədvəl 6.57 2011-ci ildə EN ərazisindəki çöküntülərdə ağır metal konsentrasiyalarının
statistik xülasəsi ................................................................................................. 95
Cədvəl 6.58 Çöküntülərin orta dənəvərlik ölçüsünün (um), ümumi karbohidrogen
konsentrasiyasının (ÜKK, μq.q) və ağır metal konsentrasiyalarının (μq.q)
müqayisəsi ......................................................................................................... 96
Cədvəl 6.59 Növlərin zənginliyinin və ümumi bolluğun müqayisəsi ....................................... 97
Cədvəl 6.60 2001-ci ildə aparılmış arxeoloji tapıntılar/mədəni irs sahələrinin icmalı ............. 97
Cədvəl 6.61 Mədəni irsin ilkin vəziyyətinin tədqiqi üzrə arxeoloji ərazinin yekun məlumatı .. 99
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 6
Ətraf mühitin təsviri
Noyabr 2013-cü il
Yekun variant
6/5
6.1 Giriş
Bu Fəsildə Şahdəniz Mərhələ 2 (ŞD2) Layihəsi ilə əlaqədar quru və dəniz mühitinin təsviri
təqdim olunur. Dörd coğrafi zona müəyyən edilmişdir:
Quruda:
Səngəçal terminalının yaxınlığı (o cümlədən terminalla Bakı-Salyan magistral
yolu arasındakı ərazi)
Sahilyanı: Bakı-Salyan magistral yolu ilə Xəzər dənizinin sahil xətti arasındakı zona, o
cümlədən müvafiq regional sahil amilləri, məsələn, quşlar üçün Azərbaycan
sahil xətti;
Sahil
yaxınlığında: Xəzər dənizinin sahil xəttindən suyun dərinliyi təxminən 12 metrə
çatana qədər Səngəçal körfəzi; və
Dənizdə: Səngəçal körfəzi daxilində suyun dərinliyi 12 metrə çatan yerdən ŞD2 sualtı
ixrac boru kəməri dəhlizi boyunca ŞDB Platforması Kompleksinə və Şahdəniz (ŞD)
Müqavilə Sahəsi daxilində sualtı infrastruktura qədər
Şəkil 6.1-də ŞD2 Layihəsi ilə əlaqədar quruda, sahilyani, sahil yaxınlığında
və dənizdə əsas
əraziləri təqdim edilir.
6.2 Məlumat mənbələri
1994 - 2004-cü illər arasında aparılan ətraf mühitin tədqiqatı zamanı əsas diqqət qurudakı və
dənizdəki flora və faunanın, hava keyfiyyətinin, səs-küy və çirklənmənin ilkin vəziyyətlərinin
araşdırılması üzərində cəmlənmişdir. 2004-cü ildən bəri Ekoloji Monitorinq Proqramı (EMP)
üzrə aşağıdakılara dair məlumat toplanmışdır:
Terminalın yaxınlığında seçilmiş reseptorlarda ətraf havanın keyfiyyəti;
Terminalın yaxınlığında quyulardan və səth sularının
nümunələrinin götürüldüyü
nöqtələrdən torpaq, qrunt suları və səth sularının vəziyyətinə dair alınmış məlumat;
Terminalın ətrafındakı ərazilər daxilində qurudakı flora, fauna və torpağın stabilliyi;
Səngəçal körfəzində və onun ətrafında quşlar üzrə davam edən tədqiqatlar;
Dəniz dibinin flora və faunası; və
Suyun
keyfiyyəti və plankton tədqiqatları
EMP-in əsas məqsədi, uzunmüddətli təmayüllərin müəyyənləşdirilməsinə imkan yaratmaq
üçün aydın müəyyən edilmiş tədqiqat sahəsi daxilində hər bir yerin etibarlı və məlumatların
ardıcıl zaman sıralamasını işləyib hazırlamaqdır.
1998-ci ildən bəri dənizdə ŞD Müqavilə Sahəsi boyunca dəniz dibinin və su sütununun ilkin
tədqiqatı aparılmışdır. 1998-ci ildə geoloji kəşfiyyat məqsədilə aparılan qazma
işlərinin
ƏMSİSTQ prosesini dəstəkləmək üçün yerinə yetirilmiş dəniz dibinin ilkin vəziyyətinin
tədqiqatından sonra 2000 və 2011-cu illərdə 20-dən çox tədqiqat aparılmışdır.
1
ŞD Hasilatın Pay Bölgüsü haqqında Saziş (HPBS) çərçivəsində EMP ilə əlaqəli ekoloji
tədqiqatların layihələndirilməsinə və təsdiqinə görə cavabdehlik planlaşdırılmış işlərin illik
baxışını həyata keçirən Ekoloji Yardımçı Komitənin (EYK) üzərinə düşür. EYK Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Nazirlər Kabineti, Ekologiya
və Təbii Sərvətlər
Nazirliyi (ETSN) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) kimi əsas maraqlı tərəflərin
nümayəndələrindən ibarətdir. Aparılan işlərə praktiki nəzarət və onların yoxlanılması bu
təşkilatları təmsil edən ətraf mühit üzrə mütəxəssislərdən ibarət AÇG və ŞD Ekoloji
Monitorinq üzrə Texniki Məsləhət Qrupuna (TMQ) həvalə olunmuşdur.
Davam edən EMP tədqiqatlarına əlavə olaraq, əlavə ekoloji məlumat toplamaq məqsədilə
ŞD2 Layihəsi üçün bir sıra səciyyəvi tədqiqatlar aparılmışdır Bunlara səs-küy, qoxu, vizual
kontekst, işıq, toz,
hidrologiya, torpaq və qrunt suları, bataqlıq və mədəni irs tədqiqatları, o
cümlədən ŞDB Platforma kompleksinə aid manifold quraşdırılacaq bütün sahələrdə dəniz
dibinin və su sütununun tədqiqatları daxildir.
1
ŞD 2 Layihəsi ilə bağlı ilkin vəziyyətin tədqiqinin nəticələri aşağıda 6.7 Bölməsində müzakirə olunur.