111
DP-5A radiometr- rentgenmetrin işlədilməsi:
γ
-şüalanma
dozalarının gücünü təyin etmək üçün cihazı işə hazırlamaq, onun iş qabiliyyətini
yoxlamaq və γ-şüalanmanın səviyyələrini ölçmək lazımdır.
Cihazın işə hazırlanması:
1)
Cihaza mexaniki zədələnmələrin olub-olmamasına diqqət etməli;
2)
İki dəfədən artıq istifadə edilibsə batareyalar təzələnməli;
3)
Ölçü cihazın əqrəbini şkalanın sıfır bölgüsü üzərinə gətirməli;
4)
Çevirgəci “Rej” vəziyyətinə keçirib cihazı qoşmalı;
5)
“Rejim” dəstəyini fırlatmaqla cihazın əqrəbini qara üçbucağın üzərinə
gətirməli.
Cihazın iş qabiliyyətinin yoxlanması: Cihazın iş qabiliyyətini onun
futlyarının qapağında yerləşən nəzarət radioaktiv mənbə vasitəsilə yoxlayırlar.
Cihazın iş qabiliyyətini bu mənbə vasitəsilə I yarımdiapozondan başqa bütün
yarımdiapozonda yoxlamaq mümkündür.
İş
qabiliyyətini aşağıdakı qayda üzrə yoxlayırlar:
1)
Zondu radioaktiv mənbənin üzərində yerləşdirirlər;
2)
Telefonları qoşurlar
Cihaz sazdırsa şüalanmanın intensivliyi artdıqca çıqqıltı səsələri sürətlənəcək.
Bundan başqa cihazın əqrəbinin vəziyyəti də dəyişəcəkdir.
Cihazdan düzgün istifadə etməyin əsas qaydaları aşağıdakı kimidir:
1)
Cihazı təmiz saxlamalı;
2)
Cihazı zərbə və təkanlardan qorumalı;
3)
Cihazı güclü yağış, günəş və şaxtadan mühafizə etməli;
4)
Zondun kabelini həddən artıq əyməməli;
112
5)
Yağış altında işlədikdən sonra cihazın pultunu və zondunu yağlı əski ilə
silməli;
6)
Cihazı 2 ildən bir dərəcələndirməli;
7)
Yüksək radiasiya səviyyələri olan sahələrdə işlədikdən sonra cihazı
dezaktivasiya etməli.
DP-22V dozimetrlər komplekti
DP-22V dozimetrlər komplekti şüalanma dozalarını ölçmək üçündür.
γ
-şüalanma dozalarının gücü 0,5-dən 200 R/s-dək dəyişərkən dozimetrlərin
ölçmə diapozonu 2-dən 50 rentgenədəkdir. Ölçmələrin öz-özünə boşalması bir
sutka ərzində 4 R-dən artıq olmur.
Dozimetrlər -40ᵒS-dən +50ᵒS hədlərində və havanın nisbi rütubəti 98 faiz olan
hallarda işləyə bilir; bir komplekt qidalandırma mənbəyilə fasiləsiz iş müddəti 30
saat, dozimetrin kütləsi 50 q,komplektin kütləsi 5,6 kq-dır. Doldurucu pultunun işə
hazırlamaq müddəti 1-2 dəqiqədir.
DP-22V dozimetrlər komplekti 50 ədəd birbaşa göstərən DKP-50A
dozimetrindən, 3D-5 doldurucu pultdan, futlyardan (qutu) və texniki sənədlərdən
ibarətdir (şəkil).
İ
D-1 dozaölçən cihaz komplekti
Fərdi dozimetrlər komplekti udulan γ-neytron şüalanma dozalarını ölçmək
üçündür; cihaz - 50ᵒS-dən +50ᵒS temperatur hədlərində, habelə havanın nisbi
rütubəti 98%-dək dəyişərkən işləyə bilər.
Doldurucu pult dozimetrin kondensatorunu doldurmaq üçündür. Dozimetr
dozanın gücü 10-dan 366000 rad/s-dək olarkən 20-dən 500 radadək diapozonda γ-
neytron şüalanmasının udulan dozalarının ölçülməsini təmin edir. Ölçülən dozalar
dozimetrin içərisində yerləşən və radlarla dərəcələndirilmiş şkalada hesablanır.
Dozimetrlərin göstəricisinin sabitliyi 6 ay ərzində istismar zamanı ölçmələrin əsas
ölçmə xətaları hədlərində aparılmasını təmin edir.
113
Dozimetrlər 3D-6 doldurucu pult vasitəsilə və ya çıxış gərginliyinin 180-250
V hədlərində rəvan dəyişdirilməsinə imkan verən hər hansı (3D-5-dən başqa)
doldurucu pult vasitəsilə doldurulur.
Komplekt titrəməyə, zərbəyə, təkana qarşı davamlıdır və istənilən növ
nəqliyyat vasitələrində aparıla bilər.
Komplektin saz işləmə müddəti ən azı 5000 saat, xidmət müddəti ən azı 15 il,
texniki ehtiyatı ən azı 10000 saatdır.
Futlyarla birlikdə komplektin ölçüləri, dozimetrin və doldurucu pultun
ölçüləri aşağıdakı kəmiyyətlərdən artıq deyil:
komplekt futlyarda olarkən – 1500 q;
doldurucu tutqacla birlikdə - 19 x 128,5 mm;
doldurucu pult – 105 x 37 x 122 mm.
Futlyarla birlikdə komplektin, dozimetrin və doldurucu pultun kütləsi
aşağıdakı kəmiyyətlərdən artıq deyil:
komplekt futlyarda olarkən – 1500 qr;
dozimetr – 40 qr;
doldurucu pult – 500 qr.
114
Mövzu 8
FH-DA KÖÇÜRMƏ TƏDBİRLƏRİ.
Köçürülmənin təşkili, növləri. Köçürmə orqanları.
Köçürmə (təxliyə, evakuasiya) - adamların həyatı və fəaliyyəti üçün təhlükə
yaranan rayonlardan əhalinin mütəşəkkil surətdə çıxarılıb (nəqliyyatda və piyada)
təhlükəsiz rayonlarda (zonalarda) yerləşdirilməsi üzrə tədbirlər kompleksidir.
Evakuasiya – latın sözü evacuatio sözündən götürülmüşdür, evacuare —
boşaltmaq, çıxartmaq deməkdir.
Köçürmə tədbirlərinin yerinə yetirilməsi fövqəladə hallarda əhalinin mü-
hafizəsinin ən səmərəli üsullarından biridir.
Köçürmə tədbirləri həm sülh dövründəki fövqəladə hallarda (təbii
fəlakətlər, qəzalar və katastrofalar zamanı), həm də müharibə dövrünün
fövqəladə hallarında (müasir kütləvi qırğın vasitələri işlədilərkən) əhalinin
təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir.
Təhlükəsiz zona — düşmən basqını gözlənilən dərəcəli şəhərlərin və
əlahiddə obyektlərin ətrafında ehtimal olunan dağıntı zonalarından və digər
təhlükəli rayonlardan kənarda əhalinin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması
üçün yararlı olan ərazidir.
Köçürmə tədbirləri əhalini təhlükəli sahələrdən (zədələmə ocaqlarından)
təhlükəsiz rayonlara vaxtında çıxarmağa və bununla da fövqəladə halların
təsirindən törəyən tələfatı maksimal dərəcədə azalmağa imkan verir.
Daşkənddə zəlzələ, Sabirabad, Salyanda daşqınlar, İsmayıllı və Bayılda
sürüşmə və digər fövqəladə hallarla əlaqədar olaraq köçürmə tədbirləri həyata
keçirilmişdir.
Dostları ilə paylaş: |