Microsoft Word 1 Xocali Yaqub m-son doc


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə34/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   30   31   32   33   34   35   36   37   ...   52

 AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
118
ki, onların 7729-u (3257 kişi, 2276 qadın, 2196 uşaq) öldürülmüş, 
2339 nəfərinə isə (müvafiq olaraq 1060, 794 və 485) xətər yetirilmiş-
di. Lakin bu rəqəmlər də faciəvi vəziyyəti tam əks etdirmirdi, reallıqda 
erməni vəhşiliklərinin sayı daha çox idi, çünki müsəlmanlar qəzadan 
qaçqın düşdüklərindən qurbanların sayını  dəqiq müəyyənləşdirmək 
mümkün olmamışdı. 
N.Mixaylovun məruzəsində və FTK-nın materiallarında erməni 
vandalizmi  şahid ifadələri ilə konkret faktlarla öz təsdiqini tapmış-
dı.Vağudi (Vaqədi) kəndinin 15 ən gözəl qızı erməni  əsgərlərinə 
paylanmış, onlar bu şərəfsizliyə dözməyərək özlərini öldürmüşdülər. 
Yenə həmin kənddə 400 müsəlman kəndə hücum zamanı məscidə sı-
ğınmış, ermənilər məscidin qapısını kəsərək, əvvəlcə içəriyə əl qum-
baraları atmış, sonra isə məscidi insanlarla birgə yandırmışlar. Kəndin 
sakini Qədimə Tahir qızını ermənilə



 AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
120
1918-ci ilin dekabrında Azərbaycan hökumətinə göndərdiyi məlu-
matında yazırdı ki, «ermənilər öz qarşılarına Zəngəzur, Şərur, Naxçı-
van və Ordubad qəzalarının bütün müsəlman əhalisini qırmaq, bu qə-
zaları müsəlmanlardan təmizləmək, bununla da xalqların gələcək 
konfransında (Paris konfransı  nəzərdə tutulur-K.İ.) bu yerlərə öz hü-
quqlarını sübut etmək məqsədini qoymuşlar. Çünki, bütün xalqlar 
müsəlmanlardan təmizlənmiş qəzaların ermənilərə aid olduğunu qəbul 
edəcəklər. Bu səbəbdən ermənilər bizim minlərlə sakinimizi qırır, 
qanımız su kimi axır, namusumuz erməni ayaqları altında tapdanır. 
Hara baxırsan, hər yanda müsəlman qaçqınlarını görürsən, qadın və 
qızların ağlamasını eşidirsən… Beləliklə, ümumi sülh bağlanana qədər 
oradan bütün əhali çıxarılaraq və sülh konfransında etnoqrafik cəhət-
dən sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı məsələ müzakirə edilər-
kən, biz təbii olaraq bu yerlərlə əbədi olaraq vidalaşmalı olacağıq. 
1
 
1919-cu ilin ilk günlərindən ermənilərin hərəkətləri daha həyasız 
şəkil almağa başladı. Daşnak hökuməti Zəngəzura yeni nizami qüvvələr 
göndərərək, burada ümumi səfərbərlik həyata keçirməyə, eləcə də Tür-
kiyədən Ararat Respublikasına gəlmiş erməni qaçqınlarını qəzaya isti-
qamətləndirməyə başladı.
2
 1919-cu il noyabrın 19-da erməni komisar 
Hamazasp 40 suvari və 200 əsgərlə Oxçu kəndinə gələrək kəndi müha-
sirəyə aldı  Kənd  əhalisi onları duz-çörəklə qarşılamış. yemək ver-
mişdilər. Hamazasp çörəyə and içərək, müsəlmanların Ermənistan hö-
kumətinə  sədaqətlə xidmət edəcəklərinə and içəcəkləri təqdirdə ermə-
nilərin onlara yaxşı münasibət göstərəcəklərinə söz vermişdi. Nahardan 
sonra ibadət üçün məscidə getmək üçün meydana toplaşan bütün 
kişilərə  qəflətən hücum edən erməni quldurları onların  əksəriyyətini 
qətlə yetirmiş, sağ qalmış və yaralanmış bədbəxt müsəlmanları süngü-
lərlə dəlik-deşik etmişdilər. Sonra isə vəhşilər bütün uşaqları və qadın-
ları bir yerə yığıb, onların başına sənəddə göstərildiyi kimi “hətta vəhşi 
xalqların tarixində belə görünməmiş” müsibətlər gətirmişdilər.” Pakizə 
(sənəddə Pakizər kimi gedir – K.İ ) adlı qadın ürək sarsıdan vəh-
şiliklərin təsiri altında əsəb sarsıntısı keçirmiş, tapança və qılıncla gözəl 
qadınları  kəsib-öldürməyə başlamışdı ki, onlar erməni vəhşilərinin 
əllərinə keçməsin.Şəhrəbanu adlı qadın isə erməni əsgərlərinin təndirə 
                                                 
1
 Azərbaycan Elmlər Akademiyasının xəbərləri. Tarix, hüquq, fəlsəfə seriyası, 1989, 
№2, s.130-131 
2
  «Азербайджан», 1919, 24 января 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
121
atdıqları  uşaqlarını xilas etmək üçün özünü təndirə atmış  və onlarla 
birgə diri-diri yanmışdı. Bütün bunların  şahidi olmuş Allahverdi adlı 
birisinə ermənilər bu dəhşətli mənzərəni göstərib bilərəkdən onu sağ 
buraxmışdılar ki, o müsəlman kəndlərinə gedib erməni hakimiyyətini 
tanımayan müsəlmanlara onları da belə tale gözlədiyini söyləsin. 
Beləliklə Oxçu kəndinin böyükdən kiçiyə 1400 sakini qılıncdan keçiril-
di. Yalnız 12-13 nəfər kəndi  əvvəlcədən tərk etdiklərinə görə labüd 
qətliamdan xilas olmuşdular. Ermənilər Pirdavdan, Şabadin və Atqız 
kəndlərinin əhalisini də kütləvi şəkildə qıraraq, bu kəndləri yandırdılar. 
Şabadindən yalnız 8 kişi və 7 qadın xilas olmuşdu. Atqız kəndinin 
əhalisi erməni hücumlarından xəbər tutaraq qaçmağa nail olsa da Or-
dubada çatanadək 167 uşaq və qadın yolda soyuqdan həlak olmuşdu. 
Oxçu, Şabadin, Pirdavdan və Atqız kəndlərinin 4000 nəfər əhalisindən 
yalnız 262-sı sağ qalmış  və onlar Ordubada pənah gətirmişdilər.
1
 
Oxçudərəsi kəndlərini viran qoymuş ermənilər Gığı dərəsində yerləşən 
kəndlərə (Şəhərcik, Buğacıq, Mollalı, Sofulu) də divan tutmuşdular.  
Oxçu kəndlərinin müsəlman  əhalisinə qarşı törədilmiş bu cina-
yətlər başqa sənədlərlə  də  təsdiq olunur. Azərbaycan XİN 
F.X.Xoyskinin Ermənistan XİN-ə göndərdiyi 10 dekabr 1919-cu il 
tarixli teleqramında göstərilirdi ki, Oxçu rayonunun kəndlərinin silah 
tutmağı bacaran kişiləri sülh yaratmaq bəhanəsi ilə karvansaraya dəvət 
edilmiş, onların hamısı oraya əvvəlcədən yerləşdirilmiş dinamitlərlə 
partladılaraq öldürülmüşdür. Qocalar, uşaqlar və qadınlar isə məscid-
də doğranmışdılar.
2
 1920-ci il yanvarın 3-də ermənilər Qərçivan kən-
dində yaşayan azərbaycanlılara qarşı növbəti vəhşilik törətdilər. 
Cəlladlar kəndin bütün müsəlman  əhalisini bir yerə  yığaraq, uşaq və 
qadınlara belə rəhm etməyərək hamını qilincdan keçirmiş, yüzdən çox 
insan qırılmışdı. 
3
1919-cu il 23 noyabr sazişinə uyğun olaraq Azərbay-
can öz qoşunlarını  Zəngəzurdan geri çəksə  də, erməni tərəfi nəinki 
bunu etməmiş,  əksinə, bölgəyə yeni hissələr göndərmişdi. Nəticədə 
həmin vaxtdan keçən müddət  ərzində  qəzanın daha 40 kəndi talan 
edilmiş, sakinləri öldürülmüşdü. Göstərilən faktlar Azərbaycan XİN-
nin 7 yanvar 1919-cu il tarixli teleqramında müttəfiqlərin ali komissarı 
                                                 
1
 ARDA, f.894, s.10, iş101, v.19-21 
2
 Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı. Sənədlər toplusu. 3 cilddə, II cild, I 
kitab, s.145 
3
 ARDA, f.970, s.1, iş 113 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə