Microsoft Word 1 Xocali Yaqub m-son doc


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə37/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   33   34   35   36   37   38   39   40   ...   52

 AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
130
kəndlərini atəşə tutub talan edən ermənilər məcbur etmişlər. Hal-hazır-
da erməni qoşunları Sürməli qəzasını təmamən, İrəvan, Şərur və Üç-
müədzin qəzalarının müsəlmanlar ilə  məskun mahallarını  işğal edib 
Naxçıvan tərəfə yürüş etməkdədirlər. Yürüşləri ilə  bərabər yerli mü-
səlmanları qismən kəsib, qismən köylərindən çıxarıb  İrana köç etmək 
məcburiyyətinə salırlar. Məcburiyyət ilə müsəlmanlardan təmizlənmiş 
mahallara Osmanlı dövlətindən Ermənistana köç etmiş ermənilər yer-
ləşdirilir. İrəvan quberniyasının bəzi mahallarının təmamilə müsəlman-
lar ilə  məskun olduğu bu mahalların tarixən və başqa  şərait üzrə 
Azərbaycanın ayrılmaz hissəsi olunmasını nəzərə alıb və məcburən bu 
mahalları müsəlmanlardan təmizləyib onların yerinə erməni mühacirlə-
rinin oturmağı xilaf və ziddi-qanun hesab edərək bu mahallar məsələ-
sini qəti surətdə həllini sülh konfransına buraxaraq İrəvan müsəlmanları 
nümayəndələri  İrəvan müsəlmanlarının mövcudluğunun mühafizəsi 
üçün lazım gələn tədabir etmənizi rica ediriz”. İclasda çıxış etmiş Mə-
həmməd  Əmin Rəsulzadə  İrəvan müsəlmanlarının müraciətinə müna-
sibət bildirərək qeyd etmişdir ki Azərbaycan höküməti yurddaşlarına 
siyasi və maddi yardım göstərməli, onların vəziyyətini yüngülləşdirmək 
ücün Parisdə keçirilən sülh konfransında və Qafqaz dövlətlərinin birgə 
yığıncaqlarında mövcud ixtilafların həllinə calışmalıdır. Rəsulzadənin 
bu təklifi səsə qoyularaq qəbul edilmişdi
1
. 1919-cı il yanvar ayının 14-
də  İrəvan quberniyası müsəlmanlarının nümayəndələri adından M.H. 
Seyidovun Azərbaycan hökumətinin başçısına ünvanlanmış müraciə-
tində isə qeyd edilirdi ki, Ermənistan hökuməti silah gücünə erməni 
qaçqınlarını müsəlmanların məskun olduqları ərazilərdə məskunlaşdırır, 
məqsəd ondan ibarətdir ki, mümkün olan qədər müsəlmanları  məhv 
edərək bütün qəzalardan onları təmizləsinlər ki, Paris konfransında hə-
min ərazilərin ermənilərə məxsusluğunu sübut edə bilsinlər
2

 Azərbaycan Xalq Cümhuriyyətinin Xarici işlər nazirliyi tərəfin-
dən 1919-cı ilin iyunun 10-da Ermənistandakı diplomatik nümayəndə 
Məmməd Xan Təkinskiyə göndərilmiş şifrəli teleqramda təlimat veri-
lirdi ki, İrəvan quberniyasında dağıdılan müsəlman kəndlərinin nüma-
yəndələrinin köməyi ilə müsəlmanların əhali itkisi, mülkiyətinə dəyən 
ziyan, adı və soyadı, yaşı və yaşayış yeri, cinsi göstərilməklə öldürü-
                                                 
1
 Azərbayсan Xalq Cumhuriyyəti (1918-1920). Parlament (Stenoqrafik hesabatlar). I 
cild. Bakı: 1998, s.111-113 
2
 Газета «Азербайджан», 14 января 1919 г.  


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
131
lən  şəxslər,  əsir götürülmüş adamlar haqqında məxfi  şəkildə statistik 
məlumatlar toplayıb Xarici işlər nazirliyinə göndərsin. 
1
  
 Verilmiş  təlimata uyğun olaraq, M.X. Təkinskinin yardımı ilə 
İrəvan müsəlman Milli Şurası  təcili  şəkildə  İrəvan quberniyasında 
yaşayan azərbaycanlıların dözülməz vəziyyəti haqqında Avropa və 
Amerikanın böyük dövlətləri üçün məlumat hazırlayıb, Azərbaycan 
Xarici işlər nazirliyinə göndərdi. Məlumatda deyilirdi:.( 48 0tilah.8(7)]TJ /TT2 1 Tf 0 Tc (Tw 1.4 /T40 Td (õ)Tj /TT1 1 Tf 0.0006c 0.28 0 Td [(()Tj /C2_1 1 Tf 0 Tc 0 T.80 Td <0525>Tj /TT1 1 Tf 0.001206c 0.28-0.()Tj /C2_1 1 Tf 0 Tc 0 T.8j /C2_1 1 Tf 0 Tc 3(ya)Tj /C0i i)Tj6.76Tf 0.945 0 T <0525>Tj /TT1 1 Tf 0.0003 Tc 0.2747 Tw 0.445 0 Td(z v)Tj0747ün m)Tj /C2[(t0 Tc9 Tw i erm4.48 0 Td <0525>Tj /TT1 1 20 120011 Tc 0.2589 Tw 0.44 0 Td (ti haqq074a)0.9(t haz)]TJ (ni 0 Td <0525>Tj /TT1 1 T1 1 Tf60.001206c 0.28-0.()Tj /C2_1 1 T_1 1 Tf 0 Tc 0.55s 0 Td <0525>Tj /TT1 1 Tf .445 0 Td ( )Tj /C2_1 1 Tf 0.525 0 Td<0525>Tj /TT1 1 Tf  0.0008 Tc 0.445 0 Td [(rba)Tj 0 (an)5.8( )]TJ 0.00i)-5 Tc 5.05 0 Td <00F9>T 1 T_1 1 Tf94Tf 0.0004 Tc (kild)Tj /C2_1 1 1 1 Tf 0.0003 (h0525>Tj /TT1 1 Tc 0.2747 Tw 0.445 0 Td(z v)Tj9m)Tj /C2_1 0 Td <0525>Tj /TT1 1Tc 0.2747 Tw 0.445 0 Td(z v) Tf 0.0005 Tr0 Td <0525>Tj /TT1 1 T1 Tf 0 Tc Tc 0.2747 Tw 0.445 0 T47ün m)Tj /C2_, qTj /TT1 1 Tf 0.0011 Tc 0.0589 Tw 2.755 0 TdTf 0 Tc 079/C2_1 1520 Tc 1.7a5 0da 1.46 0 Td <0525>Tj /TT1 1 Tf 0 0 Tc Tc 0.2747 Tw 0.445 0 T47 Tf 0 Tc 0.55 k Td <0525>Tj /TT1 1 T1  0.0021 Tc 0.2129 Tw 0.445 0  haz)]TJ (nd 0 Td <0525>Tj /1f 0.0018 Tc 0.0582 Tw 0.44 0 Td 27 Tf 0 Tc 0.55r0 Td <0525>Tj /TT1 1 T1 T 0 Tc Tc 0.2747 Tw 0.445 0 T47ün m)Tj /C2_, h0525>Tj /TT1 1 0011 Tc 0.0589 Tw 2.755 0 Td 4i haqq0746C2_1 1520 Tc 1.tta Er4.25 0 Td <0525>Tj /TT1 1  Tf0.0021 Tc 0.2129 Tw 0.445 0  haz


 AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
132
ləri halda yerindəcə güllələnirlər. Onların şəxsi evləri də qarətdən və 
zorakılıqdan qurtula bilmir, təpədən dırnağa kimi silahlanmış erməni 
gəncləri "artıq" əşyaları talayıb aparırlar. Gün batmamış müsəlmanlar 
evlərinə  tələsir, qapı  və pencərələrini tamamilə bağlayırlar..  İrəvan 
müsəlmanlarının keçirdikləri məhrumiyyətləri, əzabları və işgəncələri 
qələmə almaq mümkün deyildir. Çoxları dözmür, başlarına hava gəlir, 
vaxtından qabaq qocalırlar. Bütün bunlar indinin özündə də Ermənis-
tanın paytaxtı İrəvanda baş verməkdədir»
1
 
Yeni Bəyazid qəzasının Göyçə rayonunun 5-ci sahəsinin səla-
hiyyətli nümayəndəsi İsmayıl Sultanovun 1919-ci ildə Gəncə qəza rəi-
sinin adına daxil olmuş  məlumatında deyilirdi: "Ararat Respublikası 
qoşunlarının Yeni Bəyazid qəzasının Göyçə rayonunun dinc müsəlman 
kəndləri üzərinə hücumları başlamışdır. Hal-hazırda 60 min əhalisi olan 
22 kənd dağıdılmış, yandırılmış  və boşaldılmışdır. Ermənilərin və 
erməni hökumətinin keçmiş qonşularına və müsəlman təbəələrinə qarşı 
törətdikləri qeyri-insani qanlı  əməlləri görəndə insanı  dəhşət bürüyür. 
Ermənilər xahişlərə, yalvarışlara və müsəlman  əhalisinin ah-vaylarına 
məhəl qoymurlar. Erməni döyüşçüləri  əllərinə düşmüş müsəlmanları 
sağ buraxmırlar, əksinə, görünməmiş işgəncələr verir, qadınları, uşaqla-
rı, qocaları və gəncləri öldürürlər. Yalnız az sayda qadın və yeniyetmə 
qızlar müstəsnalıq təşkil edir...Sağ qalan qaçqınlar qoşun tərəfindən tə-
qib olunur... dərələrdə və qarlı zirvələrdə gizlənir... qar içində batır və 
kütləvi surətdə qırılırlar. Ararat Respublikası vəzifəsini başa vurmuşdur. 
Göyçə rayonunda daha müsəlmanlar qalmayıb. Bu günə kimi Yeni 
Bəyazid qəzasında 84 müsəlman kəndi məhv edilmişdir"
2
.  
 Azərbaycan Xarici işlər nazirliyinin müttəfiq dövlətlərin Cənubi 
Qafqazdakı Ali komissarına göndərdiyi məktubdan görünür ki, 1919-
cu ilin avqust - sentyabrında erməni qoşunları tərəfindən Üçmüədzin, 
Sürməli,  İrəvan, Yeni Bəyazid qəzalarındakı azərbaycanlı  kəndləri 
yenidən dağıdılmışdı. Üçmüədzin qəzasında bir kənd belə salamat 
qalmamışdı. "Dağıntıda qoşun hissələri ilə birlikdə yerli erməni əhalisi 
də  iştirak edirdi. Qarabağ erməniləri isə xüsusi amansızlıq nümayiş 
etdirirdilər. Həmişəki kimi, qaçanlar istisna olmaqla, kişilər,  əsasən, 
küt alətlərlə öldürülmüş, qadınlar isə zorlanmış  və  əsir götürülmüş-
                                                 
1
 ARDA : Fond 970, siyahı 1, iş 85, vərəq 4-7.  
2
 Газета «Азербайджан», 17 мая 1919 г. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə