Microsoft Word 1 Xocali Yaqub m-son doc


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə33/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   29   30   31   32   33   34   35   36   ...   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
114
Erməni təcavüzünün qarşısını almaq m


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
115
 
ZƏNGƏZUR BÖLGƏSİNDƏ  
AZƏRBAYCANLILARIN SOYQIRIMI  
(1918-1920-ci illər) 
 
Kamran İsmayılov 
Tarix elmləri üzrə fəlsəfə doktoru,  
AMEA-nın A.A.Bakıxanov adına 
Tarix İnstitutunun aparıcı elmi işçisi 
 
Əhalisi soyqırım və deportasiyalara məruz qalmış tarixi Azərbay-
can ərazilərindən biri də qədim Zəngəzur torpağıdır. XIX əsrin əvvəl-
lərində Azərbaycan torpaqlarının Rusiya imperiyası və Qacarlar dövləti 
arasında bölüşdürülməsi ilə  Zəngəzurun yerli əhalisi olan azərbay-
canlıların həyatında faciə  və müsibətlərin  əsası qoyuldu. Çar Rusiya-
sının Cənubi Qafqazda həyata keçirdiyi müstəmləkə siyasətinin mühüm 
formalarından biri olan köçürülmə siyasəti regionun demoqrafik vəziy-
yətində ciddi kəmiyyət dəyişikliklərinə gətirib çıxarmış, erməni əhalinin 
Azərbaycanın digər bölgələrinə olduğu kimi Zəngəzurda da kütləvi 
yerləşdirilməsi və  əksinə, yerli azərbaycanlıların sıxışdırılması  nəti-
cəsində ermənilər bölgənin milli tərkibində  tədricən üstünlük qazan-
mağa başlamışdılar. Digər bölgələrdə olduğu kimi Zəngəzurda da İran-
dan və Türkiyədən köçürülən ermənilər əsasən azərbaycanlılar yaşayan 
kəndlərdə  məskunlaşdırılmış, bununla da bölgənin türksüzləşdirilməsi 
prosesinin əsası qoyulmuşdu. Ermənilərin bölgədə kütləvi məskunlaşdı-
rılmasından sonra onun tarixən türk mənşəli coğrafi toponimləri də er-
məniləşdirilməyə məruz qalmış, əksər Azərbaycan-türk yer və kənd ad-
ları süni surətdə erməni toponimləri ilə əvəz olunmuşdu. 
1905-1906-cı illərdə  Zəngəzurda müsəlman  əhaliyə qarşı törə-
dilmiş qanunsuzluqlardan sonra bir çox kəndlərin müsəlman  əhalisi 
qaçqın düşsə də, onların əksəriyyəti bir müddətdən sonra doğma yurd-
yuvalarına geri qayıtmış, öz həyatlarını yenidən qurmağa müvəffəq ol-
muşdular. 1917-1920-ci illərdə  Zəngəzurun türk əhalisi ikinci dəfə 
soyqırım və deportasiya ilə üzləşməli oldu. Lakin 1906-cı ildən fərqli 
olaraq bu dəfə onların  əksəriyyətinə öz doğma yerlərinə qayıtmaq 
müəssər olmadı. 
1917-ci ilə aid statistik məlumatlara görə  Zəngəzur qəzasında 
azərbaycanlılar 123085 (və ya 990 73), yəni 55,0%, ermənilər isə 99257 


 AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
116
(və ya 82976), yəni 44,3% təşkil edirdi
1
. Rusiyada 1917-ci ilin fevral 
inqilabından sonra bölgədə yaranmış ziddiyyətli vəziyyətdən, I Dünya 
müharibəsinin yaratdığı mürəkkəb  şəraitdən istifadə edərək ermənilər 
qonşu xalqların hesabına milli dövlət yaratmaq iddialarını gerçəkləşdir-
məyə başladılar. Bu ideyanın həyata keçirilməsi üçün isə yeganə yol bu 
ərazilərdə yaşayan yerli əhalinin məhv edilməsi idi. Bu məqsədlə kütlə-
vi terror və zorakılıqlardan istifadə edən erməni şovinistləri təkcə 1917-
ci ildə  Zəngəzur qəzasında 109 kəndi dağıtmışdılar
2
 Əgər 1918-ci ilin 
mayına qədər azərbaycanlı əhaliyə qarşı kütləvi talanlar və vəhşiliklər I 
Dünya müharibəsində  iştirak etmiş erməni hərbi hissələri və yerli 
ermənilərin quldur dəstələri tərəfindən həyata keçirilirdisə, Ararat Res-
publikasının yaranmasından sonra türk-müsəlman  əhalisinin soyqırımı 
rəsmi  İrəvanın dövlət siyasətinə çevrildi və bu işdə dövlətin nizami 
silahlı qüvvələrdən fəal istifadə olunmağa başlandı. 
Zəngəzurda 1918-ci ildə türk-müsəlman əhalisinin soyqırımı qul-
dur Andronikin bölgəyə gəlməsi ilə pik nöqtəyə çatdı. Cənubi Azərbay-
canda, Naxçıvanda və Ordubadda kütləvi qırğınların bilavasitə təşkilat-
çısı olan bu quldurun dəstələri öz qara əməllərini bu dəfə Zəngəzurda, 
silahsız Azərbaycan kəndlilərinə qarşı davam etdirməyə başladılar. 
1918-ci ilin sentyabrın  əvvəllərində  Zəngəzurun hüdudlarına soxulan 
erməni qulduru dinc müsəlman  əhaliyə qarşı amansız tədbirlər həyata 
keçirilməyə başladı. Andronikin vəhşilikləri haqqında Azərbaycan 
Cümhuriyyəti Hökumətinin yaratdığı Fövqəladə  Təhqiqat Komissiya-
sının sənədlərində, yerli hakimiyyət nümayəndələrinin, ictimai xadimlə-
rin teleqram və  məktublarında, dövrü mətbuat səhifələrində, eləcə  də 
çoxsaylı şahid ifadələrində kifayət qədər faktlar və materiallar mövcud-
dur. FTK-in topladığı 36 cildlik istintaq materiallarının (3500 səhifəlik) 
2 cildi (təqribən 80 səhifəlik) Zəngəzur qəzasındakı hadisələri özündə 
ehtiva edir. Zəngəzur qəza rəisi M.Namazəliyevin məlumatına görə An-
dronikin başçılığı ilə erməni quldurları Urud, Darabas, Ağadu, Vağudi, 
Arıqlı, Şukər, Məlikli, Pulkənd, Şəki, Qızılcıq, Qarakilsənin müsəlman 
hissəsini,  İrmis, Pəhlili, Kürdlər, Xotanan, Sisiyan, Zabazadur müsəl-
man kəndlərini dağıdaraq 500 nəfər insanı  qətl etmişdi.
3
 M.Namazəli-
                                                 
1
 Musayev  İ. Azərbaycanın Naxçıvan və  Zəngəzur bölgələrində siyasi vəziyyət və 
xarici dövlətlərin siyasəti (1917-1921-ci  illər) Bakı, 1997, s.49 
2
 Azərbaycan Respublikasının Dövlət Arxivi (ARDA), f.970,s.1,iş 253, v.11, 18-19 
3
 ARDA, f.894,s.4,iş 19,v.129 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
117
yevin 30 oktyabr 1918-ci il tarixli raportundan isə bəlli olur ki, 1917-ci 
ilin dekabrı – 1918-ci ili avqustu arasındakı müddətdə təkcə Zəngəzur 
qəzasının I sahəsində 16 kənd dağıdılmış, 708 nəfər məhv edilmiş, 47 
mln.390 min rubl məbləğində maddi ziyan vurulmuşdu
1

FTK üzvü N.Mixaylov 1918-ci il ərzində  Zəngəzur qəzasında 
törədilmiş  vəhşiliklərin təhqiqatı  əsasında hazırladığı  məruzə-

2
azərbaycanlı əhalinin soyqırımına məruz qalmasını konkret faktlar-
la əsaslandırmışdır. Məruzədə qeyd edildiyi kimi, Zəngəzur qəzasında 
ermənilərin müsəlmanlar üzərində fasiləsiz zorakılıqlar həyata keçir-
mələri baxımından daha ağır şərait mövcud idi. Yüksək dağlıq ərazidə 
yerləşməsindən və qonşu Şuşa və Cəbrayıl qəzaları ilə əlaqələrinin po-
zulmasından, eləcə də müsəlman kəndlərinin pərakəndə halda, erməni 
kəndlərinin əhatəsində yerləşməsindən istifadə edən ermənilər bölgədə 
daha əlverişli vəziyyətdə idilər. Azərbaycanın digər bölgələri ilə mü-
qayisədə qəza müsəlmanların vəziyyəti həm də onunla pisləşmişdi ki, 
yaxşı silahlanmış erməni kəndliləri ilə yanaşı qəzada general Androni-
kin rəhbərliyi altında mütəşəkkil hərbi hissə  də var idi. Sonuncu öz 
əlində çoxsaylı silahlı qüvvə cəmləşdirərək Zəngəzur ərazisinə soxul-
muş  və Ermənistan Respublikasının göstərişinə uyğun olaraq müsəl-
man əhalisinə ermənilərin hakimiyyətinə tabe olmağı, əks təqdirdə qə-
zanı tərk etməyi tələb etmişdi. Andronikin əsas məqsədi bununla Zən-
gəzuru Ermənistan Respublikanın tərkibinə qatmaqdan ibarət idi. On-
lara tabe olmadan imtina edən müsəlmanlara qarşı ermənilər görünmə-
miş vəhşiliklər törədir, müsəlmanları qətl etməklə kifayətlənməyərək, 
onların kəndlərin yandırır və dağıdır,  əmlakını, mal-qarasını aparır, 
torpaqlarını ələ keçirirdilər. Sisyan mahalının I polis sahəsinin
 
bütün 
müsəlman kəndləri, II sahənin kəndlərinin  əksər hissəsi, III, IV, V 
sahələrin mühüm hissələri tamamilə məhv edilmişdi. Bəzi kəndlər ta-
mamilə yerlə-yeksan edilmiş, ermənilər tərəfindən  əkin sahələrinə 
çevrilmişdi. 50000 nəfərdən müsəlman öz yurd-yuvalarından qaçqın 
düşərək 4-cü sahədə və qonşu Cəbrayıl qəzasında yerləşmişdi. Məru-
zədə dağıdılmış və məhv edilmiş 115 kəndin adı göstərilmişdi. Adı çə-
kilən kəndlərdə 10068 nəfər müsəlman öldürülmüş və ya yaralanmışdı 
                                                 
1
 “Азербайджан”, 1918, 13 ноября 
2
 Bax: Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı. Sənədlər toplusu. 3 cilddə, II 
cild, I kitab. Gəncə quberniyasında soyqırımı. 1917-1920-ci illər, Bakı, Tarix 
İnstitutunun  nəşri, 2011, s.265-287 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə