Microsoft Word 1 Xocali Yaqub m-son doc


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə31/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   27   28   29   30   31   32   33   34   ...   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
107
materiallarına əsasən, ermənilərin iri silahlı dəstəsi sübh vaxtı qəflə-
tən  Ərəş  qəzasının müsəlmanlar yaşayan Kürd kəndini mühasirəyə 
alaraq ona hücum etmişdi. Sənəddə göstərilir ki, kəndə soxulan er-
mənilər kəndliləri onların evlərində öldürməyə başladılar, çünki hələ 
yuxudan oyanmayan kəndlilərin  əksəriyyəti evlərindən qaça bilmə-
mişdilər. Hücum nəticəsində 68 nəfər, o cümlədən çoxlu qadin və 
uşaq həlak oldu; ermənilər vəhşicəsinə insanları süngülərlə və xəncər-
lərlə öldürür, insanların üz dərilərini soyur, uşaqları göyə ataraq parça-
parça doğrayır və s. Kürd kəndində baş verən bu vəhşiliklər onun əhali-
sinə köməyə gələn ətrafdakı müsəlman kəndlərinin sakinlərinin  buraya 
çatmasına qədər davam olundu
1
 (bax: Əlavələr, sənəd 2). 
Erməni təcavüzkarlarının hədəflərindən biri Gəncə quberniya-
sının Cəbrayıl qəzası idi. Fövqəladə  Təhqiqat Komissiyasının mate-
riallarına əsasən, 1918-ci ilin avqustunda ermənilərin iri silahlı dəstəsi 
Sərik kəndinə hücum etmişdi. Kəndə daxil olan ermənilər 11 kişini, 10 
qadını, 14 uşağı öldürmüş, 10 evi yandırmış, mal-qaranı aparmış və si-
riklilərin bütün əmlakını qarət etmişdilər
2
 (bax: Əlavələr, sənəd 3). 
1918-ci il avqustun sonunda ermənilərin silahlı dəstəsi Cəbrayıl 
qəzasının Məzrə kəndinə hücum edərək yerli sakinlərdən 6 kişini qətlə 
yetirdi. Müdafiə olunmağa imkanı olmayan müsəlmanlar doğma kənd-
lərini tərk etməyə məcbur oldu. Ermənilər məzrəlilərin evlərini yandı-
rıb dağıtmış, kəndlilərin bütün əmlakını qarət etmişdilər
3
 (bax:  Əla-
vələr, sənəd 4). 
1918-ci ilin payızında silahlı erməni dəstəsi Doşullu kəndinə 
hücum etdi. Quldur dəstəsi Andranikin adından Doşullu əhalisini qətlə 
yetirəcəkləri və kəndi dağıdacaqları ilə hədələyərək onu doğma yerin-
dən çıxmağa məcbur etmişdi
4
 (bax: Əlavələr, sənəd 5). 
Eyni aqibəti 1918-ci ilin dekabrında erməni silahlı dəstənin hü-
cumuna məruz qalan Düdükçü kəndinin əhalisi də yaşadı. Nəticədə sa-
kinlər evlərini tərk etmiş, kəndin özü isə yandırılmışdı
5
 (bax:  Əlavə-
lər, sənəd 6). 
                                                 
1
 Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), f. 1061, siy.1, iş 29, v.5. 
2
ARDA, f.1061, siy.1, iş 53, v.5. 
3
ARDA, f.1061, siy.1, iş 12, v.5. 
4
ARDA, f.1061, siy 1, iş 11, v.5. 
5
ARDA, f.1061, siy.1, iş.31, v.5-6. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
108
1918-ci ilin sonu - 1919-cu ilin əvvəlində silhalı ermənilər Cəb-
rayıl qəzasının Aşıq Məlikli kəndinə hücum edərək yerli sakinlərin bir 
hissəsini öldürmüş və ya yaralamışdı. Bu kənd də ermənilər tərəfindən 
dağıdılmış və qarət edilmişdir. Yerli əhali Aşıq Məliklini tərk etmişdi
1
 
(bax:  Əlavələr, sənəd 7). Ermənilər tərəfindən hücumlara həmçinin 
Tatar və Heybətli kəndləri də  məruz qalmışdı ki, onların da əhalisi 
doğma evlərini tərk etməyə məcbur olmuşdu
2
 (bax: Əlavələr, sənəd 8 
və sənəd 9). 
Azərbaycan dövləti dərhal Qarabağ  əhalisini müdafiə etmək 
üçün lazımi tədbirləri görməyə başladı. Ermənistan Respublikasının 
Azərbaycana qarşı  təcavüzü Azərbaycan parlamentinin 1918-ci il 20 
dekabr tarixli iclasında geniş müzakirə olundu. Cümhuriyyətin baş 
naziri Fətəli Xan Xoyski öz çıxışında qeyd edirdi: “Hələ iyul ayında 
Andranik İrəvan tərəfindən bizim sərhədlərimizə yaxınlaşmışdı. Sent-
yabrda Bakıya köçən Azərbaycan hökuməti dərhal bu məsələ ilə məş-
ğul oldu. Bizim ordumuz Andraniki Şuşa və  Zəngəzurdan sıxışdırıb 
çıxara bildi. Andranik qaçdı  və noyabra qədər görsənmədi. Türk qo-
şunları Azərbaycanı tərk etdikdən sonra o, yenidən bizim ərazilərimiz-
də zorakılıq törətməyə başladı. Andranikin məqsədi bizim üçün tam 
aydındır. O, Zəngəzur və Şuşa qəzalarını Azərbaycandan ayırmaq və 
Ermənistana birləşdirmək istəyir. Biz isə öz növbəmizdə müvafiq təd-
birlər görəcəyik”.
3
 
Fətəli Xan Xoyskinin adı çəkdiyi tədbirlər qısa bir müddətdə hə-
yata keçirilməyə başlandı. Belə ki, 1919-cu ilin yanvarında Qarabağ 
general-qubernatorluğu yaradıldı. Qarabağın general-qubernatoru və-
zifəsinə Cümhuriyyətin ən parlaq xadimlərindən biri olan Xosrov bəy 
Sultanov təyin olundu. Azərbaycan hökumətinin bu qərarları erməni-
lər tərəfindən etirazla qarşılandı. 
Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan 
hökumətini guya Ermənistanın ərazi hüquqlarına qəsd etməsində itti-
ham etdi. Lakin Azərbaycanın xarici işlər naziri vəifəsini icra edən 
Adil Xan Ziyadxanovun cavab notasında Azərbaycanın Qarabağ  və 
Zəngəzur üzərində tarixi və etnik hüquqları olduğu barədə  sərt bir 
                                                 
1
ARDA, f.1061, siy.1, iş.52, v.5. 
2
ARDA, f.1061, siy.1, iş.40, v.5; ARDA, f.1061, siy.1, iş 36, v.5. 
3
Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar). I 
cild. Bakı, 1998, s.97-101. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
109
bəyanat səsləndirildi. Artıq 1919-cu ilin aprelində Azərbaycan Ordusu 
Andranikin hərbi dəstələrini ölkə ərazisindən sıxışdırdı. 
Andranikin dəstələrinin qanlı cinayətləri 1918-ci ilin iyulundan 
1920-ci ilin aprelinə  qədər fəaliyyət göstərmiş Fövqəladə  Təhqiqat 
Komissiyasının materiallarında öz əksini tapmışdı. Qarabağ və Zəngə-
zurun dinc müsəlman əhalisinə qarşı erməni silahlı dəstələrinin törət-
diyi cinayətlərin təhqiqi üzrə komissiyaya xüsusi işlər üzrə müstəntiq 
N.Mixaylov başçılıq edirdi. Mixaylovun məruzəsində o cümlədən Qa-
rabağ böıgəsinin ərazisində - Gəncə quberniyasının Cavanşir, Şuşa və 
Cəbrayıl qəzalarında ermənilərin törətdiyi zorakılıqdan bəhs olunurdu. 
Qeyd olunurdu ki, Qarabağ müsəlmanları mütəmadi olaraq Qarabağda 
yaşayan ermənilər, İrəvan quberniyasından və Türkiyə vilayətlətindən 
gəlmiş qaçqın ermənilər və erməni əsgərləri tərəfindən hər cür zorakı-
lığa məruz qalır. Ermənilər müsəlmanlardan Ermənistan Respublikası-
nın hakimiyyətinə tabe olmağı tələb edirlər.
1
 
1919-cu ilin yayında Dağlıq Qarabağda fəaliyyət göstərən Ermə-
ni Milli Şurası (EMŞ) qanlı münaqişənin yeni mərhələsini açdı. Bu 
şura Ermənistan Respublikasından Dağlıq Qarabağda yaşayan erməni-
lərə xeyli silahın gətirilməsinə nail oldu. Hərbi toqquşmalar nəticə-
sində Azərbaycan Ordusunun br neçə əsgəri həlak oldu. Qarabağ ge-
neral-qubernatoru Xosrov bəy Sultanov ermənilərin hərbi aksiyaları-
nın qarşısını almaq məqsədilə EMŞ-nın fəal üzvlərini Qarabağdan 
qovdu və bundan sonra bölgədə nisbi sakitlik bərqərar olundu. Dağlıq 
Qarabağın erməni icması Azərbaycan hökumətinin hakimiyyəyini ta-
nıdığını barədə bəyanat verdi. 1919-cu ilin avqustunda keçirilən Dağ-
lıq Qarabağ ermənilərin 7-cı qurultayında ermənilər Azərbaycanın əra-
zi bütövlüyü çərçivəsində  mədəni muxtariyyət statusunun əldə etmə-
ləri ilə razı olduqlarını bildirdilər. 
Lakin çox vaxt keçmədən erməni silahlı birləşmələri yenə  də 
Zəngəzur qəzasında azərbaycanlıları məhv etməyə başladılar. AXC hö-
kuməti 1919-cu ilin oktyabrında bölgəyə general-mayor Cavad bəy Şıx-
linskinin komandanlığı altında qoşunlar göndərdi. Onların səyləri nəti-
cəsində erməni qoşunları Dığ adlı yerin yaxınlığında geri oturuldular. 
1919-cu il noyabrın 23-də Tiflisdə Azərbaycanla Ermənistan 
arasında saziş bağlandı. Tərəflər hərbi toqquşmaları dayandırmaq və 
bütün mübahisəli problemləri sülh yolu ilə həll etmək barədə öhdəlik 
                                                 
1
ARDA, f.970, siy.10. iş 161, v.1-9; ARDA, f.100, siy.2, iş 791. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə